Şərəfəddin Tusi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şərəfəddin Tusi
ərəb. شرف الدين المظفر بن محمد الطوسي
fars. شرف‌الدین مظفر بن محمد بن مظفر توسی
Doğum adı شرف الدین مظفر بن محمد بن مظفر طوسی[2]
Doğum tarixi təq. 1135[1]
Doğum yeri
Vəfat tarixi 1213[1]
Vəfat yeri
Tanınmış yetirməsi Musa Kəmaləddin[3]

Şərəfəddin Müzəffər ibn Məhəmməd ibn Müzəffər ət-Tusi (təq. 1135[1], Tus, Abbasilər xilafəti[1]1213[1], güm. Bağdad, Abbasilər xilafəti) — riyaziyyatçıastronom.

Həyatına dair yetərli məlumat yoxdur. Nisbəsindən Xorasan bölgəsindəki Tus şəhərindən olduğu anlaşılır. Təbaqət kitablarında onunla ilgili olaraq verilən dağınıq və məhdud məlumatlardan bir çox elm mərkəzini dolaşdığı, Mosul, Hələb və Dəməşqdə qaldığı, Həmədana da uğradığı öyrənilməkdədir. Onun riyaziyyat elmini yaxşı bildiyini və hikmət mövzusunda bilgi sahibi olduğunu söyləyən İbn əl-Kıfti, Hələbə gəldiyi sırada Əbül-Fəzl Bünyaminin (ö. 1207) ondan dərs aldığını bildirir. Bünyamin ondan hesab, astronomiya və digər əqli elmləri oxumuşdur. İbn Əbu Usaybia da Əbül-Fəzl Müəyyidəddin Məhəmməd ibn Əbdülkərim əl-Mühəndis əl-Harisidən (ö. 1202) söz edərkən onun Dəməşqə gələn Tusidən çox faydalandığını, həndəsə və riyaziyyatda öz dönəmində Tusinin bənzərinin olmadığını söyləyir. Yenə İbn Əbu Usaybianın qeyd etdiyinə görə Tusi, Mosulda ikən Mühəzzəbəddin İbn əl-Hacib və Muvaffakuddin ibn Əbdülaziz onu görmək üçün gəlmişlərsə də, Tusi oradan ayrılıb Tusa getmişdi.

  1. 1 2 3 4 5 6 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. Record #225405076 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  3. Mathematics Genealogy Project (ing.). 1997.