Şöhrətpərəstlik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nosce Te Ipsum (Şöhrətpərəstlik alleqoriyası), Yacob Yordansın əsəri

Şöhrətpərəstlik insanın öz qabiliyyətlərinə və ya özünün başqaları üçün cəlbediciliyinə həddindən artıq inanmasıdır. XIV əsrə qədər o, belə narssistik çalarlara malik deyildi və sadəcə mənasızlığı nəzərdə tuturdu.[1] Onunla əlaqədar lovğalıq termini ilkin olaraq insanın öz imkanlarını nəzərə alması və Allahın köməyinə ehtiyac olmadığını, yəni əsassız öyünməyi nəzərdə tuturdu;[2] Baxmayaraq ki, hazırda şöhrət əsasən müsbət məna daşıyır. Latın sözündən yaranan gloria da təqribən öyünmək deməkdir və tez-tez mənfi tənqid kimi istifadə olunurdu.[3]

Yerə enmiş mələk (1847) Aleksandr Kabanel Lüsiferi təsvir edir

Din və fəlsəfə

[redaktə | vikimətni redaktə et]

Bir çox dinlərdə şöhrətpərəstlik müasir mənada bütpərəstliyin bir növü hesab olunur ki, bu zaman insanın öz surəti üçün özünü Tanrının böyüklüyünə bənzədir və bununla da zamanla İlahi lütfdən ayrılır. Xristian təlimlərində şöhrətpərəstlik qürur nümunəsidir, yeddi ölümcül günahdan biridir. Həmçinin, Bəhai dinində Bəhaullah “şöhrətpərəst təsəvvürlər” terminindən istifadə edir.[4]

Fəlsəfi olaraq, şöhrətpərəstlik eqoizm və qürurun daha geniş bir forması sayılır. Fridrix Nitsşe yazırdı ki, "şöhrətpərəstlik orijinal görünmək qorxusudur: beləliklə, bu, qürurun olmamasıdır, lakin mütləq orijinallığın olmaması deyil".

  1. Oxford English dictionary, on vanity
  2. Oxford English dictionary, on vainglory
  3. Oxford English dictionary, on glory
  4. "Vain Imaginings". Bahai Quotes.com. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.