İsmayıl Marzuki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsmayıl Marzuki
İsmayıl Marzukinin 1985-ci ildə düzəldilmiş büstü (heykəltaraş Sumarsono)
İsmayıl Marzukinin 1985-ci ildə düzəldilmiş büstü (heykəltaraş Sumarsono)
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Cakarta,  İndoneziya
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri
Milliyyəti indonez
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Fəaliyyət illəri 1931-ci ildən
Musiqi alətləri piano
Mükafatları İndoneziya milli qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsmayıl Marzuki (ind. Ismail Marzuki; 11 may 1914, Cakarta25 may 1958, Cakarta) — indonez bəstəkarı, şair və müğənnisi.

Həyat və fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

İsmayıl Marzuki 1914-cü ildə Cakartada zadəgan ailəsində anadan olmuşdur. O, holland məktəbində və mədrəsədə təhsil almışdır. 1931-ci ildə ilk mahnısı "Sarina"nı yazır. İsmayıl Marzuki 200-dən çox mahnı bəstələmişdir. O, 1944-cü özünün məşhur "Palma adasında təskinlik" (ind. Rayuan Pulau Kelapa) adlı əsərini, 1946-cı ildə "Salam, salam, Bandunq" (ind. Halo, halo Bandung) adlı inqilabi əsər yazmışdır. İsmayıl Marzuki məşhur rus mahnısı "Qara gözlər" in (rus. Очи чёрные) sudan dilində («Panon Hideung») mətnini işləməyə də nail olmuşdur.

"Palma adasında təskinlik" mahnısı "Dənizlə yuyunan isti dənizlər" və ya "Doğma İndoneziya ölkəsi" Mayya Qolovina tərəfindən oxunmuş və Sovet İttifaqında çox məşhur olmuşdur[1]. Mahnı həmçinin Andrey Yevplanovun "İndoneziya" hekayəsi üçün hərəkətverici qüvvə oldu. "İndoneziya - mənim məhəbbətim" mahnısının leytmotivi Yuli Kim tərəfindən "D.A. Suxarevin yubileyinə" mahnısında da istifadə olundu[2].

İsmayıl Marzuki 1958-ci ildə vəfat etmiş, Cakartadakı Karet Bivak qəbristanlığında dəfn olunmuşdur.

  • "Vicay Kusum" mükafatı (1960, ölümündən sonra)
  • Cakarta merinin fəxri fərmanı (1963)
  • Bandunq merinin fəxri fərmanı (1972)
  • İndoneziya Milli Qəhrəmanı (2004)
  • 1968-ci ildə Cakartada İsmayıl Marzuki adına mədəniyyət mərkəzi və park yaradılmışdır.
  1. Споёмте, друзья! Песенник. Второе исправленное издание. М.: Музыка, 1964, 37
  2. Евпланов, Андрей. Чужаки. М.: Современник, 1990