Çurquy-ool Xomuşku
Çurquy-ool Xomuşku | |
---|---|
tıva Чүргүй-оол Намгай оглу Хомушку | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1918 |
Doğum yeri |
|
Vəfat tarixi | 10 iyul 1978 (60 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Rütbəsi | Leytenant |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Çurquy-ool Xomuşku[1] (tıva Хомушку, Чүргүй-оол Намгай-оглу 10 may 1918, Hondelen[d], Hemçik kojuunu[d] – 10 iyul 1978, Bert-Dağ[d], Tuva MSSR) — Tıva və sovet zabiti, tankçı, Böyük Vətən Müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Çurquy-ool Xomuşku 10 may 1918-ci ildə Hondelen kəndində anadan olmuşdur. 20 may 1943-cü ildə Tuva Xalq Respublikasının ilk könüllülər qrupu olaraq Çurquy-ool Xomuşk cəbhəyə yollanır. Bir müddət Tıva könüllüləri Qorki şəhərində hərbi təlim keçir. 1944-cü ilin fevral ayında Tıva könüllüləri 25-ci ayrı tank alayına qoşulur.
25 fevral 1944-cü ildə Çurquy-ool Xomuşkunun xidmət etdiyi alay 2-ci Ukrayna Cəbhəsinin 52-ci Ordusuna daxil olur. 1944-cü ilin martında alay Buq-Dnestrə hücum əməliyyatında iştirak edir.
5 mart 1944-cü ildə Rızanovka və Kobılyaki (Kiyev, indi Çerkası vilayət) kəndləri yaxınlığında düşmənin müdafiəsi sıçrayışı zamanı Çurquy-ool Xomuşkunun sürdüyü tank ən yüksək sürətlə düşmən mövqeyinə atılır. Tank atəş nöqtələrini və düşmənin çanlı qüvvəsini məhv edir. İki saat ərzində Xomuşku və qrupu 35 düşmən əsgərini, üç tank əleyhinə silahı, yeddi pulemyot və iki minaatan qurğunu məhv edir. Tank komandiri yaralananda sürücü döyüş maşınının idarəsini öz üzərinə götürür. Bir neçə gün sonra, Uman yaxınlığında üç tank, o cümlədən Çurquy-ool Xomuşkunun idarə etdiyi maşın 24 təyyarəni, 80 nəqliyyat vasitəsini ələ keçirir, yüzlərlə düşmən əsgər və zabitini əsir götürlür. Daha bir hücum üçün yol açılır.
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 24 mart 1945-ci il tarixli fərmanı ilə kiçik leytenant Çurquy-ool Xomuşku Lenin ordeni və Qızıl Ulduz medalı (№ 7008) ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
1948-ci ildən leytenant Xomuşku ehtiyata buraxılır. Doğma Tıvaya qayıdan veteran Tes-Xem rayonunun Bert-Dağ kəndində yaşayırdı və işləyir. 10 iyul 1978-ci ildə vəfat edir.
Medal və ordenləri
[redaktə | mənbəni redaktə et]Sovet İttifaqı Qəhrəmanı (24 mart 1945);
Lenin ordeni (24 mart 1945);
II dərəcəli Böyük Vətən Müharibəsi ordeni;
Digər medallar.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Kızıl şəhərinin küçələrindən birinə Çurquy-ool Xomuşkunun adı verilir. Qəhrəmanın büstü meydanda, şəhər parkının girişində qoyulmuşdur.
2005-ci ildə İkinci Dünya müharibəsindəki Qələbənin 60-cı ildönümünü qeyd etmək üçün, RA 42429 nömrəli İnter-Avia Yak-42D təyyarəsinə Çurquy-ool Xomuşkunun adı verilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Çurquy-ool Xomuşku". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
Mənbə
[redaktə | mənbəni redaktə et]- 10 mayda doğulanlar
- 1918-ci ildə doğulanlar
- 10 iyulda vəfat edənlər
- 1978-ci ildə vəfat edənlər
- 60 yaşında vəfat edənlər
- RSFSR-də vəfat edənlər
- Sovet İttifaqı Qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər