Çaypulu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Restoran stolunda ofisiant üçün çaypulu qoymaq ümumilikdə qəbul olunmuş bir adətdir

Çaypulu — müştəri tərəfindən xidmətçiyə bəxşiş olaraq əlavə verilən pul miqdarıdır. Çaypulu sözünün mənası "xüsusi xidmət sahələrində xidmət qarşılığında işçilərə əsas qiymətə əlavə olaraq verilən müəyyən məbləğ" deməkdir. Çaypulu və onların məbləği ənənə və etiket məsələsidir və bu ənənə ölkə və məkana görə dəyişir. Bəzi yerlərdə təhqir kimi qəbul olunsa da, bəzi yerlərdə isə, əksinə, etiket üzrə qəbul olunub və müştərinin çaypulu verməsi adi hal sayılır.

Çaypulu verilməsi əsasən ictimai iaşə sahələrinə aid edilir, ofisiant, taksi sürücüsü, saç ustası və s. peşə sahələrində çalışan şəxslərə çaypulu verilir. Digər hallarda çaypulu verilməsi rüşvət kimi də qəbul edilə bilər, məsələn, ABŞ-də dövlət işçilərinin və polis məmurlarının bəxşiş alması (hətta onlara təklif olunması) qanunsuz sayılır, bu, rüşvət kimi qəbul edilir[1].

Tarixi və etimologiyası

[redaktə | mənbəni redaktə et]

Oksford İngilis lüğətinə əsasən "çaypulu (bəxşiş)" sözü ara sözü kimi (slenq, jarqon termini olaraq) meydana gəlmiş və etimologiyası aydın deyil. Online Etimoloji lüğətinə görə, çaypulu sözü 1600-cü illərdə "kiçik bir pul hədiyyəsi ver" mənasını daşıyırdı, 1706-cı ildən etibarən isə "bir mənfəət ver" mənasını daşıyır. [2]

"Çaypulu" sözü ilk dəfə 1707-ci ildə Corc Farquharın "The Beaux' Stratagem oyununda fel kimi istifadə olunmuşdur və kriminal aləmdə zarafat ya qeyri-qanuni pul mübadiləsi kimi hər nəyinsə lazımsız və bərabərsiz kimi hədiyyə edilməsini nəzərdə tutan" bir söz kimi istifadə etmişdir. Bu söz lap əvvəllər 1530-cu illərdə isə "xeyir və ya xidmət üçün verilmiş pul" kimi istifadə olunurdu. Çay pulu hər nə qədər Amerikan mənşəli olunduğu zənn edilsə də, Nyu-York Tribunasında nəşr olunan bir hesabata görə çaypulu vermək ilk dəfə 17-ci əsrdə İngiltərədə rast gəlindiyini bildirmişdilər. Hesabata görə 17-ci əsrdə meyxana və pivəxanalara gələn müştərilər bəxşiş qutusuna bir az pul qoyduqda daha yaxşı xidmət göstərilirdi. Bu qutuların üzərində "Dəqiq qarantiləmək üçün" ("To insure promptitude") yazılmışdı və cümlədəki sözlərin baş hərfindən meydana gələn "TİP" sözü yarandı. Qutudakı yazıya uyğun olaraq, ofisiantlar bəxşış verənə daha tez və yüksək səviyyədə xidmət göstərirdilər. Və bu ənənə sonrakı illərdə Avropada yavaş-yavaş yayılmağa başladı.

Müxtəlif ölkələrdə çaypulu adəti

[redaktə | mənbəni redaktə et]

Avropa ölkələri

[redaktə | mənbəni redaktə et]

Albaniyada çaypulu ("bakhshish") demək olar ki, hər yerdə gözlənilən pul məbləğidir. Hesab zamanı xidmət haqqi olaraq hesabın təxminən 10 %-i məbləğində çaypulu ödəmək adətdir, hamballar, aşpazlar və hətta rəhbərlər də bura daxildir.

Avstriyada xidmət haqqı adətən hesaba daxil edilir və ümumi olaraq hesablama yuvarlaqlanır – bu da ümumi 10%-dir.

Böyük Britaniyada çaypulu (İngilislərdə İran dilindən qəbil edilmiş, hədiyyə mənasını verən "baksheesh" sözü olaraq işlənir), 10% olsa belə, məcbur deyil. Bəzən London və ya digər böyük şəhərlərdə ümumiyyətlə 12,5% xidmət haqqı alınır – ya hesaba daxil edilə bilər, ya da ayrıca olaraq ödənilməsini tələb edirlər. Taksi sürücüləri və bərbərlər kimi digər xidmətlərə görə çaypulu alınmır, amma yaxşı xidmətin mükafatlandırılması üçün verilə bilər. Bəzi böyük şəhərlərdə, həm taksi sürücülərinə, həm də bərbər ustalarına çaypulu verilir.

Danimarkada qanunvericilik əsasında olaraq xidmət haqqı (drikkepenge, mənası "drinking money(içməli pul)") hesaba daxil edilir, odur ki, ayrıllıqda çaypulu alınmır[3]. Əla xidmət göstərilən zaman müştəri tərəfindən ödənilir[4].

Finlandiyada çaypulu vermək ənənə deyil və heç vaxt müştəri tərəfindən alınmır.

Fransızlar səbəbsiz yerə verilən bəxşişi "özünü göstərmək" kimi qəbul edirlər. Fransız qanuna əsasən, vergi qiymətləndirməsi üçün kafe və restoranlarda hesaba 15% məbləğində xidmət haqqı əlavə edilir, amma bəzən bu pul ofisiantlara çatmır[5]. Turistlərin çox olduğu yerlərdə çaypulu adətən yaxşı qarşılansa da, turistlərin gec-gec rast gəlindiyi kənd yerlərində çaypulu yerli sakinlər tərəfindən çox vaxt ikrah hissi ilə qarşılanır. Belə yerlərdə əla xidmət üçün hətta maksimum 5% məbləğində əlavə xidmət haqqı belə bəs edir[6]. Bununla belə, əliaçıq xarici turistlərə vərdiş etmiş ofisiant 10% və daha çox məbləğdə çaypulu almağa etiraz etmir.

Fransada otellərdə bəxşiş məcbur deyil, taksi sürücüləri isə ümumiyyətlə hesabdan əlavə olaraq 10 % çaypulu alırlar.

Baxmayaraq ki, İrlandiyada böyük otellərdə çaypulu vermək bir qayda halını alıb, ümumilikdə irlandlar üçün taksi sürücülərinə və otel işçilərinə çaypulu vermək adət deyil. Orta və yüksəksəviyyəli restoranlarda çaypulu verilməsi gözlənilir, yüksəksəviyyəli xidməti qiymətləndirmək üçün müştəriyə işarə edilir, hesaba 5–10% əlavə etməklə və yaxud hesabı yuvarlaqlandırmaqla xidmət haqqı ödənilir.

Taksi sürücülərinə çaypulu vermək adi hal olduğu qeyd olunsa da[7], praktikada bu, geniş yayılmayıb.

İslandiyada da ənənəyə görə müştəri tərəfindən çaypulu alınır[8]. Xarici turistlər fikirləşirlər ki, bu, ölkənin öz adət-ənənəsidir. İslandiyadakı turist rəhbərləri bəzən qonaqları çaypulu verməyə təşviq edirlər, lakin bu məcbur deyil.

İspaniyada çay pulu xidmətin keyfiyyətindən asılı olaraq ödənilir, amma məcbur sayılmır. Barlar və kiçik restoranlarda İspanlar bəzən hesabı ödədikdən sonra öz boşqablarına çay pulu qoyurlar[9][10] Restoran biznesindən başqa, taksi sürücüləri, lüks yerlərdə işləyən bərbərlər və otel işçiləri bəzi xidmətlər üçün çaypulu alırlar. 2007-ci ildə İqtisadiyyat naziri Pedro Solbes yüksək bəxşiş alınmasını inflyasiyanı artıran səbəblərdən biri olduğunu bildirdi[11].

İtaliyada çay pulu adət olmasada, xüsusi xidmət və ya yüksək keyfiyyətli xidmət minnətdarlıq bildirilməsi üçün verilir[12]. Bir çox restoranlarda (Roma fərqli olaraq istisnadır) xidmət haqqı vardır[13] (coperto və ya servizio adlanır). Restoranlar sizə bütün ödənişlər haqqında lazımi məlumat verməli olduğu üçün, çaypulu adətən menyuya daxil edilir[14]. Əgər çay pulu hesaba daxil deyilsə, onda 10 % çay pulu almaq normal qəbul olunur.

Norveçdə xidmət haqqı hesaba daxildir. Nadir hallarda Norveçlilər taksi sürücüsünə ya hotel işçilərinə bəxşiş verərlər. Bu, restoran və barlarda daha geniş yayılmışdır. Çaypulu yüksək keyfiyyətli xidmət göstərildiyi zaman və yaxud sadəcə, jest olaraq verilir. Restoran və barlarda çaypulu çox vaxt əsas məbləğə 5–15 % əlavə edilərək verilir və yaxud əsas məbləğ yuvarlaqlaşdırılaraq, artıqlaması ilə ödənilir[15].

Hollandiyada çay pulu ödəmək məcbur deyil, qanunsuzdur və nadir hallarda müştərinin razılığı olmadan xidmət haqqı tələb olunur. Əgər xidmət normal və zəifdirsə, belə xidmətə görə bəxşiş verməmək olar, amma müştəriyə əvəzsiz və ya əla xidmət göstərilibsə, onda əlavə xidmət haqqı 5–15% aralığında ola bilər.

Rusiyada xidmət üçün əlavə xidmət haqqı rus dilində "çay üçün pul" mənasını verən "Chayeviye" adlanır. 1917-ci il sosialıst inqilabından əvvəl Rusiyada ofisiantlar, faytonçular, hotel işçiləri və s. kimi xidmətçilərə az bir miqdarda pul – çaypulu verilirdi. Sovet dövründə, xüsusən 1930-cu repressiya illərində çaypulu qadağan olmuşdu, çaypulu fəhlə sinfinə yaraşmayan, onun ləyaqətini ləkələyən mənfur bir kapitalist ənənəsi kimi qəbul edilirdi. 2000-ci ilin əvvəllərindən bəri çaypulu yenidən normal qəbul olunur.

MoskvaSankt-Peterburq kimi urbanlaşmış böyük şəhərlərdə yüksəksəviyyəli restoranlarda qəhvə, mağazalar, bar və otellərdə çaypulu olaraq 10% ödənilir və hesab kartı ilə ödənildikdən sonra normal olaraq stola nağd pul qoyulur və ya kredit kartı ilə ödənilməyibsə nağd ödəmənin bir hissəsi kimi ödənilir. Bufet və ya MakDonalds, KFC, Lojka və s. ucuz restoranlarda (sifarış vermək üçün heç bir xidmət göstərilməyən yerlərdə) çaypulu alınmasına icazə yoxdur.

Türkiyədə çaypulu "bahşiş" adətən istəyə bağlıdır və bir çox yerlərdə alnmamasına baxmayarq restoranlarda 5–10% çay pulu alınır[16].

Xorvatiyada bəzi restoranlarda çaypulu (napojnica, manča) alınmasına baxmayaraq bu, məcbur deyil. Restoranlarda təxmini 3–5% və ya çox çaypulu alınır[17]. Klub, kafe və barlarda nadir hallarda hesab yüksək məbləğə qədər yuvarlaqlaşdırılır. Taksi sürücülərinə və bərbər ustalarına çaypulu vermək geniş yayılmayıb .

Asiya ölkələri

[redaktə | mənbəni redaktə et]

Çində ənənə uyğun olaraq çay pulu yoxdur. Amma xarici turistlərə mütədai olaraq xidmət verən otellərdə çay pulu çay pulu alınır. Əsasəndə tur rəhbərlər və ta sürücülər.

Honq Konqda çaypulu alınmasada belə xidmət haqqın 10% hesaba əlavə olunur.

Burada çay pulu alınmır, lakin nadir hallarda alınır. Bar və restoranlar hesaba xidmət haqqı olaraq 10%-ini əlavə edirlər və 7% Mal və Xidmət Vergisi tərəfindən əlavə olunsada bu pulda xidmət göstərənə verilmir.

Yaponiyada çay pulu vermək və ya almaq mədəni sayılmır. Yapon xalqı standart olaraq yaxşı xidmət göstərmək barəsində özü ilə fəxr edir və çay pulu almağı təhqir kimi qəbul edirlər.

İndoneziyada əsasən Bali və ya Lombok kimi böyük turistlik bölgələrində çay pulu almaq geniş yayılmışdır. Restoranlarda xidmət haqqı 10%-dir. Pivəxanalarda çay pulu alınmır. Restoranlarda 10–15% arasında dəyişir. Balinin hər küncündə yerləşən masaj salonunda çay pulu 10–20%, taksi sürücüləri 5%, otellərdə çanta daşıyanlar çanta başına 1 dollar alırlar.

Amerikada çay pulu qoymaq adəti 1800-cü illərin sonunda Amerika vətəndaş müharibəsindən sonra başladı. Avropaya gedən zəngin amerikalılar bu ənənəyə şahid oldular və yüksək təhsil səviyyəsini və keyfiyyətini sübut etmək üçün bu aristokrat adəti öz ölkələrinə qayıdandan sonra tətbiq etdillər. Amma bütün amerikalılar bu adətdən razı qalmadılar. 1890-cı ildə bəxşiş qoymağa qarşı hərəkat başladı, cünki bir çox amerikalı bu ənənənin ölkə idealarına qarşı olduğunu və daha yüksək siniflərə iqtisadi cəhətdən asılı bir sinif yaratmaq üçün kölə kimi istifadə olunduqlarını fikirləşirdilər. 1915-ci ildə Üisconsin, İllinois, Loüa, Nebraska, Tennessee və Cənubi Karolina əyaləti çay puluna qarşı bir qanun layihəsini qəbul etməyə çalışsalarda, amma bu baş tutmadı. Və hal-hazırda ABŞ-də və Kanadada maaşlar aşağı olduğu üçün restoranlarda hesabın 15–20%-i alırlar. Golf sahəıəri, qumarxana, otellər, spalar, salonlar, yemək çatdırmaq, taksi sürücüləri və başqalarına çay pulu ödənilir.

Avstraliyada çay pulu alınmır və ya tələb olunmur. Bunun səbəbi federal hökumətin minimum əmək haqqı ilə təmin edərək işçilərin hüquqlarını qorumasıdır. Avstraliyada bu illik olaraq nəzərdə tutulur və 2017-ci ildən etibarən saat başına 17,70 dollar olaraq təyuin olunmuşdur və bu da hər cür məkan üçün olduqca standart sayılır. Kafelərdə, restoranlarda (əsasən böyük yığıncaq), taksi suürücülərinə, evə yemək gətirənlərə çay pulu verilməsi tələb olunmur.

Afrika ölkələri

[redaktə | mənbəni redaktə et]

Nigeriyada luks otellərdə və restoranlarda çay pulu vermək geniş yayılmamışdır, çünki xidmət haqqı ümumiyyətlə hesabda daxil edilsədə, bu pulda nadir halarda işçilərin maaşlarəna əlavə olunurdu. Və 10–15% xidmət haqqı, otel işçıləri üçün 3–5 dollar, rəhbərə 25 dolar, Fas-ta bir restoran üçün 10%, köməkçiləri üçün 5–10 dollar çay pulu verilir.

İstinad siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Mark, Monica. "Nigerian sergeant sacked for attempted bribe-taking caught on cameraphone". The Guardian. Lagos. August 8, 2013. December 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 11, 2014.
  2. Douglas, Harper. "tip". Online Etymology Dictionary. 3 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2013.
  3. Kønigshøfer, Jørgen. "Drikkepenge eller ej?". d-r-c.dk. September 21, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 21, 2017.
  4. "What To Do in Denmark: Restaurants". geographia.com. February 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2017.
  5. Chavanne, Phil. "Restaurant Tipping in France and Paris". tripsavvy.com. May 8, 2017. November 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2017.
  6. "France: Tipping & Etiquette". TripAdvisor. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2017.
  7. Rick Steves' Ireland 2008. Books.google.com. 2014-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-06.
  8. "Tipping in Iceland". Whygoiceland.com. 2011-02-15. 2011-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-06.
  9. "El Economista Arxivləşdirilib 2020-12-01 at the Wayback Machine
  10. "20 Minutos Arxivləşdirilib 2020-09-20 at the Wayback Machine
  11. "Solbes achaca la inflación a que no interiorizamos lo que significa un euro Arxivləşdirilib 2020-11-29 at the Wayback Machine" El Mundo, 15 December 2007
  12. "Tipping in Italy". tours-italy.com. November 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2017.
  13. Regional Law 21 (November 29, 2006), article 16 paragraph 3 Arxiv surəti 1 yanvar 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib yanvar 1, 2011, at the Wayback Machine
  14. "Practical information for visitors to Milan" Arxivləşdirilib 2022-02-27 at the Wayback Machine, Meet The Cities. Retrieved on 21 January 2018.
  15. "Den store guiden til tipsing". reisetips.nettavisen.no. November 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2017.
  16. "Tipping in Turkey Arxivləşdirilib 2020-11-26 at the Wayback Machine"
  17. Dalmacija, Slobodna. "Napojnice u hrvatskim restoranima i lokalima". moj-posao.net. August 23, 2006. December 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2017.