Bolşeviklər

Vikipediya, azad ensiklopediya
Verman1 (müzakirə | töhfələr) (Hakimiyyəti ələ keçirmələri: clean up, replaced: Həmdə → Həm də, hələdə → hələ də) tərəfindən edilmiş 21:36, 6 sentyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Bolşevik, Boris Kustodiev, 1920

BolşeviklərRusiya Sosial Demokrat Fəhlə Partiyasının radikal qolu (fraksiyası). RSDFP-nin parçalandıqdan sonra fraksiya bolşeviklərə və menşeviklərə ayrılmışdır.[1]

"Bolşeviklər" RSDFP-nin II Qurultayından sonra partiyanın Mərkəzi Komitəsinə seçkilərdə səs çoxluğu qazanmış qrup adlandırılmağa başladı. Bolşeviklər peşəkar inqilabçılardan ibarət partiya yaratmağa çalışırdılar, menşeviklər isə partiyanın kriminallaşdırılmasından ehtiyatlanır və avtokratiyaya (reformizmə) qarşı legitim mübarizə üsullarına meyl edirdilər. Marksizm ideyasında qalan bolşeviklər eyni zamanda 19-cu əsrin ikinci yarısının inqilabçılarının (S.Q.Neçayeva, P.N.Tkaçev, N.Q.Çernışevski) ideologiya və praktikasının elementlərini mənimsəmiş və belə daxili solçularla çoxlu ümumi cəhətlərə malik idi — populizm və anarxizm kimi radikal hərəkatlar. Bolşeviklər Böyük Fransa inqilabının təcrübəsindən, ilk növbədə, Yakobin diktaturası dövrünün təcrübəsindən istifadə etdilər, onların lideri V.İ.Lenin bolşevikləri — "yakobinlər" menşevikləri — "jirondistlər"lə müqayisə etdi.[2]

Faktiki parçalanma 1912-ci ildə, Lenin RSDFP-dəki digər cərəyanlarla kompromis axtarışından əl çəkərək onlarla əlaqəni kəsməyə getdiyi zaman baş verdi. 1912-ci ilin yanvarında Praqa konfransında (nümayəndələri əsasən bolşeviklərdən ibarət idi) qanuni partiya qurmağa yönəlmiş "təsviyyəçilərin" partiyadan çıxarılması elan edildi. Bolşeviklər əslində müstəqil partiyaya çevrildilər. 1913-cü ildə bolşeviklər — Dövlət Dumasının deputatları birləşmiş sosial-demokrat fraksiyasını tərk edərək müstəqil Duma fraksiyası yaratdılar. Nəhayət, bolşeviklər 1917-ci ilin yazında RSDFP (b)-nin ayrıca partiyasına (partiyanın adı qurultayda və ya konfransda rəsmi olaraq qəbul edilmədi) çevrildilər. Özlərini 1917-ci ilin yazından ÜKP(b)-nin XIX qurultayına qədər partiyasının adlarında(b) — "bolşeviklər partiyası" nəzərdə tutan bolşeviklərdən fərqli olaraq, İlk dəfə 1905-ci il məqalələrində Leninin işlətdiyi "menşeviklər" sözü həmişə qeyri-rəsmi olub.

Bir sıra tədqiqatçılar bolşevikləri radikal ekstremist siyasi cərəyan kimi səciyyələndirirlər.[3][4][5][6][7][8][9]

Hakimiyyəti ələ keçirmələri

[redaktə | mənbəni redaktə et]

1917 ci il oktyabr hadisələri ərəfəsində Rusiya artıq bir il əvvəlki imperiya deyildi. 1917 ci il fevralında inqilab baş vermiş, mütləqiyyət faktiki olaraq devrilmişdi. Doğrudu çar II Nilolay (1868 – 1918) martın 2 də qardaşı Böyük knyaz Mixailin (1878 – 1918) xeyrinə taxt – tacdan əl cəkmişdi. Lakin, knyaz Mixail taxt – tacı qəbul etməkdə tərədüd edirdi. Maraqlıdır ki, əgər knyaz Mixail taxt – tacı qəbul etsəydi ölkədə konstitusiyalı monarxiyanın yaradılma etimalı daha real görünürdü. Knyaz Mixail isə, 1917 ci ilin noyabrına nəzərdə tutlmuş Müəssisələr Məclisinə seçkiləri və onun açılışını gözləyirdi. Çünki, məhz Müəssisələr Məclisi ölkənin gələcək siyasi quruluşunu və konstitusiyasını qəbul edəcəkdi. Digər tərəfdən isə, Böyük knyazın tərədüdünün əsas səbəblərində biri siyasi şantaj olmuşdu. Belə ki, Dövlət dumasının sədri M.V.Rodzyanko (1859 – 1924) onu inandırmışdır ki, əgər o taxt – tacı qəbul edərsə Peteroqradda xalq üsyanı yeniden baş qaldıra bilər və bu zaman duma onun həyatına zəmanət verməyəcək. Halbuki, martın 3 də bir çox hərbi hissələrdə yeni imperator Mixailə andiçmə mərasimləri keçirilmişdi.

İmperator II Nikolayın martın 2 də imzaladığı digər fərmanla Baş nazir N. Qoliçının rəhbərlik etdiyi hökuməti buraxılmış, onun əvəzinə Dövlət dumasının üzvü, kadet partiyasının liderlərindən olan knyaz Q. Lvov (1861 – 1925) Müvəqqəti hökumətin Baş naziri təyin edilmişdi. Həmin ilin iyulunda isə onu, eserlərin nümayəndəsi A.F.Kerenski (1881 – 1970) əvəz etmişdi.

Məhz fevral inqilabından (Həmin inqilabın nə dərəcəd burjua inqilabı olması ciddi suallar və şübhələr yaradır)sonra həbsxanadakı məhbuslar azad edilmiş, bir çox siyasi mühacirlər geri dönmüş, əksər sol partiya və hərəkatlar leqal fəaliyyətə keçmişlər. İnqilabdan sonra da, ictimai – siyasi və sosial vəziyyət gərgin olaraq qalmaqda davam edirdi.

Fevral inqilabının əsas xüsusiyyətlərindən biridə ondan ibarət idi ki, inqilabdan dərhal sonra fəhlə deputatları soveti yaradılmışdı. Lakin, tezliklə Petroqradakı herbi hissələr inqilabın tərəfinə keçdikləri üçün həmin sovetin adı dəyişdirilərək Petroqrad fəhlə və əsgər deputatları soveti adlandırıldı. Doğrudu rusiya tarixindən sovetlərin inqillabda oynadığı rol hələ 1905 – 1907 ci illər Birinci Rus İnqilabından məlum idi. Belə ki, 1905 ci il may – iyun aylarında İvanovo – Voskrenskayada (İndiki İvanovo şəhəri) təşkil edilmiş kütləvi tətillərdə ilk dəfə olaraq fəhlə deputatları soveti yaradılır. Məhz həmin sovet faktiki olaraq bir ay ərzində şəhərdə hakimiyyəti ələ alaraq idarə etmişdi. Petroqrad soveti əsasən sol qüvvələrin kütləni və inqilabı idarə etmək üçün yaratdıqları qurum idi. Burada əsasən eser və menşeviklər üstünlük təşkil edirdilər. Petroqrad sovetinə isə menşevik N. Çxeidze (1864 – 1926) rəhbərlik edirdi.

1917 ci il fevral inqilabı zamanı bolşeviklərin lideri V. İ. Lenin (1870 −1924) avropada mühacirətdə yaşayırdı. O, fevral inqilabı barədə məlumatı yalnız iki gündən sonra qəzetlərdən oxuyur. Xaricdə yaşamasına baxmayaraq, Lenin Rusiyada inqilaba dair dəqiq plana və kifayət qədər maliyyə mənbələrinə malik idi. Həmin dövrdə, xaricdə yaşayan sol təmayüllü siyasi qüvvələrin liderlərinin əksəriyyəti müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq edirdilər. Belə ki, hələ birinci rus inqilabı zamanı Avstriyada yaşayan Lenin və bir müddət sonra bura gəlmiş L. D. Trotski (1879 – 1940) sonralar Avstriya Xarici İşlər naziri olmuş, Avstriya Sosial – Demokratların liderlərindən olan V.Adlerle (1852 – 1918) geniş əməkdaşlıq edirdilər.

Əlbəttə, rus inqilabçılarının xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi heçdə birinci dəfə deyildi. Belə ki, hələ 1904 – 1905 ci illər Rus – Yapon müharibəsi və 1905 – 1907 ci illər inqilabı zamanı Yaponiya Baş Hərbi Qərargahı gizli şəkildə rusiyadakı sol təmayüllü siyasi qüvvələrə 153 min funt sterlinq məbləğində silah vermişdi. Bundan əlavə, imperiya daxilində milli məsələləri daha da gərginləşdirmək üçün yapon kəşfiyyatı Stokholmdakı hərbi attaşe Asaki Motodziro (1864 – 1919) vassitəsilə Polşa Sosialist Partiyasının lideri Y.Pilsudskiyə (1867 – 1935) 200 min dollar maliyyə yardımı etmişdi. Finlandiyada Aktiv Müqavimət Partiyasınln lideri K. Çilliakus (1855 – 1924) Gürcüstanda isə , Sosialist – Federalistlər Partiyası Asaki vassitəsilə yaponiyadan maliyyə yardımları almışlar. 1905 ci il 9 yanvar hadisələrində əsas provokator rolunda çixiş edən, tarixdə daha çox "Keşiş Qapon" kimi tanınmış rus provaslav kilsəsinin keşişi Q. A. Qaponun (1870 – 1906) yaponiyadan maliyyə yardımı alması da məlum idi.

Birinci Dünya müharibəsi (1914 – 1918) zamanı Rusiya ilə müharibə aparan Almaniya, Rusiyanın müharibədən çıxmasında maraqlı idi. Bu məqsədə nail olmaq üçün yeganə çıxış yolu Rusiyanın daxildən çökdürülməsi ola bilərdi. Belə bir təcrübə hələ 1904 – 1905 ci illər rus – yapon müharibəsi zamanı uğurla sınaqdan keçmişdi.

Birinci Dünya müharibəsinin gedişində 1915 ci ildə, Almaniya kəşfiyyatı professional rus inqilabçısı Aleksandr Lvoviç Parvus ləqəbli İzrail Lazaroviç Qelfandla (1867 – 1924)əlaqə yaradır. Geniş biliyə və inqilabi təcrübəyə malik olan Parvus, almaniya xüsusi xidmət orqanları üçün Rusiyada inqilabı necə təşkil etməyin mümkünlüyü barədə geniş plan hazırlayır. Bu məqsədlə O, 1915 ci ilin mayında Leninlə görüşmək üçün Sürixə gedir və Leninlə danışıqlar aparır. Əlbəttə, sovet tarixşünaslığında Parvus haqqında danışmağı bir o qədərdə xoşlamırdılar. Bu da təbii idi. Çünki, bəzi mülahizələrə görə Leninin almaniya xüsusi xidmət orqanları ilə əməkdaşlığını məhz Parvusun yaratdığı barədə fikirlər mövcutdur. Lakin, sonradan Leninlə Parvus arasındakı münasibətlər korlanır. Buna isə əsas səbəb maliyyə məsələləri olur. Belə ki, Parvus M. Qorkinin (1868 – 1936) "İnqilab Burevestniki" adlı əsərinin Almaniyada tamaşaya qoyulmasını təklif edir. Razılaşmaya əsaən, əldə olunan gəlirin böyük bir hissəsi Leninin rəhbərlik etdiyi bolşeviklər partiyasının xəzinəsinə, 1/4 hissəsi isə müəllifə çatacaqdı. Tamaşalardan əldə edilən 132 min mark Parvus tərəfindən mənimsənilir. Sonradan məlum olur ki, Parvus həmin pulları İtaliyada tanınmış alman sosial – demokratı, marksist R. Lüksemburq (1871 – 1919) ilə eşq macərasına xərcləyib. Lakin, bütün bunlar sonra olacaqdı. Hələliksə, Leninlə görüşən Parvus dərhal Danimarkaya gedərək orada offşor şirkətlər yaradır. Əsas məqsəd isə, həmin şirkətlər vassitəsilə Rusiyada inqilab üçün Almaniyadan göndərilən pulların leqallaşdırılması idi. Məlumatlara görə, almaniya tərəfi Rusiyada inqilabın təşkili üçün Parvusa bir miyon qızıl mark vermişdi. Lakin, həmin pulların neçə faizinin Leninə çatdığl və neçə faizinin Parvus tərəfindən mənimsənildiyi məlum deyil.

1917 ci il oktyabr hadisələrində əsas şəxslərdən biri olan Trotskinin daha çox ABŞ dan bankir Y.Şiff (1847 – 1920) tərəfindən maliyyələşdirildiyi məlumdur. Əsl adı Leyba Davidoviç Bronşteyn olan Trotski əslində tam başqa bir adamın adı idi. Əsl Trotski rus polisinin podpolkovniki, zadəgan Nikolay Platonoviç Trotski (1846 – 1890) olmuşdu. 1890 cı ildə vəfat etdikdən sonra onun şəxsiyyətini təsdiq edən sənəd Bronşteynin əlinə keçir və Leyba sənədi saxtalaşdıraraq Lev Trotski adını daşımağa başlayır. Həmin dövrdə sənədlərdə şəkil olmadığı üçün bu cür sənədlərin saxtalaşdırılması problem deyildi. Həmçinin, Trotski bankir dayısı A. Jivotovski tərəfindən də maliyyələşdirilirdi. Leninlə ideoloji baxımdan konfliktdə olan Trotski daha çox menşeviklərlə əməkdaşlıq edirdi. Onun Tevel adlı digər dayısının oğlu menşeviklərin lideri Y. O. Martovun (1873 – 1924) baçısı ilə evlənmişdi. Sonralar, 1917 ci il oktyabr hadisələri ərəfəsində Trotskinin bacısı Olqa Bronşteynin əri Lev Kamenevin (1883 – 1936) vassitəçiliyi ilə Leninle Trotski yenidən siyasi baxımdan vahid mövqedən çıxış etməyə başlayırlar.

Fevral inqilabından sonra Müvəqqəti hökumətlə Petrosovet birgə əməkdaşlıq edirdilər. Həmin dövrdə İsveçrədə olan Lenin bunu tənqid edir və bildirirdi ki, artıq burjua inqilabı baş vermiş indi isə, sosialist inqilabı olmalıdı. O, özünün bu tezisini apreldə Rusiyaya qayıtdıqdan sonra etdiyi çıxışında da (aprel tezisləri)qeyd etmişdi. Plexanov (1856 – 1918) Leninin həmin çıxışını " Dəlinin sayıqlaması" adlandırmışdı. Yalnız Plexanov deyil, bir çox bolşeviklər Lenini uzun müddət xaricdə yaşadığından rusiyadakı real vəziyyətədən xəbəri olmadığını bildirirdilər.

Geri dönən Leninin "Bütün hakimiyyət sovetlərə" şüarını irəli sürməsi də, təsadüfi deyildi. Həmin dövrdə, bolşeviklər digər partiyalarla müqayisədə kiçik partiya idi və onlar eser, menşevik və anarxistlərdən fərqli olaraq fəhlələr, əsgərlər, matroslar və kəndlilər arasında geniş nüfuza malik deyildilər. Petrosovetdə isə, kiçik fraksiya ilə təmsil olunurdular. Hakimiyyətin sovetlər tərəfindən ələ keçirilməsində maraqlı olan Leninin əsas planı belə idi:

İki hakimiyyətliliyin ləğvi; Hakimiyyətin eser və menşeviklərin nəzarətində olan sovetlərə keçməsi; Sovetlərin bolşevikləşdirilməsi. Beləliklə, göründüyü kimi ilkin mərhələdə bolşeviklər birbaşa deyil, sovetlər vassitəsilə hakimiyyətə gəlməyi planlaşdırırdılar. Hələliksə əsas məsələ, Petrosovetin bolşevikləşdirilməsinə nail olmaq idi.

Həmin dövrdə, sol təmayüllü radikal – ekstremist baxişlara görə bolşeviklərlə rəqabət aparacaq yeganə siyasi qüvvə anarxistlər idi.

1917 ci il iyunun 5 də anarxist – kommunistlər İ.S.Bleyxman (1868 – 1921) başda olmaqla silahlı yolla "Ruskaya volya" qəzetinin tipoqrafiyasını tuturlar. Buna cavab olaraq, Ədliyyə naziri N.P. Pereverzev (1871 – 1944) anarxistlərin yerləşdiyi Durnovo bağ evinin anarxistlərin əlindən alınması əmrini verir. Həmin dövrdə anarxistləri müdafiə etmək məqsədilə 28 zavodda fəhlələr tətilə başlayırlar. Buna görə də hökumət geri çəkilməli olur.

Anarxistlər o dərəcədə inqilabi aksiyalar planlaşdırırdılar ki, hətda Petroqrad soveti və Lenin sonradan anarxistlərin həyata keçirdikləri aksiyaları təkrarlayırdılar. Belə ki, anarxistlərin iyunun 9 da keçirilmiş konfransında 98 zavod və Petroqrad hərbi hissələrinin nümayəndələri iştirak edirdi. Konfransda zavod və hərbi hissələrin nümayəndələrindən ibarət "Müvəqqəti hərbi komitə" yaradılır. Komitənin əsas məqsədi iyunun 18 də mitinq təşkil edərək silahlı yolla hakimiyyəti ələ almaq olmuşdu.

Həmin konfransda anarxistlər iyunun 18 də ümumrusiya mitinqin keçirilməsi haqqında qərar qəbul edirlər. İlk əvvəl bolşeviklər anarxistlərlə birgə həmin mitinqdə iştirak edəcəklərini bildirirlər. Lakin, sonradan Lenin anarxistlərin daha aktiv inqilabi bir qüvvə kimi önə çıxacağından ehtiyat edərək mitinqdə iştirakdan imtina barədə qərar qəbul edir. Buna baxmayaraq, bir çox orta ranqlı bolşeviklər həmin mitinqdə iştirak edirlər.

İyunun 18 də Petroqradda anarxistlərin mitinqi başlayır. Mitinqdə iştirak edən əsgər və matroslar dövlət idarələrinə deyil, anarxistlərin saxlandığı həbsxanalara hücum edərək anarxistlərlə bərabər bütün məhbusları azad edirlər. Növbəti gün hökumət Durnovoya ordu yeridərək qərargahı anarxistlərdən təmizləyir. Lakin, bir neçə gündən sonra bolşeviklər anarxistlərlə birgə əməkdaşlıq etməyə başlayırlar.

Bu dəfə Lenin və bolşeviklər belə hesab edirdilər ki, anarxistlər radikal inqilabi fəhlə, əsgər və matroslar üzərində geniş təsir imkanlarına malikdir. Bolşeviklər anarxistlərlə əməkdaşlıq etməklə həmin qüvvələri öz xeyirlərinə istifadə etməyi planlaşdırırdılar. Ancaq, bolşeviklərlə anarxistlərin əməkdaşlığında diqqəti cəlb edən daha bir ciddi məsələ həmin dövrdə cəbhədə yaranmış hərbi vəziyyət idi.

Artıq, iyul ayının 1 də anarxistlər bolşeviklərin baş qərargahı olan Kşesinskoy sarayında birgə dövlət çevrilişi planı üzərində işləyirdilər.

1917 ci il iyulun 1 də XI, VII və VIII ci rus ordusu alman – avstriya ordularına qarşı hücuma başlayırlar.

XI ci ordu Lvov istiqamətində hücuma keçərək bir sıra hərbi mövqeləri ələ keçirir. Bunun ardınca, general L. Q. Kornilovun (1870 – 1918) rəhbərliyi ilə VIII ci ordu Stanislav, Qaliç və Kaluş şəhərlərini tutur. Bu, fevral inqilabından sonra rus ordusunun ilk hərbi qələbəsi idi. Təbii ki, cəbhədəki hərbi uğurlar daxildə millətçi əhval – ruhiyyənin yüksəlməsinə, müvəqqəti hökümətin nüfuzunun artmasına və inqilabi prosseslərin zəifləməsinə səbəb ola bilərdi ki, bu da bolşeviklərin marağına uyğun deyildi.

İyulun 2 də bolşeviklər və anarxistlər fəhlələr, əsgərlər və matroslar arasında geniş təbliğat işi aparmağa başlayırlar. Həmin dövrdə 1 ci pulemyot polkunun buraxılması haqqında əsası olmayan şaiyələr yayılmışdı. Təbliğatın təsiri altında olan pulemyot polku Kronştadt matroslarına və digər hərbi polklara birgə qiyama başlamaq barədə müraciət edir. Qiyama qoşulmuş polkun nümayəndələri bolşeviklərin qərargahı olan Kşesinskoy sarayına toplaşırlar. Beləliklə, bolşeviklərin qərargahı hərbi – dövlət çevrilişinin baş qərargahına çevrilir.

Iyulun 3 də axşam saat 9 da qiyam etmiş hərbi hissələr və fəhlələr Kşesinskoy sarayından müvəqqəti hökumətin yerləşdiyi Tavriçeski sarayına doğru hərəkətə başlayırlar. Aksiyada iştirak edən fəhlələr üzərində "Bütün hakimiyyət sovetlərə" yazılmış qırmızı plakatlar, "Rədd olsun müvəqqəti hökumət " və " Yaşasın anarxiya" yazılmış qara plakatlar tutmuşlar. Qiyamçılar Nevski prospektinə daxil olduqda atışma başlanır. Təxminən 10 dəqiqə davam edən atışmadan sonra qiyamçılar dağılışırlar.

Növbəti gün iyulun 4 də qiyamçılar yenidən hüçuma keçirlər. Bu dəfə isə,böyük itki verən qiyamçılar məğlub olur. Bolşeviklər, anarxistlər və Petroqrad sovetinin bir çox üzvləri o cümlədən qiyamda iştirak edən polkların əsgərləri həbs edilir. Lenin isə qaçaraq gizlənir. Sovet tarixşünaslığında Leninin həmin dövrdə Finlandiyada Razliv gölü yaxınlığında gizləndiyi qeyd edilir. Lakin, bu barədə hər hansı rəsmi sənəd mövcud deyil. Həmin məsələyə dair yeganə resmi məlumat Fransa Milli Arxivində saxlanılır.

Fransa agentura şəbəkəsinin məlumatına görə, iyul ayındakı silahlı çevriliş cəhdindən sonra Lenin Almaniyaya qaçır. O, burada Almaniya kansleri G. Mixaelisin (1857 – 1936) şəxsi nümayəndələri ilə danışıqlar apardıqdan sonra, Finlandiyaya gedir. Protestant pastoru kimi geyinən Lenin bir müddət Finlandiyada vərəm xəstələri üçün ayrılmış sanatoriyada qalır. Xarici görkəmini dəyişərək qrimlənmiş Lenin yalnız oktyabrın 10 da gizli şəkildə Petroqrada gəlir.

Belə bir şəraitdə Leninin anarxistlərlə əməkdaşlıq edərək arxa cəbhədə silahlı dövlət çevrilişinə cəhd etməsi onun almaniyanın xeyrinə casusluq etməsi barədə fikirləri bir daha təsdiqləmiş olur. Təsadüfi deyil ki, həmin dövrdə Petroqradda fabrik və zavodlarda fəhlələrin "Rədd olsun Lenin", "Alman casusu Leninə ölüm" şüarları ilə mitinqləri keçirilir.

Məhz, bolşeviklərlə anarxistlərin birgə hərbi – dövlət çevrilişi cəhdindən sonra alman ordusunun əks hücumu başlanır. Nəticədə, rus ordusu nəinki əvvəlki mövqelərini tərk etməyə məcbur olur hətda, almanlar Riqa şəhərinidə tuturlar.

Beləliklə, daxildəki qeyri – sabitlik və cəbhədəki uğursuzluqlar hökumət böhranına səbəb olur və knyaz Lvov Baş nazir vəzifəsindən istefa verməli olur. Onu, eser Kerenski əvəz edir. İlk baxışda, sosialist Kerenski radikal sol qüvvələrdən özünü sığortalanmış kimi görünür. Çünki, iyul hadisələrindən sonra bolşevik liderlərinin bir hissəsi həbs edilmiş, bir hissəsi isə qaçıb gizlənmişdir. Bundan əlavə, radikal sol təmayüllü menşeviklər və Petrosovetin radikal nümayəndələridə həbs edilmişdi. Anarxistlər isə, faktiki olaraq ləğv olunmuşdu. Yeganə real təhlükə burjaziya hesab olunurdu. Çünki, həmin qüvvə istənilən an iqtisadi sabotaj və ya maliyyə böhranı yarada bilərdi. Həm də axı necə ola bilər ki, burjua inqilabı nəticəsində formalaşmış hökumət burjaziyasız olsun?. Beləliklə, Kerenski eser, kadet və menşeviklərdən ibarət ikinci Müvəqqəti hökuməti formalaşdırır.

Müvəqqəti hökumətin ən böyük mənfi cəhətləri ölkədə hökm sürən xaosun qarşısını ala bilməməsi, ordu üzərində nəzarəti itirməsi, aqrar islahatlara başlamaması, müharibəni davam etdirməsi kimi faktorlar idi. Xüsusilə də, həmin dövrdə rusiya əhalisinin təxminən 70% nin kəndlilərdən ibarət olduğunu nəzərə alsaq, aqrar islahatların aparılması hökumətin populyarlığı baxımından böyük əhəmiyyətə malik idi. Lakin, digər tərəfdən aqrar islahatların aparılması orduda vəziyyəti daha da gərginləşdirə bilərdi. Belə ki, orduda əsgər və matrosların böyük hissəsi məhz kəndlilərdən ibarət idi. Aqrar islahatların başlayacağı təqdirdə daha çox ərazi və münbit torpaq sahələri əldə etməyə çalışan kəndli əsgər və matrosların ordunu özbaşına tərk edərək kəndlərə qayıdacağı etimalı yüksək idi. Bu isə, onsuzda orduda gərgin olan vəziyyəti daha da pisləşdirə bilərdi. Məhz bu faktor, Müvəqqəti hökuməti aqrar islahatlar aparmaqdan çəkindirirdi.

İyul ayının sonlarında Kerenski general Kornilovu Ali Baş Komandan təyin edir. Kornilov hökumət üzvləri qarşısında çıxış edərək mövcud vəziyyətdən çıxış yollarına dair təkliflərini səsləndirir. O, ilk növbədə orduda ölüm cəzasının bərpa edilməsini, partiyaların fəaliyyətinin dayandırılması, fabrik və zavodlarda tətillərin qadağan edilməsi və siyasi ölüm hökmünün tətbiq edilməsini təklif edir. Sol təmayüllü hökumət üzvlərinin əksəriyyəti bunun əleyhinə çıxsa da, kadetlər Kornilovun bu təkliflərini müdafiə edirlər. Sonralar, avqustun 13 də Kornilovun Moskvada Ümumrusiya yığıncağında həmin fikirləri təkrarlaması Kerenskidə Kornilov tərəfindən dövlət çevrilişi planının hazırlanması barədə fikir formalaşdırır.

Avqustun 25 də Kornilov general A.Krımova (1871 – 1917) Petroqradı alman ordusunun mümkün hücumundan müdafiə etmək və şəhərdə qayda – qanun yaratmaq məqsədilə ordu formalaşdıraraq Petroqrada getmək əmri verir. Bunu eşidən Kerenski general Kornilovu dövlət çevrilişinə çəhtdə və vətənə xəyanətdə ittiham edərək Petrosovetlə şəhəri birgə müdafiə etmək haqqında razılığa gəlir. Petrosovetin həbs edilmiş üzvləri və digər radikal sol qüvvələrin nümayəndələri həbsdən azad edilir. Beləliklə, bolşevik partiyası yenidən tam leqal fəaliyyətə başlayır və özünün tam nəzarətində olan silahlı "Qırmızı qvardiya" lar yaradır. Dövlətə xəyanətdə ittiham olunan Lenin isə, hələki məcburi olaraq qeyri – leqal şəraitdə qalmaqda davam edirdi. Lakin, avqustun 30 da general Krımov özünü güllə ilə vurub öldürür. Beləliklə, "Kornilov planı" iflasa uğrayır.

Sentyabr ayında Petrosovetdə daxili mübarizə gərginləşir. Bolşeviklər sol eserlərlə birgə hakimiyyətin ələ keçirilməsi məsələsini qaldırırlar. Dövlət çevrilişində iştirak etmək istəmədiyini bildirən N. Çxeidzi Petrosovetin sədri vəzifəsindən istefa verir. Onun yerinə artıq bolşeviklər partiyasının üzvü olan L. Trotski seçilir.

Bolşeviklər partiyasının daxilində də, hakimiyyətin ələ keçirilməsinə dair gərgin diskusiyalar gedirdi. Lenin hakimiyyəti bir partiyanın adından ələ keçirilməsinin vacib olduğunu bildirirdi. Q. Zinovyev (1883 – 1936) və bolşevikləri Petrosovetin Mərkəzi Komitəsində təmsil edən L. Kamenev isə əks arqumentlə çıxış edirdilər. L. Kamenevin fikrincə əgər bolşeviklərin çevriliş cəhdi alınmazsa bu, bolşeviklərin siyasi səhnədən birdəfəlik silinməsi ilə nəticələnəcək. Digər tərəfdən, bolşeviklər hakimiyyəti ələ keçirsələr o zaman, onlar təklənmiş vəziyyətə düşəcəklər. Çünki, kəndlilərin böyük əksəriyyətinin dəstəklədiyi eserlər və fəhlələr arasında geniş nüfuza malik olan menşeviklər bolşevikləri müdafiə etməsələr, bolşeviklər uzun müddət hakimiyyətdə qala bilməyəcəklər. Belə olan təqdirdə, vətəndaş müharibəsi başlanacaq və bu zaman, fəhlələrin əksəriyyəti bolşeviklərə qarşı döyüşəcəklər. Bu isə, fəhlə sinfinin parçalanması olacaq ki, bundan da əks – inqilabi qüvvələr istifadə edə bilərlər. Əgər vətəndaş müharibəsində bolşeviklər qalib gəlsə də, bu artıq sosialist hakimiyyəti deyil, vətəndaş müharibəsinin, Yakobin diktaturasının hakimiyyəti olacaq. Yakobin diktaturası isə, sosializm qura bilməz. Lenin isə öz növbəsində, Zinovyev və Kamenevi xəyanətdə ittiham edirdi. Lakin, sonradan Lenin Zinovyev və Kamenevin mövqeyi ilə razılaşaraq hakimiyyətin sovetlər vassitəsilə ələ keçirilməsinə razılaşır.

Sonralar tarix Zinovyevin və Kamenevin nə dərəcədə haqlı olduqlarını sübut etdi.

1917 ci il oktyabrın 12 də Petrosovetin tərkibində "Hərbi – İnqilabi Komitə" yaradılır və sol eserlərin nümayəndəsi P. Lazimir (1891 – 1920) komitəyə sədr təyin edilir. Göründüyü kimi, paradoksal vəziyyət yaranmışdı. Belə ki, eserlərin nümayəndəsi digər eserin başçılıq etdiyi hökumətin devrilməsi üçün yaradılmış komitəyə rəhbərlik edirdi.

Ancaq, bolşeviklərin qarşısında duran ən böyük problem sovetdə eserlərin və menşeviklərin üstünlük təşkil etmələri idi. Bundan əlavə, Sovetin Mərkəzi İcraiyyə Komitəsində də, (MİK) eserlər və menşeviklər üstünlüyə malik idilər. Beləliklə, Petrosovetin oktyabrda keçirilən iclasında bolşeviklər hakimiyyətin sovetin adından ələ keçirilməsini təklif edirlər. Sağ eserlər və menşeviklər həmin təklifin əleyhinə olduğunu və bunun, dövlət çevrilişi olduğunu bildirirlər. Lakin, həmin dövrdə eserlər bir siyasi qüvvə kimi parçalandıqlarına görə, vahid mövqedən çıxış edə bilmirdilər. Buna baxmayaraq, sovetdə V. Çernovun (1873 – 1952) rəhbərlik etdiyi sağ eserlər fraksiyası böyük üstünlüyə malik idi. Sol eserlərin lideri isə M. Spiridonova (1884 – 1941) idi. Sol eserlər əsasən bolşeviklərin mövqeyini müdafiə edirdilər. Yaranmış vəziyyətə etiraz əlaməti olaraq sağ eserlər və menşeviklər iclası tərk edirlər. Belə olan təqdirdə, bolşeviklər və sol eserlər mexaniki olaraq səs çoxluğu əldə edirlər. Beləliklə, hakimiyyətin Pterosovet adından ələ keçirilməsi üçün maneə aradan qalxmış olur.

1917 ci il oktyabrın 24 dən başlayaraq bolşeviklər və sovetin silahli əsgər və matrosları Petroqradda heç bir müqavimət olmadan Mərkəzi bankı, dəmiryol vağzalını, poçtları və körpüləri ələ keçirirlər. Müvəqqəti hökumətin yerləşdiyi "Qış sarayı" isə mühasirəyə alınır. Həmin dövrdə "Qış sarayı" nı kazaklar, yunkerlər və qadın batalyonu müdafiə edirdi. Əslində, mühasirə bir o qədərdə ciddi mühasirə deyildi. Qırmızı qvardiyaçılar kiçik dəstələr şəklində sarayın yaxınlığındakı küçələrdə tonqal qalıyıb keşış çəkirdilər. Ancaq buna baxmayaraq, saraya gediş – gəliş tam sərbəst və maneəsiz idi. Lakin tezliklə, kazaklar onsuzda heç bir nüfuza malik olmayan Kerenski hökumətinə görə hər hansı bir müqavimət göstərmək istəmədiklərini elan edərək sarayı tərk edirlər. Bunu görən Kerenski hakimiyyəti müdafiə etmək üçün cəbhədən ordu toplamaq məqsədilə hakimiyyəti nazir N. Kişkinə (1864 – 1930) həvalə edərək ön cəbhəyə gedir. Sovet tarixşünaslığında Kerenskinin guya qadın paltarında qaçması haqqında uydurmalar mövcud idi. Halbuki, Kerenski sərbəst şəkildə qırmızı qvardiyaçıların yanından keçərək ABŞ konsulunun maşınında sarayı tərk etmişdi.

Gecə şaxtaya davam gətirməyən qırmızı qvardiyaçılar isinmək üçün sarayın pəncərələrini sındıraraq saraya daxil olurlar. Saraya daxil olan inqliabçı əsgər və matrosları yunkerlər əsr götürürlər. Lakin, tezliklə məlum olur ki, əsr götürülmüş qırmızı qvardiyaçıların sayı sarayı müdafiə edənlərin sayından qat – qat çoxdur. Nəhayət, okrtyabrın 26 də gecə saat 2 də əsgər və matroslar kütlə şəklində saraya daxil olur və Müvəqqəti hökumətin üzvlərini həbs edirlər.

Həmin gəcə Lenin gizlin şəkildə Smolnıya gəlir. Bığını və saqqalını qırxaraq qrimlənmiş Lenini mühafizə tanımadığı üçün Smolnıya buraxmaq istəmir. Nəhayət, uzun mübahisələrdən sonra Lenin Smolnıya daxil olur və sosialist inqlabının baş verdiyini elan edir. Əvvəlcə, sağ eserlərlə koalision hökumət qurmaq barədə danışıqlar aparan bolşeviklər sonda, sol eserlərlə birgə hökumət qururlar. Elə həmin gecə oktyabrın 26 da Leninin təşəbbüsü ilə sağ eser və menşeviklərin nəzarətində olan MİK buraxılır, boşeviklərdən və sol eserlərdən ibarət yeni tərkib formalaşdırılır.

Göründüyü kimi, Lenin nəyin bahasına olursa olsun Müəssisələr Məclisinin açılışınadək hakimiyyətin ələ keçirilməsini tələb edirdi. Leninin bu tələbi təsadüfi deyildi. O, çox gözəl başa düşürdü ki, bolşeviklər hələ kifayət qədər geniş ictimai dəstəyə malik deyillər. Müəssisələr Məclisinə seçkilər zamanı bolşeviklərin əksər səs çoxluğu əldə edə biləcəyi mümkün deyildi. Məclis isə, ölkənin siyasi sistemini müəyyənləşdiriləcək, yeni konstitusiya qəbul ediləcək və yeni hökumət formalaşdıracaq. Bu zaman bolşeviklər hakimiyyətdən və dövlət idarəçiliyindən kənarda qalacaqlar. Sonradan, bolşeviklərin hakimiyyəti ələ keçirmə cəhdləri legitim hakimiyyətə qarşı dövlət çevrilişi kimi qiymətləndirilə bilinərdi. Bu isə, bolşeviklərin siyasi və fiziki baxımdan sonu demək olardı.

Noyabrda Ümumrusiya Müəssisələr Məclisinə keçirilən seçkilərdə sağ eserlər 50% çox səs toplayaraq yerlərin əksəriyyətini götürürlər. Bolşeviklər, sol və mərkəzçi eserlər isə birlikdə 38,5% səs alırlar. 1918 ci il yanvarın 5 də açılan Məclisdə bolşeviklər və sol eserlər Lenin imzaladığı "Sülh" və "Torpaq" haqqında Dekretlərin qəbul edilməsini tələb edirlər. Lakin, əksəriyyət həmin təklifi rədd edir. Daha sonra, Məclisə sədr seçkilərində sağ eserlərin nümayəndəsi V.Çernov və bolşeviklərlə sol eserlərin namizədi M. Spiridonovanın namizədliyi səsə qoyulur. V. Çernov 244, Spiridonova isə 153 səs toplayır. Beləliklə, Çernov sədr seçilir. Məğlub olduqlarını görən bolşeviklər və sol eserlər Məclisi tərk edirlər. (Sonralar, bolşeviklər M. Spiridonovanın onlar üçün göstərdiyi xidməti yüksək qiymətləndirərək onu 1941 ci ildə güllələyirlər.)

Bundan dərhal sonra Leninin göstərişi ilə Məclisin keçirildiyi Tavriçesk sarayı silahlı mühasirəyə alınır. Həmin gün bolşeviklərin bu hərəkətinə etiraz edən fəhlələr Petroqradda və Moskvada Müəssisələr Məclisini müdafiə edən mitinqlər keçirirlər. Bolşeviklər dinc nümayişi güllə boran edirlər. Nəticədə Petroqradda 21, Moskvada isə 50 nəfər qətlə yetrilir. Növbəti gün isə, bolşeviklər Məclisin keçirildiyi saraya silahlı dəstələr yeridərək nümayəndələrə zala daxil olmağa imkan vermirlər.

Beləliklə, ümumrusiyanı təmsil edən, legitim Müəssisələr Məclisi bolşeviklər tərəfindən qeyri – qanuni olaraq ləğv edilir. Bu isə, bolşeviklərin hakimiyyəti əllərində saxlamaq üçün həyata keçirdikləri əsl dövlət çevrilişi idi[10].

  1. Большевики Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine / И. С. Розенталь // "Банкетная кампания" 1904 — Большой Иргиз. — М. : Большая российская энциклопедия, 2005. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 3). — ISBN 5-85270-331-1.
  2. Лельчук В. С., Тютюкин С. В. Глава XII. Большевики // Политические партии России: история и современность / Под ред. А. И. Зевелева, Ю. П. Свириденко, В. В. Шелохаева. — М.: РОССПЭН, 2000. — 631 с.
  3. Кенез П. Красная атака, белое сопротивление. 1917–1918 / Пер. с англ. К. А. Никифорова. — М.: ЗАО Центрполиграф, 2007. — 287 с. — (Россия в переломный момент истории). ISBN 978-5-9524-2748-8, с. 13.
  4. Ашин Г. К. Формы рекрутирования политических элит Arxivləşdirilib 2017-08-16 at the Wayback Machine // Общественные науки и современность. 1998. № 3. С. 85–96.
  5. Ципко А. С. У нас в России все экстремизмы опасны Arxivləşdirilib 2008-08-29 at the Wayback Machine // "Российская газета" — Федеральный выпуск № 4103 от 28 июня 2006 г.
  6. Рыбаков С. В. Лекция 16. Гражданская война Arxivləşdirilib 2010-09-29 at the Wayback Machine // Вторая половина XIX–XX вв. Курс лекций. Ч. II. / Под ред. акад. Б. В. Личмана. — Екатеринбург: Уральский гос. тех. ун-т, 1995.
  7. "Р. Г. Ланда. Политический ислам: предварительные итоги (М., 2005). Гл. II. § 3". 2012-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-06.
  8. Гейфман А. Революционный террор в России, 1894–1917 / Пер. с англ. Е. Дорман. — М.: КРОН-ПРЕСС, 1997–448 с. — (Серия "Экспресс") ISBN 5-232-00608-8, глава 3 "Социал-демократы и террор", раздел "Террор на практике: Большевики": "Используя убийства в целях устрашения сторонников самодержавия, большевики также стремились посеять смятение и панику в правительственных структурах и таким образом помешать властям бороться с распространяющимся революционным насилием. Экстремисты безжалостно расправлялись со своими "мишенями", которыми были главным образом местные правительственные служащие от полицейских инспекторов фабрик до городовых. Комментируя эти акты, некоторые большевики признавали разрушительное воздействие насилия ради насилия: "В 1907 году, осенью… боевая молодёжь потеряла руководство и стала отклоняться в анархизм… устроила несколько экспроприаций, потом убийства стражников, городовых, жандармов… Они были заражены и считали, что надо просто действовать". Два таких террориста-большевика "от нечего делать преследовали казаков, ожидая удобного момента, чтобы забросать их бомбами"".
  9. Боханов А. Н. Николай II / А. Н. Боханов. — М.: Вече, 2008. — 528 с.: ил. — (Императорская Россия в лицах). ISBN 978-5-9533-2541-7, с. 184: "Выборы в Государственную Думу проходили в марте 1906 года. В стране ещё бушевали общественные страсти, и ежедневно из различных мест Империи поступали сообщения о погромах, поджогах, насилиях и убийствах на политической почве. Но ситуация уже начинала поддаваться контролю со стороны властей, хотя в некоторых окраинных районах продолжала сохраняться нестабильность, и там не удалось организовать процедуру "народного волеизъявления". Экстремистские группировки, например большевики-ленинцы, призывали к бойкоту. Они всё ещё надеялись на возможность "народного восстания"".
  10. "Bolşeviklər hakimiyyəti necə ələ aldılar ?". 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.