Mariya Malibran

Vikipediya, azad ensiklopediya
Verman1 (müzakirə | töhfələr) (Bioqrafiyası: clean up, replaced: həmdə → həm də) tərəfindən edilmiş 20:08, 6 sentyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Mariya Malibran
fr. Maria Malibran
Ümumi məlumatlar
Doğum adı María-Felicia García Sitches
Ləqəbləri La Malibran, Maria Malibran
Doğum tarixi 24 mart 1808(1808-03-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 sentyabr 1836(1836-09-23)[1][2][…] (28 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, bəstəkar, aktrisa, teatr aktrisası
Janr opera
Səs tembri soprano, messo-soprano[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariya Malibran (isp. María Malibrán (24 mart 1808[1][2][…], Paris[3]23 sentyabr 1836[1][2][…], Mançester, Lankaşir[3]) — ispan əsilli mezzo–sopranoçu opera müğənnisi. Dünya opera incəsənətinin əfsanəsi.

Mariya Malibran 24 mart 1808 ci ildə musiqiçı ailəsində, Parisdə dünyaya gəlmişdir. Atası — bəstəkar, tenor və pedaqoq Manuel del Populo Visente Qarsiya (Coakkino Rossininin Sevilya bərbəri operasındakı Qraf Almaviva partiyasını məhz onu nəzərdə tutub yazmışdır), anası — opera sopranoçu müğənnisi Xoakina Briones, bacısı — mezzo-sopranoçu Polina Viardo, qardaşı — bariton və pedaqoq Manuel Qarsiya. 1811 ci ildən ailəsi Neapola köçür. Mariya ilkdəfə 6 yaşında ikən valideynləri ilə səhnəni bölüşmüş olur. Mariya musiqi və oxuma dərslərini atasından alır. 1815 ci ildə ailəsi Parisə, daha sonra Londona köçür. Mariya London ətrafında, Hammersmitdə monastır kollecində təhsil alır. 1824 cü idə beş dil bilən Mariya kolleci bitirir. 1825 ci ildə London Kral Operasında Coakkino Rossininin Sevilya bərbərində Rozina rolunda çıxış edir. Mövsümün sonunda atası ilə Nyu-Yorka gələrək, atasının rəhbərliyi ilə tamaşaya qoyulmuş Mosartın Don Covanni operasında Çerlina partiyası ilə çıxış edir. Nyu-Yorkda Maria özündən 26 yaş böyük bankir Ejen Malibranla tanış olur və tezliklə ona ərə gedir. Evliliklərindən bir neçə ay sonra əri müflisləşir. Beləki, Mariya çıxışlarından əldə etdiyi qazancı ilə ərinə yardım etmək məcburiyyətində qalır. Bir il sonra ərindən ayrıldıqdan sonra Avropaya dönür. Parisdə özünə yer tapa bilməyən Mariya İngiltərə və Belçika bir qədər qonaq qismində qaldıqdan sonra 1832 ci ildə İtaliyaya gəlir. Burada o, Roma, Neapol, Milan, Venesiya və Boloqna opera səhnələrini fəth edir. Maiya Malibran belçikalı viyola ustası və bəstəkar Şarl Ogüst de Beriota (1802–1870) aşiq olur və 6 il birgə yaşayışdan sonra 1836 cı ildə ona ərə gedir. 1833 cü ildə onların bir oğlu, sonralar pianoçu kimi tanınacaq Şarl Çarls Vlfrid Beriot (1833–1914) dünyaya gəlir. 1836 cı ilin aprel ayında Londonda Hayde parkında ov zamanı atdan düşərək Mariya bərk zədə alır. Ayağının amputasiya olunacağından ehtiyatlanaraq, müalicədən imtina edən hamilə Mariya qəzadan 5 ay sonra İngiltərədə, Mançesterdə vəfat edir. Mariya Malibran tək qeyri adi opera müğənnisi deyildi. O, bəstəkar , məharətli pianoçu, arfa ifaçısı, rəssam, eyni zamanda dərzi idi. Öz libaslarını demək olar ki bir hissəsini özü tikmişdir. Mariya həm də zəkalılığı, dərrakəliyi və gözəl ifadə etmə qabiliyyəti ilə xüsusi seçilirdi. Mariya Malibran dəfnində vidalaşmaq üçün 50 000-də çox pərəstişkarı iştirak etmişdir. Mariya Brüsseldəki Notre-Dame de Laeken kilsəsinin həyətindəki məzarlıqda dəfn edilmişdir. Məzarının üsündə bu sözlər yazılmışdır: "Gözəllik, dahi və məhəbbətdir bu qadının adı."

  • Barselona Baş teatrında mariya Malibanın barelyefi vurulmuşdur.
  • Venesiyadakı Malibran teatrı məhz Mariya Malibranın şərəfinə adlandırılmışdır.
Tombe de la Malibran.JPG
Mariya Malibranın məqbərəsi
Teatre Principal - Maria Malibrán.jpg
Mariya Malibranın barelyefi
Teatro Malibran.jpg
Malibran teatrı
  • Howard Bushnell: Maria Malibran. A Biography of the Singer. 1980 (ing.)
  • April Fitzeyon: Maria Malibran. Diva of the Romantic Age. Indiana University Press 1989, ISBN 0-253-32408-4 (ing.)
  • Maria Malibran  (alm.)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Maria Malibran // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  4. Grove Music Online (ing.). OUP. doi:10.1093/GMO/9781561592630.ARTICLE.17547