Radio düyməsi

Vikipediya, azad ensiklopediya
Nemoralis (müzakirə | töhfələr) (KU: Kateqoriya:Qrafiki istifadəçi interfeysiKateqoriya:Qrafik istifadəçi interfeysi) tərəfindən edilmiş 12:24, 14 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Radio düyməsi (en. Radio button) – qrafik istifadəçi interfeysində: adətən, dialoq boksunun bölümündə parametrlərdən birinin seçilməsi vasitəsi; bu halda siyahıdakı parametrlərdən yalnız birini seçmək olar. Başqa seçim vasitəsi olan yoxlama bokslarında birdəfəyə bir neçə parametri aktivləşdirmək olar. Adi halda kiçik dairəcik şəklində olan radio düyməsini aktivləşdirdikdə dairəciyini içərisində nöqtə əmələ gəlir. Radio düyməsi radioaparatura düymələrinə bənzədiyinə görə belə adlandırılıb: hər hansı düymənin seçilməsi ondan qabaq seçilmiş düyməni "söndürür".

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.