Kiaksar

Vikipediya, azad ensiklopediya
Bikar (müzakirə | töhfələr) (188.3.82.218 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq TgrlBot tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.) tərəfindən edilmiş 09:35, 19 mart 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Kiaksar
bayraq
Midiya Dövlətinin IV hökmdarı
E.ə. 625 – E.ə. 585[1]
ƏvvəlkiMadiy
SonrakıAstiaq
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VII əsr
Doğum yeri
Vəfat tarixi E.ə. 585
Milliyyəti maday
Atası Fraort
Uşaqları Astiaq, Amitida

Kiaksar (yunanca: Κυαξάρης, qəd. fars:Uvaxşatra[2]; e. ə. VII əsr, Ekbatane.ə. 585[3]) – hökmdar Fraortanın oğlu, Midiyanın üçüncü və ən qüdrətli hökmdarı.[4][5] Prof. Q. Qeybullayevin "ilk böyük türk"[6] adlandırdığı Kiaksarın hakimiyyəti dövründə Midiya şərqin ən güclü dövlətinə çevrilmişdir.

Kiaksarın hakimiyyəti dövründə Midiya dövlətinin sərhədləri

O, Midiya ordusunu yenidən qurmuş və təkmilləşdirmiş, daha sonra öz hərbi gücünü Babil hökmdarı Nabopalasarla birləşdimişdir. Bu birlik həmçinin Kiaksarın qızı Amitisin Nabupalasarın oğlu II Navuxodonosora ərə verilməsi ilə də möhkəmləndirilmişdir. Navuxodonosor gözəl Midiya (Azərbayacan) dağları və təbiəti üçün darıxan xanımı Amitis üçün qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin asma bağlarını inşa etdirmişdir.[7]

Bu birliyin nəticəsi olara yüzillərlə bütün Şərq xalqlarına əziyyət vermiş Assur dövləti süquta uğradılmış və onun paytaxtı zəngin Nineva şəhəri e.ə. 612-ci ildə tutularaq talan edilmişdir. Bu qələbədən sonra Midiya ordusu Şimali Mesopotomiyanı, Şərqi AnadolunuMidiyaLidiya arasında e.ə. 585-ci il 28 may tarixində baş vermiş Halis döyüşündən sonra Midiyanın Qərb sərhəddi kimi müəyyənləşdirilmiş Kiçik Asiyanın Halis çayına qədər olan ərazisini fəth etmişdir.[8]

MidiyaLidiya arasında baş vermiş döyüş haqqında Herodot yazır:

"At üstündə yürüş edən köçəri skiflər bir qədər vaxtdan sonra yenidən peyda oldular və madaylardan sığınacaq istədilər. Bu zaman Midiyanın hökmdarı Deyokun oğlu Fraortanın oğlu Kiaksar idi. Skiflər ilk dəfə Deyokun hakimiyyəti zaman Midiyaya gəlmişdilər. O zaman Deyok onları xoş niyyətlə qarşılayaraq öz torpaqlarında yerləşdirmiş, özünün və ailəsinin güvənliyini skiflərə etibar edərək, oğlanlarını yaxşı nitq və yayla oxa atmağı öyrətmələri, döyüş təlimləri keçmələri üçün skiflərə vermişdi. Beləcə zaman keçir, skiflər tez-tez Kiçik Asiyaya yürüş edərək həmişə qymətli şeylərlə geri dönürdülər. Lakin bir dəfə onlar əliboş gəldilər və bu zaman Kiaksar onlara qarşı sərt rəftar edərək ağır şəkildə təhqir etmişdir.Bu cür təhqirdən sonra, skiflər onların arasında istənilmədiyi halda girən madaylardan birini öldürüb ətini doğrayaraq yemək kimi Kiaksara təqdim etdilər və özləri də mümkün qədət tez yığışaraq Sardlı Sadiattın oğlu Aliattın yanına qaçdılar. Ət bişirilib süfrəyə təqdim edildiyi və Kiaksar və onun qonaqlarının həmin ətin dadına baxdıqları vaxt, skiflər artıq Aliattın qoruması altında idilər. Hər şeyi öyrəndikdən sonra, Kiaksar Aliattdan skifləri geri verməsini tələb etdikdə Aliatt bundan imtina etdi. Beləliklə MidiyaLidiya arasında beş il davam edən müharibənin əsası qoyldu. Bu müharibədə gah madaylar, gah da lidiyalılar üstünlük əldə edirdilər. Müharibənin altıncı ilində çay kənarındakı döyüşlərdən birində birdən-birə gündüz gecə oldu və hər yer qaranlığıa qərq oldu. Bunun tanrıların qəzəbi olduğunu başa düşən hər iki tərəf aralarında sülh bağlayaraq müharibəyə son qoydular. Sülh qərarı qohumluq əlaqələri ilə də möhkəmləndirildi və Aliattın qızı Arienis, Kiaksarın oğlu Astiaqa ərə verildi. Bundan sonra tərəflər arasında hansısa bir toqquşma və ya anlaşmazlıq baş vermədi.

Herodot – Tarix, I, 73 – 74

Bu müharibədən az bir vaxt keçdikdən sonra Kiaksar vəfat etdi və onun yerini oğlu Astiaq tutdu. Astiaq ana tərəfdən, sonralar Midiya dövlətinin varlığına son qoyaraq maday hakimiyyətini və taxt-tacını qəsb etmiş fars şahzadəsi II Kirin babası idi.

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Kiaksar şəxs adının əsl formasını bərpa etmək çətinlik yaratmışdır. Herodot fars məlumatçısından eşitdiyi adı qədim yunan dilinə uyğun surətdə yazmışdır. Er.əv. 519-cü ilə aid Bisutun qaya yazısında bu ad Huvaxştra Asur mənbələrində bir neçə midiyalının adında satar komponenti nəzərə çarpır: Satarpay, Satarpanu, Sataret və b. Ona görə də Kuvaksatar şəxs adındakı satar komponentinin türkcə şat – vəliəhd, şahzadə və ər – kişi, igid, döyüşçü sözlərindən ibarət olduğunu güman edilir . XVIII əsrdə Xivə xanlığının aid arxiv sənədlərində qaraqalpaqlarda 9 nəfər Sadır şəxs adı çəkilir[9]. İ.M.Dyakonov və E.A.Qrantovski adlarda satar sözünü qədim fars mənşəli hşatra – hakimiyyət sözünün asurca yazılışı sayır[10] və bunun əsasında Maday etnosunun Ari mənşəli (fars mənşəli) olduğunu yazırlar. Lakin yuxarıda deyilənlər bu fikrin yanlış olduğunu göstərmişdir.[11] Orta Asiyada sak çarlarından biri Saksatar (bu adı er.əvvəl II əsr müəllifi Polien çəkir) şəxs adı məlumdur. Adın birinci komponenti Şərqi hun xaqanı Metenin oğlu Kiek (yazılışı çincədir, Kuyak, Kuvak kimi də oxuna bilər) və Çingiz xanın nəvəsi Quyuk xanın (1205- 1248) adlarında da vardır. Kiaksar (Huvaxştra) şəxs adının dəqiq mənasını müəyyən edilməmişdir. Əgər bu ad məhz Herodotun yazdığını kimi səslənmişsə, onu şumer dilində kiak – sevimli[12] sözündən və Sar (Şar) – Aşur allahının adından ibarət olduğunu və (allahı) sevimlidir mənasını verdiyini ehtimal etmək olar. Belə halda Kiaksar Midiyada teofor adlardandır.[11]

  1. "Kronologija Perzije (Crystalinks.com)". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-14.
  2. Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, II cild
  3. https://www.britannica.com/biography/Cyaxares.
  4. "Medijci i prvo iransko kraljevstvo (Iranologie.com)". 2011-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-14.
  5. "(Britannica ensiklopediyası)". 2015-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-14.
  6. Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994, səh 89
  7. Foster, Karen Polinger. "Gardens of Eden: Flora and Fauna in the Ancient Near East" (PDF). New Haven: Yale University. 1998. 320–329. 2006-08-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-08-11.
  8. G. B. Airy, On the Eclipses of Agathocles, Thales, and Xerxes, Philosophical Transactions of the Royal Society of London, Vol. 143, 1853, pp. 179–200
  9. Документы архива хивинских ханов по истории и этнографии каракалпаков. М., 1967
  10. Дьяконов И. М. История Мидии. М. — Л., 1956
  11. 1 2 Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
  12. Дьяконов И. М. Языки древней Передней Азии. М., 1967, səh 81

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Kiaksar
Doğum: ? Vəfat: e.ə. 585
Hakimiyyət titulları
Sələfləri 
Madiy

Midiya İmperiyası Şahı

e.ə. 625 - e.ə. 585
Xələfləri 
Astiaq