Çexiya: Redaktələr arasındakı fərq
kRedaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 85: | Sətir 85: | ||
Çexiya [[Unitar dövlət|unitar]] [[parlamentli respublika]] və qabaqcıl, yüksək gəlirli [[Sosial bazar iqtisadiyyatı|sosial bazar iqtisadiyyatına]] malik [[İnkişaf etmiş ölkə|inkişaf etmiş ölkədir]]. O, Avropa sosial modeli, universal səhiyyə və ödənişsiz universitet təhsili olan [[Sosial dövlət|sosial dövlətdir]]. Ölkə [[İnsan İnkişafı İndeksi|İnsan İnkişafı İndeksində]] 32-ci yerdədir. Çexiya [[Birləşmiş Millətlər Təşkilatı|BMT]], [[NATO]], [[Avropa İttifaqı]], [[İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı|İƏİT]], [[Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı|ATƏT]], [[Avropa Şurası]] və [[Vişeqrad qrupu|Vişeqrad qrupunun]] üzvüdür. |
Çexiya [[Unitar dövlət|unitar]] [[parlamentli respublika]] və qabaqcıl, yüksək gəlirli [[Sosial bazar iqtisadiyyatı|sosial bazar iqtisadiyyatına]] malik [[İnkişaf etmiş ölkə|inkişaf etmiş ölkədir]]. O, Avropa sosial modeli, universal səhiyyə və ödənişsiz universitet təhsili olan [[Sosial dövlət|sosial dövlətdir]]. Ölkə [[İnsan İnkişafı İndeksi|İnsan İnkişafı İndeksində]] 32-ci yerdədir. Çexiya [[Birləşmiş Millətlər Təşkilatı|BMT]], [[NATO]], [[Avropa İttifaqı]], [[İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı|İƏİT]], [[Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı|ATƏT]], [[Avropa Şurası]] və [[Vişeqrad qrupu|Vişeqrad qrupunun]] üzvüdür. |
||
== |
== Etimologiya == |
||
{{Əsas|Çexiyanın etimologiyası}} |
|||
Mərkəzi Avropada dövlət. Çexiya, Moraviya və qismən Sileziya tarixi əyalətlərindən ibarətdir. Şimalında və şimal-şərqində Polşa, cənub-şərqində Slovakiya, cənubda Avstriya, cənub-qərbində və şimal-qərbində Almaniya ilə həmsərhəddir. Sahəsi 78,9 min km2. Əhalisi 10,5 mln. (2011). Paytaxtı Praqa şəhəridir. Rəsmi dil çex dili, pul vahidi Çexiya kronasıdır. İnzibati cəhətdən 13 dairəyə və paytaxt dairəsinə bölünür. Çexiya BMT-nin (1993), NATO-nun (1999), AB-nin (2004), AŞ-nin (1993), ATƏT-in (1993), BYİB-in (1993), İƏİT-nin (1995), ÜTT-nin (1995) üzvüdür. |
|||
Ölkənin ənənəvi adı "Bohemiya" sözünün mənşəyi latın dilindən götürülüb. Belə ki, ''Boiohaemum'' "boiilərin evi" (qal qəbiləsi) mənasını verir. Hazırkı adı isə mənşəyini çex dilində ''Čech'' sözündün götürüb. <ref>{{cite web |title=Czech definition and meaning |url=https://www.collinsdictionary.com/dictionary/english/czech |url-status=live |archive-url=https://web.archive.org/web/20130116234347/http://www.collinsdictionary.com/dictionary/english/czech |archive-date=16 January 2013 |access-date=19 November 2012 |website=[[Collins English Dictionary]] |publisher=[[HarperCollins|Collins]]}}</ref><ref name="American Heritage Dictionary">{{cite web |title=Czech |url=https://ahdictionary.com/word/search.html?q=Czech |access-date=24 January 2018 |website=[[American Heritage Dictionary]] |publisher=[[Houghton Mifflin Harcourt]]}}</ref><ref name="OxfordDictionary">{{cite web |title=Czech – Definition in English |url=https://en.oxforddictionaries.com/definition/czech |url-status=dead |archive-url=https://web.archive.org/web/20180412000947/https://en.oxforddictionaries.com/definition/czech |archive-date=12 April 2018 |access-date=11 April 2018 |website=Oxford Dictionaries |publisher=Oxford University Press}}</ref> Bu ad slavyan tayfasından ({{lang-cs|Češi, Čechové}}) və rəvayətə görə onları Rip dağına məskunlaşmaq üçün Bohemiyaya gətirən liderləri Çexdən yaranıb.<ref>{{cite web |last=Spal |first=Jaromír |title=Původ jména Čech |url=http://nase-rec.ujc.cas.cz/archiv.php?art=4320 |url-status=live |archive-url=https://web.archive.org/web/20121209232303/http://nase-rec.ujc.cas.cz/archiv.php?art=4320 |archive-date=9 December 2012 |access-date=10 December 2012 |publisher=Naše řeč}}</ref> |
|||
Ölkə ənənəvi olaraq qərbdə Bohemiya (''Čechy''), şərqdə Moraviya (''Morava'') və şimal-şərqdə Çex Sileziya (''Slezsko''; tarixi Sileziya ərazisinin daha kiçik cənub-şərq hissəsi) olmaqla üç fərqli hissədə müxtəlif adlanır.<ref>{{cite web |last1=Sviták |first1=Zbyněk |year=2014 |title=Úvod do historické topografie českých zemí: Územní vývoj českých zemí |url=https://digilib.phil.muni.cz/bitstream/handle/11222.digilib/131842/Books_2010_2019_086-2014-1_9.pdf?sequence=1 |url-status=live |archive-url=https://web.archive.org/web/20171209153428/http://digilib.phil.muni.cz:80/bitstream/handle/11222.digilib/131842/Books_2010_2019_086-2014-1_9.pdf?sequence=1 |archive-date=9 December 2017 |access-date=23 June 2021 |work=1st edition |publisher= |pages=75–80, 82, 92–96 |language=cs |location=Brno}}</ref> XIV əsrdən bəri Bohemiya krallığının əraziləri kimi tanınan ölkəni Çex/Bohemiya əraziləri, Bohemiya krallığı, Çexiya<ref>{{cite web |date=12 July 2016 |title=From Bohemia to Czechia – Radio Prague |url=http://www.radio.cz/en/section/letter/from-bohemia-to-czechia |url-status=live |archive-url=https://web.archive.org/web/20180309102644/http://www.radio.cz/en/section/letter/from-bohemia-to-czechia |archive-date=9 March 2018 |access-date=11 February 2018}}</ref> və Müqəddəs Venkeslaus krallığı əraziləri kimi bir sıra adlarla adlandırıblar. Astriya-Macarıstan imperiyasının 1918-ci ildə süqutundan sonra ölkə müstəqilliyini yenidən qazananda çex və slovak millətlərinin vahid ölkə daxilində birləşməsini göstərmək üçün yeni ''Çexoslovakiya'' adı yaradıldı.<ref name="Thompson2012">{{cite book |last=Thompson |first=Wayne C. |url=https://books.google.com/books?id=5jHtTydugD4C&pg=PA345 |title=Nordic, Central and Southeastern Europe 2012 |publisher=Stryker Post |year=2012 |isbn=978-1-61048-892-1 |pages=345–}}</ref> |
|||
Çexoslovakiya 1992-ci ildə parçalandıqdan sonra ''Česko'' yeni dövlətin çex dilində qısa adı kimi qəbul edildi və [[Xarici İşlər Nazirliyi (Çexiya)|Çexiya Xarici İşlər Nazirliyi]] ingiliscə forması üçün ''Çexiya'' adını təklif etdi.<ref>{{Cite web |title=Czechia – the civic initiative |url=http://www.czechia-initiative.com/aboutus.html |access-date=11 January 2022 |website=www.czechia-initiative.com}}</ref> Bu forma o dövrdə geniş yayılmadı, beləcə demək olar ki, hər yerdə ingiliscə ad kimi Çex Respublikası uzun adından istifadə edildi. Çexiya hökuməti 2016-cı ildə Çexiyanın rəsmi ingiliscə qısa adı kimi istifadə edilməsinə qərar vermişdir.<ref>{{cite web |date=5 May 2016 |title=Vláda schválila doplnení jednoslovného názvu Cesko v cizích jazycích do databází OSN |trans-title=The government has approved the addition of one-word Czech name in foreign languages to UN databases |url=https://www.mzv.cz/jnp/cz/udalosti_a_media/archiv_zprav/rok_2016/tiskove_zpravy/x_2016_05_02_vlada_schvalila_czechia.html |url-status=live |archive-url=https://web.archive.org/web/20180828220431/https://www.mzv.cz/jnp/cz/udalosti_a_media/archiv_zprav/rok_2016/tiskove_zpravy/x_2016_05_02_vlada_schvalila_czechia.html |archive-date=28 August 2018 |access-date=28 August 2018 |website=Ministerstvo zahraničních věcí České republiky |language=cs}}</ref> Qısa ad [[Birləşmiş Millətlər Təşkilatı|BMT]] tərəfindən siyahıya alınmışdır<ref>{{Cite web |author=UNGEGN |title=UNGEGN List of Country Names |url=https://unstats.un.org/unsd/geoinfo/ungegn/docs/11th-uncsgn-docs/E_Conf.105_13_CRP.13_15_UNGEGN%20WG%20Country%20Names%20Document.pdf |url-status=live |archive-url=https://web.archive.org/web/20180725172133/https://unstats.un.org/unsd/geoinfo/UNGEGN/docs/11th-uncsgn-docs/E_Conf.105_13_CRP.13_15_UNGEGN%20WG%20Country%20Names%20Document.pdf |archive-date=25 July 2018 |page=27}}</ref> və [[Avropa İttifaqı]],<ref>{{Cite web |author=European Union |date=5 July 2016 |title=Czechia |url=https://europa.eu/european-union/about-eu/countries/member-countries/czechia_en |url-status=live |archive-url=https://web.archive.org/web/20181225091801/https://europa.eu/european-union/about-eu/countries/member-countries/czechia_en |archive-date=25 December 2018 |access-date=31 May 2021 |website=European Union}}</ref> [[NATO]],<ref>{{Cite web |last=NATO |title=Member countries |url=https://www.nato.int/cps/en/natohq/nato_countries.htm |access-date=3 October 2022 |website=NATO}}</ref> [[Mərkəzi Kəşfiyyat İdarəsi]],<ref>{{Cite CIA World Factbook|country=Czechia|access-date=31 May 2021}}</ref> [[Google Maps]]<ref>{{Cite web |date=8 June 2017 |title=Czechia: mapping progress one year on |url=https://english.radio.cz/czechia-mapping-progress-one-year-8190607 |access-date=31 May 2021 |website=Radio Prague International}}</ref> və [[Avropa Yayım İttifaqı]]<ref>{{cite web |date=17 February 2023 |title=Our Members |url=https://www.ebu.ch/about/members |access-date=29 May 2023 |publisher=European Broadcasting Union}}</ref> kimi digər qurumlar tərəfindən istifadə edilir. |
|||
== Tarix == |
== Tarix == |
||
{{Əsas|Çexiya tarixi}} |
|||
[[Fayl:Burgkarlstein01.jpg|thumb|left|220px|Karlşteyn qalası (XIV əsr)]] |
|||
[[Bohemiya]] bölgəsində yaşayan [[keltlər]] ölkənin tarixində məlum olan ilk yerli əhalisidir. [[V əsr]]də şərqdən [[slavyan]] qəbilələri gələrək [[Elba]] çayının vadisində yerləşmişlər. Altı əsr ərzində müntəzəm olaraq [[slavyan]], [[alman]] və [[macarlar]]ın işğallarına məruz qalmışdır. [[XIV əsr]]də qurulan Alman İmperiyası uzun illər ölkəyə hakim olmuş, XVII əsrin əvvəllərində [[Avstriya-Macarıstan İmperiyası]]na məğlub olaraq bu torpaqları itirmişdir. [[Avstriya]], [[Bohemiya]] və [[Moraviya]]ya, [[Macarıstan]] isə [[Slovakiya]]ya hökm etməkdə idi. [[Birinci dünya müharibəsi]] nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrında [[Çexoslovakiya|Çexoslovak Respublikası]] adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki etnik qruplardan almanların qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra [[Hitler]]in əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi. |
|||
=== İbtidai dövr === |
|||
[[İkinci dünya müharibəsi]] nəticəsində 1945-ci ildə ölkə bu səfər də Rusiya tərəfindən işğal edildi. Çexoslovakiyanın şərqdəki Rütenya əyalətini öz torpaqlarına qatan Rusiya, təzyiq nəticəsində Çək Kommunist Partiyasını iqtidara keçirərək sosialist bir rejim qurdurdu. Yeni rəhbərlik öz anlayışı gərəyi azadlıqları məhdudlaşdırdı. Azadlıq tərəfdarı olan kəsləri həbsxana və ağıl xəstəxanalarına dolduraraq ölkəni Rusiyanın peyki vəziyyətinə gətirdi. 1955-ci ildə [[Varşava Müqaviləsi Təşkilatı]] na daxil oldu. 1960 dan sonra əkinçilik kollektivləşdirildi. Nəqliyyat, ticarət və ağır sənaye dövlətləşdirildi. Mədəniyyət və dini inanclara təzyiq altına alındı. 1968-ci ildə [[Stalin]] tərəfdarlarının yerinə keçən [[Aleksandr Dubçek]] və [[Ludvik Svoboda]] ölkədə liberal bir siyasət izləyərək iqtisadiyyatda xaricə açılma istiqamətində müxtəlif islahatlar etdilər. Mətbuat və nəşr quruluşlarına azadlıq verildi. Kommunizmin diktatorluq rejimindən xilas olub insanca yaşamaq üçün səy sərf edən liderlər Rusiya idarəçiləri tərəfindən şiddətlə tənqid edildi. Çexoslovakiyadakı bu liberal islahatlar nəticəsində bir peykini itirmə qorxusu eşidən Rusiya ölkəni işğal etdi. Ölkələrə müstəqillik şüarları öyrədən Rusiya özünün etdiyi işğala qarşı gələn xalqı insafsızca tankların palitraları altında əzdi və ölkə idarəçilərini şiddətlə cəzalandırdı. Yüz minlərlə Çexoslovakiyalı, Rus zülmünə dözə bilməyərək Avstriya və Almaniyaya qaçdı.1989 da bütün şərq bloku ölkələrində olduğu kimi, Çexoslovakiyada da yumşalma siyasəti başladı. Çox partiyalı sistemə keçildi və 1990 da ilk sərbəst seçki kecirildi. Kommunistlər qazana bilmədilər. Milliyyətçi Partiyalar iqtidar oldular. 1992 İyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovak respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması gündəmə gəldi. Edilən görüşmələr nəticəsində 25 noyabr 1992 günü edilən andlaşma ilə 31 dekabr 1992 tarixində iki respublika bir-birindən ayrıldı. |
|||
{{Şəkil albomu|yer=right|miqyas=320|istiqamət=üfüqi|şəkil1=Vestonicka venuse edit.jpg|şəkil2=The stone head of a Celt.jpg|alt1=Keramika heykəltəraşlığı|alt2=Daş heykəl|alt yazı='''Sol''': [[Vestonis Venerası]] e.ə. 29.000-25.000-ə aiddir.<br/>'''Sağ''': Keltlərin daş başı Praqa Milli Muzeyinin arxeoloji kolleksiyaları arasındadır.<ref>{{cite web|url=http://muzeum3000.nm.cz/national-museum-news/top-items-–-head-of-a-celt|title=Top items – Head of a Celt|website=Muzeum 3000}}</ref>|totalwidth=160px}}Arxeoloqlar ərazidə paleolit dövrünə qədər gedib çatan ibtidai dövrə aid insan məskənlərinə dair qalıqlar tapıblar. |
|||
Antik dövrdə e.ə. III əsrdə baş vermiş [[Keltlər|keltlərin]] köçlərinin nəticəsində Bohemiya [[boii]] tayfaları ilə əlaqələndirilir.<ref name="Rankin2002">{{cite book |last=Rankin |first=David |url=https://books.google.com/books?id=6oqFAgAAQBAJ&pg=PA16 |title=Celts and the Classical World |date=2002 |publisher=Routledge |isbn=978-1-134-74722-1 |page=16}}</ref> Boiilər müasir Praqanın yerləşdiyi ərazinin yaxınlığında [[oppidum]] qurdular.<ref name="(Firm)1997">{{cite book |author=Kartografie Praha (Firm) |title=Praha, plán města |publisher=Kartografie Praha |year=1997 |isbn=978-80-7011-468-1 |page=17}}</ref> Daha sonra I əsrdə german tayfaları olan [[markomannilər]] və [[kvadlar]] burada məskunlaşdı.<ref name="Salvia2007">{{cite book |author=Vasco La Salvia |title=Iron Making During the Migration Period: The Case of the Lombards |publisher=Archaeopress |year=2007 |isbn=978-1-4073-0159-4 |page=43}}</ref> |
|||
=== İntibah dövrü === |
|||
Çexiyanın əsasını qoyan Çex və onun qızı Libuşenin nəslinin birbaşa davamçısı — çex hökmdarlarından biri, [[XIII əsr]]in sonlarında hökmdarlıq edən [[IV Karl]]dır. Onun dövrünü Çexiyanın intibah dövrü hesab etmək olar. Karlın hökmdarlığı ərəfəsində müqəddəs [[Vita məbədi]], [[Karlov körpüsü]], saysız-hesabsız saraylar, qəsrlər tikilib. Məhz bu ərəfədə Çexiyada [[Avropa]]nın ən yaşlı universitetlərindən biri açılır. Çexiya tarixində təbliğatçı və islahatçı [[Yan Qus]]un əməyi danılmazdır. O, [[katolik]] kilsəsinin ədalətsiz mövqeyini, kasıblara qarşı münasibətini açıq-aşkar göstərmişdir. Bu mövqeyinə görə, onu tonqalda yandırmışdılar. |
|||
[[Qara dəniz]]-[[Karpat]] ərazisindən gələn [[slavyanlar]] ərazidə məskunlaşdı.<ref name="Agnew2004">{{cite book |author=Hugh LeCaine Agnew |url=https://books.google.com/books?id=Db76shTEM60C&pg=PT37 |title=The Czechs and the Lands of the Bohemian Crown |publisher=Hoover Press |year=2004 |isbn=978-0-8179-4492-6 |page=37}}</ref><ref name="HahnNadel2014">{{cite book |last1=Hahn |first1=Sylvia |url=https://books.google.com/books?id=Zwq9BAAAQBAJ&pg=PA7 |title=Asian Migrants in Europe: Transcultural Connections |last2=Nadel |first2=Stanley |publisher=V&R unipress GmbH |year=2014 |isbn=978-3-8471-0254-0 |pages=7–8}}</ref> VI əsrdə hunlar qərbə Bohemiya, Moraviya və müasir Avstriya və Almaniyanın bir hissəsinə doğru irəliləmişdi.<ref name="HahnNadel2014" /> |
|||
VII əsrdə frank tacir [[Samo]] yaxınlıqdakı [[Avarlar|avarlara]] qarşı döyüşən slavyanları dəstəkləyərək<ref name="BartlŠkvarna2002">{{cite book |last1=Bartl |first1=Július |url=https://books.google.com/books?id=3orG2yZ9mBkC&pg=PA18 |title=Slovak History: Chronology & Lexicon |last2=Škvarna |first2=Dušan |publisher=Bolchazy-Carducci Publishers |year=2002 |isbn=978-0-86516-444-4 |page=18}}</ref> Mərkəzi Avropada qeydə alınmış ilk slavyan dövləti olan [[Samo dövləti|Samo dövlətinin]] hökmdarı oldu. [[Moymir sülaləsi|Moymir sülaləsinin]] idarə etdiyi [[Böyük Moraviya]] hersoqluğu VIII əsrdə yarandı.<ref name="Champion2005">{{cite book |last=Champion |first=Tim |url=https://books.google.com/books?id=mZ2IAgAAQBAJ&pg=PA233 |title=Centre and Periphery: Comparative Studies in Archaeology |publisher=Routledge |year=2005 |isbn=978-1-134-80679-9 |page=233}}</ref> IX əsrdə ([[I Svatopluk|I Svatoplukun]] dövründə) frankların hücumlarına qarşı gələrək yüksəliş yaşadı. Böyük Moraviya [[Bizans imperiyası|Bizans]] missiyası [[Kiril və Mefodi|Kiril və Mefodinin]] rolu ilə xristianlaşdırıldı. Slavaynlar ilk ədəbi və ayin dili olan [[Qədim slavyan dili|qədim slavyan dilini]] və [[Qlaqolitsa|qlaqolitsa yazısını]] kodlaşdırdılar.<ref name="BenedettoDuke2008">{{cite book |last1=Benedetto |first1=Robert |url=https://books.google.com/books?id=g46euaF7HAsC&pg=PA474 |title=The New Westminster Dictionary of Church History: The early, medieval, and Reformation eras |last2=Duke |first2=James O. |publisher=Westminster John Knox Press |year=2008 |isbn=978-0-664-22416-5 |page=474}}</ref> |
|||
=== Bohemiya === |
|||
{{Əsas|Bohemiya}} |
|||
=== Çexoslovakiya === |
=== Çexoslovakiya === |
||
{{Əsas|Çexoslovakiya}} |
|||
[[İkinci dünya müharibəsi]]nin başa çatmasından sonra [[Sosialist bloku]]na qatılan [[Çexoslovakiya]] 1968-ci ildə Sovet qoşunlarının [[Praqa baharı]] adı ilə tarixə düşən, sosializmdən uzaqlaşma meyllərinin qarşısını hərbi müdaxilə yolu ilə almasından sonra 1990-cı ilə qədər kommunist rejimi ilə idarə olunmuşdur. Çexiya və Slovakiya olmaqla iki federasiya subyektinin birləşməsindən yaranan Çexoslovakiya 350 üzvlü Federal Məclis tərəfindən idarə olunurdu. Federal Məclis bütün ölkədən seçilən 200 deputatlı Xalq Məclisindən və hər federasiya subyektindən 75 üzv olmaqla 150 deputatlı Millət Məclisindən ibarət idi. Dövlət başçısı, baş nazir və nazirlər Federal Məclis tərəfindən öz üzvləri arasından seçilirdi. 1989-cu ildə Şərqi Avropanın sosialist bloku ölkələrində baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexiyada da müşahidə olundu. 1990-cı ildə ilk çoxpartiyalı seçkilər keçirildi. 1992-ci ilin iyununda Çexoslovakiyanı təşkil edən Çexiya və Slovakiya Respublikalarında ayrı-ayrı seçki keçirildi. Çexiyadakı seçkilərdə qalib gələn [[Vatslav Klaus]] baş nazir oldu. Bu seçkilərdən sonra aparılan danışıqlardan sonra 31 dekabr 1992-ci ildə iki respublika bir-birindən ayrıldı. |
|||
=== Çex Respublikası === |
|||
{{Əsas|Məxməri inqilab|Çexoslovakiyanın süqutu}} |
|||
== Dövlət quruluşu == |
== Dövlət quruluşu == |
22:32, 6 mart 2024 tarixinə olan versiya
Çexiya | |||||
---|---|---|---|---|---|
Česká republika | |||||
| |||||
çex. "Pravda vítězí" | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Praqa | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Prezident | Miloş Zeman[ 8.III.2013 ] | ||||
Baş nazir | Petr Fiala[ 28.XI.2021 ] | ||||
Sahəsi | Dünyada 117-ci | ||||
• Ümumi | 78900 km² | ||||
• Su sahəsi (%) | 2 % | ||||
Əhalisi | |||||
• Əhali | 10,5 milyon nəfər (87-ci) | ||||
• Siyahıyaalma (26.III.2011) | 10 562 214 nəf. | ||||
• Sıxlıq | 133 nəf./km² | ||||
• Ümumi | 250.681.000.000 ± 500.000 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 314,6 milyard dollar (52-ci) | ||||
• Adambaşına | 29 900 dollar (59-cu) | ||||
Valyuta | Çex kronu[2][3] | ||||
İnternet domeni | .cz | ||||
ISO kodu | CZ | ||||
BOK kodu | CZE | ||||
Telefon kodu | +420 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Çexiya (çex. Česko) və ya rəsmi adı ilə Çex Respublikası (çex. Česká republika) — Mərkəzi Avropada dənizə çıxışı olmayan dövlət. Tarixən Bohemiya[5] kimi tanınan ölkə cənubda Avstriya, qərbdə Almaniya, şimal-şərqdə Polşa və cənub-şərqdə Slovakiya ilə həmsərhəddir.[6] Çex Respublikası əsasən mülayim kontinental və dəniz iqlimi olan 78.871 kv. km. (30.452 kv. mil) ərazini əhatə edən dağlıq ölkədir. Paytaxtı və ən böyük şəhəri Praqadır. Digər böyük şəhərlərinə Brno, Ostrava, Plzen və Liberets daxildir.
Bohemiya hersoqluğu IX əsrin sonlarında Böyük Moraviyanın tərkibində qurulmuşdur. Rəsmi şəkildə 1002-ci ildə Müqəddəs Roma imperiyasının imperiya dövləti kimi tanındı və 1198-ci ildə krallığa çevrildi.[7][8] 1526-cı ildə Mohaç döyüşündən sonra Bohemiyanın bütün kral torpaqları tədricən Habsburq monarxiyasına birləşdirildi. Təxminən 100 il sonra protestant Bohemiya üsyanı Otuzillik müharibəyə səbəb oldu. Ağ Dağ döyüşündən sonra Habsburqlar öz hakimiyyətini möhkəmləndirdilər. 1806-cı ildə Müqəddəs Roma imperiyasının dağılması ilə kral torpaqları Avstriya imperiyasının bir hissəsi oldu.
Çexiya XIX əsrdə daha çox sənayeləşdi və 1918-ci ildə böyük hissəsi I Dünya müharibəsindən sonra Avstriya-Macarıstanın dağılmasının ardınca Birinci Çexoslavakiya Respublikasının hissəsi oldu.[9] Çexoslovakiya Mərkəzi və Şərqi Avropada bütün müharibələr arası dövr ərzində parlamentar demokratiya olaraq qalan yeganə ölkə idi.[10] 1938-ci ildə Münhen sazişindən sonra nasist Almaniyası sistemli şəkildə Çexiya torpaqlarına nəzarəti ələ keçirdi.
Çexoslovakiya 1945-ci ildə bərpa olundu və üç il sonra 1948-ci ildə dövlət çevrilişinin ardınca ardınca Şərq bloku kommunist dövlətinə çevrildi. Hökuməti və iqtisadiyyatı liberallaşdırmaq cəhdləri 1968-ci ildə Praqa baharı zamanı sovet qoşunlarının ölkəyə hücumu ilə yatırıldı. 1989-cu ilin noyabrında Məxməri inqilab ölkədə kommunist idarəçiliyinə son qoydu və demokratiyanı bərpa etdi. 31 dekabr 1992-ci ildə Çexoslovakiya sülh yolu ilə dağıldı, onun tərkib hissəsi olan dövlətlər Çexiya və Slovakiya müstəqil dövlətlər oldu.
Çexiya unitar parlamentli respublika və qabaqcıl, yüksək gəlirli sosial bazar iqtisadiyyatına malik inkişaf etmiş ölkədir. O, Avropa sosial modeli, universal səhiyyə və ödənişsiz universitet təhsili olan sosial dövlətdir. Ölkə İnsan İnkişafı İndeksində 32-ci yerdədir. Çexiya BMT, NATO, Avropa İttifaqı, İƏİT, ATƏT, Avropa Şurası və Vişeqrad qrupunun üzvüdür.
Etimologiya
Ölkənin ənənəvi adı "Bohemiya" sözünün mənşəyi latın dilindən götürülüb. Belə ki, Boiohaemum "boiilərin evi" (qal qəbiləsi) mənasını verir. Hazırkı adı isə mənşəyini çex dilində Čech sözündün götürüb. [11][12][13] Bu ad slavyan tayfasından (çex. Češi, Čechové) və rəvayətə görə onları Rip dağına məskunlaşmaq üçün Bohemiyaya gətirən liderləri Çexdən yaranıb.[14]
Ölkə ənənəvi olaraq qərbdə Bohemiya (Čechy), şərqdə Moraviya (Morava) və şimal-şərqdə Çex Sileziya (Slezsko; tarixi Sileziya ərazisinin daha kiçik cənub-şərq hissəsi) olmaqla üç fərqli hissədə müxtəlif adlanır.[15] XIV əsrdən bəri Bohemiya krallığının əraziləri kimi tanınan ölkəni Çex/Bohemiya əraziləri, Bohemiya krallığı, Çexiya[16] və Müqəddəs Venkeslaus krallığı əraziləri kimi bir sıra adlarla adlandırıblar. Astriya-Macarıstan imperiyasının 1918-ci ildə süqutundan sonra ölkə müstəqilliyini yenidən qazananda çex və slovak millətlərinin vahid ölkə daxilində birləşməsini göstərmək üçün yeni Çexoslovakiya adı yaradıldı.[17]
Çexoslovakiya 1992-ci ildə parçalandıqdan sonra Česko yeni dövlətin çex dilində qısa adı kimi qəbul edildi və Çexiya Xarici İşlər Nazirliyi ingiliscə forması üçün Çexiya adını təklif etdi.[18] Bu forma o dövrdə geniş yayılmadı, beləcə demək olar ki, hər yerdə ingiliscə ad kimi Çex Respublikası uzun adından istifadə edildi. Çexiya hökuməti 2016-cı ildə Çexiyanın rəsmi ingiliscə qısa adı kimi istifadə edilməsinə qərar vermişdir.[19] Qısa ad BMT tərəfindən siyahıya alınmışdır[20] və Avropa İttifaqı,[21] NATO,[22] Mərkəzi Kəşfiyyat İdarəsi,[23] Google Maps[24] və Avropa Yayım İttifaqı[25] kimi digər qurumlar tərəfindən istifadə edilir.
Tarix
İbtidai dövr
Arxeoloqlar ərazidə paleolit dövrünə qədər gedib çatan ibtidai dövrə aid insan məskənlərinə dair qalıqlar tapıblar.
Antik dövrdə e.ə. III əsrdə baş vermiş keltlərin köçlərinin nəticəsində Bohemiya boii tayfaları ilə əlaqələndirilir.[27] Boiilər müasir Praqanın yerləşdiyi ərazinin yaxınlığında oppidum qurdular.[28] Daha sonra I əsrdə german tayfaları olan markomannilər və kvadlar burada məskunlaşdı.[29]
Qara dəniz-Karpat ərazisindən gələn slavyanlar ərazidə məskunlaşdı.[30][31] VI əsrdə hunlar qərbə Bohemiya, Moraviya və müasir Avstriya və Almaniyanın bir hissəsinə doğru irəliləmişdi.[31]
VII əsrdə frank tacir Samo yaxınlıqdakı avarlara qarşı döyüşən slavyanları dəstəkləyərək[32] Mərkəzi Avropada qeydə alınmış ilk slavyan dövləti olan Samo dövlətinin hökmdarı oldu. Moymir sülaləsinin idarə etdiyi Böyük Moraviya hersoqluğu VIII əsrdə yarandı.[33] IX əsrdə (I Svatoplukun dövründə) frankların hücumlarına qarşı gələrək yüksəliş yaşadı. Böyük Moraviya Bizans missiyası Kiril və Mefodinin rolu ilə xristianlaşdırıldı. Slavaynlar ilk ədəbi və ayin dili olan qədim slavyan dilini və qlaqolitsa yazısını kodlaşdırdılar.[34]
Bohemiya
Çexoslovakiya
Çex Respublikası
Dövlət quruluşu
Çexiya parlament respublikasıdır. Dövlət başçısı prezidentdir, parlament tərəfindən 5 il müddətinə seçilir. O, Konstitusiya Məhkəməsi hakimlərini təklif etmək, parlamentin Deputatlar palatasını buraxmaq, qanunlara veto qoymaq səlahiyyətlərinə malikdir. Prezident həmçinin baş naziri və onun təqdimatı ilə hökumətin digər üzvlərini təyin edir. Qanunverici hakimiyyəti ikipalatalı parlament təmsil edir. Əsas qanunverici orqan olan Deputatlar palatası proporsional seçki sistemi üzrə 4 il müddətinə seçilən 200 deputatdan, Senat majoritar seçki dairələrindən 6 il müddətinə seçilən 81 nümayəndədən (nümayəndələrin üçdə biri hər iki ildən bir yenidən seçilir) ibarətdir. Deputatlar palatasının qəbul etdiyi qanun layihəsini Senatın rədd etmək hüququ var. İcraedici hakimiyyəti Baş nazirin başçılıq etdiyi hökumət həyata keçirir. O, parlament qarşısında hesabat verir. Deputatlar palatasında hökumətə etimad məsələsi qoyula bilər. Çexiyada çoxpartiyalı sistem mövcuddur. Əsas siyasi partiyalar: Vətəndaş demokratik partiyası, Çexiya sosial-demokrat partiyası, Çexiya və Moraviyanın kommunist partiyası, Xristian-demokratik ittifaqı — Çexoslovakiya xalq partiyası.
İqlim və təbii ehtiyatlar
Dənizdən uzaq Mərkəzi Avropa ölkəsi olan Çexiya, digər Mərkəzi Avropa ölkələrində olduğu kimi qışı sərt keçən quru iqlimə malikdir. Yayı sərin keçən ölkədə, illik orta temperatur ildən ilə fərqlənir. Qışda ölkədə hava hər zaman sıfır dərəcədən aşağı olur. İllik orta yağıntı bölgələrə görə 1000–1500 mm arasında dəyişir. Yüksəkliyi çox olmayan düzənlik bölgələrdə yağıntı miqdarı 1000 mm ətrafında olur, yüksək dağlıq ərazilərdə dağların yağış buludlarını tutması və sıxlaşdırıcılıq vəzifəsi görməsi, illik yağıntı miqdarının orta hesabla 1500 mm ətrafında olmasını təmin edir. Yağıntılar qışda ümumiyyətlə qar şəklində olur.
Çexiyanın 30%-i meşələrlə əhatələnmişdir. Xüsusilə Bohemya dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə bölgələri, yüksəkliyi çox olmayan yerlərdə qayın, palıd və gürgen meşələri üstünlük təşkil edir. Meşəlik bölgələrdə yaşayan vəhşi heyvanlar — çöl donuzu, çöl pişiyi və dağ keçisidir. Yeraltı ehtiyatları məhduddur. Avropanın ən çox uran çıxaran ölkəsi olan Çexiyada kömür, stibium, maqnezit, civə, qrafit, kaolin və az miqdarda neft də çıxarılır. Çıxarılan uranın miqdarı, bu maddənin strateji əhəmiyyəti baxımından açıqlanmır.
İqtisadiyyat
Çexiya sənayeyə arxalanan iqtisadiyyata malikdir. Sosializm idarəetmə üsulu zamanı torpaqlar dövlətinkiləşdirilərək kollektiv əkinçiliyə keçildi. Bu səmərəliliyi aşağı saldı və ölkə əvvəlkindən daha çox ərzaq məhsulu idxal etmək məcburiyyətində qaldı. Ən əhəmiyyətli əkinçilik məhsulları buğda, arpa, yulaf, çovdar, qarğıdalı, çuğundur, kartof və balqabaqdır. Heyvandarlıq geniş təşəkkül tapmışdır. Ən çox ev heyvanlarının yetişdirildiyi ölkədə böyük baş heyvanların sayı kiçik baş heyvanların sayından çoxdur. Meşələrdən əldə edilən məhsullar ehtiyacı ödəməklə yanaşı, ixrac da edilir. Yeraltı ehtiyatları ölkənin ehtiyacını ödəmədiyi üçün bu malları idxal etmək məcburiyyətindədir. Dəmir kondensatının əhəmiyyətli qisimini idxal etməsinə baxmayaraq dünyada polad istehsalında ilk on ölkə içinə girə bilməkdədir. Şərq bloku ölkələrin maşın, kimyəvi maddə, silah, tekstil məhsulu ehtiyaclarının böyük bir qismini Çex Respublikası qarşılamaqdadır.
Əhali
Çex Respublikası əhalisinin 95%-ini çexlər, təqribən 2%-ini slovaklar təşkil edir. İmmiqrantlar (ukraynalılar, vyetnamlılar, ruslar, almanlar, qaraçılar, macarlar) ölkə əhalisinin təqr. 4%-ini təşkil edir. Çex dilində danışan çexlər qərbi slavyan xalqlarına aiddirlər. Çex dili Çexiya, Orta Moraviya və Şərqi Moraviya dialektlərinə bölünür. Dindarların əksəriyyəti xristiandır. Əhalinin orta sıxlığı 1 km2-də 130 nəfərdir. Çexiya yüksək urbanizasiyalı ölkədir: şəhər əhalisi təqr. 71%-dir; kənd əhalisinin sayı azalmaqdadır. Ən iri şəhəri və yeganə meqapolis Praqadır (1 mln. 188 min nəfər). Digər iri şəhərləri Brno, Ostrava, Plzen və Olo- moutsdur. 1994–2005-ci illərdə əhalinin təbii azalması baş versə də, 2006-cı ildən başlayaraq ölüm səviyyəsinin azalması, doğum səviyyəsinin və miqrant axınının artması nəticəsində ortaillik artım müsbət olmuşdur. Fertillik göstəricisi 1 qadına 1,2 uşaqdır. Son illər Çexiya uşaq ölümünün az olduğu ölkələr sırasına daxildir (1000 nəfər diri doğulan uşağa 4 nəfərdən az). Əmək qabiliyyətli əhalinin (15–65 yaş) xüsusi çəkisi təqr. 71,2%-dir. 15 yaşadək olanların xüsusi çəkisi 14,4%, yaşlıların isə (65 yaşdan yuxarı) xüsusi çəkisi 14,5%-dir. Çexiyada əhalinin orta yaş həddi 39,3 ildir (qadınlarda 41,1; kişilərdə 37,5). Gözlənilən orta ömür müddəti kişilərdə 72,9, qadınlarda 79,7 ildir. İqtisadi cəhətdən fəal olan əhali 51,5%-dir. İşsizlik səviyyəsi 7,3%-dir (2006).
Səhiyyə
Çexiyada xəstəxana çarpayılarının sayı əhalinin hər 1000 nəfərinə görə 8,7-dir. Səhiyyəyə qoyulan xərc ÜDM-in 7,9%-ini təşkil edir (2010). Ambulatoriya sektoru özəlləşdirilmiş, stasionar sektor dövlətə məxsusdur. Bütün əhali tibbi sığortaya malikdir. Səhiyyə sistemi üçün yüksək tibbi xidmət səciyyəvidir. Çexiya çox inkişaf etmiş kurort müalicəsi sisteminə malikdir. Ölkədə bir neçə balneoloji kurort (Karlovi-Vari, Mariansike Lazne, Frantişkovı Lazne və s.) fəaliyyət göstərir.
İdman
Futbol üzrə Çexiya yığma komandası 1996-cı ildə keçirilən Avropa çempionatının gümüş mükafatçısı, hokkey üzrə Çexiya yığma komandası isə 6 dəfə dünya çempionu olmuşdur. Olimpiya Oyunlarının onnövçülük yarışlarında R. Zmelik (1992, Barselona), R. Şebrle (2004, Afina) qızıl, T. Dvorjak bürünc (1996, Atlanta), avarçəkmənin maneələri dəfetmə yarışlarında L. Pollert (1992, Barselona), Ş. Xilgertova (1996, Atlanta; 2000, Sidney) qızıl, ikiyerli kanoedə avarçəkmədə M. Jiras və T. Mader (2000, Sidney), Y. Volf və O. Stenanek (2004, Afina) bürünc medal qazanmışlar. M. Navratilova və İ. Lendl böyük tennisdə uğurlar əldə etmişlər. 2000–2012-ci illərdə Çexiya idmançıları Olimpiya Oyunlarında 10 qızıl, 12 gümüş, 10 bürünc medal qazanmışlar.
Təhsil
Çexiyada 6–16 yaşlı uşaqlar üçün təhsil icbari və pulsuzdur. Məktəb təhsili sistemi 4 pillədən ibarətdir: məktəbəqədər təhsil (2–5 yaş); ibtidai məktəb (6–15 yaş, icbari); orta məktəb, gimnaziya, kollej və un-t kollecləri. Məktəb təhsili 9 yaşdan 2 mərhələdə – ibtidai (1–5 siniflər) və orta təhsil (6–9 siniflər) həyata keçirilir. Çexiyanın ali təhsil sistemi ictimai, dövlət (polis və hərbi təhsil) və özəl universitetlərdən ibarətdir. Qədim universitetləri: Karl universiteti (1348, Praqa), Palats universiteti (1249-cu ildə kollec kimi yaradılmışdır, 1573-cü ildən universitet), Çexiya texniki universiteti (1717, Praqa), Masarik universiteti (1919, Brno), Mendel universiteti (1919, Brno) və s., 1989-cu ildən universitetlər yerləşdikləri regionun adı ilə adlandırılır. Qərbi Bohemiya universiteti (1990), Cənubi Çexiya universiteti (1990, Çeske-Budeevits), Liberets texniki universiteti (1994) və s. Dövlət ali təhsil müəssisələrində təhsil 26 yaşadək məhdudiyyətsiz və pulsuzdur. Tələbələrə 26 yaşadək tibbi sığorta ödənilir. Çexiya Elmlər Akademiyası [1993, Praqa; Çexiya Kral Elmi Cəmiyyəti (1790), Çexiya ədəbiyyat və incəsənət Elmlər Akademiyası, (1890), Çexoslovakiya Elmlər Akademiyasının (1952) əsasında yaradılmışdır]. Elmlər Akademiyasının nəzdində 51 institut: Astronomiya, Riyaziyyat, Geologiya, Kimya prosesləri, Etimologiya, İqtisadiyyat, Arxeologiya, Etnologiya, Slavyan və s. institutlar var.
Təsərrüfat
Çexiya sənaye ölkəsidir. ÜDM-in həcmi təqribən 285,6 mlrd. dollar (alıcılıq qabiliyyəti pariteti üzrə; 2013), adambaşına – 26,3 min dollar; real ÜDM artımı təqribən 0,9% (2013); insan inkişafı indeksi 0,873 (2013; dünyanın 186 ölkəsi arasında 28-ci yer) təşkil edir. ÜDM-in strukturu (2012): xidmət sferası – 60,3%, sənaye – 37,4%, k.t. – 2,4%. Aparıcı sahələr: yanacaq-energetika, maşınqayırma (energetika və digər sənaye avadanlıqları, elektrotexnika məmulatları, avtomobil istehsalı), kimya (plastik kütlə, sintetik kauçuk, gübrə), yüngül (toxuculuq, trikotaj, ayaqqabı-dəri) və yeyinti (şəkər, pivə, ət, qənnadı) sənayesidir. Qonur və daş kömür (Ostrava-Karvin, Şimali Çexiya və Sokolov kömür hövzələri), dəmir və uran filizi hasil edilir. İldə 87,57 mlrd. kVt·saat elektrik enerjisi istehsal olunur (2012). Əsas sənaye mərkəzləri Praqa, Plzen, Ostrava və Brnodur. Ölkə ərazisinin 43%-i k.t.-nda istifadə olunur, otlaq və çəmənliklər 11%, meşələr 33% təşkil edir. Ətlik-südlük heyvandarlıq, donuzçuluq və quşçuluq inkişaf etmişdir. Şəkər çuğunduru, taxıl, arpa, kartof, mayaotu, tərəvəz, müxtəlif meyvələr becərilir. D.y.-larının uzunluğu (min km) – 9,4, avtomobil yollarının uzunluğu – 130,6 (o cümlədən 730 km-i bərk örtüklüdür); avtoparklar: minik avtomobilləri 3,1 mln., yük maşınları və avtobuslar 0,2 mln. təşkil edir; 128 aeroport var (2013). Maşın və avadanlıqlar, kimyəvi preparatlar, yüngül və şüşə-keramika sənayesi məmulatları, yeyinti məhsulları ixrac edilir. Əsas xarici ticarət tərəfdaşları: Almaniya, Slovakiya, Avstriya, Rusiya, Polşa və Çindir.
Memarlıq və təsviri sənət
Çexiyada Paleolit dövrünə aid heykəltaraşlıq, Neolit dövrünə aid keramika nümunələri, protoslavyan, Halştat mədəniyyəti və Laten mədəniyyəti abidələri mühafizə olunmuşdur. Katolikliyin qəbulundan sonra Bizans, Karolinq nümunələrinə yaxın daş kilsələr inşa edilmişdir. 11,13-cü əsrlərdə roman üslubu təşəkkül tapmışdır [Praqa Qradındakı Müq. Vit (11-ci əsr) və Müq. Yirji (12-ci əsr) bazilikaları]. Divarların qalınlığı, konstruksiyaların möhtəşəmliyi, qüllələrin hündürlüyü kimi xüsusiyyətlər roman üslubuna xasdır. 12-ci əsrdə roman üslubu çiçəklənmə dövrünü keçirmişdir. Bu mərhələdə Müq. İrji məbədinin yenidən tikilməsi, Treşbiçdə bazilikanın, Rovnda Müq. Yakub kilsəsinin inşası başa çatdı. 13-cü əsrin ortaları — 15-ci əsrin 1-ci yarısında qotika üslubu inkişaf etmişdi. Bu dövrdə inşa edilmiş memarlıq nümunələrinin içərisində xüsusilə Karlşteyn qəsri (1348–57) məşhurdur. Xaçşəkilli qüllələrin, şəbəkəli ala-qapıların, həmçinin karkas konstruksiyaların inşasında qotik üslubdan istifadə olunmuşdu. Çexiyada Habsburqlar sülaləsinin hökmranlığı bərqərər olduqdan sonra (1526) memarlıqda renessans üslubu geniş yayılmışdı (Praqada Belveder, Şvartsenberq sarayları və s.). 17-ci əsrin 2-ci yarısından memarlıqda yeni üslub — təmtəraqlılığa, əzəmətliyə meyilli barokko üslubu yarandı. Bu dövr Çexiya memarlığı çoxsayda bəzək və dekorativ elementləri ilə fərqlənirdi (Praqadakı Qalib olan Müq. Məryəm kostyolu). Praqa şəhərinin memarlığında 2 üslub — qotika və barokko üstünlük təşkil etmişdir. Məhz bu üslublar ilə Çexiyada çoxsaylı məşhur memarlıq abidələri yaranmışdır. 18-ci əsrin sonu — 19-cu əsrin əvvəllərində (bu dövr Çexiya İntibahı da adlanır) milli azadlıq hərəkatının inkişafı ilə əlaqədar incəsənət də milli özünütəsdiq mübarizəsinə qoşuldu. 19-cu əsrin ortalarından memarlıqda milli romantika istiqaməti meydana gəldi. 19-cu əsrin sonu — 20-ci əsrin əvvəllərində modern üslubu rasionalizm təmayülləri ilə əvəz edildi. 1920–30-cu illər memarlığında milli funksionlizm məktəbi təşəkkül tapmışdı [Y. Qoçar, K. Qonzik, Y. Qavliçek; Vitkov dağında "Azadlıq" milli abidəsinin inşası (1929-cu ildən, memar Y. Zazvorka)]. Çexiya faşist əsarətindən azad edildikdən (1945) sonra incəsənətin inkişafı üçün yeni perspektivlər açıldı. Praqa, Qotvaldov, Olomouts və s. şəhərlərdə yeni yaşayış rayonları salındı. 1970-ci illərdən binaların plastik ifadəliliyi və fərdi simasının öyrənilməsi sahəsində axtarışlar aparılmışdır. 11,13-cü əsrlər təsviri sənətinə Almaniya və Bizans incəsənətinin təsiri olmuşdur. Ciddi obrazlardan (Strakonitsidən olan Madonna, 14-cü əsrin ortaları) lirizmə, zərifliyə meyil (Mixel Madonnası, 14-cü əsrin 2-ci yarısı) rəngkarlıqda özünü göstərirdi. Barokko dövrü (17–18 əsrlər) Çexiya təsviri sənətinə realist və demokratik təmayüllər xas idi. Praqada "Vətənpərvər incəsənət dostları cəmiyyəti" (1796) və Rəssamlıq Akademiyasının təşkili (1799) təsviri sənətin inkişafına mühüm təsir göstərdi. Natürmort, portret, həmçinin dini mövzularda olan əsərlərlə təmsil olunan Çexiya təsviri sənəti milli, tarixi, klassisizm, romantizm və vətənpərvərlik ideyaları ilə ifadə olunurdu (L. Kol, A. Maxek, K. Postl, A. Manes və b.). 18-ci əsrin ortalarında rokoko və klassisizm əlamətləri meydana gəldi. 19-cu əsrin sonlarında rəssam M. Aleşin başçılıq etdiyi rəssamlar qrupu incəsənətin inkişafında əhəmiyyətli rol oynadı. Y. V. Mıslbek dövrün görkəmli heykəltaraşı idi. 1920–30-cu illərin təsviri sənətində realist və demokratik meyillər möhkəmləndi. 1920–30-cu illər təsviri sənətində realist-demokratik meyillər möhkəmləndi. Çexiya faşist əsarətindən azad edildikdən (1945) sonra incəsənətin inkişafı üçün yeni perspektivlər açıldı. Praqa, Qotvaldov, Olomouts və s. şəhərlərdə yeni yaşayış rayonları salındı. Bu illərdə V. Makovski, K. Liditski, K. Pokornı, Y. Vaqner və b. heykəltaraşlar Qələbə, Praqa üsyanı qəhrəmanları, sovet döyüşçüləri, Çexiya mədəniyyəti xadimləri şərəfinə abidələr yaratmışlar. 1970-ci illərdən binaların plastik ifadəliliyi və fərdi simasının öyrənilməsi sahəsində axtarışlar aparılmışdır. Bu illərin heykəltaraş, rəssam və qrafiklərinin yaradıcılığında tarixi inqilibi motivlər üstünlük təşkil edirdi (Y. Maleyovsk, M. Aksman, A. Zabransk, Y. Yuroj və b.). Çexiyada monumental dekorativ-tətbiqi sənət, bədii şüşə, parça, teatr-dekorasiya sənəti yüksək səviyyədə inkişaf edir. Təqribən 1984-cü ildə Çexiyada postmodern yaradıcılıq konsepsiyası yayılmağa başladı (F. Skala, Y. David, M. Qabriel, Y. Rona və b.). Rəssamlardan K. Nepraşa, E. Kmentova, Y. Andle, Y. Naçeradski 20-ci əsrin 80–90-cı illərində fiqurlu plastika sahəsində işləmişlər. M. Knijak heppe- ninq bədii yaradıcılıq üslubunun nümayəndəsidir (hazırda Praqadakı Milli qalereyanın direktorudur). T. Piştek hiperrealizmin nümayəndəsidir. P. Nikl 2005-ci ildə Yaponiyanın Aixi ş.-ndə EKSPO sərgisində Çexiya sərgi kompozisiyasını təşkil etmişdir.
Nəqliyyat
Çexiya inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsinə malikdir. Dəmiryollarının dörddə birində elektrikli qatarlar çalışmaqdadır. Praqa və ölkənin digər böyük şəhərləri hava nəqliyyatı ilə bir-birinə bağlıdır.
Köpüklü içkilər diyarı
Çexiyada pivə çəkmə sənəti geniş yayılıb. Çexlərdə pivə nəsilləri birləşdirən dəyər kimi qiymətləndirilir. Pivənin məşhur Budvar növü bir çox vitaminlərlə zəngindir. Bu pivənin suyu 300 metr dərinliyi olan artezian quyusundan çıxardılır. Çex pivəsinin dadından həzz almaq istəyirsiniszə xüsusi barlara gedin.
Çex suvenirləri
Xanımlar üçün ən sevimli və dəyərli hədiyyə kimi tanınan çex suvenirləri dünyada məşhurdur. "Mozer" firmasının suvenir — büllur qabları adından söz etdirməyi bacarır. Çexiyada məşhur olan daha bir aksessuar — duzlara hopdurulan güldür. Belə gül uzunmüddətli qalır.
İstinadlar
- ↑ https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD?end=2019&locations=CZ&start=1990&view=chart.
- ↑ zákon č. 60/1993 Sb. o oddělení měny.
- ↑ nařízení vlády č. 61/1993 Sb. k provedení zákona o oddělení měny.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Šitler, Jiří. "From Bohemia to Czechia". Czech Radio. 12 July 2016. İstifadə tarixi: 1 June 2021.
- ↑ "Information about the Czech Republic". Çexiya Xarici İşlər Nazirliyi. 3 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2016.
- ↑ Mlsna, Petr; Šlehofer, F.; Urban, D. "The Path of Czech Constitutionality" (PDF). 1st edition (çex və ingilis). Praha: Úřad Vlády České Republiky (The Office of the Government of the Czech Republic). 2010. 10–11. 16 January 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 October 2012.
- ↑ Čumlivski, Denko. "800 let Zlaté buly sicilské" (çex). National Archives of the Czech Republic (Národní Archiv České Republiky). 2012. 28 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2012.
- ↑ Dijk, Ruud van; Gray, William Glenn; Savranskaya, Svetlana; Suri, Jeremi; Zhai, Qiang. Encyclopedia of the Cold War. Routledge. 2013. səh. 76. ISBN 978-1135923112. 22 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2017.
- ↑ Timothy Garton Ash The Uses of Adversity Granta Books, 1991 ISBN 0-14-014038-7 p. 60
- ↑ "Czech definition and meaning". Collins English Dictionary. Collins. 16 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2012.
- ↑ "Czech". American Heritage Dictionary. Houghton Mifflin Harcourt. İstifadə tarixi: 24 January 2018.
- ↑ "Czech – Definition in English". Oxford Dictionaries. Oxford University Press. 12 April 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 April 2018.
- ↑ Spal, Jaromír. "Původ jména Čech". Naše řeč. 9 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2012.
- ↑ Sviták, Zbyněk. "Úvod do historické topografie českých zemí: Územní vývoj českých zemí" (PDF). 1st edition (çex). Brno. 2014. 75–80, 82, 92–96. 9 December 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 June 2021.
- ↑ "From Bohemia to Czechia – Radio Prague". 12 July 2016. 9 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2018.
- ↑ Thompson, Wayne C. Nordic, Central and Southeastern Europe 2012. Stryker Post. 2012. 345–. ISBN 978-1-61048-892-1.
- ↑ "Czechia – the civic initiative". www.czechia-initiative.com. İstifadə tarixi: 11 January 2022.
- ↑ "Vláda schválila doplnení jednoslovného názvu Cesko v cizích jazycích do databází OSN" [The government has approved the addition of one-word Czech name in foreign languages to UN databases]. Ministerstvo zahraničních věcí České republiky (çex). 5 May 2016. 28 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2018.
- ↑ UNGEGN. "UNGEGN List of Country Names" (PDF). səh. 27. 25 July 2018 tarixində arxivləşdirilib (PDF).
- ↑ European Union. "Czechia". European Union. 5 July 2016. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2021.
- ↑ NATO. "Member countries". NATO. İstifadə tarixi: 3 October 2022.
- ↑ Şablon:Cite CIA World Factbook
- ↑ "Czechia: mapping progress one year on". Radio Prague International. 8 June 2017. İstifadə tarixi: 31 May 2021.
- ↑ "Our Members". European Broadcasting Union. 17 February 2023. İstifadə tarixi: 29 May 2023.
- ↑ "Top items – Head of a Celt". Muzeum 3000.
- ↑ Rankin, David. Celts and the Classical World. Routledge. 2002. səh. 16. ISBN 978-1-134-74722-1.
- ↑ Kartografie Praha (Firm). Praha, plán města. Kartografie Praha. 1997. səh. 17. ISBN 978-80-7011-468-1.
- ↑ Vasco La Salvia. Iron Making During the Migration Period: The Case of the Lombards. Archaeopress. 2007. səh. 43. ISBN 978-1-4073-0159-4.
- ↑ Hugh LeCaine Agnew. The Czechs and the Lands of the Bohemian Crown. Hoover Press. 2004. səh. 37. ISBN 978-0-8179-4492-6.
- ↑ 1 2 Hahn, Sylvia; Nadel, Stanley. Asian Migrants in Europe: Transcultural Connections. V&R unipress GmbH. 2014. 7–8. ISBN 978-3-8471-0254-0.
- ↑ Bartl, Július; Škvarna, Dušan. Slovak History: Chronology & Lexicon. Bolchazy-Carducci Publishers. 2002. səh. 18. ISBN 978-0-86516-444-4.
- ↑ Champion, Tim. Centre and Periphery: Comparative Studies in Archaeology. Routledge. 2005. səh. 233. ISBN 978-1-134-80679-9.
- ↑ Benedetto, Robert; Duke, James O. The New Westminster Dictionary of Church History: The early, medieval, and Reformation eras. Westminster John Knox Press. 2008. səh. 474. ISBN 978-0-664-22416-5.