Bakı. Trend:
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya idarəsi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Sakit okeanın ucqar Tori adaları ərazisində, zəlzələnin ocağı isə 420 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.