...

Tramp Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması haqda danışıb

Dünya xəbərləri Materials 7 Yanvar 2025 10:40 (UTC +04:00)
Tramp Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması haqda danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olacağı təqdirdə bölgənin sakinlərinin bundan xeyir görəcəklərini dilə gətirib.

Trend xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə səhifəsində yazıb.

“Qrenlandiya – inanılmaz yerdir, o nə vaxtsa bizim ölkənin bir hissəsi olsa sakinləri bunun böyük faydasını görəcək. Biz onu bədbin xarici aləmdən qoruyub-hifz edəcəyik”,- deyə Tramp qeyd edib.

Tramp əlavə edib ki, oğlunun yaxın zamanda Qrenlandiyanın gözəl təbiətini, gəzməli-görməli məkanlarını seyr etməsi üçün adaya yollanacağını bildirib.

Xatırladaq ki, ötən il Tramp öz sosial şəbəkə hesabında rəsmi Vaşinqtonun Qrenlandiyanı nəzarətə götürməsinin vacibliyini vurğulamışdı. Onun bu fikri birmənalı qarşılanmamışdı.

ABŞ KİV-nə görə, Tramp hələ ilk prezidentlik müddətində də - 2019-cu ildə Danimarkanın tərkibinə daxil olan və geniş muxtariyyətə malik Qrenlandiyanın satın alınması ilə maraqlanırdı. Danimarka hökuməti bu ideyanın absurd olduğunu bildirərək, belə bir müzakirənin aparılmasını belə rədd etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti