...

Ötən il 396 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

İqtisadiyyat Materials 9 Yanvar 2025 12:15 (UTC +04:00)
Ötən il 396 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il 396,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Trend bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, onlardan 160 min şəxs münasib işlərlə təmin olunub, 17,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Qeyd olunub ki, 2024-cü ildə 15,6 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub.

Eyni zamanda ötən il Agentlik tərəfindən 203,8 min şəxsə peşəyönümü xidmətlər də göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti