Süleyman İzzət bəy

Süleyman İzzət bəy (XIX əsr) — OsmanlıTürkiyə hərbi xadimi. 1918-ci ildə Bakının daşnak-eser-menşevikingilis işğalından azad olunmasında fəal iştirak etmiş türk ordusu XV diviziyasının komandiri.

Süleyman İzzət bəy
Şəxsi məlumatlar
Doğum tarixi XIX əsr

Azərbaycanın işğaldan qurtarılmasında rolu

redaktə

1918-ci ilin avqustun axırlarında TürkiyəAzərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etməyə hazırlaşdığı bir zamanda qəti həmlə etmək üçün Türkiyəyə müraciət etdi. Buna cavab olaraq daha bir diviziya – polkovnik-leytenant Süleyman İzzət bəyin rəhbərliyi ilə avqustun 28-də Qarakilsə-Dilican-Ağstafa yolu ilə hərəkət edərək, sentyabrın 9-da Bakı ətrafına çatdı. Süleyman İzzət bəy və onun komandanlıq etdiyi V və XV diviziyalar Azərbaycanın nizami və könüllü hərbi qüvvələri ilə birlikdə sentyabrın 12-15-də Bakı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdilər.[1] Bakı azad olunduqdan sonar Süleyman İzzət bəyin başçılıq etdiyi XV diviziya DərbəndPetrovsk-Port (Mahaçqala) şəhərlərini azad etməyə göndərildi. Oktyabrın 6-da Biçeraxovun hərbi qüvvələri darmadağın edilərək, Dərbənd azad olundu. Diviziya noyabrın 8-də Petrovsk-Portu da azad etdi.[2]

Əsəri

redaktə

Süleyman İzzət bəy sonralar XV diviziyanın AzərbaycanŞimali Qafqazdakı xilaskarlıq əməliyyatlarına həsr olunmuş əsər yazıb çap etdirmişdi. Əsərin adı belədir:

  • 15 piyade fırkasının Azerbaycan və Şimali Kafkasyadakı harekatı və müharibeleri. 103 saylı Askeri mecmuanın tarıh kısmı 1936-cı ildə Türkiyədə çap edilmişdir.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. Mehman Süleymanov, Azərbaycan ordusu
  2. Mehman Süleymanov, Nuru Paşa