PlayStation: The Official Magazine

PlayStation: The Official Magazine (abr. PTOM), 2007-ci ilə qədər PlayStation Magazine (abr. PSM) — "Future plc" tərəfindən nəşr edilmiş keçmiş ABŞ videooyun jurnalı. Jurnal hər il 13 nömrə nəşr edirdi. "PlayStation" üzrə ixtisaslaşmış jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında, sonuncu nömrəsi isə 25 dekabr 2012-ci ildə nəşr edilmişdir.[1][2][3] "Future plc" tərəfindən nəşr edilən başqa "PlayStation" jurnalı – "PSM3".[4]

PlayStation: The Official Magazine
Loqonun şəkli
"PTOM" jurnalının ilk buraxılışı (yanvar 2007)
"PTOM" jurnalının ilk buraxılışı (yanvar 2007)
Baş redaktor Rocer Börçill
Növ Videooyun
Dövrilik İldə 13 dəfə
Təsis tarixi 1997
İlk buraxılışı sentyabr 1997 (27 il əvvəl) (1997-09)
Nəşrini dayandırıb 25 dekabr 2012 (2012-12-25)
Şirkət Future plc / Future US
Ölkə  ABŞ
Dil İngilis dili
ISSN 1940-0721
playstationthemagazine.com

PSM: 100% Independent PlayStation Magazine

redaktə
 
"PSM" jurnalının ilk nömrəsinin üzlüyü.
 
"PSM" jurnalının son nömrələrinin birinin üzlüyü.

Rəsmi jurnala çevrilməzdən əvvəl "PSM" "Sony PlayStation" platforması üzrə ixtisaslaşmış müstəqil bir videooyun jurnalı idi.

Jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında nəşr edilmişdir, üzlüyündə isə "Final Fantasy VII" videooyununun şəkli var idi. Nəşr edildiyi dövrdə digər "PlayStation" mövzulu jurnallardan daha çox nüsxə satmışdır.

2007-ci ildə "PSM" onillik ildönümünü qeyd etmişdir. Bu dövrdə jurnal bir neçə dəfə yenidən dizayn edilmişdir.[5]

PlayStation: The Official Magazine

redaktə

"Official U.S. PlayStation Magazine" jurnalı fəaliyyətini dayandırdıqdan sonra "Sony Computer Entertainment" 1 oktyabr 2007-ci ildə "PSM" jurnalının adını dəyişdirərək "PlayStation: The Official Magazine" olacağını açıqlamışdır.[6]

"PSM" adı altında nəşr edilən son nömrə dekabr 2007-ci il tarixli idi. Jurnalın "PlayStation: The Official Magazine" adı altındakı ilk nömrəsi 2007-ci ilin milad bayramında nəşr edilmişdir. Növbəti il jurnal əsas redaktorlarını itirmişdi. Bu isə "PTOM"u keçmiş "PSM" jurnalından tamamilə fərqli bir jurnala çevirmişdir.[7]

"Future plc" tərəfindən nəşr edilən digər videooyun jurnalların yaşadığı eyni problemlərlə üzləşən "PTOM" 15 illik fəaliyyətindən sonra 25 dekabr 2012-ci il tarixində son nömrəsini nəşr etmiş və fəaliyyətinə son qoymuşdur.[1][2][3]

Talisman və reklam

redaktə
 
Banzay Çibi-Çan personajı "PSM" jurnalının fəaliyyətinin ilk illərində talisman kimi bir şeyi idi.

İlkin dövrlərdə "PSM" jurnalının anime mövzulu bir talismanı var idi. Banzay Çibi-Çan (ing. Banzai Chibi-Chan) adlı bu personaj Robert De-Xesus tərəfindən yaradılmışdı. O, jurnalın ilk nömrələrində tez-tez görünürdü. Talisman daha sonra ləğv edilmişdir. Buna səbəb personajın çox uşaqlara özəl hesab edilməsi idi.[8] Banzay Çibi-Çandan sonra jurnalda göz sarğısı geyən bir smaylikdən istifadə olunurdu, ancaq bu fiqur da daha sonralar ləğv edilmişdir.[9] Jurnalın üzlüyündə "PlayStation" platforması üçün satışa çıxarılmış videooyunlardan personajların reklam-xarakterli şəkilləri olurdu. Digər simvollara "PlayStation" yaddaş kartı və oyunlar haqda məsləhət vərəqləri daxildir. Jurnal "PTOM" adı altında 2008-ci ilin iyul ayından 2009-cu ilin iyun ayına qədər nəşr etdiyi nömrələrində "Qore" onlayn jurnalı üçün nəzərdə tutulmuş kodlar olurdu. "Qore" onlayn jurnalının reklam-xarakterli ödənişsiz nömrələri ödənişli nömrələrindəki bəzi xüsusiyyətləri daşımırdı.

İstinadlar

redaktə
  1. 1 2 Santos, Alexis. "PlayStation: The Official Magazine being shuttered, will say farewell with holiday issue" (ingilis). Engadget (Joystiq). 7 November 2012. 7 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2018.
  2. 1 2 Reyli, Cim. "PlayStation The Official Magazine Closing". Game Informer (ingilis). GameStop Corporation. 6 noyabr 2012. 7 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2018.
  3. 1 2 Konditt, Cessika. "PlayStation: The Official Magazine shut down, final issue this holiday" (ingilis). Engadget (Joystiq). 6 noyabr 2012. 2016-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2018.
  4. Semmi, Beyker. "Future Publishing Shutting Down PSM3 Magazine". www.pushquare.com (ingilis). Pushsquare. 13 noyabr 2012. 18 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2018.
  5. "PSMPodcast". Internet Archive. 14 sentyabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018.
  6. Gibson, Elli. "US Official PlayStation Magazine to close" (ingilis). www.gamesindustry.biz. 15 noyabr 2006. 17 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2018.
  7. D., Meyor. "PSM/Official Playstation Magazine Has Been Cancelled" (ingilis). board.sonicstadium.org. 8 noyabr 2012. 27 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018.
  8. Austen, Nobl. "BANZAI CHIBI-CHAN". magazinemascots.tumblr.com (ingilis). Tumblr. 19 may 2013. 17 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018.
  9. Austen, Nobl. "EYEPATCH SMILEY FACE". magazinemascots.tumblr.com (ingilis). Tumblr. 19 may 2013. 17 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018.

Xarici keçidlər

redaktə