Hanukka
Hanukka (ing. Hanukkah) — Yəhudi təqviminə görə Kislev ayının 25-ci günü başlayan və səkkiz gün davam edən yəhudi bayramıdır. Xanuka sözü ivrit dilində "həsr etmək" mənasını verir. Bu bayram Qriqorian təqvimi ilə dekabr ayına, noyabr ayının sonuna və ya çox nadir hallarda yanvarın əvvəlinə təsadüf edir. Bayram həmçinin "İşıq Festivalı" kimi tanınır.
Festival xanukiya adlı bir şamdanın qollarını yandırmaqla qeyd olunur. Xanukiya menoraya oxşayan və əlavə iki qolu olmaqla doqquz qoldan ibarət bir şamdandır. Xanukiyanın ortasında digərlərindən daha yüksək olan qola şamaş (məsul) deyilir. Bayram ərzində şamaş hər gün yanmaqla, birinci gün bir qol, ikinci gün iki qol yandırılır və hər gün daha bir qolun yandırılması ilə davam edir.[1]
Xanuka dini baxımdan nisbətən kiçik bir bayram olsa da, Milad bayramına bir yəhudi alternativi olaraq dünyəvi yəhudilər arasında Şimali Amerikada və digər yerlərdə mühüm mədəni əhəmiyyət qazanmışdır.[2]
Dini ayinləri
redaktəXanuka bayramı, bəziləri ailə daxilində, bəziləri isə kütləvi şəkildə edilən, səkkiz gün ərzində hər gün davam edən silsiləvi bir ayinlə qeyd olunur. Bayram günlərində günlük edilən dualara əlavələr edilir.[3] Dindar insanlar adi qaydada işə gedirlər, lakin axşam şamları yandırmaq üçün evə erkən qayıdırlar. Təhsil ocaqlarının bağlanması üçün heç biri dini səbəb yoxdur, buna baxmayaraq İsraildə bayramın ikinci günündən etibarən bir həftə boyunca məktəblər bağlanır.[4] Əksər ailələr hər gecə kitab və oyuncaq kimi hədiyyələri mübadilə edirlər və adətən uşaqlara “xanuka pulu” adlanan sikkələr verirlər. Yağın vacibliyini xatırlamaq üçün bayram günlərində qızarmış yeməklər yeyilir.
Xanuka işıqlarını yandırma
redaktəSəkkiz günlük bayram müddətində dini adətlərə əsaslanaraq, yanan şamların sayı hər gecə bir ədəd artırılır. Tam ortada və digərlərindən fərqli bir hündürlükdə olan şamaş hər gecə yandırılır. Bu xüsusi işıq xanuka hekayəsini əks etdirir. Bəzi insanlar əvvəlcə şamaşı yandırır və sonra isə digərlərini yandırmaq üçün istifadə edir.[5] Xanuka bayramı ərzində, ilk gecə şamaş və başqa bir işıqla iki, sonrakı gecə üç və hər gecə daha bir işıq artaraq, səkkizinci gecədə 9 işığa qədər artır. Səkkiz gecədə ümumilikdə 44 dəfə işıq yandırılmış olur.
Bu işıqlar şam və ya qaz lampası ola bilər. Elektrik işığından, xəstəxana kimi açıq işığın yandırılmasına icazə verilməyən yerlərdə istifadə edilir və bu məqbuldur.
Xanuka işıqlarının evin içindən əlavə ətrafı da işıqlandırmasının səbəbi, oradan keçən insanların bu işıqlandırmanı görməsi və bayramın möcüzəliliyini xatırlamasıdır. Buna görə də işıqlar küçəyə baxan pəncərələrə qoyulur.
Şamların yandırılması vaxtı
redaktəXanuka işıqları hava qaraldıqdan sonra ən az bir saat yarım yanmalıdır. Hər gecə ilk olarak ən soldakı şam yandırılır, şam yandırma prosesi soldan sağa doğru davam edər. Şabbatda isə ilk öncə xanukiya, daha sonra isə şabbat şamları yandırılır.
Şamlar üzərində şükür duası
redaktəÜmumilikdə, bayram müddətində üç şükür duası oxunulur. Birinci gecə yəhudilər hər üç duanı, növbəti günlərdə isə sadəcə ilk ikisini oxuyurlar. Dualar ənənəyə əsasən şamlar yandırıldıqdan sonra və ya əvvəl səsləndirilir.
Hanerot Halalu
redaktəİşıqlar yandırılarkən və ya yandırıldıqdan sonra "Hanerot Halalu" duası oxunur. Bir çox versiyası mövcuddur. Burada verilən versiyası bir çox Aşkenazi cəmiyyəti tərəfindən bilinir.[6]
Orijinal (latın əlifbası ilə) | Tərcümə |
---|---|
"Hanneirot hallalu anu madlikin 'al hannissim ve'al hanniflaot 'al hatteshu'ot ve'al hammilchamot she'asita laavoteinu bayyamim haheim, (u)bazzeman hazeh 'al yedei kohanekha hakkedoshim. Vekhol-shemonat yemei Hanukkah hanneirot hallalu kodesh heim, ve-ein lanu reshut lehishtammesh baheim ella lir'otam bilvad kedei lehodot ul'halleil leshimcha haggadol 'al nissekha ve'al nifleotekha ve'al yeshu'otekha." | "Bu işıqları möcüzələr üçün, həmin günlərdə müqəddəs kahinləriniz vasitəsi ilə atalarımız üçün etdiyiniz qurtuluş və döyüşlər üçün yandırırıq. Xanukanın bütün səkkiz günündə bu işıqlar müqəddəsdir, möcüzələrinizə və qurtuluşlarınıza görə böyük adınıza şükür və təriflər söyləmək üçün onlara baxmaqdan başqa adi bir şəkildə istifadə etməyə icazə verilmir." |
Maoz Tzur
redaktəHər gecə şamların yandırılmasından sonra, Maoz Tzur duası söylənilir. Altı bənddən ibarətdir, birinci və sonuncu bəndlər ümumi qurtuluşdan, ortadakı dördü isə yəhudi tarixi boyunca zülmə məruz qalmış yəhudilərdən bəhs edir və tanrıya bu faciələrə baxmayaraq sağ qaldıqları üçün (Misirdən çıxış, Babildəki əsirlik, Purim bayramı möcüzəsi və Hasmoneyan zəfəri) və yəhudilərin nəhayət Roma üzərində qələbə çalacağı günlərin həsrəti üçün şükür edir.
Xanuka mahnıları
redaktəXanuka bayramı üçün digər yəhudi bayramlarından daha çox mahnılar yazılmışdır. Ən geniş yayılanlar bunlardır: "Ma'oz Tzur" (Daş dövrü), "Latke'le Latke'le" (Yatkelər bişirilməsi haqqında yəhudi mahnısı), “Hanukkiah Li Yesh” (Bir xanukiyam var), “Ocho Kandelikas” (Səkkiz kiçik şam), “Kad Katan” ( Bir kiçik sürahi), “Sevivon Sov Sov Sov” (Sevivon, dön və dön), Haneirot Halolué (Yandırdığımız bu şamlar), “Mi Yimalel” (Kim yenidən söyləyə bilər) və “Ner Li, Ner Li” (Bir şamım var). İngilis dili danışılan ölkələrdə ən çox tanınan “Sevivon, Sevivon, Sevivon” və “Xanuka O Xanuka” — dır.
Xanuka yeməkləri
redaktəİkinci Məbədin menorahında səkkiz gün ərzində alovu yanar vəziyyətdə saxlayan yağın möcüzəsini xatırlamaq üçün, yağda qızardılmış və ya bişmiş yeməkləri (xüsusən, zeytun yağında) yemək adəti var. Ənənəvi yeməklər arasında, xüsusilə Aşkenazi ailələrdə kartof kızartma növü olan latkes geniş yayılıb. Latkes püre halında olan kartofu qızardaraq hazırlanır. Sefarad, Leh və İsrailli ailələr, içi mürəbbəli bulkular, bunuyelolar və sufqaniyotlar kimi yağda qızardılmış yeməklər yeyirlər. Sufqaniyot ənənəvi olaraq yeyilən, qızardılmış donuz çörəkləridir[7] və darçına batırılaraq təqdim olunur. Bundan əlavə, süd məhsulları (xüsusilə pendir) yemək də ənənələrdən biridir. Sobada qızardılmış qaz tarixən Şərqi Avropa və Amerika yəhudiləri arasında ənənəvi Xanuka yeməyi olmuşdur, baxmayaraq ki bu adət son onilliklərdə azalmışdır. Hindistan yəhudiləri ənənəvi olaraq Xanuka qeyd etmələrinin bir hissəsi olaraq şirin şərbətdə isladılmış qulab-camun və bir neçə növ qızardılmış xəmir topalarını yeyirlər.
Sevivon
redaktəŞamları yandırdıqdan sonra sevivon oynamaq (və ya fırlatmaq) adətdir. Uşaqların Xanuka bayramında oynadığı dördtərəfli bir oyuncaq ivrit (və ya ibrani) dilində Sevivon adlanır. Sevivonun hər tərəfinə ivritcə bir hərf yazılır. Bu hərflər םש (Nes), ההי (Gadol), לגדו (Haya), oנ (Sham) sözlərinin qısaltmalarıdır. Bu sözlər yan-yana yazıldıqda, Yerusəlimdə, Bet-Amikdaş məbədindəki yağın möcüzəsini canlandıran “Burada böyük bir möcüzə reallaşdı” cümləsi formalaşır.
- נ (Nun)
- ג (Gimel)
- ה (Hey)
- ש (Shin)
Bəzi mənbələrdə, bu dörd hərf yəhudi millətinin sürgünlərinə (Babil, Fars İmperiyası, Yunanıstan və Roma) əsaslandırılır.[8]
Oyunda hər oyunçu 10 və ya 15 ədəd sikkə (real və ya şokolad), fındıq, kişmiş və ya konfetlə oyuna başlayır. Oyunçular öz sikkə, fındıq və ya konfetlərindən ortaya qoyur. Yaşı ən az olan oyuna ilk başlayır. Oyunçu sevivonu fırladır və sevivonun dayandığı tərəfinə əsasən, ya ortaya qoyulandan qazanır ya da özündə olandan verməli olur. Qaydalar belədir:
- Nun–nisht, "heçnə"– heçnə dəyişmir və növbəti oyunçuya ötürülür.
- Gimel–gants, "Hamısı"– Oyunçu ortaya qoyulanın hamısını əldə edir.
- Hey–halb, "yarısı"– Oyunçu ortadakıların yarısını əldə edir.
- Shin–shtel ayn, "ortaya əlavə et"– Oyunçu özündən bir ədəd ortaya qoymalı olur.
Oyun oyunçulardan birinin hər şeyi qazanmasıyla başa çatır.
Xanuka pulu
redaktəXanuka pulu bayramı daha əyləncəli etmək üçün paylanılan xərcliklərdir. Pulun miqdarı əsasən az olur və sikkə formasında verilir, valideynlər və ya qohumlar daha böyük miqdarda verə bilər. Əksər yəhudilər bu xərcliyi bayramda evlərini ziyarət edənlərə verirlər. Xanuka pulu vermə adəti, uşaqların müəllimlərinə minnətdarlıq əlaməti olaraq bir miqdar pul təqdim etmələri uzun müddətdir davam edən Qərbi Avropa ənənələrinə söykənir. Bir qrup yəhudi bu adəti bayramın beşinci günündə etməyə üstünlük verir. Bayramın digər gecələrindən fərqli olaraq, beşinci gecəsi heç vaxt Şabbata düşmür.
Ağ Evdə Xanuka
redaktəBirləşmiş Ştatların Xanukanı müxtəlif yollarla tanıma və qeyd etmə tarixi var. Ağ Evlə ilk Xanuka əlaqəsi 1951-ci ildə İsrailin Baş naziri Devid Ben-Quriyonun Amerika Birləşmiş Ştatları prezidenti Harri Trumenə bir Xanuka menorahı hədiyyə etməsi ilə baş verdi. 1979-cu ildə prezident Cimmi Karter Ağ Evin çəmənliyində keçirilən, Milli Menoranın ilk dəfə ictimaiyyətə açıq şəkildə Xanuka şamının yandırılması mərasimində iştirak etdi. 1989-cu ildə prezident Corc Buş Ağ Evdə bir menora nümayiş etdirdi. 1993-cü ildə prezident Bill Klinton kiçik bir mərasim üçün bir qrup məktəbliləri Oval Ofisə dəvət etdi.[9]
2001-ci ildə prezident Corc Buş şam yandırma mərasimi ilə əlaqəli olaraq Ağ Evdə rəsmi bir Xanuka ziyafəti təşkil etdi və o zamandan bəri bu mərasim ölkənin hər yerindən yəhudi liderlərinin qatıldığı, hər il baş tutan bir ənənəyə çevrildi.[10] 2008-ci ildə Corc Buşun təşəbbüsü ilə, mərasim üçün 1951-ci ildə hədiyyə kimi göndərilən menorahdan istifadə edildi və şamları Ben-Quriyonun və Trumenin nəvəsi tərəfindən yandırıldı.[11]
2014-cü ilin dekabr ayında Ağ Evdə iki Xanuka şənliyi təşkil edildi. Ağ ev şagirdlər tərəfindən bir menora hazırlanması üçün İsrailin Maks Reyn məktəbinə təlimat verdi və şagirdlərindən ikisini 500-dən çox qonağı qarşılayarkən, ABŞ-nin prezidenti Barak Obama və birinci xanım Mişel Obamaya qoşulmağa dəvət etdi. İsraildəki şagirdlərin məktəbi ekstremistlər tərəfindən yanğına məruz qalmışdı. Prezident Obama çıxışında bunları dedi: “Şagirdlər tariximizin bu dövrü üçün bizə vacib bir dərs verirlər. Ümid işığı nifrət alovlarını aşmalıdır. Xanuka hekayəsinin bizə öyrətdiyi budur. Gənclərimizin bizə öyrədə biləcəyi şey – inancın bir möcüzə yarada biləcəyi, sevginin nifrətdən daha güclü olduğu, sülhün münaqişə üzərində qələbə çalacağıdır.”[12]
Ravvin Ancela Uarnik Bukdahl, mərasimdə əsas dua oxunan zaman səhnənin nə qədər xüsusi olduğunu şərh edərək, prezidentdən soruşdu: “Amerikanın dövlətçiliyinin əsasını qoymuş şəxslər, bir gün Ağ Evdə bir Asiya-Amerikalı qadın ravvinin Afro-Amerikalı prezidentin qarşısında yəhudi ibadətləri nümayiş etdirəcəyini xəyal edə bilərdi?”[13]
Azərbaycanda Xanuka
redaktə30 Noyabr 2018-ci ildə Azərbaycan Dillər Universitetində (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və həyat yoldaşı Gili Stavın iştirakı ilə "Xanuka" bayramı keçirilib.[14]
26 Dekabr 2019-cu ildə Bakı şəhərində yerləşən 46 saylı orta məktəbdə "Xanuka” bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxış edərək bildirib: Tədbirin keçirilməsi Azərbaycanın tolerant və multikultural ölkə olduğunu bir daha təsdiqləyir. Azərbaycana yeni gəlməyimə baxmayaraq, burada müxtəlif dinlərə və mədəniyyətlərə malik insanların azad yaşadığının şahidiyəm. Azərbaycan dövləti tərəfindən tolerant siyasət yürüdülür, ölkədə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradılır.”[15]
Qriqoryan təqvimi ilə Xanukalar
redaktəÖtən və qarşıdan gələn bir neçə ildə:
- 12 Dekabr 2017 – 20 Dekabr 2017
- 2 Dekabr 2018 – 10 Dekabr 2018
- 22 Dekabr 2019 – 30 Dekabr 2019
- 10 Dekabr 2020 – 18 Dekabr 2020
- 28 Noyabr 2021 – 6 Dekabr 2021
- 18 Dekabr 2022 – 26 Dekabr 2022
- 7 Dekabr 2023 – 15 Dekabr 2023
- 25 Dekabr 2024 – 2 Yanvar 2025
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
- ↑ "Arxivlənmiş surət". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
- ↑ "Arxivlənmiş surət". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
- ↑ "Arxivlənmiş surət". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
- ↑ https://en.wikipedia.org/wiki/Shulchan_Aruch Arxivləşdirilib 2022-09-02 at the Wayback Machine https://en.wikipedia.org/wiki/Orach_Chayim Arxivləşdirilib 2022-07-20 at the Wayback Machine 673:1
- ↑ https://en.wikipedia.org/wiki/Shulchan_Aruch Arxivləşdirilib 2022-09-02 at the Wayback Machine https://en.wikipedia.org/wiki/Orach_Chayim Arxivləşdirilib 2022-07-20 at the Wayback Machine
- ↑ https://az.hiloved.com/sufqaniyot-aka-i%CC%87srail-jelly-donuts-parve/
- ↑ https://web.archive.org/web/20080516210032/http://www.ohr.org.il/yhiy/article.php/1309 25 Dekabr 2011
- ↑ https://forward.com/opinion/120124/how-hanukkah-came-to-the-white-house/ Arxivləşdirilib 2022-08-20 at the Wayback Machine 6 Oktyabr 2018
- ↑ https://thefederalist.com/2017/12/11/5-thoughts-furor-white-houses-hanukkah-party/ Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine. TheFederalist.com. 6 Oktyabr 2018.
- ↑ https://obamawhitehouse.archives.gov/blog/2013/12/05/archives-hanukkah-white-house Arxivləşdirilib 2022-04-09 at the Wayback Machine 6 Oktyabr 2008
- ↑ https://www.timesofisrael.com/hand-in-hand-schools-menorah-lights-up-white-house-hanukkah-party/ Arxivləşdirilib 2022-04-09 at the Wayback Machine TimesOfIsrael.com. Retrieved 6 Oktyabr 2018.
- ↑ https://forward.com/opinion/211168/a-most-inspiring-hanukkah-at-the-white-house/ Arxivləşdirilib 2022-04-09 at the Wayback Machine Forward.com. 6 Oktyabr 2018.
- ↑ https://mektebgushesi.az/2018/11/30/adu-da-xanuka-bayrami-kecirilib/[ölü keçid]
- ↑ https://azertag.az/xeber/Bakida_yehudilerin_Xanuka_bayrami_munasibetile_tedbir_kechirilib-1376333