İrq
İrq – müəyyən coğrafi regionda formalaşmış irsi bioloji əlamətlər və xarici oxşarlıqlarla birləşən insan qrupları sistemi[1]. Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adapsasiyası nəticəsində yaranır.
Məzmun
redaktəTarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır.
İrqləşmə, yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər həlledici rol oynayır. Etnoqrafiya irqləri deyil, elə insan qruplarını öyrənir ki, onların fiziki xüsusiyyətləri irqlərin tarixi əlaqələri nəticəsində dəyişikliyə məruz qalmış və yeniləşmişdir. Antropoloji ədəbiyyatda bu cür insan qruplarını antropoloji tip adlandırırlar.
İstinadlar
redaktə- ↑ Рогинский А. А., Левин Н. Г. Антропология: Учебник для студентов ун-тов. — З-е изд., перераб.и доп. — М., Высшая школа, 1978 (с.341)
Xarici keçidlər
redaktə- Исследования с выкладками генетических сравнений Arxivləşdirilib 2011-01-21 at the Wayback Machine
- Race: Reality and Denial by Richard McCulloch
- Ганс Гюнтер «Краткая расология Европы», 1925
- Боринская С. А. О митохондриальной Еве и генетическом разнообразии современного человечества на сайте Antropogenez.ru
Həmçinin bax
redaktə Anatomiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |