Romanyazılı ədəbiyyatınepik növün ən irihəcmli janrı.

XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi.

İzahı

redaktə

"Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir. Məmməd Səid Ordubadinin "Gizli Bakı", "Döyüşən şəhər" və "Dünya dəyişir" romanları isə trilogiya sayılır.

Dogiliya və trilogiyalarm hər hissəsi müstəqil roman sayılır və hər birinin də, bir qayda olaraq, öz müstəqil adı olur. Sadəcə, bu müstəqil romanları az-çox eyni mövzu və eyni obrazlar birləşdirir.

Azərbaycan ədəbiyyatında M.S.Ordubadi, Ə.Əbülhəsən, S.Rəhimov, M.İbrahimov, M.Hüseyn, İ.Əfəndiyev, İ.Şıxlı, Anar, Elçin roman nümunələrini yaratmışlar.

Roman, əsasən, nəsrlə yazılır. Lakin nəzmlə yazılan romanlar da vardır. Bunlara mənzum roman deyilir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını ilk mənzum roman hesab etmək olar.[mənbə göstərin]

Romanın mövzu baxımından müxtəlif növləri var: tarixi, macəra, ailə-məişət, fəlsəfi və s.

Tarixi romanlar

redaktə

Tarixi şəxsiyyətlərlə, onların həyat və fəaliyyətinin təsviri ilə bağlı olan romanlara tarixi roman deyilir. M.S. Ordubadinin Cənubi Azərbaycandakı inqilabi hərəkatdan bəhs edən "Dumanlı Təbriz", Yusif Vəzir Çəmənzəminlinin Molla Pənah Vaqifdən bəhs edən "İki od arasında" (və yaxud "Qan içində"), İsa Hüseynovun İmadəddin Nəsimidən bəhs edən "Məhşər" əsərləri tarixi roman nümunələridir.

Qəhrəmanlann duyğu və düşüncələrinin, daxili hiss-həyəcanlarının ifadəsinə geniş yer verən, hadisələri qəhrəmanların davranışında əks etdirən romanlar psixoloji romanlar adlanır. Yusif Səmədoğlunun "Qətl günü" əsəri psixoloji romandır.[1]

İndi bütün dünyada, əsasən, nəsrlə yazılmış irihəcmli, vahid çoxşaxəli, müəllif tərəfindən müəyyənləşdirilmiş ideya üzrə inkişaf etdirilib öz həllinə gətirilən bədii nəsr əsərinə roman deyilir.

Romanın növləri

redaktə

Antiroman

redaktə

Antiroman – formal məzmun xüsusiyyətlərinə görə roman janrının qəbul olunmuş quruluşuna uyğun gəlməyən irihəcmli nəsr əsərlərinin şərti adı. İfadəni fransız yazıçısı Ş. Sorel parodiya tərzində yazılmış “Dəlisov çoban” (1627–28) romanında yarımsərlövhə kimi işlətmişdir. Anlayışın əhatə dairəsi dəyişkən və şərtidir. Dar mənada N. Sarrotun “Naməlum kişi portreti”(1948) əsərindən sonra fransız ədəbiyyatında geniş yayılmış “yeni roman” anlamında işlədilir. J.P.Sartr romana yazdığı müqəddimədə V.V.Nabokovun, İ.Vonun, qismən də A.Jidin əsərləri kimi, onu da antiroman anlayışına aid etmişdir. Daha geniş mənada 20-ci əsrin 1-ci yarısında “yeni roman”ın yaranmasına təsir etmiş modernist nəsri də antiromana aid etmək olar.[2]

İstinadlar

redaktə
  1. "Roman haqqında". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 550. ISBN 978-9952-441-02-4.