Avlakogen — platforma bünövrəsini kəsən iri yarıqlarla hüdudlanmış, yüksək mütəhərrikli, xətti çökək.

Haqqında

redaktə

Uzunluğu bir neçə 100 km, eni 10 km-lərlədir; adətən yaxınlıqda yerləşən geosinglinallarla sıx əlaqədə olur. Avlakogen təşkil edən çökmələr böyük qalınlıqlı (1000 m-ərlə) olub, adətən mürəkkəb qırışıqlar əmələ gətirir. Formasiya tərkibinə görə avlakogen miogeosinklinallara yaxındır. Sadə (sadə sinklinal quruluşlu qrabenlər) və mürəkkəb (qırışıqlıq sistemləri) avlakogen ayrılır. Eninə (qapalı) avlakogen bir tərəfi platformada tamamlanan (məsələn: Dnepr-Donets avlokogeni), digər tərəfi isə platforma sərhədindən kənara çıxan strukturlar və iki tərəfə çıxan – yəni platformanı başdan-başa kəsib keçən strukturlar (məsələn: Şimal Amerikada Uaçita sistemi) daxildir. Avlakogen platformanın müxtəlif inkişaf mərhələlərində, adətən, erkən inkişaf mərhələsində əmələ gəlir. Məsələn: Şərqi Avropa platformasında erkən avlakogen rifeydə, gec avlakogen isə Orta-Gec Paleozoyda əmələ gəlmişdir.

Yaxın terminlər

redaktə
  • Qraben-sinekliz
  • Tafrosinekliz
  • Tafrogeosinklinal
  • Zevqogeosinklinal

Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh. [1] [2]

İstinadlar

redaktə
  1. https://www.aztc.gov.az/az/posts/id:534 (#bare_url_missing_title). 2017-04-30 tarixində arxivləşdirilib.
  2. https://archive.org/stream/GeomorfolojiTerminlerinIzahliLugeti/geomorfoloji%20terminlerin%20izahli%20lugeti_djvu.txt (#bare_url_missing_title). (#archive_missing_date) tarixində [archive.org arxivləşdirilib] (#bad_url).