II Mursili
II Mursili — təxminən e.ə. 1330–1295 və ya 1321–1295-ci illərdə hakimiyyətdə olmuş Het çarı. O, Het dövlətinin ən uğurlu hökmdarlarından biri hesab edilir. I Suppiluliumanın kiçik oğlu olmuşdur.
II Mursili | |
---|---|
təqribən e.ə. 1321 – e.ə. 1295 | |
Əvvəlki | III Xattusili |
Sonrakı | II Muvatalli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. XIV əsr |
Vəfat tarixi | e. ə. XIII əsr |
Fəaliyyəti | rəhbər |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kasklarla müharibə
II Mursilinin salnaməsində onun hakimiyyətinin 7-ci ilində peyda olan və Hayasa Azziyə basqınlar edən Pixxuniya adlı bir kask hökmdarından bəhs edilmişdir. Tipiya ölkəsində hökmranlıq edən Pixxuniya digər kask hökmdarlarından fərqli olaraq yaxınlıqdakı digər kask tayfalarını öz ətrafında birləşdirərək özünü çar elan etmişdir.[1][2] Pixxuniya gündən-günə sərhədlərini genişləndirirdi, II Mursili isə onun yanına səfir göndərmiş və Pixxuniyanın götürdüyü kölələri geri qaytarmasını xahiş edərək problemi diplomatik yol ilə həll etməyə çağırış etmişdir. Pixxuniya cavabında II Mursiliyə məktub göndərərək kölələri qaytarmayacağını, hücuma məruz qalacağı təqdirdə müharibəyə başlayacağını bildirmişdir.[3] Hər halda, nəticədə hetlərlə kasklar arasında müharibə baş tutmuş, bu zaman II Mursili Tipiyanı yerlə-yeksan etmiş və Pixxuniyanı Xattusaya gətirmişdir.[1]
Mənbə
İstinadlar
- ↑ 1 2 "ANNALS OF MURSILIS II". Pythagoras (ingilis). 28 iyun 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2022.
- ↑ Alparslan, 2006. səh. 57
- ↑ Alparslan, 2006. səh. 58
Ədəbiyyat
- Alparslan, Metin, "II. Murşili ve Dönemi" [II Mursili və onun dövrü] (PDF), Doktora Tezi (türk), İstanbul Üniversitesi, 2006, 20 iyun 2021 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 10 iyun 2022