Həsənağa Əliyev

Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Həsənağa Novruz oğlu Əliyev (16 aprel 1923, Binə, Bakı qəzası20 fevral 2000[1]) — fəxri neftçi, əməkdar həkim, tibb elmləri doktoru, professor.

Həsənağa Əliyev
Həsənağa Novruz oğlu Əliyev
Doğum tarixi 16 aprel 1923(1923-04-16)
Doğum yeri
Vəfat tarixi 20 fevral 2000(2000-02-20)[1] (77 yaşında)
Milliyyəti azərbaycanlı
Elm sahəsi tibb
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan Respublikasının əməkdar həkimi

Həyatı

Həsənağa Novruz oğlu Əliyev 1923-cü ildə Bakı şəhəri Binə kəndində anadan olmuşdur. O 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1946-cı ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir.

Fəaliyyəti

1941–1945-ci illər müharibəsi qələbə başa çatdıqdan sonra Azərbaycan neft sənayesi daha böyük sürətlə başa çatdıqdan sonra Azərbaycan neft sənayesi daha böyük sürətlə inkişaf etməyə başlamışdır. Nefçilərə tibbi yardım, həmçinin onların ümumi və peşə xəstəliklərinin müalicə məsələsi gənc həkim Həsənağa Əliyevə həvalə edilir. Onun fəaliyyəti kiçik tibb məntəqəsindən başlayır. İş şəraitinin ağırlığı və özünəməxsus dəniz şəraitində işləyənlər arasında peşə və yolxucu xəstəliklərin həcmini günü-gündən artırırdı. SSRİ Neft Sənayesi Nazirliyinin rəhbərliyi qarşısında nefçilər üçün xüsusi xəstəxana və poliklinkanın tikilməsi məsələsini qaldırır. Həsənağa Əliyevin əzmkarlığı və gərgin əməyi nəticəsində 1956-cı ildə 100 çarpaylıq xəstəxana və poliklinika-SSRİ-də nefçilər üçün ilk müalicə profilaktika müəssisəsi istifadəyə verilir.1973-cü ildən etibarən onun ixtira etdiyi maqnitoterapiya aparatı xəstəxana şəraitində müalicə üçün geniş tətbiq olunmaqdadır.[2]

Ömrünün sonuna kimi Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb. 20 fevral 2000-cü il tarixində vəfat edib.

Mükafatları

Haqqında

  • "Yeni ideyalar sorağında" Günay qəzeti, 22 iyul, 1997
  • "Жизинь на благо общества" " Ежедневнıe новости" qəzeti, 12 fevral, 199-cu il
  • "İмперия доктора Алиева" Бакинский рабосий qəzeti

İstinad

  1. 1 2 https://aztibb.az/az/news/24031-merkezi-neftciler-xestexanasinin-yaradicisi-hesenaga-eliyevin-100-illiyi-qeyd-edilib.
  2. T. Səlimov -Şağani Binə Bakı-2001