ایسکاتلند
iskatlend (اینگیلیسجه: Scotland; (گیلیجا:Alba)) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının şimal hissəsində yerləşir. Paytaxtı Edinburqdur. iskatlendnın ən böyük şəhəri – Qlazqodur.
iskatlend özünün qalaları və dağlıq peyzajı ilə tamamilə başqa ölkə təəsüratını yaradır. iskatlendda 787 ada vardır, demək olar ki, hamısında əhali məskunlaşıb. Məşhur Haylənds ("yüksək yerlər") vilayəti – ölkənin şimal-qərbində dağlar dənizlərlə, çəmənlər, meşələrlə əvəz olunan təkrarolunmaz təbii landşaftdır. iskatlend ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var.
1707-ci ildən Birləşmiş Krallığın bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan iskatlend, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər iskatlend parlamenti Londona bağlı olsa da, iskatlendnın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur.
Tarixi
Antik era
Mezolit dövrü - Mezolit dövrünün ilk tayfaları indiki iskatlend ərasisinə şimaldan 6 min il öncə gəlmişlər. Onlar əsasən iskatlendnın dəniz kanarı zonalarında eləcə də Gebrid adasında məskunlaşardılar.
İyura adasında, Lussa Vudda tapılan üç üzükdən ibarət daşdan tikili iskatlend ərasizində tapılan ən qədim daşdan tikili hesab olunur.Çox güman ki, tikili sığınacağ üçün tikilmişdir.
Neolit dövrü Neolit dövrünün insanları ev üçün tikililər tikirdilər, meşələrdə ağac kəsimi və əkinçiliklə məşğuldular.
Kelt dövrü Keltlər-Qərbi Avropanın aborigenləri. Vaxtıykən keltlər Aralıq dənizinin qərbi və şimalında eləcə də Alp rayonlarında yaşyarmışlar. Antik dövrün yazıçıları keltləri 4 ən güdrətli varvar (quldur) millətinin siyahısında qeyd edirlər. Digər üçü skiflər, farslar və liviyalılardır. Ən iri kelt milləti indiki Fransa ərazisində yaşayan qallardır.
Feodal era
[[Şəkil:Battle of Bannockburn - Bruce addresses troops.jpg|thumbnail|1-ci Robert zadəganlara Bannockburn döyüşündən əvvəl gostəriş verir.]] I Robert zadəgan və baronlardan başqa şəhər nümayəndələrini də parlamentə iştirak etməyə çağırdı. Daha sonra I Robertin nəvəsi II Robertdən başlayaraq, Stevard (daha sonra Stuart) xanədanı rəhbərliyə gəldi.
1424-1542-ci illərdə iskatlendda əkinçilik sahəsində inkişaf oldu. Torpaqdan yaxşı məhsul alındı. Şəhərlərin əhəmiyyəti artdı və xarici ticarət inkişaf etdi. XV əsrdə qurulan St. Endryus, Qlazqo və Aberden universitetlərindən başqa, 1583-cü ildə Edinburq Universiteti quruldu. İngiltərənin şimalında danışılan dilə yaxın olan, amma latınca, fransızca və uelscə sözlərlə zənginləşən iskatlend dili bu dövrdə əhəmiyyətli şəkildə inkişaf etdi. İlk iskatlend mətbəəsi 1507-ci ildə Edinburqda işə başladı. O dövrdə memarlıq, toxuculuq inkişaf etdi.
1513-cü ildə iskatlend Kralı IV Ceyms Fransa kralının müttəfiqi olaraq, İngiltərəni mühasirəyə aldı. Amma buna baxmayaraq məğlubiyyətə uğradı və döyüşdə öldü. Bundan sonra iskatlend Krallığı heç bir zaman gerçək mənada yenidən güclənə bilmədi. Ölkə yenidən zadəganların müharibələrinə səhnə oldu. Kral IV Ceyms böyüdükdən sonra qabiliyyətli bir idarəçi olduğunu sübut etdi. iskatlendda 1532-ci ildə və bu gün də qüvvədə olan ən yüksək məhkəmə orqanını meydana gətirdi. O, 1542-ci ildə çox gənc yaşlaarında öldü və bir həftəlik olan qızı Meri, onun yerinə taxta keçirildi. Bu vaxt ölkədə “islahat” deyə bilinən böyük dini dəyişikliklər oldu.
iskatlenddakı katolik kilsəsinin inkişafı dayanmışdı. Monastırların zənginliyinə qarşı, kilsələr yoxsullaşmışdı. Xalq dəyişmə tərəfdarı olan mütərəqqi din adamlarını dəstəklədi. 1560-cı ildə parlament kilsənin islahat qanunlarını qəbul etdi. iskatlendda papanın dini nüfuzuna son verildi. Katolik ayinləri qadağan olundu. Yenə 1560-cı ildə gənc kraliça Meri təhsil almaq üçün göndərildiyi Fransadan iskatlendya gəldi. O, katolik olmalarına baxmayaraq, kilsə torpaqlarını zadəganlara və baronlara verərək onların dəstəyini təmin etməyə çalışdı. iskatlend protestant İngiltərəyə müttəfiq olmaq istəyən islahatçılarla Fransa tərəfdarı olan katoliklər arasında ikiyə bölündü. Taxtdan endirilən Meri 1568-ci ildə İngiltərəyə qaçdı. 1587-ci ilə qədər Merini İngiltərədə həbs etdirən İngiltərə Kraliçası Elizabet özünə qarşı edilən bir sui-qəsddə əli olduğu ittihamı ilə onu edam etdirdi.
İngiltərə ilə iskatlend arasında bundan sonra heç vaxt döyüş olmadı. 1603-cü ildə Elizabet öldükdən sonra Merinin protestant olaraq yetişdirilən oğlu Ceyms Kral I Ceyms adı ilə İngiltərə kralı oldu.
iskatlend ilə İngiltərə krallarının eyni olmasına qarşı ayrı parlamentlərə sahib olmağı bir əsr daha davam etdirdilər. Amma Kral Ceyms iskatlend parlamentinin və kilsəsinin, V Ceyms dövründə qazandığı azadlığa icazə vermədi.
I Ceymsin oğlu I Çarlz əvvəllər iskatlend kilsəsinə qarşı çıxdı. Bu iskatlend ailə başçılarının və din adamlarının reaksiyasına səbəb oldu. Uzun müddət davam edən mübarizə dövründən sonra Çarlz 1641-ci ildə şotlandların reallaşdırdığı dəyişiklikləri qəbul etdi və iskatlend parlamentinə daha çox azadlıq tanıdı.
Şotlandlar İngiltərədə I Çarlzın vətəndaş müharibəsinin sonunda edam edilməsindən dərhal sonra Çarlzın oğlunu II Çarlz adı ilə kral elan edərək tac geyindirdilər. Bu dövrdə İngiltərənin başında Oliver Kromvel var idi. Kromvel şimala, iskatlend üzərinə getdi. iskatlend ordusunu məğlub edərək, iskatlendnı 10 il müddətinə İngiltərəyə tabe etdi.
II Çarlz bəzi problemlərə qarşı iskatlendnı 25 il müddətində idarə etdi. Presbiterianler (Protestant xristianlığın qolu olan Presbiterian məzhəbinin davamçıları) ona qarşı bir neçə dəfə qiyam qaldırdılar. 1681-ci ildə qanun çıxardaraq, həm dini, həm də qanuni sahədə ən üstün güc olaraq bütün təbəqələrin özünü tanımasını zəruri etmək istəsə də, ən mülayim təbəqələrin nümayəndələri belə ona reaksiya verdilər.
Çarlzın 1685-ci ildə ölümündən sonra yerinə katolik olan qardaşı 7-ci Ceyms (İngiltərədə II Ceyms) keçdi. 1688-ci ildə ingilislər Ceymsin ölkədən qaçmasına nail oldular və sonrakı il protestant olan bacısı Meri ilə əri Uilyamı onun yerinə taxta çağırdılar. Şotlandlar da iskatlend kilsəsinin yenidən Presbiterian olması şərtilə, iskatlend taxtını Uilyam və Merini buraxmağa razı oldular. 1690-cı ildə çıxan bir qanunla iskatlend kilsəsinin Presbiterian olduğu qəbul edildi.
thumbnail|Klayd çayında dənizçilik (1881). XVIII əsrə daxil olarkən İngiltərənin və iskatlendnın bəzi ortaq məqsədləri var idi. Hər ikisi də protestant bir kral istəyirdi və hər ikisi də Fransanı ölkələri üçün təhlükəli görürdü. 1702-ci ildə Uilyam və Merinin yerinə taxta keçən Kraliça Anna 1706-cı ildə iki krallığı birləşdirmə planını reallaşdırmaq üçün İngiltərə və iskatlenddan nümayəndələr təyin etdi. Əldə olunacaq razılığa görə, birləşən iki krallıq tək bayraq altında və tək bir parlamentlə idarə olunacaqdı. Hər kəs ticarətdə bərabər haqlara sahib olacaq, eyni vergiləri ödəyəcəkdi. iskatlend öz kilsəsinə, məhkəmələrinə və xüsusi qanunlarına sahib olmağı davam etdirəcəkdi. iskatlend parlamenti bu təklifləri Birləşmə Aktı adı ilə qəbul etdi. Daha sonra İngiltərə parlamenti də eyni qanunu qəbul etdi. Beləliklə, 1 may 1707-ci ildə İngiltərə və iskatlend “Birlik sazişi” imzalayaraq, Birləşmiş Krallıq adı ilə tək bayraq altında birləşdi.[۱][۲]
Müasir dövrü
XIX əsr
Şotland islahatı Aktı (1832) şotland deputatların sayının artması və françayza orta sinif daha daxil etmək ucun genişlənmişdir.[۳] 19-cu əsrdə Qlazqo dünyanın ən böyük şəhərlərindən biri, Londondan sonra "Britaniya imperiyasının ikinci şəhəri" kimi tanınmış olub.
iskatlendda Maarifçilik dövrü 18-ci əsrin sonunda yaranmağa başlamışdır.[۴] Bu dövrün nümayəndələri Ceyms Vatt, Cozef Blek, Adam Smit, Filip Miller, Robert Broun və Ceyms Mill kimi dahiler Sənaye inqilabının inkişafında böyük rol oynamışlar.[۵]
XX əsr
iskatlend Britaniyanın tərkibində Birinci Dünya Müharibəsində böyük rol oynamışdır. 4,8 milyon əhalisi olan iskatlend müharibəyə yarım milyon kişi göndərmiş, onların 25 faizi döyüş və ya xəstəlikdən vəfat etmiş və 150,000 nəfəri ağır yaralanmışdır.[۶][۷]
1945-ci ildən sonra, iskatlendnın iqtisadi vəziyyəti xaricdən rəqabətə, səmərəsiz sənaye və sənaye mübahisələrinə görə tədricən pis olmuşdur.[۸]
XXI əsr
2007-ci ildə iskatlendda ilk dəfə olaraq iskatlend Milli Partiyası Aleks Salmondla hakimiyyətə gəlmişdir.[۹]
2014-cü ildə Qlazqoda Birlik Oyunları keçirilmişdir.[۱۰] 2014-cü ilin 18 sentyabrında ümumxalq referendumu keçirilmişdir. Referdendum nəticəsində şotlandların 55.3% səsindən istifadə edərək müstəqilliyinin əlehinə səs verib.[۱۱]
2015-ci ildə iskatlend Milli Partiyası Böyük Britaniya parlament seçkilərində iskatlendda 59 yerdən 56-nı qazanıb, Leyboristlər və Liberal Demokratları sıxışdırmışdır.[۱۲][۱۳]
Coğrafiya
iskatlend ərazisi meşəlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 0 m-dən (Atlantik Okean) 1344 m-ə Ben Nevis dağına qədərdir. Pentlənd-Ferd boğazı ölkənin əsas hissəsini Orkney arxipelaqından ayırır. Şetlənd adaları arasında Yell boğazı yerləşir.
İnzibati ərazi bölgüsü
iskatlend ərazisində 32 əyalət və bunlara daxil olan 52 şəhər vardır.
Əyalətlər və Paytaxtları
thumbnail|iskatlendnın əyalətləri
İqlim
Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə iskatlend ərazisinin mülayim və okeanik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır.
Flora və fauna
iskatlendnın fauna və florası zəngin olsa da, vaşaq, qonur ayı, canavar, sığın və morj kimi bəzi heyvan növlərin nəsli ovçuluqdan kəsilmişdir.[۱۴] iskatlendda məskunlaşmış quş növlərindən Ağquyruq dəniz qartalına, Çay qaraquşuna, Qırmızı çalağana rast gəlmək olar.[۱۵] Britaniyann 75 faiz sincabları Haylands ərazilərində areallaşmışdır.[۱۶]
Ölkənin florası müxtəlif yarpaqlı və iynəyarpaqlı məşələrdən, bozkır və tundradan ibarətdir.[۱۷]
iskatlend höküməti sahil xətti boyu bir neçə ərazidə dəniz qoruqları yaratmaq niyyətindədir. Marine Scotland qurumu hökümət adından bu məsələni iskatlend hökümətinin dəniz planlaşdırılması sənədinə daxil edib. İctimai müzakirələrə bu ilin iyulun 25-də start verilib.[۱۸] Mühafizə olunan dəniz əraziləri iskatlendda artıq mövcud qoruqların siyahısına əlavə ediləcək. Bu layihədə iskatlend höküməti adından Marine Scotland, iskatlend Təbiət İrsi, Birləşmiş Təbiət Mühafizəsi Komitəsi və digər təşkilatlar əməkdaşlıq edirlər. Dəniz qoruqları qismində mühafizəsi nəzərdə tutulan 33 sahilyanı dəniz sahəsi təklif olunub.
Əhali
شابلون:Iskatlend etnik qrupları
2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən iskatlendda 5,327,700 nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni iskatlendlılar, 9%-ni ingilislər, 1.1%-ni polyaklar, 0.9% pakistanlılar, 0,6%-ni hindistanlılar, 0,6%-ni çinlilər təşkil edir. Bundan başqa iskatlenddan kənarda çoxlu sayda etnik şotland yaşayır.
Din
iskatlendda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmış din xristianlıqdır. Şotlandların 54%-i xristiandır, ondan 32.4%-i protestant, 15.9%-i katolik məzhəbinə məxsusdur. Digər dinlər bunlardır: islam və hinduizm.
Səhiyyə
iskatlendda səhiyyə əsasən "NHS Scotland" tərəfindən təmin edilir. 2010 və 2012 arasında iskatlendda anadan olanlar üçün həyat davamlılığı kişilər üçün 76,5 il, qadınlar üçün 80,7 il təşkil edir. Bu, Böyük Britaniyada dörd ölkədə ən aşağı həyat davamlılığı təşkil edir.
Siyasi sistem
iskatlend 1707-ci ildən İngiltərə ilə qanunla rəsmiləşdirilmiş ittifaqdadır, 1997-ci ildən isə məhdud muxtariyyət əldə edib. 1999-cu idən iskatlendnın öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir, lakin onların səlahiyyəti təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat, ətraf mühitin mühafizəsi və sair məsələlərlə məhdudlaşır.[۱۹]
Silahlı qüvvələr
1707-ci ildən əvvəl, iskatlendnın Silahlı Qüvvələri olsa da, hazirda ölkənin bütün ordu qüvvələri (Atxol Xaylands alayından başqa) Britaniyaın Silahlı Qüvvələrinə tabedir. Ölkənin Klayd çayında 4 ədəd "Traydent" silahlı Vanqard sinif ballistik raketli sualtı nüvə qayıqları var.[۲۰]
Kraliyət Hava Qüvvəsinin iki cəbhə bazaları həmçinin iskatlendda yerləşir.
İqtisadiyyat və infrastruktura
[[Şəkil:Fm irnbru.jpg|thumbnail|Irn-Bru sərinləşdirici içki iskatlendnın ən tanınmış brendlərindən biridir.]] iskatlend iqtisadiyyatı açıq qarışıq iqtisadiyyatdır.[۲۱] Ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslaşmış işçi qüvvəsi, inkişaf etmiş infastruktur, böyük həcmdə kapital ehtiyatı, korrupsiyanın çox aşağı səviyyəsi xarakterikdir. Ölkə ixracatının əsas hissəsini sənaye ixtisasına aid məhsullar tutur.[۲۲] Bunlar viski və müxtəlif elektronika, tekstil və metal məhsullarıdır.[۲۳]
iskatlend iqtisadiyyatının İkinci dünya müharibəsindən sonra artım sürəti azaldı. Lakin sənaye sferasının reformasından sonra ölkə iqtisadiyyatının artım sürəti artıb.[۲۴]
iskatlendda bank sektoru həmişə ingilis bank sistemindən asılı olmayaraq inkişaf etmişdir. iskatlend Bankı 1695-ci ildə, İngiltərə Bankının yaradılmasından düz bir il sonra təsis edilişdir.[۲۵]
Nəqliyyat
iskatlendda beş əsas beynəlxalq hava limanı var və onlar birlikdə 150 beynəlxalq istiqamətə xidmət edir.[۲۶] iskatlend avtomobil və əsas magistral yolları "Transport Scotland" tərəfindən idarə olunur.[۲۷] Yol şəbəkəsinin qalan tərəfləri iskatlendnın yerli hakimiyyət orqanları tərəfindən idarə olunur. Daimi bərə xidmətləri iskatlendda materik və bir çox adalar arasında fəaliyyət göstərir. iskatlendnın dəmiryolu şəbəkəsi ətrafında 340 dəmir yolu stansiyaları və 3000 kilometr trek yolu var.[۲۸]
İdman
1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilmişdir və bu zaman iskatlend milli futbol komandası və İngiltərə milli futbol komandası qarşılaşmışdı.[۲۹] İdman oyunları içərisində iskatlendda ən geniş yayılan növü futboldur.[۳۰] Atletizm, reqbi, velosiped, kriket ən müvəffəqiyyətli idmanlarıdır.
iskatlend qolf oyunun vətəni sayılır.[۳۱] iskatlenddan 13 dünya boks çempionu olmuşdur, o cümlədən Aleks Artur, Benni Linç və Cim Uottu saymaq olar.
Təhsil
iskatlend ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.[۳۲]
Universitetlər
iskatlendda ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. iskatlendnın ən nüfuzlu təhsil müəssisələri Qlazqo və Edinburqda yerləşir.[۳۳]
iskatlendnın ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç tsikllidir:
- Birinci tsikl – bakalavr;
- İkinci tsikl – magistratura;
- Üçüncü tsikl – doktorantura.
Mədəniyyət
thumb|upright|right|iskatlendlı tuluq zurnaçısı. Bütün Kelt xalqları kimi, iskatlend dünyada interkelt tədbirlərdə iştirak edir. iskatlendda o cümlədən bir neçə musiqi festivalları keçirilir. Bunlardan "Celtic Connections" və "Hebridean Celtic Festival" saymaq olar.
"iskatlendda rəqs" hesabatına görə, 2011-ci ildə bir milyona yaxın adam son 12 ayda rəqs fəaliyyətində iştirak edib.[۳۴]
Ədəbiyyat
XXI əsrin ortalarında parlayan Robert Börns yaradıcılığı ilə iskatlend ədəbiyyatında böyük bir mərhələ oldu və poeziya ilə bərabər nəsr və dramaturgiyanın da inkişafına təkan verdi.[۳۵] Bu dövrün parlaq nümayəndəsi Robert Stevenson, Artur Konan Doyl yaradıcılığa dünya ədəbiyyatının obrazlarını gətirdi.[۳۶]
XXI əsrdə Coan Roulinq Harri Potter seriyası ilə dünyada şöhrət qazanmışdır.
Musiqi
iskatlend musiqisində iskatlendda yaşamış keltlərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır.[۳۷]
Bayramlar
Bir çox xalqlarda olduğu kimi Şotlandların da milli bayramlarına Pasxa, Milad və Yeni il daxildir. Şotlandların bir sıra özünəməxsus bayramları da var. iskatlendda qeyd olunan bayramlardan ən maraqlısı Hellouindir. Bayram müasir Keltlərin adətləri əsasında hazırlanmışdır.
Bundan başqa, Robert Bernsin doğum günü qeyd edilir. Haqis (içalatdan ibarət iskatlend milli xörəyi), tuluq zurnası, tartan, viski və əlbətdə ki, Robert Börnsün şer və nəğmələri xatirə gecəsinin vacib atributlarından sayılırlar. Haqisin süfrəyə gətirildiyi zaman Robert Börnsün iskatlend dilində yazdığı “Haqis odası” ifa edilir. Bugünədək yalnız "Aysl of Arran" (Isle of Arran) viskisi, içənlərinə Robert Börnsün adını daşıyan Viski təqdim edir.
Dövlət bayramları və xüsusi günlər
Rəsmi
Bayram | Tarix |
---|---|
Yeni İl Günü | 1 yanvar |
Yeni İl Bayramı | 2 yanvar |
Yaxşı Cümə | Xristian təqvimi ilə dəyişir. |
May Günü | 1 may |
Yaz Bayramı | Mayın son Bazar ertəsi |
Yay Bayramı | Avqustun birinci Bazar ertəsi |
Müqəddəs Endryu Günü | 30 noyabr |
Milad | 25 dekabr |
Baksinq Günü | 26 dekabr |
Xüsusi günlər
Şəkillər
-
İnverqauri kəndi
İstinadlar
- ^ Why did the Scottish parliament accept the Treaty of Union?. Scottish Affairs. یوْخلانیلیب1 May 2013.[اولو باغلانتی]
- ^ Popular Opposition to the Ratification of the Treaty of Anglo-Scottish Union in 1706-7. University of St Andrews.
- ^ T. M. Devine and R. J. Finlay, Scotland in the Twentieth Century (Edinburgh: Edinburgh University Press, 1996), pp. 64–5.
- ^ M. Magnusson (10 November 2003), "Review of James Buchan, Capital of the Mind: how Edinburgh Changed the World", New Statesman, 30 May 2011-ده اوریجنال-دن آرشیولشدیریلمیشدیر
- ^ E. Wills, Scottish Firsts: a Celebration of Innovation and Achievement (Edinbugh: Mainstream, 2002).
- ^ Richard J. Finlay, Modern Scotland 1914–2000 (2006), pp 1–33
- ^ R. A. Houston and W.W. J. Knox, eds. The New Penguin History of Scotland (2001) p 426.[۱] Niall Ferguson points out in "The Pity of War" that the proportion of enlisted Scots who died was third highest in the war behind Serbia and Turkey and a much higher proportion than in other parts of the UK.[۲][۳]
- ^ Harvie, Christopher No Gods and Precious Few Heroes (Edward Arnold, 1989) pp 54–63.
- ^ "Devolution > Scottish responsibilities" Scottish Government publication, (web-page last updated November 2010)
- ^ Out with a bang: Eight million tune into Commonwealth Games’ spectacular finale - with Lulu in tartan trousers and Kylie in thigh-high boots (and it FINALLY stopped raining!)
- ^ "Scottish referendum: Scotland votes no to independence". BBC News. 19 September 2014. http://www.bbc.com/news/uk-scotland-29270441. Retrieved 19 September 2014.
- ^ Tanıdığımız Britaniyanın sonu
- ^ Britaniya seçkiləri: Mühafizəkarlar parlament seçkilərində qalib gəldi
- ^ Fraser Darling, F. & Boyd, J.M. (1969) Natural History in the Highlands and Islands. London. Bloomsbury.
- ^ "State of the Park Report. Chapter 2: Natural Resources"(pdf) (2006) Cairngorms National Park Authority. Retrieved 14 October 2007.
- ^ Gooders, J. (1994) Field Guide to the Birds of Britain and Ireland. London. Kingfisher.
- ^ Integrated Upland Management for Wildlife, Field Sports, Agriculture & Public Enjoyment (pdf) (September 1999) Scottish Natural Heritage. Retrieved 14 October 2007.
- ^ Şəkillərdə: iskatlendnın dəniz aləmi
- ^ Part II: The Scottish Administration. The National Archives (United Kingdom). یوْخلانیلیب2013-10-23.
- ^ Ministry of Defence and Property Services Agency: Control and Management of the Trident Programme. National Audit Office. 29 June 1987. Part 4. ISBN 0-10-202788-9.
{{cite book}}
: Unknown parameter|nopp=
ignored (|no-pp=
suggested) (کؤمک) - ^ Economy Statistics. The Scottish Government. یوْخلانیلیب26 May 2014.
- ^ Scottish Government. Energy in Scotland: Get the facts. یوْخلانیلیب17 June 2013.
- ^ Macalister, Terry (2 March 2012). Who would get the oil revenues if Scotland became independent?. The Guardian. یوْخلانیلیب14 October 2012.
- ^ BBC (16 April 2014). Growth in Scottish Economy Slows. یوْخلانیلیب26 May 2014.
- ^ Scottish Government. Labour Market Briefing - December 2013. یوْخلانیلیب30 December 2013.
- ^ Barra Airport Today. Barra Airport. Highlands and Islands Airports. یوْخلانیلیب19 September 2010.
- ^ The Scotsman 27 March 2007. "Special Report—Business Class"
- ^ Transport Scotland – Rail www.transportscotland.gov.uk. Retrieved 10 July 2008.
- ^ Soccer in South Asia: Empire, Nation, Diaspora. By James Mills, Paul Dimeo: Page 18 – Oldest Football Association is England's FA, then Scotland and third oldest is the Indian FA.
- ^ Gerhardt, W.. The colourful history of a fascinating game. More than 2000 Years of Football. FIFA. آرشیولنیب اصلی نۆسخهدن on 10 August 2006. یوْخلانیلیب11 August 2006.
- ^ Keay (1994) op cit page 839. "In 1834 the Royal and Ancient Golf Club declared St. Andrews 'the Alma Mater of golf'".
- ^ A Guide to Education and Training in Scotland – "the broad education long regarded as characteristic of Scotland". Scottish Government. یوْخلانیلیب18 October 2007.
- ^ "School education prior to 1873", Scottish Archive Network, 2010, 3 July 2011-ده اوریجنال-دن آرشیولشدیریلمیشدیر
- ^ Şotlandlar rəqsi futboldan "üstün tutur"
- ^ L. McIlvanney (Spring 2005). "Hugh Blair, Robert Burns, and the Invention of Scottish Literature". Eighteenth-Century Life. 29 (2): 25–46.
- ^ "Cultural Profile: 19th and early 20th century developments". Visiting Arts: Scotland: Cultural Profile. 5 November 2011-ده اوریجنال-دن آرشیولشدیریلمیشدیر.
- ^ J. Porter, "Introduction" in J. Porter, ed., Defining Strains: The Musical Life of Scots in the Seventeenth Century (Peter Lang, 2007), ISBN 3-03910-948-0, p. 35.