İbislər

Vikipediya, azad ensiklopediya
(Threskiornithidae səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İbislər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsilə:
İbislər
Beynəlxalq elmi adı

İbislər (lat. Threskiornithidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi.

İri və orta böyüklükdə quşlardır. Dimdiyi uzun, aşağı əyilmiş (əsl ibis) və ya düz, uc hissəsindən enlidir (ərsindimdik). Ayaqları uzun, barmaqlarının əsası qısa pərdələrlə birləşmişdir. 20 cinsi (32 növü) vardır. Azərbaycanda iki növü qaranaz (qaravay) və ərsindimdik yuvalayır. Bataqlıq və göllərdə yayılmışdır. Koloniyalarla ağacda, qamışlıqda, qayalarda və yerdə yuvalayır; 2-3 və bəzən 4 yumurta qoyur, 3-4 həftə kürt yatır. Cücü, qurd, molyusk, xərçəngkimilər, xırda balıq, qurbağa və s. ilə qidalanır.

Ərsindimdiklər (Plataleinae) yarımfəsiləsi

İbislər (Threskionithinae) yarımfəsiləsi