Roberto Baccio

Vikipediya, azad ensiklopediya
(Roberto Baco səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Roberto Baccio
it. Roberto Baggio
Ümumi məlumatlar
Doğum tarixi 18 fevral 1967(1967-02-18)[1][2][…] (57 yaş)
Vətəndaşlığı
Boyu 174 sm
Çəkisi 73 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roberto Baccio (it. Roberto Baggio; 18 fevral 1967[1][2][…]) — Karyerasını başa vurmuş italiyalı futbolçu. Hücumçu və hücuma meyilli yarımmüdafiəçi mövqelərində oynamışdır. Futbolçu karyerasını (1982–2004) vətənində keçirib. Viçentsa, Fiorentina, Yuventus, Milan, "Bolonya", İnter Milan və "Breşiya" klublarının şərəfini qorumuşdur.

İtaliya milli komandasının heyətində 1990, 1994 və 1998-ci illərdə keçirilən futbol üzrə dünya çempionatlarında çıxış etmişdir.

1993-cü ildə Dünya və Avropanın ən yaxşı futbolçusu seçilib, 1992–1993-cü il mövsümündə "UEFA Kuboku"nun qalibi, 1990-cı il "Düya Çempionatı"nın bürünc mükafatçısı, 1994-cü il "Dünya Çempionatı"nın gümüş mükafatçısı, 1994–95, 1995–96-cı il mövsümlərində İtaliya çempionatının qalibi, 1994–95-ci illər İtaliya Kubokunun qalibi, üç fərqli dünya çempionatında qol vurmuş yeganə italyan futbolçu.

2000-ci ildə FİFA-nın keçirdiyi rəy sorğusuna əsasən XX əsrin ən yaxşı dördüncü futbolçusu seçilib (Maradona, Pele və Eysebiodan sonra).[3][4]

Futbolçu karyerasını başa vurduqdan sonra xeyriyyəçiliklə məşğul olur. 2002-ci ildən FAO-nun xoşməramlı səfiridir. 2010-cu ildə "World Peace Award" mükafatı qazanıb.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Velosiped təmirçisi Fiorindo və Matildanın oğlu kimi dunyaya gələn, ancaq peşə kimi futbolu seçən Roberto 9 yaşından futbolla məşğul olmağa başlayır.[5] 1981-ci ildə skaut Antonio Moronun təkidi ilə "Viçentsa" klubuna dəvət olunur. 15 yaşında o artıq aylıq 2000 dollar maaşla "Viçentsa" klubunun futbolçusu idi. 1981-ci ili Seria C1-də keçirdikdən sonra 1982–83-cü il mövsümündə əsas heyət oyunçusuna çevrilir.[6] Viçentsanın heyətində "Seria C1"-də göstərdiyi gözəl oyunla İtaliyanın bir çox klublarının diqqətini çəkən Bacconu bir çox klubların skautları izləməyə başlayır. Sampdoriya, Torino və Yuventus kimi nəhənglərin diqqətini cəlb edən oyunçunu, əfsanəvi ekspert Barend Krauçun sayəsində Fiorentina 1985-ci ildə 1.5 milyon dollara transfer edir.[7]

1985-ci ildə "Fiorentina"ya transfer olunan Roberto tez bir zamanda klub tiffozilərinin sevimlisinə çevirilir və onu klub tarixiin ən yaxşı oyunçularından biri hesab etməyə başlayırlar. Fiorentinada keçirdiyi ilk mövsumdə zədə səbəbindən "Seria A"da meydana çıxa bilməyən Bacco 21 sentyabr 1986-cı ildə "Seria A"da debut edir və Florensiyada hər kəsin sevimlisinə çevrilir, lakin dekabrda yenidən ağır zədələnir. Ancaq Bacco o zədədən sonra futbola dönur və 10 may 1987-ci ildə "Seria A"da ilk qolunu Napolinin qapısına cərimə zərbəsindən vurur. Növbəti il isə gözəl mövsum keçirərək ümumilikdə 34 dəfə meydana çıxır. Artıq Fiorentinanın heyətində olan Bacco-Bortonovo tandemi İtaliyada ən güclu hucum tandemlərindən biri idi. Növbəti 2 mövsumdə Bacco üçun çox uğurlu olur. 1990-cı ildə komandasını UEFA kubokunun finalınacan aparır. Ancaq burada başqa bir İtaliya nəhəngi Yuventusa 2 oyunun nəticəsinə görə məğlub olurlar. Az sonra Yuventus o dövr üçun rekord məbləğ olan 19 milyon dollara Bacconu Fiorentinadan transfer edir[7].

1990-cı ildə "Yuventus"a 25 miliard italyan lirinə (o dövrdə 19 milyon dollar) transfer edilməsi Florensiyada böyük ajiotaj yaradır. Transferin məbləği həm də o dövr üçün Ginnesin Rekordlar Kitabına düşür. Azarkeşlərin narazılğına isə o yalnız bir cümlə ilə cavab verir: "Mən təklifi qəbul etməyə məcbur idim"[8] . Bu proseslərdən sonra Bacco İtaliya milli yığmasının heyətində Dunya Çempionatında iştirak etməyə başlayır. Vətəndə keçirilən bu çempionatda İtaliya yığması əsas favorit sayılırdı. Ancaq gözləntilərin əksinə olaraq bu çempionat İtalyanlar üçun elədə uğurlu olmur. Gənc Baccio bu çempionatda 2 dəfə fərqlənir. Heçdə uğurlu olmayan Dunya Çempionatından sonra Baccio Yuventusda yaxşı mövsum keçirir. Futbolçu dunyanın ən çətin çempionatı sayılan "Seria A"-da 14 qol və 12 qol pası verir. Ümumilikdə isə Yuventusda keçirdiyi ilk mövsumdə 27 dəfə fərqlənir. 1993-cü ildə Yuventusla UEFA Kubokunu qazanmaqla ilk Avropa uğuruna sahib olur. Elə həmin ildə də Avropa və Dünyanın ən yaxşı oyunçusu adına layiq görülür.[9] Baccio Yuventus ilə ilk skudettosunu 1994–95 mövsümündə qazanır. Skudetto uğrunda ağır mubarizədən sonra ABŞ-də Dunya Çempionatı başlayır və İtaliya yığması bu çempionata yeni gəncləşdirilmiş heyətlə yollanır. Çoxları Arriqo Sakkinin yığdığı bu heyətdən heç bir uğur gözləmirdi. Ancaq Bacconun lideriylə İtaliya finalacan gəlir və finalda Brazilya yığma komandasına penallaşma seriyasında məğlub olur.

"Byankonerilər"in baş məşqçisi Marçelo Lippi ilə münaqişədən sonra "Milan"a satılır. Elə ilk mövsümdəcə skudetto qazanan futbolçu müxtəlif komandalarla A Seriyası qalibi olan ilk futbolçu kimi tarixə düşür.

1997-ci ildə "Bolonya"ya transfer olunan Baccio sübut etməyə çalışmışır ki, onu yığmanın əsas heyətindən silmək hələ tezdi. Mövsümü 22 qolla tamamlayan futbolçunu Canfranko Zolanın əvəzinə milli komandaya dəvət edirlər.

Dünya çempionatından sonra Milanın daha bir nəhəng klubu "İnter" ilə müqavilə imzalayır.

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
Mövsüm Клуб Futbol üzrə İtaliya çempionatı (Seriya A) Futbol üzrə İtaliya kuboku UEFA Ümumi
Oyunlar Qollar Oyunlar Qollar Oyunlar Qollar Oyunlar Qollar
1982/83 Viçentsa 1 0 1 0 0 0 2 0
1983/84 6 1 4 0 0 0 10 1
1984/85 29 12 5 2 0 0 34 14
1985/86 Fiorentina 0 0 5 0 0 0 5 0
1986/87 5 1 4 2 1 0 10 3
1987/88 27 6 7 3 0 0 34 9
1988/89 30+1[10] 15+0 10 9 0 0 40 24
1989/90 32 17 2 1 12 1 46 19
1990/91 Yuventus 33 14 6 4 8 9 47 27
1991/92 32 18 8 4 0 0 40 22
1992/93 27 21 7 3 9 6 43 30
1993/94 32 17 2 2 7 3 41 22
1994/95 17 8 4 2 8 4 29 14
1995/96 Milan 28 7 1 0 5 3 34 10
1996/97 23 5 5 3 5 1 33 9
1997/98 Bolonya 30 22 3 1 0 0 33 23
1998/99 İnter 23+2[11] 5+1 6 1 6 4 35 10
1999/00 18+1[12] 4+2 5 1 0 0 23 5
2000/01 Breşiya 25 10 2 0 0 0 27 10
2001/02 12 11 1 0 0 0 13 11
2002/03 32 12 0 0 0 0 32 12
2003/04 26 12 0 0 0 0 26 12
Ümumi 488+4 218+3 88 38 61 31 641 291
  1. 1 2 Augustyn A. Roberto Baggio // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Roberto Baggio // Transfermarkt (çd.). 2000.
  3. "FIFA names greatest list (BBC Sports)" (ingilis). 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-27.
  4. "Maradona or Pele? (CNN Sports Illustrated)" (ingilis). 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-27.
  5. "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
  6. Божественный Баджо [ölü keçid]
  7. 1 2 "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
  8. "Arxivlənmiş surət". 2018-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
  9. "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
  10. UEFA Kubokuna vəsiqə verən 7-ci yer üçün Roma ilə oyun
  11. UEFA Kubokuna vəsiqə verən oyunda 2 qol
  12. Parma ilə Çempionlar Liqasına vəsiqə verən 4-cü yer üçün oyun