Myanma
Myanma | |||||
---|---|---|---|---|---|
ပြည်ထောင်စု သမ္မတ မြန်မာနိုင်ငံတော် | |||||
| |||||
Let the journey begin, Gadewch i'r daith ddechrau | |||||
Himn:
|
|||||
Tarixi | |||||
• Müstəqilliyin elanı | 4 yanvar 1948 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Naypyida | ||||
İdarəetmə forması | Parlamentli respublika | ||||
Prezident | Vin Myint | ||||
Dövlət kansleri | Aunq San Suu Kyi | ||||
Sahəsi | Dünyada 39-cu | ||||
• Ümumi | 676,578 km² km² | ||||
• Su sahəsi (%) | 3,06 | ||||
Əhalisi | |||||
• Əhali | 53,282,000 nəfər (24-cü) | ||||
• Sıxlıq | 73,9 nəf./km² | ||||
İnternet domeni | .mm | ||||
ISO kodu | MM | ||||
BOK kodu | MYA | ||||
Telefon kodu | +95 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası[3] (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida.
"Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil.
2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi.
Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
Paytaxtın Yanqondan Naypyidaya köçürülməsi məsələsinə 2001-ci ildən baxılmışdır. Paytaxın köçürülməsinin dəqiq vaxtı — bazar günü, 6 Noyabr 2005 ci il, səhər saat 6:37 — astroloji proqnozlara uyğun olaraq seçilmişdir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Coğrafi yerləşməsi
[redaktə | mənbəni redaktə et]Myanma qərbdə Hindistan (1463 km) və Banqladeşlə(193 km),şimal-şərqdə Çinlə (2185 km) , şərqdə Laosla(235 km) və cənub-şərqdə Tailandla(1800 km) həmsərhəddir. Cənubdan və cənub-qərbdən onun sahillərini Benqal körfəzinin, Moutama körfəzinin(Martaban) həmçinin Andaman dənizinin suları yuyur. Daxil olan adalarla birlikdə ölkənin sahəsi 678 min km² təşkil edir. Sahil xəttinin uzunluğu isə 1930 km bərabərdir.
İqlimi
[redaktə | mənbəni redaktə et]Əsasən subekvatorial və tropik iqlimə malikdir. 3 fəsil ayırd edilir:
- nəmli — mayın sonundan oktyabrın sonunadək
- soyuq — oktyabrın sonundan fevralın ortalarınadək
- isti — fevralın ortalarından mayın sonunadək
Hidrologiyası
[redaktə | mənbəni redaktə et]Əsas çaylar öz başlanğıclarını dağlardan götürür və Hind okeanı hövzəsinə aiddirlər. Maksimal çay səviyyəsi musson yağışları mövsümünə təsadüf edir. Bu dövrdə çaylarda su səviyyəsi artsa da digər dövrlərdə çaylar əsasən az sulu olur və quruyurlar. Myanmanın böyük çayları İravadi , Mekonq, Saluin, Sitaun və Çinduin çayları sayılırlar. Göllər olduqca azdır, onların ən böyüyü isə Şan dağlığındakı İnle gölüdür.
Tarix
[redaktə | mənbəni redaktə et]Ölkənin ən qədim sakinləri, hind-buddist sivilizasiyasının təsir dairəsində olmuş monlar sayılırlar. Sonra Myanmaya Çin ərazisindən birmanlılar miqrasiya etmişdirlər. Beləliklə Myanma ərazisində mon və birman krallıqları əmələ gəlmişdir. XIII əsrdə onlar monqol hücumlarına məruz qaldılar. XVIII əsrdə isə Britaniya kolonizasiyası başladı.
İkinci Dünya müharibəsindən sonra (Myanmanın yapon işğalına məruz qaldığı illərdə) 1948 ci ildə Böyük Britaniya ilə tərtib edilmiş müqaviləyə əsasən ölkə müstəqillik əldə etdi. 1962 ci ildə 1988-ci ildəki çevrilişə qədər mövcud olmuş Birman İttifaqı Sosialistik respublikası yaradıldı.
1997-ci ildən 2011-ci ilədək Myanma, 1988 ci ildə hakimiyyətə gəlmiş "Qanuniliyin və qaydaların bərpası Milli şurası" nın yerini tutmuş "Sülh və inkişafın Milli şurası" adlanan hərbi rejim tərəfindən idarə edilmişdir. Milli şuranın başçısı "baş general" Tan Şve olmuşdur. Məhz bu hakimiyyət 1989 cu ildə ölkənin rəsmi adını "Birma"dan "Myanma"ya çevirmişdir.
Din
[redaktə | mənbəni redaktə et]Birma əhalisinin 83 faizi buddistlərdir. Birmalıların əksəriyyəti, eyni zamanda şanlar, monlar, karenlərin çoxu, kaya, palaun, kaçinlərin bir hissəsi, çinlər və digərləri buddistdirlər. Buddizm özünün txeravad formasında geniş yayılıb. Maxayana forması isə ancaq şimali birmanın xalqlarının bir hissəsində, ölkədə yaşayan çinlilər arasında vardır.
Xristian dininə 5 faizdən çox insan ibadət edir. Xristianlığı əsasən birmanın əyalət rayonlarına gələn missionerlər yaymışdırlar. Çin, karen, kaya, kaçin kimi yerli xalqlar arasında da xristianlar var. Birma xristianlarının əkəsəriyyəti protestantlardır (1,2 mln. nəfər). Onların arasında əksəriyyəti baptistlər (950 min nəfər), anqilkanlar (130 min nəfər), metodistlər (39 min nəfər), yeddinci günün adventistləri (3 min nəfər), qurtuluş ordusunun tərəfdarlıra və s. vardır.
Katoliklər 301 min nəfərdirlər. Ölkə əhalisinin 4 faizi müsəlmanlardır(əsasən sünnülər). Əhalinin 3 faizi induistlərdir. Çox az sayda iudaistlər də vardır. Ənənəvi qəbilə inancları Birmanın bir sıra əyalət rayonlarında yaşayan xalqlar arasında hələ də qalmaqdadır. Onlar əhalinin 5 faizini təşkil edirlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 450 // Constitution of Myanmar.
- ↑ Left is right (But right is left).
- ↑ Samirə Quliyeva, "Myanma adını və bayrağını dəyişdi". "Xalq qəzeti", № 233 (26583), 23 oktyabr 2010, səh. 8.