Lizosomlar

Vikipediya, azad ensiklopediya
(Lizosom səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Lizosom

Lizosomlar (yunanca "lizis" — həll edirəm, "soma" — bədən) — kiçik ovalşəkilli cisimcik olub membranla örtülmüşdür. O, 1955-ci ildə siçovulun qaraciyər hüceyrəsində belçikalı biokimyaçı Kristian de Dyuvtərəfindən tapılmışdır. Lizosomlara bütün heyvan və göbələk hüceyrələrində rast gəlinir. Lizosomlarda zülalları, nuklein turşularını, polisaxaridləri, lipidləri və s. maddələri parçalaya bilən 30-dan çox ferment var. Onlar sitoplazmadan membranla ayrılmışdır. Lizosomlar sitoplazmaya daxil olan qidanı əhatə edir, ümumi həzm vakuolu əmələ gətirir və fermentlərin köməyi ilə onu həll edir. Həll olunmuş qida hüceyrə tərəfindən istifadə edilir. Lizosomlar hüceyrə hissəciklərini, tam hüceyrələri və orqanları da məhv edə bilir. Məsələn, orqanizmin rüşeym dövründə lizosomların fəaliyyəti nəticəsində əvvəlki embrion hüceyrələrini parçalayır, onun əvəzinə sabit hüceyrələr yaranır. Qurbağa çömçəquyruğunda quyruğun yox olması lizosomun fəaliyyətinin nəticəsidir. Lizosomlar hüceyrədə yenidən yarana bilir. Sintez olunmuş lizosomlar holci aparatına daxil olur, sitoplazmaya yayılır və öz funksiyasını yerinə yetirir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]