Hürr Dava Partiyası

Vikipediya, azad ensiklopediya
(Hür Dava Partiyası səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Hür Dava Partiyası

Hür Dava Partisi
Quruluş tarixi 17 dekabr 2012
Baş qərargah
İdeologiya İslamçılıq
İdeoloji spektr İfrat sağ
Parlamentdə
4 / 600
Saytı hudapar.org


Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya.

2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar.[1] Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər.[2]

20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir.[2] Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.[3]

2012-ci ilin sonlarında "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" əsasən solçu və kürd milliyətçi Sülh və Demokratiya Partiyasının hegemonluğuna meydan oxumaq üçün siyasi partiya yaratmaq iradəsini açıqlamışdır.[4] 17 dekabr 2012-ci ildə "Hür Dava Partiyası" təsis edilmişdir.[5] 9 yanvar 2013-cü ildə Ankarada baş qərargah açılmışdır.[6]

"Hür Dava Partiyası"na bağlı cəmiyyətlər "Peyğəmbər aşiqləri" (türk. Peygamber Sevdalıları, kürd. Evindarên Pêyxamber) çətiri altında fəaliyyət göstərir.[7]

2023-cü il mayın 14-də Hürr Dava Partiyasının dörd namizədi (Serkan Ramanlı, Şahzadə Dəmir, Zəkəriyə Yapıcıoğlu, Faruk Dinç) Ədalət və İnkişaf Partiyası siyahısından Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçiliblər.

  1. "Hizbullah: Tebliğ, Cemaat, Cihat". Bianet. 13 April 2013. 8 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2020.
  2. 1 2 Jenkins, Gareth. "A New Front in the PKK Insurgency". ETH Zürich. 15 June 2010. 25 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2020.
  3. "Mustazaf-Der resmen kapatıldı!". Time Türk (türk). 15 May 2012. 25 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
  4. "Hüda-Par'ın rakibi BDP mi, AK Parti'mi?". Time Türk (türk). 6 December 2012. 25 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
  5. "Hür Dava Partisi (Hüda-Par) Resmen Kuruldu". Haber Diyarbakir (türk). 17 December 2012. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
  6. "Genel Merkez Açılış Töreni Gerçekleştirildi" (türk). 9 January 2013. 28 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
  7. Kurt, Mehmet. Kurdish Hizbullah in Turkey - Islamism, violence and the state. London: PlutoPress. 2017. 42. ISBN 978-0-7453-9934-8.