Dədə Qorqud (film)
(Dədə Qorqud (film, 1975) səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Dədə Qorqud filmi haqqındadır. Digər mənalar üçün Dədə Qorqud (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Dədə Qorqud | |
---|---|
Fayl:Dədə Qorqud (film, 1975).jpg | |
Janr |
dram döyüş məhəbbət müharibə |
Rejissor | Tofiq Tağızadə |
Ssenari müəllifi | Anar Rzayev |
Baş rollarda |
Həsən Məmmədov — Dədə Qorqud Həşim Qadoyev — Qazan Rasim Balayev — Beyrək Givi Toxadze — Alp Aruz Hamlet Qurbanov — Qıpçaq Məlik Leyla Şıxlinskaya — Banıçiçək Şəfiqə Məmmədova — Burla xatun İnarə Quliyeva — Selcan Elçin Məmmədov — Qaraca çoban Fərhad Yusifov — Tural Dinarə Yusifova — Günel |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 sentyabr 1976 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 125,5 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | Azərbaycan dili |
İl | 1975 |
Texniki məlumatlar |
2 seriyalı 13 hissə I seriya: 6 hissə 1697 metr II seriya: 7 hissə 1961 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1992114 |
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi.[1]
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır.
Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır.
Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz".
Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur.[2]
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir.
- Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir.[3]
- Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir.
- Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
- "Dədə Qorqud" Azərbaycanda istehsal olunan ilk iki seriyalı filmdir. Ancaq filmin iki seriyalı çəkilişi əvvəlcədən planlaşdırılmayıb. Sadəcə olaraq çəkilişdən sonra baxılan lentdəki materialın kifayət qədər çox olması ona gətirib çıxarıb ki, "Dədə Qorqud" iki seriyalı film kimi təqdim olunub.
- Film 1-ci kateqoriyaya layiq görülüb.
- Filmdə bir-birilə nişanlanan Tural və Günel gerçək həyatda bacı-qardaş idi.[4]
- Film 2010-cu ildə bərpa edilmişdir.[5]
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: Anar
- Quruluşçu rejissor: Tofiq Tağızadə
- Quruluşçu operator: Rasim İsmayılov
- Quruluşçu rəssam: Nadir Zeynalov
- Bəstəkar: Emin Sabitoğlu
- Səs operatoru: Vladimir Savin
- Geyim rəssamı: Bədurə Əfqanlı
- Dekor rəssamı: Rafiz İsmayılov
- Qrim rəssamları: N. Veselova, V. Bereznyakov
- Rejissor: Akif Rüstəmov
- Montaj edən: Tamara Nərimanbəyova
- Rejissor assistentləri: Səməd Lazımov, Ziya Şıxlinski
- Operator assistentləri: Yuri Varnovski, Vaqif Bağırov, V. Romanov, Rəşid Nağıyev
- Rəssam assistenti: Mahmud Aslanov, A. Stepanova
- Montaj üzrə assistent: Esmira İsmayılova
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev, Mirzə Rəfiyev
- Rəqslərin quruluşu: Rəfiqə Axundova, Maqsud Məmmədov
- Mahnıları ifa edən: Yalçın Rzazadə
- Şəkillərin müəllifi: Toğrul Nərimanbəyov
- Məsləhətçilər: Həmid Araslı (akademik), R. Əfəndiyev (sənətşünaslıq doktoru)
- Redaktor: Əhmədağa Qurbanov, Nadejda İsmayılova
- Filmin direktoru: Nazim Ələkbərov
- İşıqçı: A. Məmmədzadə
Rollarda
[redaktə | mənbəni redaktə et]- Həsən Məmmədov — Dədə Qorqud
- Həşim Qadoyev — Qazan
- Rasim Balayev — Beyrək
- Givi Toxadze — Alp Aruz
- Hamlet Qurbanov — Qıpçaq Məlik
- Leyla Şıxlinskaya — Banıçiçək
- Şəfiqə Məmmədova — Burla xatun
- İnarə Quliyeva — Selcan
- Elçin Məmmədov — Qaraca çoban
- Fərhad Yusifov — Tural
- Dinarə Yusifova — Günel
- Əli Haqverdiyev — Yalıncıq
- Gündüz Abbasov — Bəybura
- Əfrasiyab Məmmədov — Bayandır xan
- Mikayıl Mirzə — gor qazan
- Rafiq Kərimov
- Səməd Lazımov
- Kamal Xudaverdiyev — Bəybecan
- İ. Muxtəliyev
- Məmmədağa Dadaşov
- C. Qafarov
- Mayak Kərimov — igid
- Şəmsi Şəmsizadə — igid
- Ə. İbrahimov
- R. Baxşiyev
- Ənvər Həsənov — atoynadan
- N. Hacıbəyova
- Nataliya Tağıyeva (Nailə Bağırova kimi)-Günelin dayəsi
- Y. Məmmədov
- İ. Əliyev
- Sofa Bəsirzadə — dayə
- Fəxri Həsənov — Nəvə
- Cəmilə Atayeva — Qıpçaq Məliyin kənizi
- Tariyel Qasımov — Qılbaş
- Gümrah Rəhimov — Aruzun adamı
- Elxan Əhədzadə
- Rafiq Qasımov
- H. Səlimov
- N. Məhərrəmov
Filmi səsləndirənlər
[redaktə | mənbəni redaktə et]- Yusif Vəliyev — Bayandır xan (Əfrasiyab Məmmədov) (titrlərdə yoxdur)
- Amaliya Pənahova — Selcan (İnarə Quliyeva) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Banıçiçək (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
- Səməndər Rzayev — Qazan xan (Həşım Qadoyev) (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — Yalıncıq (Əli Haqverdiyev) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — Qıpçaq Məlik (Hamlet Qurbanov) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Tural (Fərhad Yusifov) (titrlərdə yoxdur)
- Ofeliya Sənani - Günel (Dinarə Yusifova) (titrlərdə yoxdur)
- Şahmar Ələkbərov — Alp Aruz (Givi Toxadze) (titrlərdə yoxdur)
- Kamal Xudaverdiyev — Qaraca çoban (Elçin Məmmədov) (titrlərdə yoxdur)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Dədə Qorqud" filminin sirləri: [rejissoru Tofiq Tağızadə olan eyni adlı film haqqında] //Azad Azərbaycan.- 2011.- 24 iyul.- S. 5.
- ↑ Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
- ↑ "Kino yenilikləri" qəzeti, 11 noyabr 1975-ci il.
- ↑ Moskva “Dədə Qorqud” filmində nəyə etiraz edirdi?: “Filmdə bir-birilə nişanlanan Tural və Günel gerçək həyatda bacı-qardaş idi”: [Tofiq Tağızadənin eyniadlı filmi haqqında Xalq artisti Rasim Balayevin fikirləri] //Azadlıq.- 2015.- 4 may.- S.14.
- ↑ “İki film bərpa edilib” [Kinorejissor Həsən Seyidbəylinin yubileyi münasibətilə bərpa olunub Dövlət Film Fonduna daxil olan "Dədə Qorqud" və "Nəsimi" filmləri barədə] //Ayna.-2010.- 19 iyun.- səh.19.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Tərcüman" qəzeti. Türkiyə nəşri. 1983-cü il.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34; 414.
- Aydın Dadaşov. Ekran dramaturgiyası. Bakı, 1999, səh. 62.
- Ə. Hüseynov. "Sonsuzluğa ünvanlanan...". "Kino" qəzeti, may 1999-cu il.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 180; 196; 201-204; 268.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
- Oktay. “Dədə Qorqud” eposunun xarakterinə uyğun film Bu dəyərli ekran əsərinin ərsəyə çatmasında güclü aktyor nəslinin xüsusi xidmətləri olub //Xalq cəbhəsi.- 2012.- 28 fevral.- səh. 14.
- Gözəl Azərbaycan filmlərinin müəllifi...: “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Dədə-Qorqud”: [kinorejissor Tofiq Tağızadə haqqında] //Azadlıq.- 2011.- 11 noyabr.- S.14.
- Ayxan. "Nəsimi" və "Dədə Qorqud" bərpa olundu: Hər iki film Filmfonda verilib //Ekspress.- 2010.- 19-21 iyun.- S. 12.