Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Böyük təmizləmə

Vikipediya, azad ensiklopediya
(Böyük Təmizlik səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Sovet İttifaqında kütləvi repressiyalar
İqtisadi təzyiqlər
SSRİ-də siyasi təzyiqlər
SSRİ-də ideoloji təzyiqlər
Etnik təzyiqlər
Sovet dövlətinin rəhbəri Stalin "böyük təmizləmə" prosesi gedən zaman

Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası.[1] Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir.[2] Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi.[3][4][5] "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür.[6][7][8][9]

"Təmizləməni" başladan əmr

Repressiyaların əsas məqsədi müxalifləri Kommunist partiyasından uzaqlaşdırmaq, Stalinin hakimiyyətini daha da möhkəmləndirmək idi. İlk əvvəllər sadə əhalinin diqqətini daha çox partiya rəhbərliyindəki şəxslərin, həmçinin də iri bürokratların mühakimələri çəkdi.

Bu kampaniyadan cəmiyyətin digər təbəqələri də xeyli ziyan gördü: ziyalılar, kəndlilər, xüsusən də "kəndli üçün çox varlı olan qolçomaqlar" və ixtisaslı kadrlar.[10] Bəzən bütöv etnik qruplar V kalon adlandırılaraq, vətən xaini elan edilirdi. İnsanların öldürülmə səbəbləri cəmiyyətə hansısa casusluq və ya sabotaj hadisələrinin qarşısını almaqla izah olunurdu. Xüsusən bu dövrdə adı tez-tez çəkilən, lakin əslində heç olmayan "Polyak Hərbi Təşkilatı"nın üzvü olmaqda günahlandırılaraq yüz minlərlə insan edam edilmişdir. Bunun nəticəsidir ki, "böyük təmizləmə" siyasətinin qurbanlarının böyük bir qismi polyak mənşəli sovet vətəndaşlarıdır.

1956-cı ildə, Nikita Xruşşovun, "Şəxsiyyətə pərəstiş və nəticələri" adlı nitqindən sonra arxivdə saxlanılan sənədlərin yenidən açılması ilə müəyyən edildi ki, istintaq mərhələlərində qeydə alınan etirafların mütləq əksəriyyəti işğəncə yolu ilə əldə edilmişdir.[11] Əks-inqilabçılarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş SSRİ Cinayət məcəlləsinin 58-ci maddəsinin məna baxımından müxtəlif cür yozula bilinməsi də, NKVD-yə hər bir hüquqi prosesi istədiyi kimi təşkil etməyə şərait yaratmışdı.[12]

Yüz minlərlə insan müxtəlif cinayətlərdə (casusluq, sabotaj, anti-sovet fəaliyyəti, üsyan və ya qiyam hazırlığı, dövlət çevrilişinə hazırlıq) ittiham olunur, vurularaq sürətli bir şəkildə edam edilir, ya da QULAQ düşərgələrinə göndərilirdi. Bir çoxu aclıq, xəstəlik, həddindən artıq işləmə kimi səbəblərdən iş düşərgələrində vəfat etmişdi. İnsanları daha ucuz və tez öldürmək üçün bir çox üsullar test edilmişdi. Məsələn: bir gizli polis məmuru xüsusi olaraq insanları bir maşına yığaraq, ölümcül qaz buraxaraq öldürməyi uğurla test etmişdi.[13][14]

Stalin, Vyaceslav Molotov, Kaqanoviç, Anastas MikoyanVlas Çubar tərəfindən imzalanmış həbs siyahısı

Repressiyalar NKVD-nin rəhbəri Henrix Yaqoda dövründə başladılmışdı, lakin əsas öldürücü dövrü Nikolay Yejovun dövründə, 1936-cı ilin sentyabr ayından, 1938-ci ilin avqust ayına qədər davam etmişdi və tarixə Yejovşina kimi düşmüşdü. Repressiyalar Stalinin rəhbərliyini etdiyi Kommunist partiyası Siyasi Bürosunun ümumi siyasi xəttinə uyğunlaşdırılırdı və ya bir çox hallarda birbaşa Stalinin əmrlərinə uyğun həyata keçirilirdi.[15]

border=none Əsas məqalə: Stalin repressiyaları

1930-cu illərdə, Sovet İttifaqının hər bir yerində kəndlilərin zorla məcburi kollektiv təsərrüfatda birləşdirilməsindən və 1932–1933-cü illər aclığından sonra, İttifaqın hər bir yerində insanlar kəndlərdən şəhərlərə axın etməyə başladılar. Bu səbəbdən də, başda Stalin olmaqla, partiya rəhbərləri şəhərlərdə sovetlərdən bu dərəcə narazı və ac kütlənin çoxalmasından xeyli narahat idi. Stalin bu kütləni, gələcək münkün müharibə halında daxildən üsyan edəcək olan insanlar kimi qiymətləndirirdi. Buna görə də Stalin SSRİ-nin güc strukturlarına bunu önləyəcək bir plan işləməyi əmr etdi.[16]

Sovet siyasi ritorikasında "təmizləmə" sözü partiya sıralarından xaric edilmənin bir ifadəsi idi. Məsələn, 1933-cü ildə, təxminən 400.000 insan partiya sıralarından qovulmuşdu. Lakin, 1936-cı ildən, 1953-cü ilə qədər, bu termin anlamını dəyişdirdi, çünki partiyadan qovulmaq güllələnmə, ən yaxşı halda isə uzunmüddətli həbs demək idi.

Lev Trotski

Böyük təmizləmənin siyasi qanadı, Stalinin, sırayla Lev TrotskiNikolay Buxarin rəhbərliyindəki sol və sağ qanadlar da daxil olmaqla, keçmiş və potensial müxalif qruplardan gələn və ya gələ biləcək təhlükənin aradan qaldırılması üçün idi.

1930-cu illərdən etibarən, köhnə və yüksək vəzifəli bolşeviklər, bu vaxta qədər vətəndaş müharibəsi və sovet iqtisadiyyatının yenidən qurulması səbəbiylə uzadılan, lakin ilkin dövrdə qısa olması qərarlaşdırılan "müvəqqəti" diktaturanın sona çatmasını istəyirdilər. Bu cür idarəetmə formasını Stalin Lenindən miras almışdı. Stalinin bolşeviklərin həm sol, həm də sağ qanadlarından olan müxalifləri onu demokrat olmamaqda və bürokratiyada xeyli qanunsuzluğa yol verməkdə ittiham edirdilər. Stalinə qarşı müxalifət, Stalinin yaxın ətrafının yüksək səviyyəli yaşayışını dilə gətirərək, fəhlə sinifi arasında rəğbət qazana bilərdi. "Rutin işi" Stalinin şübhələrində haqqlı olduğunu sübut etdi. Stalinin gördüyü tədbirlər nəticəsində partiya daxili fraksiyalar dağıdılmış, demokratik mərkəziyyətçiliyə son qoyulmuşdu.

Partiya təşkilatlanmasının yeni növündə, Siyasi Büro və Stalin, köhnə nüfuzlu kommunistləri aradan götürə bildi. Təmizləmələr başlayan kimi, keçmiş kommunist qəhrəmanları olan və Leninin yaxın ətrafını təşkil edən Mixail TuxaçevskiBela Kun kimi kommunistlər NKVD vasitəsilə güllələndilər. NKVD, Rusiya və xaricdəki "dönük" kommunistlərin özlərini öldürdükdən sonra, onların dəstəkçilərini, qohumlarını və ailəsini də məhv etməyə başlayırdı. Trotskyinin özünün Stalinin xüsusi agent Pavel Sudoplatova xüsusi əmrilə, Ramon Merkader tərəfindən Mexikoda öldürülməsinə qədər, Rusiyadakı ailəsi, demək olar ki, tamamilə öldürülmüşdü.[17]

Sergey KirovStalin (yanlarında Stalinin qızı Svetlana)
NKVD rəhbərləri Yakov Aqranov, Henrix YaqodaStanislav Redenz, hər üçü həbs edilərək, güllələnmişdir.

1934-cü ildə, Stalin, Sergey Kirovun öldürülməsindən, "Böyük təmizləmə"ni başlamaq üçün bəhanə kimi istifadə etdi. Sonralar tarixçilər Stalinin bu cinayəti özünün təşkil etdiyinə dair sübutlar tapmışdılar.[18] Kirov, Stalinə sadiq bir kommunist idi, lakin həyatının son dövrlərində "mülayimlər" arasında nüfuzunun artması Stalinin onu özünə rəqib kimi görməsinə səbəb oldu. 1934-cü ildəki partiya konqresində Kirov cəmi 3 əleyhinə səs almaqla Mərkəzi Komitəyə seçildiyi halda, Stalin əleyhinə 292 səs verilmişdi.

Kirovun öldürülməsindən sonra NKVD, keçmiş müxaliflərin üzərinə sui-qəsd işindən əlavə terror, sabotaj, vətənə xəyanət, əks-inqilabı fəaliyyət və s. mövzularda cinayət işləri açmağa başladı.[19]

Təmizləmənin bir səbəbi ehtimal olunan müharibədə meydana çıxa biləcək "V kalon"un indidən məhv edilməsi idi. Siyasi Büro üzvləri olaraq Vyaçeslav MolotovLazar Kaqanoviç təmizləmə dövründə bu prosesə başçılıq edirdilər, bu şəxslərin imzaları ilə yüz minlərlə insan öldürülmüşdür.[20] Stalin, müharibənin yaxınlaşdığına və bu müharibənin AlmaniyaYaponiya tərəfindən törədiləcəyinə inanırdı. Sovet mətbuatı tez-tez ölkənin faşistlər tərəfindən təhdid edildiyi şəklində xəbərlər yayırdı.[18]

Bolşevik inqilabı rəhbərləri Lev Trotski, Qriqori ZinovyevLev Kamenev 1920-ci illərin ortalarında

Bu metoddan, Oktyabr İnqilabından sonra[1], Lenin bolşeviklərin düşməni olaraq qəbul edilən düşmənlərə qarşı Qırmızı Terror kampaniyası zamanı istifadə etmişdi.,[21] Bu taktika Ukraynadakı aclıqdan yaranan narazılıq zamanı və kollektivləşdirilməyə qarşı çıxanlara qarşı daha da ağır şəkildə davam etdirilmişdi. "Təmizləmə"nin xarakterik xüsusiyyətlərindən biri də buvidi ki, ilk dəfə olaraq iqtidarda olan partiyanın yüksək vəzifəli şəxsləri də daxil olmaqla, xeyli partiya mənsubunun repressiyaya məruz qalanların siyahısına daxil edilmiş olması idi. Cəmiyyətdə və partiyada "təmizləmə" bir-birini izləyirdi.[22] Ümumi proses zamanı bu hadisələr baş vermişdir:

Baş Hakim Andrey Vişinski Karl Radekə hökm oxuyarkən
  • Moskva prosesləri
  • NKVD üçlüyü – "inqilabı ədalətin bərpa edilməsi uğrunda mübarizə"
  • Cinayət Məcəlləsinin 58-ci maddəsi. Əks-inqilabi fəaliyyət
StalinDmitrov 1936-cı ildə

Moskva prosesləri

[redaktə | mənbəni redaktə et]

Proseslərin birinci və ikinci mərhələsi

[redaktə | mənbəni redaktə et]

1936–1938-ci illər arasında, Stalin və digər Sovet liderlərini öldürmək, SSRİ-ni parçalamaq və kapitalizmi yenidən bərpa etmək üçün faşist və kapitalist qüvvələrlə planlar qurmaqda ittiham olunan köhnə kommunist partiya liderlərinin 3 böyük mərhələ şəklində Moskva məhkəmələri oldu. Məhkəm proseslərinin gedişi ictimaiyyətə açıqlanmış və Leninin ən qorxunc cinayətlərini etiraf edənlərin, ölüm cəzası üçün yalvarması ilə bəzədilmişdi.

  • Nikolay Buxarin
    Məhkəmənin ilk iclası 1936-cı ilin avqustunda açıldı və müttəhimlər 2-si rəhbər hesab edilməklə, 16 nəfərdən ibarət qrup idi. Qrupa "Trotskist-Kamenyev-Zinovyev-Solçu, əks-inqilabçı" adı qoyulmuş , rəhbərlərinin isə Qreqori ZinovyevLev Kamenyev olduğu qəbul edilmişdi.[23] Hər ikisi ən köhnə kommunist olmaqla, Leninin ən yaxın silahdaşları hesab edilirdilər. İttihamlar arasında Sergey Kirovun öldürülməsi və Stalini öldürmək üçün plan hazırlanması var idi. Bu ittihamları da etiraf etdikdən sonra hamısı edam hökmünə məhkum edildi və güllələndi.[24]
  • 1937-ci ilin, yanvar ayında, ikinci mərhələ məhkəmə proseslərində Karl Radek, Yuri PiatakovQreqori Sokolnikovun yer aldığı, "anti-sovet Trotskistlər" adlandirilan, Almaniya üçün casusluq etdikləri və Trotski lehinə qiyam hazırlamaq da ittiham edilən yeni bir qrup köhnə Sovet rəhbərləri məhkəməyə çıxarıldı. 17 nəfərlik qrupdan 13-ü edama məhkum edildi və tezliklə güllələndi, 4 nəfər isə QULAQ-a göndərildi və orada tezliklə öldülər.[25][26]
  • 1937-ci ilin, iyununda, ilk Sovet marşalı Mixail Tuxaçevskinin də daxil olduğu Qızıl Ordu rəhbərlərinin bir qisminin gizli məhkəməsi keçirildi və hamısı edama məhkum edildi. Məhkəmələrdə iştirak etmiş bəzi Qərb nümayəndələrinin rəylərinə görə, məhkəmələr normal, hüquqi qaydalara uyğun keçirilməmişdir. Məhkəmənin qərarları müttəhimin etiraflarına söykənirdi və və müttəhimin bu etirafı narkotik maddələrin təsirilə ya da işğəncəylə etdiyi sadəcə olaraq yoxlanılmırdı.

İngilis deputat və hüquqşunas D. N. Prit xatirələrində qeyd edirdi:

" Bir daha soyuqqanlı sosialistlər "şübhə" və "narahatlıq" hissi keçirdilər, lakin dumanın döyüş meydanından uzaqlaşmasından sonra şübhələrin "tam doğru" olduğu aydın oldu. "

Artıq etirafların necə alındığı bəllidir. SSRİ Xalq Komissarları Sovetinin tərkibində olan, Dövlət Siyasi İdarəetmə Şöbəsinin keçmiş zabiti Aleksandr Orlov öz xatirlərində etirafların alınması metodları barədə yazmışdır. Bu qeydlərə görə, müttəhimlər etirafı döyülmə, günlərlə ayaq üstə saxlanılma, durmadan yeriməyə məcbur etmə, boğdurulma simuliyasiyaları və ailələrinin etiraf olmayacağı halda güllələnməsi təhdidi ilə edirdilər və prosesin sonuna çatdıqda isə müttəhim güllələnmə hökmünün tez bir vaxtda icra edilməsi üçün yalvarırdı.

ZinovyevKamenyev, "etiraf"larına qarşılıq şərti olaraq, Siyasi Bürodan, ailələrinin və tərəfdarlarının həyatlarına toxunulmayacağına dair təminat tələb etdilər. Bu mövzuda keçirilən Siyasi Büro iclasında, buna təminat verildi. Lakin o zaman, bu iclasda Siyasi Büro üzvlərindən yalnız Kliment Voroşilov, Nikolay YejovStalin iclasda iştirak edirdi.

Stalin, Siyasi Büro tərəfindən verilən əmr əsasında qurulan "komisiya" olduqlarını, ölüm cəzasının olmayacağını və müttəhimlərin ailələrinə heç bir halda toxunulmayacağı barədə söz verdi. Lakin müttəhimlərin güllələnməsi ilə kifayətlənməyən Stalin, müttəhimlərin demək olar ki, bütün ailə üzvlərini də güllələtdirdi.[10]

Devey komissiyası

[redaktə | mənbəni redaktə et]

1937-ci ilin, may ayında, Devey komissiyası quruldu. Komissiya ABŞ-də, filosof Con Devey tərəfindən qurulmuşdu, məqsədi Moskva proseslərində Trotskiyə qarşı irəli sürülən ittihamların araşdırılması idi.[27] Komissiya Trotskinin günahsız olduğunu sübut etmək üçün yaradılmışdı, nəticədə məhkəmələrin hüquqi baxımdan düzgün keçirilmədiyi qərara alındı.[28]

Məsələn, Yuri Piatakov, Trotskidən "terorist təlimatlar" almaq üçün Osloya getdiyini etiraf etmişdi. Lakin Devey komisiyası belə bir uçuşun olmadığını sübut etdi.

Digər bir müttəhim İvan Smirnov, Sergey Kirovun qətli ilə bağlı Trotskidən 1934-cü ilin, dekabr ayında təlimat aldığını etiraf etmişdi. Halbuki, Smirnov o zaman artıq 1 il idi ki, həbsdə idi.

Devey komisiyası sonda 422 səhifəlik hesabat nəşr etdirdi. "Günahkar olmayan" adlanan hesabatda Moskva proseslərində məhkum edilənlərin günahsız olduğu bildirildi. Hesabatda yazılmışdı:

  • Moskva məhkəmələri günahsız olan müttəhimlərin günahsızlığını aşkara çıxarmaq üçün heç bir cəhd etməmişdir.
  • Etiraflar etibarsızdır, müttəhimlərə fiziki və mənəvi işğəncələr olmuş, ailələri ilə təhdid edilmişlər.
  • Trotski, Moskva proseslərindəki ittiham olunanlarla heç birinə Sovetlərə qarşı xarici güclərlə işbirliyi təlimatı vermədi, SSRİ-də kapitalizmin yenidən inşası üçün çalışmayıb, plan qurmayıb və ya cəhd belə etməyib.

Sağçıların təsiri

[redaktə | mənbəni redaktə et]

Proseslərin ikinci mərhələsində Karl Radek, etirafında (ehtimal edilir ki, bunu etməyə məcbur edildilmişdir) bildirdi ki, onlarla birlikdə olan Trotskistlərlə yanaşı, Trotski məktəbiylə tam razılaşmayan, həm də onlarla bəzi məsələlərdə fikir birliyinə sahib olan qruplar vardır. Onlara, "yarı Trostskistlər", "25 faiz Trotskistlər" "10–15 faiz Trotskistlər" deyilməyə başladı.[29] Həmçinin Fronde tərəfdarı olan, liberalların da onlarla həmfikir olduqlarını bildirdi.[30]

Beləliklə, yeni "ortaya çıxan ", əks-inqilabı "üçüncü təşkilatın" Stalinə müxalifətdən geriyə qalmış yeganə qrup olan sağçılar olduğu "aydın oldu". Bu qrupa Buxarin rəhbərlik edirdi.

Karl Radek məhkəmədə:

" Başqa bir şey barədə də özümü günahkar hiss edirəm, Günahımı qəbul etdikdən və təşkilatın ortaya çıxmasından sonra belə inadla Buxarın haqqında danışmağı rədd etdim. Buxarinin də vəziyyətinin ən az mənimki qədər çıxılmaz olduğunu bilirdim, çünki günahkarlıq hissi qanuni olaraq sənə sübut edilməsə belə, sən bunu özlüyündə bilməyə bilmərsən. Biz yaxın dostuq və intelektual dostluq digər dostluqlardan daha güclüdür. Buxarinin də mənimlə eyni vəziyyətdə olduğunu bilirəm. Bu səbəbdən də onun barədə məlumat vermək istəmədim. Eynən başqa sahələrdəki insanlar kimi, onnun da özü özünü islah etməsini gözlədim[29] "

Moskva proseslərinin üçüncü mərhələsi

[redaktə | mənbəni redaktə et]

Üçüncü mərhələ, 1938-ci ilin, may ayında başladı və son mərhələ oldu, digər adı "İyirmilər məhkəməsidir". İştirakçıların sayı və özündən əvvəlki bütün ittihamları özündə birləşdirməsi, təşkil edilən məhkəmə ssenariləri baxımından "böyük təmizləmə"nin ən məşhur mərhələlərindəndir.

Kommunist İnternasionalının köhnə rəhbəri Nikolay Buxarin, köhnə baş nazir Aleksey Rıkov və digərlərinin başçılıq etdiyi "sağçı və Trotskist bloku"na mənsub olduqlari iddia edilən 21 müttəhim hamısı edam hökmünə məhkum edildi. Bura köhnə kommunistlərin ən məşhurlarından olan Kristian Rakovski, Nikolay Krestinski, Henrix Yaqoda da daxil idi. Qeyd edək ki, Henrix Yaqoda özü NKVD-nin rəhbərlərindən olmuş və şəxsən minlərlə insanın qətlinə əmr vermişdir. Sonda isə Nikolay Yejov tərəfindən Trotskist olması və 1917-ci ildən Alman casusu kimi çalışdığı üçün güllələndiyi elan edilmişdi.

Yaqodanın edam edilməsi "təmizləmə" prosesinin öz adamlarını belə edama məhkum edə bilməsini göstərdi. Bundan sonra, Nikolay Buxarin və digərlərinin, 1918-ci ildə StalinLenini öldürməyə cəhd etdiklərini, SSRİ-ni Almaniya, Yaponiya, İngiltərə arasında bölməyə çalışdıqları bildirildi. Həmçinin, Maksim Qorkinin zəhərlənməsi işi də bu qrupun üzərinə atıldı.[31][32]

Bütün bunların nəticəsində ittihamlar o qədər genişləndirildi ki, bütün köhnə kommunistər hər an bu ittihamlardan biri əsas götürülərək, həbs edilə bilərdi. Stalin dövrünün başqa heç bir cinayəti qərbli intelektualları və dünya kommunistlərini Buxarinin edamı qədər hiddətləndirməmişdi. Buxarinin də repressiyaya məruz qalması, qərbin məşhur kommunistləri olan Bertram Volf, Jey Loveston, Artur KostlerHenrix Brandler kimi şəxslərin kommunizmdən qopması üçün son səbəb oldu.[33] Hətta Jey Loveston, Artur KostlerHenrix Brandler dünyada anti-kommunizmin alovlu müdafiəçilərinə çevrildilər.

Beləliklə, Buxarinin ittiham edilməsi, kommunizmin yalnız öz "övladlarını" məhv etməsini deyil, həmçinin də ümumdünya kommunizminin ideoloji olaraq çöküşünün simvolu oldu.[33]

Bir il davam edən məhkəməyə hazırlıq dövrü, bəzi partiya üzvlərinin yoldaşlarının üzünə durmalarına olan istəksizliyi səbəbiylə ertələndi. Stalin hadisələrə şəxsən müdaxilə etdi və Yaqodanın Nikolay Yejovla əvəzlənməsi bu səbəbdən oldu.

Buxarinin etirafı

[redaktə | mənbəni redaktə et]

Məhkəmənin ilk iclasında, Krestinskinin yazılı etirafını rədd etməsi sensasiya yaratdı. Lakin ertəsi günü, "xüsusi tədbirlərin" vasitəsilə sol çiyni sındırıldıqdan sonra bütün ittihamları qəbul etdi. [34] Anastas MikoyanVyaçeslav Molotov daha sonralar Buxarinin işğəncə görmədiyini bildirsələr də, hal-hazırda Nikolay Buxarinin ittihamları etiraf etməsi üçün ağır işğəncə gördüyü sübuta yetirilib.

Nikolay Buxarin, ilk 3 ayda heç bir ittihamı qıbul etməyərək, bütün işğəncələrə dözdü. Lakin sonda gənc həyat yoldaşı və körpə oğluna qarşı fiziki işğəncələri tətbiqi təhdidindən sonra "etiraf etməyə" razı oldu. Lakin etirafının Stalin tərəfindən yenidən düzəldilmiş son halını oxuduqdan sonra, etirafını geri çəkdi və hər şey yenidən başladı.[35]

Kostlerin "Günorta vaxtı Qaranlıq"

Buxarinin etirafı qərbdə intelektuallar arasında debatlara səbəb oldu. Xüsusilə Kostlerin "Günorta vaxtı Qaranlıq"Merleu-Pontinin "Humanizm və Terror" adlı fəlsəfi məqalələri xeyli məşhurlaşdı. Buxarinin etirafı digərlərindən fərqlənirdi. Onun bəzi ümumi cinayətləri qəbul etsə də, xüsusi seçilən cinayətləri qəbul etməyəcəyi bəlli oldu. Nəticə sensasiyon etirafların ardıyca (faşist casusu olmaq, kommunizmi yıxaraq kapitalizmi bərpa etmək istəmək), özünə yönəldilən bir sıra ittihamları qəbul etmədi. Müşahidəçilərin dediyinə görə, bununla Buxarın ona yönələn ittihamlar çox asanlıqla səhv olduğunu sübut edə biləcəyini göstərməyə çalışırdı.[36]

Roman Rolland və digərləri Stalinə Nikolay Buxarini əhv etmək barədə xahiş ünvanlasalar da, Stalin bunları nəzərə almadı. Rakovski və digər iki müttəhərdən başqa hamısı güllələndi. Bu şəxslər isə 1941-ci ildə, NKVD-nin məhkum qırğınlarında öldürüldü. Buxarinə etiraf edəcəyi halda ailəsinə toxunulmayacağı sözü verilsə də həyat yoldaşı Anna Larina QULAQ-a göndərildi. Lakin Qorbaçovun hakimiyyəti illərində, həyat yoldaşının bəraət almasını görə bildi.[37]

Orduda "təmizləmə"

[redaktə | mənbəni redaktə et]

Qızıl Ordu və Hərbi Donanmada "təmizləmə" prosesi zamanı 5 Marşaldan (sonrakı 5 ulduzlu general rütbəsinə bərabər) 3-ü, 15 Ordu Generalından (sonrakı 4 və ya 5 ulduzlu general rütbəsinə bərabər) 13-ü, 9 admiraldan 8-i[38], 57 korpus komandirindən 50-si, 186 divizyon komandirindən 154-ü, 16 ordu komissarından 16-sı da, 28 korpus komissarından 25-i öldürülmüşdür.[39]

İlk dövrlərdə Sovet zabitlərinin 25–50 %-nin məhkum edildiyi təxmin edilirdi, lakin indi sübut edilib ki, bu göstərici cəmi 3.7–7.7%-dir. Sovet ordusunun zabit korpusunun çoxsaylı olmasıyla bərabər, bir çox şübhəli zabitin əvvəldən ordudan xaric edilməsi və repressiyalar zamanı hərbçi kimi yox, digər peşələrin sahibi kimi güllələnməsi dəqiq sayın müəyyən edilməsinə mane olur. Ordudan və partiyadan qovulan zabitlərin təxminən 30 %-i 1939-cu ildə yenidən orduya cəlb edildi.[40]

Ordudan mühakimə edilən yüksək rütbəli zabitlərin Alman ordusunun yüksək ranqlı zabitləri ilə əlaqədə olduqları bildirildi (Marşal Tuxaçevskinin "etiraf"ına əsasən).[10] Baxmayaraq ki, Tuxaçevskinin 8 nəfərlik qrupundan 2-si artıq həbs edilmişdi, bu iddiaları sübuta yetirmək münkün olmadı. Hər halda, bu şəxslərin edam olunması üçün yetəcək sübutlar, müttəhimlərin "etirafları" oldu.[10]

Prosesin genişlənməsi

[redaktə | mənbəni redaktə et]

Sonda Bolşevik İnqilabı zamanı və Lenin əsas fiqur olduğu dönəmdə dövlətdə yüksək vəzifə tutmuş demək olar ki, hamı edam edildi. İnqilab zamanı olan Siyasi Büronun üzvlərindən 6-sı "böyük təmizləmə" müddətində də yaşayırdı və sonda hamısı güllələndi, bu 6 nəfər üzvdən yalnız Stalin sağ qaldı.[1] Digər 5 nəfərdən 4-ü güllələndi, Trotski isə 1929-cu ildə SSRİ-ni tərk etməyə məcbur oldu, 1940-cı ildə Stalinin şəxsi əmrilə Ramon Merkader tərəfindən Mexikoda öldürüldü. Mixail Tomski 1936-cı ildə intihar etdi və ölümündən sonra "vətənə xəyanət"də ittiham edildi. KalininMolotov isə yaşamağı bacardı.

Hər-halda, "böyük təmizləmə"nin ən səs-küylü tərəfi köhnə və məşhur kommunistlərin edamı oldusa da, ümumi ölən və öldürülən insanların fonunda onlar say baxımından çox az idi. 1992-ci ildə, Vladimir Bukovski tərəfindən, Mərkəzi Komitənin arxivində tapılan sənədlərə əsasən bəlli oldu ki, eynən iqtisadi inkişaf üçün nəzərdə tutulmuş minimumlar olduğu kimi, həbs edilməli və ya edam edilməli insan sayları üçün də minimumlar müəyyən edilmişdi.[41]

Osip Mandelştam

1920 və 1930-cu illərdə 2.000 ziyalı həbs edildi, onlardan 1.500-ü edamlarla öldürüldü və ya QULAQ-da öldü. Günəş ləkəsi araşdırmasının qeyri-marksist olduğu mətbuatda tirajlandıqdan sonra, 1936–1938-ci illər arasında 27 astronomiya alimi yoxa çıxdı. Meteorologiya bürosu məhsulların xarab ola biləcəyi hava şəraitini əvvəlcədən proqnoz edə bilmədiyi üçün 1933-cü ildə ləğv edildi.[10] Lakin öldürülənlər arasında ən yüksək yeri yazıçı-şairlər tuturdu. "Böyük təmizləmə" zamanı öldürülənlər ziyalılardan bəziləri bunlardır:

  • Şair Osip Mandelştam, sonradan məşhur olan, Stalin əleyhinə yazdığı şeri (Stalin Epiqram) , 1934-cü ildə dostlarının əhatəsində oxuduğu üçün həbs edildi. Nikolay BuxarininBoris Parternakın müdaxiləsindən sonra (Stalin Buxarinə məktubunda yazırdı: Onlara kim Osipi həbs etmək hüququ verib ?) onun Çerdinə 3 illik sürgün edilməsi və "qorunması" əmr edildi. Lakin bu müvəqqəti cəza idi. 1938-ci ildə, Mandelştam 5 illik həbs edilərək, düşərgəyə göndərildi.[42] 27 dekabrda isə Vladivostok yaxınlığındakı düşərgədə vəfat etdi.[43] Pasternak özü də güllələnməyə yaxın idi, lakin Stalin onun adını siyahıdan "Bu xəyal sakininə toxunmayın" deyərək çıxarır.[44]
  • Vsevolod Meyerhold
    İsaak Babel
    Yazıçı İsaak Babel, 1939-cu ilin, may ayında tutuldu. Etiraf sənədində (bu sənəddə qan ləkəsi var) Trotskist qruplaşmaya üzv olmaqda və fransız yazıçı Andre Malrauks tərəfindən Fransaya casusluq üçün yönəldildiyini etiraf edirdi. Son sorğulamada, o, etirafını geri çəkdi və günahsız insanların öldürülməsi barədə prokurorluğa məktublar yazdı, lakin heç bir faydası olmadı. O, NKVD üçlüyündən əvvəl mühakimə olunmuşdu və eyni anda Fransa, Avstriya agenti, Lev Trotskinin terrorçu qruplaşmasının üzvü olmaqda günahlandırıldı. 27 yanvar, 1940-cı ildə, Butryka həbsxanasında güllələndi.[45]
  • Yazışı Boris Pilnyak 28 oktyabr, 1937-cii ldə əks-inqilabı fəaliyyət, casusluq və terrorizm cinayətlərindən həbs edildi. Hesabatda deyildi ki, o həmçinin Andre Jidlə görüşmüş və SSRİ barədə casus məlumatları vermişdir. Və "şübəh yoxdur bu məlumatllardan SSRİ-yə gələcəkdə ola biləcək hücumlarda bundan istifadə olunacaqdır" deyə hesabatda qeyd edildi. 1938-ci ilin, aprelində 15 dəqiqəlik məhkəmədən sonra güllələnməyə məhkum edildi.[45]
  • Teatr rejissoru Vsevolod Meyerhold 1939-cu ildə həbs edilmiş və 1940-cı ilin fevralında yaponingilis kəşfiyyatına işlədiyi "sübuta yetirilərək" həbs edilmişdir. Həyat yoldaşı Zinaida Raik öz mənzilində qətlə yetirildi.[46] Vsevolod Meyerhold Molotova məktubunda qeyd edirdi:
Xədicə Qayıbova, 1938-ci ildə güllələnmişdir.
" Tədqiqatçılar 65 yaşlı, xəstə bir insana güc tədbid etdilər. Üzüüstə yıxıldılaraq, kauçuk kəmərlə döyüldüm...Növbəti bir necə gün yenə də həmin vurulan yerlərin göyərmiş hissəsinə yenidən vuruldu, sonda qızardılan yerlərə qaynar su töküldü. Ağrıdan huşumu itirdim. Mən ümid edirəm ki, bütün ittihamları qəbul edərək, bunları sonlandıra bildim. 18 saatlıq sorğudan sonra yerimə girdim. Bir saatlıq yuxunun ardıyca oyadıldım...Tifo qızdırmasına görə sadəcə olaraq yeriyə bilmirdim.[45] "
  • Gürcü şairi Titsian Tabidze 1937-ci ilin, 10 oktyabrında vəyənə xayanətdən həbs edildi. Başqa şair adları verilməsi üçün işğəncə görən Tabidze, casusluq fəaliyyətində guya şair Besikii ilə əlbir olduğunu etiraf etdi. Məsələ onda idi ki, şair Besikii XVIII əsrdə yaşamış və ölmüşdür.[47] Tabidze 1937-ci ilin, 16 dekabrında güllələndi.
  • Titsian Tabidzenin dostu və şair Paolo İaşvili bir necə şair dostunun üzünə durmağa məcbur edildi.[48] Sonda isə dözməyərək, Gürcüstan Yazıçılar Birliyinin binasında özünü ov tüfəngi ilə vuraraq öldürdü.[49]
  • 1937-ci ilin əvvəllərində, Pyatakovun məhkəməsində, şair Pavel Vasiliyev, Nikolay Buxarini "kəndli Rusiyasının ən yüksək vicdanı dəyərlərinə sahib insanı" adlandırmışdı. Yalan ifadələr verən ziyalıları qınamaq məqsədilə "Rus ədəbiyyatının marjlarında skravlar" adlı məqalə yazdı və bunlara görə 16 iyul, 1937-ci ildə güllələndi.[50]
  • Jan Sten, Marks-Engels İnistitutunun filosofu və direktor müavini idi. Stalin Hegel dialektikasını öyrənməyə çalışarkən, Stalinin müəllimi olmuşdu (O, 1925–1928-ci illər arasında, həftədə iki dəfə dərs almış, lakin bəzi təməl adi şeyləri belə qavraya bilmədiyindən sonralar "Fransız Burjua İnqilabına aristokratik reaksiyaya" görə alman idealistik fəlsəfəsinə düşmən olmuşdu). 1937-ci ildə, Sten Stalinin şəxsi əmri ilə həbs edildi və "menşeviklərin ideoloji rəənbərlərindi biri" adlandırılaraq, Lefertovo həbsxanasında güllələndi.[51]
  • Nikolay Klyuyev 1934-cü ildə həbs edilmişdi və 1937-ci ildə Sovet hakimiyyətinin düşməni kimi güllələndi. Linqivist Niklay Durnovo 1937-ci ilin, 27 oktyabrında güllələndi. Durnova zadəgan ailəsində anadan olan Nikolay Durnovo, rus ləhcələrinin təsnifatını müasir linqivistik qaydalara uyğun yaratmışdı.[52]
  • Mari etnik qrupundan olan şair və dramaturq Sergey Cavain 1937-ci ilin, 11 noyabrda güllələndi. Onun "Mari El" əsəri Dövlət Mükafatına layiq görülmüşdü.
  • Ukraynanın teatr sənətinin XX əsrdəki ən böyük şəxsi kimi qəbul edilən Les Kurbas 1937-ci ilin, 3 noyabrda güllələndi.
  • Rus yazıcı və tədqiqatçısı Maksimilian Kravkov, "Yapon terrorist-casus təşkilatının üzvü" kimi mühakimə olundu və 12 oktyabr, 1937-ci ildə güllələndi.
  • Rus Esperanto tərcüməçisi və yazışısı Nikolay Nekrasov 1938-ci ildə həbs edilir, "terrorist, sabotajçı, casus esparantistlər" təşkilatının üzvü olmaqda ittiham edilərək 4 oktyabr, 1938-ci ildə edam edilir.
  • Repressiya qurbanı Mikayıl Müşviq
    Dramaturq Nikolay Oleynikov 1937-ci ilin, 24 noyabrında güllələndi.
  • Yakut yazıçısı və müasir Yakut ədəbiyyatının yaradıcısı Platon Oyunski, həbs edilir və qısa bir müddətdən sonra 1939-cu ildə həbsxanada ölür.
  • Rus dramaturqSergey Prokofievin Romeo və Juliet baletinin sinopsisinin yaradıcısı Adrian Pyotrovski 1937-ci ilin, 21 noyabrda güllələnir.
  • Rus fim sahəsini 1930-cu ildən 1937-ci ilə qədər faktiki olaraq öz nəzarətində saxlayan, Boris Şumyatski 1938-ci ildə Sovet film sahəsindəki repressiyanın bir hissəsi olaraq güllələnir.
  • Çinoloq Yulian Şumyatski 1938-ci ildə, Çin casusluğunda ittiham edilərək, güllələnir.
  • Rus linqivist Nikolay NevskiŞərqi Asiya dilləri üzrə ekspert, yapon casusu kimi 1937-ci ildə həbs edilir və əslən yapon olan həyat yoldaşı İsoko Mikola-Nevski ilə birlikdə güllələnir.
  • Ukraynalı dramaturq Mikola Kuliş 1937-ci ilin, 3 noyabrında güllələnir.

Köhnə QULAQ-lar və digər "anti-sovet elementlər"

[redaktə | mənbəni redaktə et]

1937-ci ilin, iyulun 2-də, Stalin bütün regional partiya rəhbərlərinə məxfi məktubla keçmiş QULAQ üzvlərinin və ya ümumiyyətlə "anti-sovet" olması barədə şübhələr olan şəxslərin tutulmasını və 5 gün ərzində müvafiq olaraq güllələnmə, həbs edilmə və ya düşərgələrə sürgün edilmələrini əmr etdi. NKVD-yə, 1937-ci il,30 iyul, No. 00447 əmrə əsasən "köhnə QULAQ-lar" və "anti-sovet elementlər" (məsələn, keçmiş digər partiyaların üzvləri, çar məmurları), ya NKVD üçlüklərinin qərarı ilə güllələnməli ya da düşərgələrə göndərilməli idi. Sürgünə göndərilənlər, ölkənin xüsusi insan yaşamayan yerlərinə göndərilirdi. Bura Sibir, Ural, QazaxıstanUzaq Şərq daxil idi. Bu yerlərə göndərilənlədə keçmişdə qeyri-bolşevik partiyanın üzvləri, din adamları, adi cinayətkarlar, oğrular və bu kimi şəxslərin ailə üzvləri idi. Həmçinin respressiyaya məruz qalanlar içərisində polis səriştəsizliyinin qurbanı olanlar, müttəhimlərin ailələri, qohumları və ya sadəcə bu adamlarla tanışlığı olanlar da çoxluq təşkil edirdi. QULAQ əməliyyatlarında bir çox ixtisaslı dəmiryolçu, kolxozçu, tikinti mütəxəsisləri və s kimi ixtisaslı şəxslər həbs edilib ya güllələndi ya da sürgün edildi. Bunun nəticəsində də irəlidəki bir necə ildə iş sahələrində bədbəxt qəzalar nəticəsində ölənlərin sayı durmadan artdı. Həmçinin də əvəvlki dövrlərdə iş sahələrində baş vermiş bədbəxt hadisələrlə bağlı cinayət işləri açıldı, minlərlə mühəndisin bu hadisələri bilərək törətdiyi, sabotaj məqsədli olduğu irəli sürüldü. Provaslav kilsəsinin nüfuzlu üzvləri belə repressiyaya məruz qaldı. Ölkə üzrə sayları təxminin 35 min nəfər olan müxtəlif dinlərin ruhanilərinin 80 % -i məhv edildi.

Düşərgələrdəki ən dözümlü və inadkar "anti-sovet elementlərinin" dərhal güllələnməsi əmr edilmişdi. 00447 nömrəli əsasən 10 mindən çox insan güllələndi, lakin siyahıya alınmayan və rəsmiləşdirilməyən polis əməliyyatları zamanı ən azı 30–40 min insan öldürüldü, bunların çoxu isə 1938-ci ilin mart-aprel ayında oldu.

Əməliyyatlar başlayan kimi, regional NKVD üçlüklərinə ayrılan kvotalar göndərildi. Lakin regional partiya rəhbərləri və NKVD rəhbərləri öz bacarıqlarını "na göstərmək üçün kvotaların ayrılmasını istədi. Kvotalar artırıldı. lakin bu təkcə yerli rəhbərlər belə istəyir deyə olmadı, məsələn, 15 oktyabr, 1937-ci ildə, Siyasi Büro təxminən daha 130 min insanın "təmizləməyə" məruz qalmasının vacibliyi barədə qərar qəbul etdi (birinci mərhələdə 63 min, ikinci mərhələdə 57 min). 1938-ci ilin yanvar ayının 31-də Stalin "təmizləmə" kvotasını yenə 57 min nəfərlə artırdı ki, bunların 48 min nəfəri güllələnməli idi.

Polis ayrılan kvotanı doldurmaq üçün dəmir yolu stansiyalarına və bazarlara reydlər təşkil edərək, fərqli görünən insanları "anti-sovet elementi" adıyla həbs edirdi. Həbslər etmək üçün NKVD sıralarına Komsomol və bəzi partiya strukturundan 25 min zabit əlavə edildi. Hər bir NKVD şöbəsində hazır ittihamnamələr və imzalamaq üçün etiraf vərəqələri var idi. Əvvəlcə müttəhimləri "etirafa" məcbur etmək üçün günlərlə işğəncə edilirdi, lakin sonradan bu müddəti qısaltmaq üçün onları boş vərəqlərə imzalatmağa başladılar.[53][54]

Yarım günlük iş müddətində normalda yüzlərlə şəxs barəsində hökm çıxarılırdı. Edama məhkum edilənlər adətən həmin gün öldürülürdü və çox zaman məzarının yeri belə bilinmirdi. QULAQ əməliyatları zamanı təkcə 1937–1938-ci illər arasında 669.929 nəfər həbs edilmiş, onlardan 376.202 nəfər edam edilmişdi.[55]

Bölgələrdəki kampaniyalar

[redaktə | mənbəni redaktə et]

Polşada "təmizləmə"

[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqının bu cür "təmizləmə" siyasəti 1939-cu ildə Polşanın işğalından sonra bitmişdir. Nikolay Yejovun təbirincə bu "ətrafdakı düşmən kapitalizmə meylli" düşmən qrupları idi. Polşadakı "təmizləmə" ən qanlısı olmuşdur.[56] Bu zaman 111.546 nəfər güllələnmiş, onların uşaqları isə NKVD-nin No.00486 qərarı ilə mühakimə olunmuşlar. Qərara əsasən qadınlar 5–10 il arası QULAQ-lara göndərilmiş, uşaqlar isə yetimxanalara verilmişdir. Həbs edilən kişilərin hamısı isə güllələnmiş, mülkləri isə müsadirə edilmişdir.[57] Məhkumların ailə anlayışı genişləndirilmiş və nəticədə xeyli insanın mülkü müsadirə o, lunmaqla sürgünə məruz qalmışdır. Təxmin edilir ki, bu zaman 200.000–250.000 insan ziyan görmüşdür.[57]

NKVD-nin milli "təmizləmə əməliyyatları" da kvota sistemi ilə aparılmış,[58] əvvəlcədən müəyyən edilmiş sayda "əks-inqilabçı" , "sabotajçı" tapmaq əmr edilmişdi. Bu dövrdə 143,810 nəfər həbs edilmiş, 111,546 nəfər isə güllələnmişdir.[59] Synder hesab edir ki, güllələnənlərin ən azı 85 mini etnik polyakdır, yerdə qalanlar isə şübhəlidir və araşdırılmağa ehtiyacları var.[56]

Azərbaycanda "təmizləmə"

[redaktə | mənbəni redaktə et]

Konkret Azərbaycanda ümumilikdə 1930–40 və 50-ci illərin əvvəllərində 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

Qərbli miqrantlar

[redaktə | mənbəni redaktə et]

Böyük Depressiya zamanı işləmək üçün Sovet İttifaqına amerikalı miqrantlar gəlmiş"di. Təmizləmə"nin ən qızğın çağında bu miqrantlar vətənlərinə qayıtmaq üçün SSRİ-dəki ABŞ səfirliyinin qarşısına toplaşdılar. NKVD agentləri miqrantları tutaraq, onları Butovada gülədilər.[60] 141 nəfər Fin mənşəli Amerikan kommunist miqrantı Sandarmoxda güllələndi,[61] bundan əlavə 127 nəfər Fin mənşəli kanadalı da burada güllələnmişdir.[62]

Monqolustanın paytaxtı Ulan-Batorda "təmizləmə" prosesində öldürülənlərin xatirəsinə qoyulmuş memorial abidə

"Təmizləmə" kampaniyası Monqolustanda

[redaktə | mənbəni redaktə et]

1930-cu illərin sonlarında, Stalin Monqol Xalq Respublikasına NKVD nümayəndələri göndərərək, orada NKVD nümunəsində qurum yaradmasını istədidı. Bu qurum da öz növbəsində on minlərlə insanı güllələdi. Buddist Lamalar "təmizləmə" qurbanlarının əksəriyyətini təşkil edirdi.[63] öldürülən din adamlarının sayı 18.000 nəfər idi. Öldürülən şəxslərə həmçinin ziyalılar, zadəgan ailələri, sıravı işçilər hətta çobanlar belə daxil idi.[64] 2003-cü ildə kütləvi basdırılmış məzarlıq aşkar edilmişdir.[65] Bu məzarlıqda basdırılanların əksəriyyətini buddist din xadimləri təşkil edib.

"Təmizləmə" kampaniyası Sintszyanda

[redaktə | mənbəni redaktə et]

Çinin Sintszyan vilayətinin kommunist lideri Şenq Şi Cai "təmizləmə" kampaniyası ilə Stalinin kampaniyası paralel olaraq getmişdir.[66] 1937-ci il müharibəsinin başlanması, "təmizləmə" kampaniyasının başlanmasını daha da sürətləndirdi. Şenq Şi Cai SSRİ NKVD-sindən yardım aldı. Şenq və Sovet rəhbərliyi onlara qarşı "faşist trotskist planın" olduğunu elan etdilər. Öldürülənlər içərisində bölgədəki Sovet səfiri Qaryegin Apresov, general Ma Hushan, Ma Şaovu, Sintszyanın rəsmi rəhbəri Huanq Han-ÇanqXoca Niyaz da var idi. Beləliklə də, Stalin Çin Kommunist Partiyası ilə münasibətləri pozdu.[67]

Repressiya qurbanı Hüseyn Cavidin Bakı şəhərindəki heykəli

Böyük "təmizləmənin" mərhələləri

[redaktə | mənbəni redaktə et]

1936–1938-ci illərdəki davam edən "təmizləmə" bu mərhələlərə bölünə bilər:[68]

  • 1936-cı il, oktyabr – 1937-ci il, fevral
  • Təhlükəsizlik təşkilatlarının yenidən təşkili, rəsmi qanunların qəbulu, elit təbəqəyə qarşı repressiyalar,
  • 1937-ci il, mart – 1937-ci il, iyun
  • Elit təbəqəyə qarşı repressiya, potensial təhlükələrin aradan qaldırılması, müxaliflərin ictimai bazasına və ya müxaliflərin ictimai bazası ola biləcək təbəqələrə kütləvi repressiya, rəhbərlikdəki Stalinə qarşı ən xırda müxalif hissinin olduğu şübhələri olan siyasilərin belə güllələnməsi.
  • 1937-ci il, iyul – 1938-ci il, oktyabr ayı
  • QULAQ-lara, təhlükəli etnik azlıqlara, müxaliflərin ailə üzvlərinə, zabitlərə, sənayə və kənd təsərrüfatı işçilərinə qarşı repressiyalar
  • 1938-ci il, noyabr – 1939-cu il
  • Kütləvi repressiyaların dayandırılması, qeyri-qanuni hesab edilən və vaxtilə respressiyaları həyata keçirməyə yardım etməsi üçün yaradılan qurumların ləğvı, repressiyanı həyata keçirən bəzi rəhbərlərinn özünü repressiyaya məruz qalması.

Böyük "təmizləmənin" sona çatması

[redaktə | mənbəni redaktə et]

1938-ci ilin yayında, Nikolay Yejov öz vəzifəsindən azad edildi və az sonra mühakimə edilərək, güllələndi. Stalinin gürcü dostu Lavrenti Beriya onu vəzifədə NKVD rəhbəri kimi əvəz etdi. 19 noyabr, 1938-ci ildə, Sovet İttifaqı Xalq Komissarları SovetininKommunist Partiyası Mərkəzi Komitəsinin birgə imzaladığı əmrlə repressiyaların bir çox növü dayandırıldı və ölüm hökmü verilməsi müvəqqəti olaraq ləğv edildi.

Buna baxmayaraq kütləvi həbslər və sürgünlər 1953-cü ildə Stalinin ölümünə qədər davam etdi. Lakin birdə heç vaxt "böyük təmizləmə" miqyasında olmadı. Buna baxmayaq 1940-cı ildə, Katında 24 min polyak güllələndi. Digər məşhur qətliamlardan biri isə "Öldürülmüş şairlərin gecəsi" adlanır, bu hadisə də 13 yəhudi mənşəli şair toplu şəkildə, 1952-ci ilin, avqust ayının 12-də güllələnmişdir. Maykl Parriş kimi tarixçilər "böyük təmizləmə"nin 1938-ci ildə bitdiyini, lakin kiçik "təmizləmə"nin hələ 1940-cı illər boyunca davam etdiyini müdafiə edirlər.[69]

QULAQ-da 10 il məhkum olmuş, Sovet ordusunun keçmiş zabiti Aleksandr Soljenitsın azad edildikdən sonra "QULAQ arxipelağı" adlı kitab yazıb və bu kitabda bu sistemin 1918-ci ildən tarixi, qaydaları və s barədə məlumat vermişdir.[70] Soljenitsın kitabın bəzi bölümlərində 1938-ci il barədə məlumat verir və 1948-ci ilin daha çətin və ağır olduğunu iddia edir.

Əvvəllər Nikolay Yejovun əmrində olan yüksək rütbəli zabitlər Lavrenti Beriyanın əmri ilə güllələndi. Məsələn, Sovet ordusu Marşalı Aleksandr Yeqorov 1938-ci ildə həbs edilərək, güllələnmişdi, onun həyat yoldaşı Q. A Yeqoroa isə 1938-ci ilin avqustunda güllələndi. Ordu Generalı İvan Fedko 1939-cu ilin fevralında, General Konstantin Duşenov 1940-cı ilin fevralında, Korpus komandiri G. İ. Bondar 1939-cu ilin martında güllələndilər. Bütün bu şəxslər ölümündən sonra bəraət aldı.[71]

Həbs edilənlərin ailələri məhbuslar barədə məlumat almaq istədikdə NKVD tərəfindən onlara "əlaqə saxlamaq hüququ olmadan 10 illik həbs" edildiklərini bildirirdi, 10 il keçdikdən sonra isə məhbusların ailələrinə sadəcə həmin şəxslərin "həbsdə" olması deyilirdi. Lakin bu zaman artıq bu şəxslərin əksəriyyəti ya güllələnmiş ya da QULAQ-da ölmüşdü.[72]

Qərbin reaksiyası

[redaktə | mənbəni redaktə et]

Sovet liderlərinin məhkəmələri və edamları xəbərləri ictimaiyyətə və dünyaya açıq şəkildə keçirilsə də, yüz minlərlə insanın repressiyaya məruz qalması prosesi ictimaiyyətə rəsmi məlumat verilmədən aparılırdı. Qərb insanı bu hadisələrdən QULAQ-dan qaçaraq qərb ölkələrinə sığına bilən insanlar vasitəsilə xəbər tutdu.[10] Lakin bir çox millətlər bu hadisə üzərindən çox susqun keçdi(xüsusilə fransızlar). Robert Konkuestə görə, Jan Pol Sartr həmin insanları susmağa vadar edirdi.[73] Belə düşünürdü ki, bu hadisələr geniş ictimaiyyətə açılacağı təqdir də, qərbfransız proletariyasının mübarizə əzmi qırıla bilərdi.[74]

1968-ci ildə yazdığı, "Böyük Terror: 30-cu illərin Stalin təmizləməsi" əsərində Robert Konkuest qeyd edirdi ki, qatı kommunist olan keçmiş sovet rəhbərliyinin məhkəmə ilə öldürülməsi, ictimaiyyətə buraxılan yalan məlumatlar və ya ümumiyyətlə məlumatların olmaması fonunda çoxları hadisələri düzgün qiymətləndirə bilmirdi. Xüsusilə də "Nyu-York Tayms"ın Rusiya üzrə müxbiri Valter Durant, "vətənə xəyanət barədə kifayət qədər şübhələr fonunda edam hökmü başa düşüləndir" deyən SSRİ-dəki ABŞ səfiri Jozef E. Davies[75], "Sovet kommunizmi: yeni sivilizasiya" əsərini yazan Beatris və Sidney Vebb.[76]

Baxmayaraq ki, kommunist partiyaları hər yerdə Sovet siyasi xəttini davam etdirirdilər, lakin ən ətraflı və ədalətli hesabat "The Mancester Guardian" qəzetindən gəldi, qeyd edək ki, bu qəzet öz sol mövqeyi ilə seçilirdi.[77]

Amerikalı jurnalist H. R. Knikerboker də həmçinin repressiyalar barədə yazı yazdı və 1941-ci ildə onu ilk dəfə "böyük təmizləmə" adlandırdı. O, yazısında qeyd edirdi ki:

" "Təmizləmə" ordu, partiya və hökumət liderlərinin ilk mərhələdə 1/4 və ya 1/5-ni əhatə etmiş, sonrakı mərhələdə texniki mühəndisləri, alimləri, şairləri və ümumiyyətlə ziyalıları əhatə etmişdir. QULAQ-laşdırma mərhələsində isə kobud hesablama ilə 5 milyon insan ziyan görmüşdür və bunlardan əksəriyyəti düşərgələrdə xəstəlik, aclıq, soyuq kimi səbəblərdən artıq ölmüşdür.[78] "

Stalinin ölümündən sonra "təmizləmənin" əsl miqyası ortaya çıxdı, xüsusilə Nikita Xruşşovun məşhur gizli nitqindən sonra bu məsələ daha da aktuallaşdı. Xruşşovun gizli nitqi ABŞ Kommunist partiyasının qəzeti olan Daily Workerdə, Nyu-York Taymsda nəşr edildi.[79]

Mixail Tuxaçevskiyə bəraət verilməsi münasibətilə buraxılmış poçt markası

Bəraətlərin verilməsi

[redaktə | mənbəni redaktə et]

Stalinin ölümündən sonra hakimiyyətə gələn Nikita Xruşşov "təmizləmə" siyasətini tamamilə dayandırdı. Sovet İttifaqı Kommunist partiyasının XX qurultayında repressiyaları pisləyən məşhur nitqini (ictimaiyyətə 1 ay sonra elan edildi) dedi, nitqində Stalini "şəxsiyyətə pərəstiş"də və 100 minlərlə insanı günahsız yerə öldürmək də ittiham etdi, həmçinin qeyd etdi ki, bütün etiraflar işğəncə yolu ilə alınmışdır. Stalin dövrünü bu cür qələmə vermək Nikita Xruşşovun xeyrinə idi, çünki ona qarşı olan müxalif düşərgənin hamısı vaxti ilə Stalinlə birlikdə "təmizləmə"də iştirak etmiş insanlar idilər və onlara sonradan anti-partiya qrup deyilməyə başlandı. Xuuşşovun bi siyasəti onun daha da güclənməsknə və dəstəy qazanmasına şərait yaratdı, beləliklə də o, SSRİ Nazirləs Sovetinin Sədri oldu. Bu zamandan başlayaraq bəzi məhkumlar sərbəst buraxıldı. Mixail Tuxaçevski və başqa Qızıl Ordu generalları 1957-ci ildə bəraət aldılar. 1950-ci illər boyunca "təmizləməyə" məruz qalmış insanların əksəriyyəti bəraət aldı. Lakin güllələnən kommunist rəhbərləri- Nikolay Buxarin və digər Moskva proseslərində məhkum edilmiş şəxslər 1988-ci ilə qədər bəraət ala bilmədi. 1988-ci ildə yalnız Qorbaçovun fərmanından sonra onlara bəraət verildi. Oktyabr İnqilabının əsas iştirakçılarından olan, Maksist fəlsəfənin aparıcı şəxsi kimi tanıçan Trotski isə heç vaxt SSRİ tərəfindən bəraət ala bilmədi. 1991-ci ildə işiq üzü görmüş, " Bəraətlərin verilməsi: 1930–1950-ci illərin siyasi prosesləri" kitabında yeni açılan arxiv materiallarından istifadə edilmiş, çox saylı sənədlər, işğəncə üsulları və əvvəlcədən ssenariləri yazılmış məhkəmələrin təşkili barədə xeyli məlumatlar vardır.

Edam edilənlərin sayı

[redaktə | mənbəni redaktə et]

NKVD arxivləri araşdırıldıqdan sonra məlum oldu ki, 1937–1938-ci illər ərzində 1,548,366 nəfər həbs edilmiş, onların 681,692 nəfəri güllələnmişdir. Bu ortalama günə 1000 güllələnmə deməkdir. Müqayisə üçün deyək ki, Çar dövründə 1825-ci ildən 1910-cu ilə qədər cəmi 3.932 nəfər güllələnmişdir ki, bu həftəyə bir nəfərdən belə az edir.[6]

Lakin bəzi şəxslər bu rəqəmlərin doğru olmadığını müdafiə edirlər. Belə ki, Robert Konkuest bildirdi ki, "böyük təmizləmə" zamanı 681,692 nəfər yox, ən iki dəfə çox, 1.750.000 nəfər güllələnmişdir. O, bu rəqəmləri deyərkən, Rusiya Arxiv İdarəsi rəhbərinə və Müdafiə Nazirliyinin sözçüsü kimi şəxslərin verdiyi məlumatlara istinad edirdi.[80] Və iddialara görə KGB öldürülənlərin ölüm tarixini, səbəbini və sayını dəyişdirmişdir.[6][81][82][83] Güllələnənlərin dəqiq sayını müəyyən etməyə maneə olan səbəblərdən biri də, məhkumlara edam hökmünün verilməsi ilə bərabər, onların ailəsinə həbs edilmələri və 10 illik əlaqə saxlamama cəzasının verilməsinin deyilməsidir. Məsələn, VinnitsaKurapatida kütləvi öldürülərək basdırılan insanların hamısının qohumlarına bu şəxslərin 10 illik həbs edilməsi və əlaqə saxlama hüquqlarının əllərindən alınması barədə məlumat verilmişdi.[7][84] Beləliklə də, bu şəxslər bütün sənədlərdə edam edilən yox, 10 illik həbs edən insanlar kimi qeydə alınmışdır.[85] Hər halda, hə ləki ortalama 700.000 insanın edam edildiyi təxmin edilir. Edam hökmü verilməyən amma xəstəlik və aclıqdan tez bir müddətdə ölən insanların sayının isə 1.000.000 nəfər olduğu ehtima edilir.[86]

Tarixçi Maykl Ellman birbaşa güllələnmə hökmü oxunan insanlarla birlikdə, tez bir müddətdə müxtəlif səbəblərdən (aclıq, işğəncə, xəstəlik, intihar və s) ölən insanların sayının ən azı 950.000–1.2 milyon olduğu ehtimal edir və Rus tarixçilərin məktəbdə və universitetlərdə istifadə etməli olduğunu bildirdi.[8]

Sovet İttifaqının professoru İosif G. Dyadkinin hesablamarına görə isə, 1937–1938-ci ildə Sovet İttifaqında baş vermiş 1.5 milyon qeyri-təbii ölüm faktının mütləq əksəriyyəti Stalin "təmizləməsi" nəticəsində olmuşdur.[87] Jonatan BrentVladimir P. Naumov isə daha ümumi qeyd edərək, sadəcə "təxminən milyon nəfər" insan öldürüldü deyə qeyd edirlər.[88]

Sovet İttifaqının dağılmasından sonra Qərbdə denialist (inkarçı) tarixçilər tərəfindən edam edilənlərin rəsmi sayının düzgün olmadığı bildirildi, bu tendensiya, xüsusilə də arxivlər açılandan sonra daha da artdı.[62][89][90] Cerri F. Houf bu barədə bildirdi ki, "yüz minlərlə insanın öldürülməsi başqa rəqəmlərdən daha inandırıcıdır".[62] Şeila Fitzpatrik də yüz minlərlə insanın öldürüldüyü fikrində olduğunu bildirdi.[62] Robert V. Tyurtson da 681.692 nəfərin güllələndiyini bildirdi.[62]

Arxivə daxil ola bilən tarixçilərin hamısı bu hadisələrdə Stalinin birbaşa əmrinin olduğunu bildirir.[91] Rus tarixçi Oleq Klievnuk bildirir ki: "Terrorun spontan təbiəti və kütləvi repressiya gedişində mərkəzi hakimiyyətin nəzarəti itirməsi haqqında və yerli hakimlərin nəzarəti ələ alması barədə fərziyyələr tarixi materiallar baxımından dəstəklənmir[92]" Stalin şəxsən Yejova əmr vermişdi ki, lazimi şeyləri "etiraf" etməyənlərə istədiyi işğəncəni edə bilər. Yejovla bir dəfə söhbət edərkən demişdi:" Bu şəxsi sıxışdırmaq və öz kiçik işi barədə məlumat almaq lazımdır ? o haradadır ? Həbsxanada ya oteldə ? Vurun və yenə də vurun!"[93]

O dövrdə Stalinin yan-yörəsində olmuş şəxslərin dediyinə görə o özü də bəzi şəxslərin işğəncəsində iştirak etmiş və Kremldə bir çox hallarda əlləri qanlı halda görülmüşdür.[24]

İşğəncəyə icazə verməklə yanaşı Stalin 1937–1938-ci illərdə 357 siyahını şəxsən imzalamışdır və bu siyahıdakı şəxslərin 90 faizi güllələnmişdir.[94] Belə bir siyahını nəzərdən keçirərkən o demişdi:

" On ya iyirmi il sonra bu lazımsız insanları kim xatırlayacaq ? Heç kim. Qorxunc İvanın qətl etdiyi boyarlardan hansısa birinin adını indi xatırlayan var mı ? Heç kim![95] "

Sovet İstintaq Komissiyaları

[redaktə | mənbəni redaktə et]
"Təmizləmə" prosesində öldürülənlərin xatirəsinə Moskvada abidənin açılışı, 1990-cı il.

İki Sovet İttifaqı İstintaq Komissiyası Stalinin ölümündən sonra bu hadisələri araşdırdı. Birincisinə Vyaçeslav Molotov rəhbərlik edirdi və Kliment Voroşilov, Lazar Kaqanoviç, Mixail Suslov, Yekaterina Furtseva, Nikolay Şvernik, Averky Aristov, Pyotr PospelovRoman Rudenko daxil idi. Onlara Nikolay Buxarinin, Rykovun, Zinovyevçin, Tuxacevskininin ölüm işlərini araşdırmaq tapşırılmışdı.

1956–1957-ci illərdə çalışmış komissiya, Moskva proseslərində ittiham olunanlara qarşı işgəncə, təhdid etmə, yalançı şahid və s kimi hallardan istifadə olunduğunu aşkarlasa da, bu məhkəmələrdə hökm oxunan hamıya bəraət vermədi. Nikolay Buxarin, Zinovyev, Rikov və başqalarına qarşı ittihamların uydurma olması və etirafların hansı yollarla alınması komisiya üzvlərinə tam aydın olsa da, onlar bəraət almadılar və onlar anti-sovet hesab olunurdular.

Bikivniya kütləvi məzarlığındakı memorial abidə

İkinci komissiya 1961-ci ildə yaradıldı və 1963-cü ilə qədər fəaliyyət göstərdi. Rəhbəri isə Nikolay Şvernik təyin olundu. Komissiyaya Şelepin, Serdyuk, Rudenko və Semicastny daxil edilmişdi. Gərgin işin yekunu 2 böyük hesabatla verildi. Araşdırmanın çoxu NKVD işçilərinin ifadələrinə və arxiv materiallarına əsaslanırdı. Komissiya bütün şəxslərə bəraət verilməsini məsləhət gördü, yalnız Yaqoda və Radek istisna kimi göstərildi, çünki Radekin materiallarında bəzi xırda problemlər yaranmışdı, əlavə araşdırma tələb edirdi. Yaqoda isə repressiyalarda birbaşa iştirak edən şəxslərdən idi və cinayətkar hesab olunmalı idi, lakin ittiham olunduğu kimi "casus" və "anti-sovet" deyildi. Komisiya bildirdi:

" Stalin kommunist partiyasına, sosialist dövlətə, Sovet xalqına və dünya miqyaslı inqilabçı hərəkata qarşı çox ağır bir cinayət törətmişdir... Stalin, hüququ gözdən salmış, mühakiməsiz kütləvi qətllər törətmiş, yüz minlərlə insanı öldürtmüşdür və bu ölümlərə görə məsuliyyət daşıyır. Bu işdə ona Molotov, KaqanoviçMalenkov da ona köməklik etmişdir. "

Kütləvi məzarlıqlar və abidələr

[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqı dağıldıqdan sonra xeyli sayda kütləvi məzarlıqlar aşkar edildi.[96][97][98][99] Bəzilərində, məsələn Minsk yaxınlığındakı Kurapatidə, Kiyev yaxınlığındakı Bikivniya bölgəsində tapılmış kütləvi məzarlıqlarda 200 minə qədər insan toplu şəkildə basdırılmışdır.[100] 1937–1938-ci ildə 20 mindən çox insanın vurularaq öldürüldüyü Moskva yaxınlığındakı Butovo atış meydanı 2007-ci ildən memorial kompleks kimi yenidən quruldu.[101]

"Böyük təmizləmə" prosesi tarixçilər arasında xeyli mübahisəyə və fikir ayrılırlarına səbəb olmuşdur. Zbiqnev Bjezinski 1958-ci ildə bu hadisələri şərh edərək bildirirdi ki, bu prosesin məqsədi sovet vətəndaşını daima qorxu və nəzarət altında saxlamaq istəyi güdür. Robert Konkuest Stalinin psixoloji problemləri olduğunu düşünürdü və əsas önəmin "köhnə bolşeviklər" işinin üzərinə düşdüyünü bildirdi. Onun fikrinə görə, Stalin hər şeyi şəxsi eqosu və paronoyasını uyuşdurmaq üçün etmişdir.

Bəziləri isə (Haqenloh, 2000; Şearer, 2003; Verth, 2003), 1920-ci illərdən başlanan "yeni cəmiyyət inşası" prosesinin son mərhələsinin "böyük təmizləmə" olduğunu bildirir və Stalinin fikrinə görə bu insanların öldürülməsi əsl kommunist cəmiyyətinin qurulması üçün mütləq olmuşdur.[16]

  1. 1 2 3 Gellately, 2007
  2. Figes, 2007
  3. Yevgenia Albats, KGB: The State Within a State. 1995, page 101
  4. Robert Gellately. Lenin, Stalin, and Hitler: The Age of Social Catastrophe. Knopf, 2007 ISBN 1-4000-4005-1 səh. 460
  5. Catherine Merridale. Night of Stone: Death and Memory in Twentieth-Century Russia. Penguin Books, 2002 ISBN 0-14-200063-9 səh. 200
  6. 1 2 3 Communism: A History (Modern Library Chronicles) by Richard Pipes, səh. 67
  7. 1 2 Life and Terror in Stalin's Russia: 1934–1941. – book reviews Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine by Robert Conquest, 1996, National Review
  8. 1 2 Soviet Repression Statistics: Some Comments Arxivləşdirilib 2019-05-25 at the Wayback Machine by Michael Ellman, 2002
  9. "Robert Conquest, The Great Terror: A Reassessment: 40th Anniversary Edition, Oxford University Press, USA, 2007. səh. 339"
  10. 1 2 3 4 5 6 Conquest, 2008
  11. Conquest, 2008. səh. 121 which cites his secret speech
  12. Conquest, 2008. səh. 286
  13. Merridale, 2002. səh. 200
  14. Colton, 1998. səh. 286
  15. Schlögel: Terror und Traum. S. 163.
  16. 1 2 Nicolas Werth. "Case Study:The NKVD Mass Secret Operation n° 00447 (Avqust 1937 – Noyabr 1938)". Mass Violence and Resistance – Research Network. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
  17. Andrew, Mitrokhin, 2000
  18. 1 2 Conquest, 1987
  19. Hildermeier: Geschichte der Sowjetunion 1917–1991. S. 476.
  20. Figes, 2007. səh. 239
  21. Robert Gellately, Lenin, Stalin, and Hitler: The Age of Social Catastrophe, 2007, Knopf, 720 səh. ISBN 1-4000-4005-1
  22. McLoughlin, McDermott, 2002
  23. Rogovin (1998), səh. 17–18
  24. 1 2 Rogovin (1998), səh. 36–38
  25. Siehe hierzu Chlewnjuk: Das Politbüro. S. 191 f; Werth: Ein Staat gegen sein Volk. S. 201 f.
  26. Wehner: Stalinismus und Terror. S. 379.
  27. Timothy Snyder. Bloodlands: Europe Between Hitler and Stalin. Basic Books, 2010. ISBN 0-465-00239-0 s. 137
  28. Snyder, 2010. səh. 137
  29. 1 2 British Embassy Report: Viscount Chilston to Mr. Eden, 6 February 1937
  30. Conquest, 2008. səh. 164
  31. Bertram David Wolfe, "Breaking with communism", p. 10
  32. Koestler, 1940
  33. 1 2 Corey Robin, "Fear", Page 96
  34. Conquest, 2008. səh. 352
  35. Conquest, 2008. səh. 364–5
  36. Report by Viscount Chilston (British ambassador) to Viscount Halifax, No.141, Moscow, 21 March 1938
  37. Robert Tucker, "Report of Court Proceedings in the Case of the Anti-Soviet "Block of Rights and Trotskyites", səh.667–68
  38. Conquest, 2008. səh. 211
  39. Courtois, 1999. səh. 198
  40. Stephen Lee, European Dictatorships 1918–1945, səh 56.
  41. "The Bukovsky Archives, "A Quota for Killings"". 2017-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-09.
  42. N. N.: Osip Emilevich Mandelstam Arxivləşdirilib 2021-07-12 at the Wayback Machine, PoemHunter.com. URL. Retrieved 20 oktyabr 2007.
  43. Caxtonian, Collecting Mandelstam[ölü keçid], noyabr 2006
  44. Robert C. Tucker, "Stalin in Power", səh 445
  45. 1 2 3 The Independent, "The History of Hell", 8 yanvar 1995
  46. Kern, Gary. A Death in Washington: Walter G. Krivitsky and the Stalin Terror. Enigma Books, 2003. ISBN 1-929631-14-6 səh 111
  47. Tarkhan-Mouravi, George (19 yanvar 1997), 70 years of Soviet Georgia Arxivləşdirilib 2020-03-29 at the Wayback Machine. Retrieved 14 may 2007.
  48. Tarkhan-Mouravi, George (19 yanvar 1997), 70 years of Soviet Georgia Arxivləşdirilib 2020-03-29 at the Wayback Machine
  49. Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation: 2nd edition, səh. 272. Indiana University Press, ISBN 0-253-20915-3
  50. Conquest, 2008. səh. 301
  51. Roy Medvedev, "Let history judge", səh. 438
  52. "Biography of Nikolai Durnovo" (Russian). 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
  53. Nicolas Werth Case Study:The NKVD Mass Secret Operation n° 00447 (Avqust 1937 – noyabr 1938) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  54. Nicolas Werth Case Study:The NKVD Mass Secret Operation n° 00447 (Avqust 1937 – noyabr 1938) Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
  55. Figes, 2007. səh. 240
  56. 1 2 Snyder, 2010
  57. 1 2 Michał Jasiński. "Zapomniane ludobójstwo stalinowskie (The forgotten Stalinist genocide)". Gliwicki klub Fondy. Czytelnia. 2010-10-27. Archived from the original on 23 Mart 2012 – Internet Archive vasitəsilə.
  58. Н.В.Петров, А.Б.Рогинский. ""Польская операция" НКВД 1937–1938 гг". НИПЦ «Мемориал». February 15, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 27, 2012. Original title: О фашистско-повстанческой, шпионской, диверсионной, пораженческой и террористической деятельности польской разведки в СССР
  59. Courtois, 1999
  60. Tim Tzouliadis. Nightmare in the workers paradise Arxivləşdirilib 2022-04-12 at the Wayback Machine BBC, 2 avqust 2008
  61. John Earl Haynes and Harvey Klehr. American Communists and Radicals Executed by Soviet Political Police and Buried at Sandarmokh Arxivləşdirilib 2008-05-02 at the Wayback Machine (appendix to in Denial: Historians, Communism and Espionage).
  62. 1 2 3 4 5 Haynes, Klehr, 2003
  63. Kuromiya, 2007
  64. "Christopher Kaplonski, Thirty thousand bullets, in: Historical Injustice and Democratic Transition in Eastern Asia and Northern Europe, London 2002, səh.155–168" (PDF). 2011-05-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-12.
  65. Mass grave uncovered in Mongolia RTÉ News, Thursday, 12 iyun 2003
  66. Allen S. Whiting and General Sheng Shicai. " Sinkiang: Pawn or Pivot? " Michigan State University Press, 1958
  67. Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911–1949. Cambridge, England: CUP Archive. 1986. səh. 151, 376. ISBN 0-521-25514-7. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 Dekabr 2010.
  68. N. G. Okhotin, A. B. Roginsky "Great Terror": Brief Chronology Arxivləşdirilib 2010-01-27 at the Wayback Machine Memorial, 2007
  69. Parrish, 1996. səh. 32
  70. Solzhenitsyn, 1973
  71. Parrish, 1996. səh. 33
  72. "Московский мартиролог". memo.ru. 2017-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
  73. Conquest, 2008. səh. 472–4
  74. Conquest, 2008. səh. 472
  75. Conquest, 2008. səh. 468
  76. Conquest, 2008. səh. 469
  77. Conquest, 2008. səh. 465, 467
  78. Knickerbocker, H.R. Is Tomorrow Hitler's? 200 Questions on the Battle of Mankind. Reynal & Hitchcock. 1941. 133–134. ISBN 978-1-4179-9277-5. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
  79. On Leaving the Communist Party Arxivləşdirilib 2020-02-05 at the Wayback Machine by Howard Fast, 16 noyabr 1957
  80. The NKVD Mass Secret National Operations (Avqust 1937 – noyabr 1938) Arxivləşdirilib 2016-04-12 at the Wayback Machine Nicolas Werth, Online Encyclopedia of Mass Violence, published on 20 may 2010, accessed 1 yanvar 2014, ISSN 1961–9898
  81. Stalinism in Post-Communist Perspective: New Evidence on Killings, Forced Labour and Economic Growth in the 1930s Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine by Steven Rosefielde, 1996. See also: Documented Homicides and Excess Deaths: New Insights into the Scale of Killing in the USSR during the 1930s Arxivləşdirilib 2011-11-13 at the Wayback Machine. Communist and Post-Communist Studies, Vol. 30, No. 3, səh. 321–333, 1997. University of California
  82. Comment on Wheatcroft Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine by Robert Conquest, 1999
  83. Gulag: A History by Anne Applebaum, səh. 584
  84. "Arxivlənmiş surət". 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
  85. Robert Conquest, The Great Terror: A Reassessment: 40th Anniversary Edition, Oxford University Press, USA, 2007. səh. 287
  86. Robert Conquest, Preface, The Great Terror: A Reassessment: 40th Anniversary Edition, Oxford University Press, USA, 2007. p. xvi
  87. Iosif G. Dyadkin, Unnatural Deaths in the USSR, 1928–1954, 1983, səh. 41
  88. "Jonathan Brent and Vladimir P. Naumov, Stalin's Last Crime: The Plot Against the Jewish Doctors, 1948–1953, HarperCollins Publishers, USA, 2003. səh. 174"
  89. John Keep. Recent Writing on Stalin's Gulag: An Overview Arxivləşdirilib 2013-06-01 at the Wayback Machine. 1997
  90. Rosefielde, 2009
  91. "Who remembers the Poles?". London Review of Books. 32 (21). 4 noyabr 2010. 2016-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2012.
  92. Oleg V. Khlevniuk. Master of the House: Stalin and His Inner Circle. Yale University Press, 2008. ISBN 0-300-11066-9 p. xix
  93. Marc Jansen, Nikita Vasilʹevich Petrov. Stalin's Loyal Executioner: People's Commissar Nikolai Ezhov, 1895–1940. Hoover Institution Press, 2002. ISBN 0-8179-2902-9 p. 111
  94. Michael Ellman, Stalin and the Soviet Famine of 1932–33 Revisited Arxivləşdirilib 2007-10-14 at the Wayback Machine Europe-Asia Studies, Routledge. Vol. 59, No. 4, iyun 2007, 663–693. PDF file
  95. Quoted in Dmitri Volkogonov, Stalin: Triumph and Tragedy (New York, 1991), səh 210.
  96. "Pictorial essay: Death trenches bear witness to Stalin's purges" Arxivləşdirilib 2010-05-25 at the Wayback Machine CNN, 17 July 1997
  97. "Mass grave found at Ukrainian monastery" Arxivləşdirilib 2017-08-24 at the Wayback Machine, BBC, 12 July 2002
  98. "Wary of its past, Russia ignores mass grave site" Arxivləşdirilib 2022-04-18 at the Wayback Machine, by Fred Weir, The Christian Science Monitor, 10 oktyabr 2002
  99. Stalin-era mass grave yields tons of bones Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine Reuters. 9 June 2010
  100. "WAR STATS REDIRECT". erols.com. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
  101. "Former Killing Ground Becomes Shrine to Stalin’s Victims" Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine by Sophia Kishkovsky, The New York Times, 8 iyun 2007
  • Eternal Memory: Voices from the Great Terror. 1997. Pultz və David tərəfindən 81 dəqiqəlik sənədli film Stalin repressiyalarından bəhs edir. Meril Strip tərəfindən səsləndirilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]