Sikorsky SH-60 Seahawk
Sikorsky SH-60 Seahawk | |
---|---|
Tipi | Hərbi vertolyot |
Hazırlayan | Sikorsky Aircraft Company |
İstehsalçı | Sikorsky Aircraft Company |
İlk uçuş | 12 dekabr 1979 |
İstismara verilmə tarixi | 1984 |
İstismarçılar | |
Buraxılış sayı | 600[3] |
Baza modeli | Sikorsky UH-60 Black Hawk |
Vikianbarda əlaqəli mediafayllar |
Sikorsky S-70B/28D Sea Hawk — Sikorsky (Sikorski) tərəfindən istehsal edilən hərbi nəqliyyat və hücum vertolyotu UH-60 modelinin hərbi donanma üçün istehsal edilmiş korroziyaya davamlı gövdəyə və dəniz alətlərinə malik modelidir.
Türkiyə Hərbi Dəniz Qüvvələrinə ilk paket Sea Hawk sifarişi 2002-ci ildə təslim edilmişdir. Sahə yoxlanışı, axtarış-xilasetmə, şaquli doldurma, hücum (sualtı, suüstü) və nəqliyyat imkanlarına malikdir. Su üstü hədəflərə qarşı AGM-119 Penguin MK2 döyüş raketindən və AGM-114 Hellfire başlıqlı döyüş mərmisindən, sualtı hədəflərə qarşı MK-46/50/54 torpedalarından istifadə edə bilər və malik olduğu daldırma sonarı ilə sualtı hədəfləri skan edə bilir. 2002-ci ildə Sapanca gölündə, 2014-cü ildə isə Kartepe regionunda qəza yaşamışdır.
2012-ci ildə verilmiş 12 helikopterlik ümumi təyinatlı sifarişinin 2017-ci ildə təhvil veriləcəyi gözlənilir.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]- Tekniki xüsusiyyətləri:[4]
- Ekipaj: 3–4
- Uzunluq: 64 ft 8 in (19.75 m)
- Pər çapı: 53 ft 8 in (16.35 m)
- Hündürlük: 17 ft 2 in (5.2 m)
- Disk sahəsi: 2,262 ft² (210 m²)
- Boş çəkisi: 15,200 lb (6,895 kq)
- Maksimum daşıma qabiliyyəti: 17,758 lb (8,055 kq)
- Daşıma qabiliyyəti: 6,684 lb (3,031 kq)
- Maksimum uçuş çəkisi: 21,884 lb (9,927 kq)
- Güc: 2 × General Electric T700-GE-401C turboshaft, 1,890 shp (1,410 kW)
- Maksimum sürət: 146 kn (270 km/s; 168 mph)
- Mənzil: kreyser sürətində 450 nmi (518 mil və ya 834 km)
- Xidmət tavanı: 12,000 ft (3,580 m)
- Dırmaşma sürəti: 1.650 ft / dəq (8.38 m/s)
- Silah sistemi
- Torpedolar: 2 x Mk 46
- Döyüş raketləri: 4 x Hellfire II və ya 1 x Penguin Mk.2 Mod.7
- Sensorlar:
- Radar: APS-124
- Digər: ASQ-811(V) MAD, FLIR, LLTV
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ World Air Forces 2014. 2014.
- ↑ World Air Forces 2008. 2008.
- ↑ http://www.sikorsky.com/vgn-ext-templating-SIK/v/index.jsp?vgnextoid=ce5f45d57ef68110VgnVCM1000001382000aRCRD&provcmid=bfa955f4a9d98110VgnVCM1000001382000aRCRD&proid=afa955f4a9d98110VgnVCM1000001382000a____&mofvcmid=5a1bebb600e98110VgnVCM1000001382000aRCRD&mofid=4a1bebb600e98110VgnVCM1000001382000a____.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2011-11-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-07-20.