Kapitoli (təpə)
Kapitoli (lat. Capitolium, Capitolinus mons, it. il Campidoglio, Monte Capitolino) — Qədim Romanın yerləşdiyi 7 təpədən biri. Bu təpə Romanın salınması haqda əfsanəyə görə bu cür yaradılıb. Əfsanəyə görə,latın şəhərlərindən birinin şahı öz qardaşı qızının əkiz oğlanların, Romul və Remi Tibr çayına atmağı əmr edir. Lakin Tibr çayı daşdığından uşaqların olduğu səbət ağaca ilişir və uşaqlar sağ qalır. Uşaqları bir dişi canavar tapır və süd ilə bəsləyir. Sonra uşaqları bir çoban tapır və böyüdür. Uşaqlar cəsarətli döyüşçüyə çevrilir. Sonra şaha qarşı üsyan edib onu öldürürlər. Bundan sonra oğlanlar burda şəhər salmaq qərarına gəlir.Lakin onlar arasında mübahisə olur və Romul Remi öldürür. Sonra Romul burada şəhər salaraq adını öz adına uyğun olaraq Roma adlandırır. Romalılar il hesabını öz şəhərləri salındığı ildən,yəni e.ə 753-cü ildən hesablayırlar. Romada Kapitoli təpəsində dişi canavarin heykəli qoyulub.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tibr çayı yaxınlığında, Roma şəhərinin salındığı yeddi təpəlikdən biri. Qaçmış qullar üçün sığınacaq Kapitolidə yerləşirdi. Təpələrdən birinin üzərində qala, digərinkində isə Kapitoli məbədi inşa olunmuşdur. Romada respublika dövründə qalada Yunona, Konkordiya məbədləri, sikkəxana və dövlət arxivinin binası tikilibmiş. Qələbə çalmış Roma qoşunlarının zəfər yürüşü Kapitolidə başa çatar, Roma oyunlarının bayram şənlikləri başlayarmış.
Roma Kapitolisi Roma imperiyasının digər şəhərlərində də bu cür Kapitolilərin inşası üçün nümunə olmuşdur. Orta əsrlərin əvvəllərində Kapitoli tikililəri dağıdılmışdır. XVI -XVII əsrlərdə Kapitoli Mikelancelonun layihəsi üzrə yenidən qurulmuşdur. Burada saray, yanında isə məşhur heykəllər toplusu olan Kapitoli muzeyinin binası inşa olunmuşdur.