Konqo Demokratik Respublikası
Konqo Demokratik Respublikası | |||||
---|---|---|---|---|---|
fr. République démocratique du Congo[1] | |||||
| |||||
Sülh, Ədalət, Əmək | |||||
Tarixi | |||||
• Belçika-dan müstəqillik | 30 iyun 1960 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Kinşasa | ||||
İdarəetmə forması | Yarıprezident demokratik respublikası | ||||
Prezident | Feliks Çisekedi | ||||
Baş nazir | Jan-Mişel Sama Lukonde | ||||
Sahəsi | Dünyada 11-ci | ||||
• Ümumi | 2344458 km² | ||||
• Su sahəsi (%) | 3,3 % | ||||
• Əhali |
|
||||
• Sıxlıq | 31.3 nəf./km² (182-ci) | ||||
İnternet domeni | .cd | ||||
ISO kodu | CD | ||||
BOK kodu | COD | ||||
Telefon kodu | +243 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Konqo Demokratik Respublikası (fr. République Démocratique du Congo) və ya Konqo DR, 1971—1997-ci illərdə — Zair, 1960-1964-cü illərdə Konqo Respublikası — mərkəzi Afrikada dövlət. Paytaxtı Kinşasa şəhəridir.
Tarix
Kongo Demokratik Respublikasi bu gün varlığını davam etdirdiyi torpaqların ilk yerlilərini indiki vaxtda yalnız çox kiçik bir sahədə həyatlarını davam etdirən Pigmey qəbilələri meydana gətirməkdə idi. Əsrlər boyunca burada yaşayan Bantu xalqları zaman içərisində əkinçilikdən, ovçuluğa qədər bir çox sahədə vacib olan birliklər yaradaraq həmin dövrdə bölgədə bir çox dövlət quruluşunu meydana gətirmişlər. Bu dövlətlər içərisində xüsusilə XIV əsrdə qurulan və Afrikada bu günə qədər qurulan ən güclü dövlət strukturlarında birini meydana gətirən Konqo Krallığı olmuşdur.
XV əsrdə bölgəyə ilk gələn avropalılar olan portuqallar, Konqo çayının Atlas Okeanına töküldüyü yerdə yeni kəşflər etmiş, 1491-ci ildə isə ilk dəfə Konqo Krallığı ilə diplomatik əlaqə qurmuşlar. Bu dövrdə həyata keçirilən və inkişaf etdirilən diplomatik əlaqələr Konqo kralının dinini Xristian katoliki olaraq dəyişdirməsi ilə nəticələnmişdi. Amerikadakı koloniyalara qul göndərən ölkələrdən biri olan Konqo Krallığı bu səbəblə yaşayış səviyyəsini yüksəldərək Afrika sahillərində yeni liman şəhərləri qurmuşlar.
XVI əsrdə padşahlıqda başlayan çöküş, 17-сi əsrdə xüsusilə Portuqaliya hakimiyyətinin bölgədə itməsi ilə birlikdə zirvəyə çatmış, kölə tacirlərinin və Portuqaliyadan sonra bölgəyə hakim olmağa çalışan Hollandiya və Böyük Britaniyanın ölkəni istismar etmək cəhdləri nəticəsində dövlət tamamilə ortadan qaldırılmışdır. XVIII əsrin əvvəllərində Konqo bölgəsində bir çox ölkə də eyni şəkildə ortadan qaldırılmış, 1866-ci ildə isə son portuqaliyalılar bölgədən ayrılmışdır. [5]
1870-ci ildə bölgənin daxili qisimlərinə ziyarət reallaşdıran ilk avropalı olan Qalliyalı Henri Morton Stanli hər nə qədər Böyük Britaniya hökumətinə bölgədə koloniya sistemini qurmaq təklifini versə də, bu təklif hökumət tərəfindən rədd olunmuşdur.
Kaloniyalaşma
Böyük Britaniya tərəfindən bu təklifin rədd olunmasını fürsət bilən Belçika Kralı II Leopold uzun bir müddətdir koloniya imperatorluğu qurma xəyallarını reallaşdırma arzusunda idi. O, 1885-ci ildə Konqo bölgəsinin gələcəyi ilə əlaqədar olaraq həyata keçirilən Berlin Konfransında Konqonun özünə xüsusi mülkü olaraq istifadəsinə verilməsinə təsdiq alaraq tarixində ilk və tək olacaq şəkildə beynəlxalq hüquqa zidd bir şəkildə bir bölgənin bir şəxsin xüsusi mülkü olaraq elan edilməsini təmin etmişdir. Koloniya tarixində koloniyalaşdırılan bütün bölgələr bir ölkə tərəfindən idarə edilsə də Konqo bölgəsi yaşayan bütün insanları ilə birlikdə bir şəxsin xüsusi idarəsinə buraxılmış, bölgənin əhalisi iqtisadi mənfəət naminə, xüsusilə kauçuk əldə edilməsində zülmkar üsullarla işlədilmiş, uyğun hərəkət etməyənləri isə ağır cəzalara məhkum edilərək öldürülmüşdür. Yaşanan bu hadisələr bütün dünyada xaosa səbəb olmuş, II.Léopolda gələn reaksiyalar nəticəsində 1908-ci ildə Konqonun idarəsini 'normal' koloniya olaraq Belçika dövlətinə buraxmaq məcburiyyətində qalmışdır.
Hər nə qədər bölgənin idarəsi bir ölkənin rəhbərliyinə buraxılmış olsa da, yerli əhalinin yaşadığı çətinliklər böyük nisbətdə bir yaxşılaşma reallaşmamış, bölgə talanmağa davam edilmiş, Konqolular avtoritar koloniya sahibi Belçika dövləti tərəfindən mərhəmətsiz üsullar ilə istifadə edilməyə davam edilmişdir. Konqo dünya səviyyəsində inkişaf edən koloniyaların müstəqillik tələblərinə uyğun hərəkət edərək müstəqillik mübarizəsini gücləndirmiş və ölkənin gələcəyinin Konqolular tərəfindən təyin edilməsi lazım olduğu ifadə edilmişdir. Paytaxt Léopoldvillada reallaşdırılan ilk qarşıdurmalar və digər dövlətlərin təzyiqləri nəticəsində Belçika 1959-ci ildə ani bir şəkildə bölgədən çəkilərək bölgədə kompleks bir quruluşu geridə buraxmışdır.
30 İyun 1960-cı il tarixində Konqo Respublikası adı altında müstəqilliyini elan edən ölkədə, ABAKO (Alliance des Bakongo) lideri Cozef Kasavubu ölkənin ilk dövlət başçılığına, Pan-Afrikanizm tərəfdarı və müstəqillik mübarizəsinin qabaqda gələn adlarından olan Patris Lumumba isə yeni ölkənin ilk baş naziri mövqesinə gətirilmişdir. Ancaq bu rəhbərlik Belçika, ABŞ və SSRİ-nin öz mənfəətləri istiqamətindəki müdaxilələri səbəbiylə uzun ömürlü ola bilməmiş, Lumumba əsgər tərəfindən vəzifəsindən alınaraq həbs olunmuşdur. Hər nə qədər həbsdən qısa bir müddət sonra xilas olub qaçmağı bacarsa da təkrar tutularaq rəqibi və separatçı Katanqa bölgəsinin lideri Moyse Tşombéyə təslim edilmiş və daha sonra da Tşombenin silahlı qüvvələri tərəfindən öldürülmüşdür. Lumumbanın öldürülməsində ABŞ-nin və xüsusilə də keçmiş koloniya sahibi Belçikanın rollarının böyük olduğu təxmin edilməkdədir
Ərazisi
Afrika qitəsinin ikinci ən böyük sahəsinə sahib olan Konqo Demokratik Respublikası sahib olduğu 2,344,458 km²-lik sahə ilə bir zamanlar müstəmləkəsi mövqeyində olduğu Belçikadan 77 qat dəfə daha böyükdür. Ekvator xətti üzərində, qitənin mərkəz hissəsində yerləşən ölkə bitki örtüyü və çöl həyat baxımından zəngin müxtəlifliyə və təbii sahələrə malikdir. Ölkənin malik olduğu 10.730 km-lik quru sərhədindən 2.511 km-i Angola, 233 km-i Burundi, 1.577 km-i Mərkəzi Afrika Respublikası, 2.410 km-i Konqo Respublikası, 217 km-si Ruanda, 628 km-i Cənubi Sudan, 459 km-i Tanzaniya, 765 km-i Uqanda, 1.930 km-i Zambiya ilədir. Ölkənin həmçinin Atlantik okeanında 40 km-lik sahil xətti də var.
Konqo torpaqlarının 60%-ni Konqo çayı hövzəsinin tropik meşələri əhatə edir. Ölkənin ən yüksək zirvəsi 5.109 m hündürlüyü ilə Ruenzori Sıra Dağlarındakı Stanli dağının uc nöqtəsi olan və Marqarita zirvəsi olaraq adlandırılan zirvədir. Ölkənin ən böyük və ən uzun çayı olan Konqo çayı 4374 km-lik uzunluğa malikdir və Atlantik Okeanına tökülmədən əvvəl Angola və Konqo Respublikası ilə sərhəd xəttini meydana gətirir. Konqo çay, Afrika qitəsində Nil çayından sonra ən uzun ikinci çayı olub, hər il 39.160 m³ / s daşıdığı su baxımından Afrikanın ən , dünyanın isə ikinci ən bolsulu çayıdır. Konqo çayı ölkənin cənub hissəsində Mitumba Dağlarından qidalanaraq şimal istiqamətində 1.000 km axmaqda olub, burada da daxili delta meydana gətirərək qərb-cənub-qərb istiqamətində dönüş edir. Bu dönüş nəticəsində çay Konqo Demokratik Respublikası ilə Konqo Respublikası arasındakı sərhədi da meydana gətirərək irəliləməkdə və son olaraq Atlantik Okeanına tökülməkdədir. Konqo çayı ilə birləşərək yoluna davam edən bir çox çay var. Bu çaylar içərisində illik 9.873 m³/s su daşıma tutumuna sahib olan Angolanın Kassa çayı ən böyüyüdür. Ölkənin şimal hissəsində axan və böyük hissəsi Orta Afrika Respublikası və Konqo Respublikası ilə sərhədi meydana gətirən digər çay isə Ubanqi çayıdır. Ölkənin sahib olduğu 40 km-lik sahil xətti çox əhəmiyyətlidir və bu sahil xətti ilə Atlantik Okeanında zəngin neft yataqlarına sahibdir. Ölkənin şərqində Turkana gölü, Edvard gölü, Kivu gölü və Tanqanika gölü kimi əhəmiyyətli göllər yerləşir.
Əhalisi
Konqo əhalisi son siyahıya almada 68 milyon nəfərdən çox olmuşdur.