Bəşəriyyətin birliyi (Bəhailikdə)
Bəşəriyyətin birliyi Bəhai dininin ən vacib prinsiplərindən biridir.[1] Bəhai təlimlərinə görə, Allah bütün insanları öz surətində yaratdığı üçün onlar arasında irqi və ya milli fərq qoymur.[2] Odur ki, bütün insanlar bərabər yaradılmışlar deyə, onlar hamısı eyni imkanlara və eyni münasibətə layiqdirlər.[1] Bəhai baxışı bəşəriyyətin birliyini, insanların bütün dünyanı "qucaqlaması" gərəkdiyini və yalnız öz xalqlarını deyil, bütün dünyanı sevməsi gərəkdiyini önə sürür.[2] Bununla belə, bu təlimlər yeknəsəklikdə birliyi yox, müxtəliflikdə birliyi nəzərdə tutur, harada ki, insan irqinin fərqlilikləri bəşəriyyətin zənginliyidir.[3]
Birlik
[redaktə | mənbəni redaktə et]Bəhai dinindəki "bəşəriyyətin birliyi" prinsipi bütün insanların bərabər şəkildə Allahın bənzəri və surətində yaradılması təliminə əsaslanır və Allah onlar arasında heç bir fərq qoymur.[2] Bu təlimlər bütün növ irqi, milli, cinsi, sinfi və sosial bölünmələrin fövqündə olan və onların müxtəlifliyini qoruyan bir bəşəri birliyi vurğulayır.[4] Bəhai yazıları qeyd edir ki, bütün insan növü vahid bir orqanizmdir, bütün insanlar eyni təməl qabiliyyətlərə malikdirlər, və dərinin rəngi və ya digər fiziki fərqlər önəmli deyil və bir etnik qrupu digəri üzərində yüksəltmir.[4]
Bəhai baxışına görə, insanlıq həmişə bir növə məxsus olub, lakin cəhalət, önyarğı və hakimiyyət hərisliyi bunun qəbul edilməsinin qarşısını alıb.[5] Müxtəlif etnik qruplar arasında mövcud olan tarixi fərqlər uzun vədəli perspektivdə təlim-tərbiyə və mədəni imkanlardakı fərqlərlə, həmçinin irqi təəssübkeşlik və yaşadılmış zülmlərlə bağlıdır.[4]
Müxtəliflikdə birlik
[redaktə | mənbəni redaktə et]Bəhai baxışına görə, birlik yeknəsəklikdə yox, müxtəliflikdə birliyi nəzərdə tutur, harada ki, insan irqinin fərqlilikləri bəşəriyyətin zənginliyidir.[3] Əbdül-Bəha insan irqini forma və rənginə görə bir-birindən fərqlənən və bu müxtəlifliyə görə daha gözəl görsənən gül bağı ilə müqayisə edirdi.
Bəhai yazıları qeyd edir ki, birliyə müxtəlifliklərin boğulması ilə yox, əksinə insana və mədəniyyətlərə onların daxili dəyərinə hörmət göstərərək çatılacaq.[7]
Təəssübkeşlikdən imtina
[redaktə | mənbəni redaktə et]Bəhai dinində "bəşəriyyətin birliyi" prinsipindən budaqlanan daha bir əsas prinsip təəssübkeşliyin (fanatizm, önyarğı) bütün növlərindən imtinadır və bu, şəxsləri onların irqi, dini, cinsi və sinfi mənsubiyyətlərinə görə diskriminasiyaya məruz qalmamasını özündə ehtiva edir.[8] Əbdül-Bəha qeyd edir ki, insanlığın qarşısındakı meydanoxuma böyükdür, sosial, dini, siyasi və milli təəssübkeşliklər müharibəyə aparır, odur ki, təəssübkeşliklərdən imtina insanlığın rifahı üçün olduqca vacibdir.[9] Bu baxımdan, Bəhai təlimlərində qeyd olunur ki, təəssübkeşliyin bütün formalarından imtina dünya birliyi və sülhü üçün təməl tələbatdır.[10] Bu haqda iki sadə misal gətirilə bilər ki, onlardan biri Amerikanın cənubuna, digəri isə Cənubi Afrikaya aiddir. Jim Crow qanunlarına və ümumilli hərəkat vüsəti almış Ku Kluks Klanın yüksəlişi fonunda və həmçinin Cənubi Karolinada Protestant, Katolik və Yəhudi təşkilatlarına zidd olaraq, bəhailər açıq-aşkar şəkildə irqi inteqrasiyanı yerli səviyyədən yuxarıya qaldırdılar.[11] Onların inandıqları mətnlərdəki "dünyanın xalqları və tayfaları bir-birilə sevinc və şadlıqla ünsiyyət etsinlər" çağırışına əsasən, ənənəvi sosial sərhədlər boyunca ortaq dini kimlik bağları quraraq məqsədli şəkildə fərqli-fərqli tarixçələrdən olan dinini dəyişənlərin axtarışına çıxdılar, hətta yığıncaqları basqınlara məruz qalsa belə. 20-ci əsrin sonlarına doğru, Bəhai dini Cənubi Karolinada qeyri-xristian ən böyük din idi və o özünün irqi harmoniya, dinlərarası dialoq, uşaq və gənclərin mənəvi tərbiyəsini irəlilətməkdə dayanıqlı öhdəliyi ilə tanınırdı. Cənubi Afrikada, ayrılmış sosial model və Aparteid qanunlarının yüksəlməsi fonunda, inteqrə olmuş bəhai icması qərara almalı idi ki, onların inzibati strukturu necə tərtib olunacaqdı - Milli Ruhani Məhfil qurumu tam ağlardan, ya da tam qaralardanmı ibarət olacaq? Bəhai icması Cənubi Afrikada icmanı ağ və qara dərililər olmaqla iki qrupa bölməkdənsə, Bəhai idarəetməsində üzvlüyü qara dərili tərəfdaşları ilə məhdudlaşdırdı və bütün Bəhai icmasıo illərdə müvəqqəti olaraq qara dərililərin rəhbərliyi altında yerləşdirildi.[12][13][14] 1997-ci ildə Milli Ruhani Məhfil Cənubi Afrikanın "Həqiqət və barışdırma Komissiyasına" bəyanat təqdim etdi, hansı ki, onun bir parçasında deyilir:
Siyasi birlik
[redaktə | mənbəni redaktə et]Bəhai dininin peyğəmbəri Bəhaullahın təlimlərinin əsas missiyası dünyaya insanların bir olması barədə agahlığı gətirmək idi.[5] Bununla belə, Bəhaullah qeyd edirdi ki, fərdlərin və cəmiyyətin şüurunda insanlığın birliyi təşəkkül tapdıqca, bu birliyə nail olmaq üçün həm də yeni sosial struktur gərəkdir.[7] O yazırdı[7]:
Beləliklə, Bəhai təlimləri vurğulayır ki, insanlığın öz birliyini dərk etməsi və sonra yenə də təəssüb və konfliktlərin olduğu parçalanmış bir dünyada yaşamağa davam etməsi yetərli deyil.[16] Bəhai inancına görə, insanlıq Allahın Budda, Musa, İsa, Məhəmmədin daxil olduğu müxtəlif fərqli Elçiləri vasitəsilə proqressiv vəhy prosesindən keçir, harada ki, bəşəriyyət kollektiv şəkildə inkişaf edir.[15] İnanca görə, cəmiyyət Allahın Elçilərinin vasitəçiliyi ilə min illər ərzində durmadan öz birliyinin daha ali formalarına doğru təkamül etmişdir: ailə birliyindən başlayaraq, qəbilə, tayfa, şəhər-dövlət və millət anlayışlarına qədər. Bəhai yazılarında qeyd edilir ki, kollektiv irəliləyişin növbəti mərhələsi dünya birliyi və planetar sivilizasiya kimi cəmiyyətin təşəkkül tapmasıdır.[5] Şövqi Əfəndi, Bəhai dininin rəhbəri (1921-1957) yazır:
Odur ki, Bəhai baxışına görə, birlik məhz ruhani prinsipləri də özündə ehtiva edən ümumbəşəri və vahid bir sosial sistemin ərsəyə gətirilməsi ilə mümkündür. Bu baxımdan, cəmiyyətin təməl məqsədləri ruhani xarakterli bir cəmiyyəti qurmaqdır ki, orada onun bütün xalqlarının sağlam inkişafı əlçatandır.[16]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 "Stockman, Robert (2000). "The Baha'i Faith". In Beversluis, Joel. Sourcebook of the World's Religions. p. 7. New World Library". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ 1 2 3 "Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. p. 138. Cambridge: Cambridge University Press". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ 1 2 "Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. p. 139. Cambridge: Cambridge University Press". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ 1 2 3 "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. p. 75. San Francisco: Harper & Row". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ 1 2 3 "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. p. 76. San Francisco: Harper & Row". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ "'Abdu'l-Bahá on Divine Philosophy, p.182". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
- ↑ 1 2 3 "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. p. 78. San Francisco: Harper & Row". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ "Chryssides, George D. (1999). Exploring New Religions. p. 250. Continuum International Publishing". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-16.
- ↑ Smith, Peter (2000). A concise encyclopedia of the Bahá'í Faith.pp. 275–276. Oxford: Oneworld Publications.
- ↑ "McMullen, Mike (2003). "The Baha'i Faith in the World and in America".p. 17. In Neusner, Jacob. World Religions in America. Westminster John Knox Press". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-16.
- ↑ "Venters, III, Louis E. (2010). Most great reconstruction: The Baha'i Faith in Jim Crow South Carolina, 1898-1965 (Thesis). Colleges of Arts and Sciences University of South Carolina. pp. v, 4, 150, 297". 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ "Truth and Reconciliation Commission of South Africa Report (1998-10-29). "Regional Profile: Eastern Cape and Appendix: Statistics on Violations in the Eastern Cape" (PDF). Volume Three - Truth and Reconciliation Commission of South Africa Report. Truth and Reconciliation Commission of South Africa Report. pp. 32, 146. Retrieved 2008-03-19" (PDF). 2019-08-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ National Spiritual Assembly of the Bahá'ís of South Africa (1997-11-19). "Statement to the Truth and Reconciliation Commission". Official Webpage. National Spiritual Assembly of the Bahá'ís of South Africa. Retrieved 2008-03-19.
- ↑ "Truth and Reconciliation Commission of South Africa (1998-10-29). "various chapters" (PDF). Volume Four - Truth and Reconciliation Commission of South Africa Report. Truth and Reconciliation Commission of South Africa. paragraphs 6, 27, 75, 84, 102. Retrieved 2008-03-19" (PDF). 2009-11-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ 1 2 "Tablets of Bahá'u'lláh Revealed after the Kitáb-i-Aqdas: Lawḥ-i-Maqṣúd (Tablet of Maqṣúd)". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ 1 2 "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. p. 77. San Francisco: Harper & Row". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
- ↑ "Effendi, Shoghi (1938). The World Order of Bahá'u'lláh. pp. 42–43. Wilmette, Illinois, USA: Bahá'í Publishing Trust". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.