Svetlana Qasımova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Svetlana Qasımova
2000 – 29 noyabr 2009
SədrMəzahir Pənahov
SonrakıŞaitdin Əliyev
18 avqust 1995 – 29 noyabr 2009
Təmsil etdiyiYeni Azərbaycan Partiyası
Azərbaycan Respublikası Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri
23 may 1991 – 10 dekabr 1992
ƏvvəlkiƏli Kərimov
Azərbaycan Dövlət Əmək və Sosial Məsələlər Komitəsi sədrinin birinci müavini
1990 – 23 may 1991
SədrƏli Kərimov
Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi
1988 – 1990
Birinci katibFuad Musayev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
8 dekabr 1983 – 1988
Birinci katibKamran Bağırov
Azərbaycan SSR ticarət naziri
20 iyun 1979[1] – 30 yanvar 1984
ƏvvəlkiHüseyn Zeynalov
SonrakıTimur Məmmədov
Azərbaycan SSR ticarət nazirinin müavini
1975 – 1979
NazirHüseyn Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyun 1938(1938-06-11)
Doğum yeri
Vəfat tarixi 29 noyabr 2009(2009-11-29) (71 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 2008 "Qırmızı əmək bayrağı" ordeni

Svetlana Çingiz qızı Qasımova (11 iyun 1938, Kirovabad29 noyabr 2009, Bakı) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini, üzvü, Azərbaycan Ali Sovetinin X–XII çağırış deputatı, Azərbaycan Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədrinin birinci müavini və sədri, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan SSR ticarət nazirinin müavini və ticarət naziri, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini.

Svetlana Çingiz qızı Qasımov 11 iyun 1938-ci ildə Kirovabad şəhərində doğulmuşdur. Orta məktəbi 1955-ci ildə Gəncə şəhərində bitirmişdir. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilini almış, 1960-cı ildə oradan məzun olmuşdur. 1981–1984-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdində İctimai Elmlər Akademiyasında təhsil almışdır. 1992–1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda çalışmışdır.[2]

Svetlana Qasımova 29 noyabr 2009-cu ildə ölmüşdür.[3]

Evli idi, bir övladı var.[2]

İctimai-siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Sovet dövründə

[redaktə | vikimətni redaktə et]

Svetlana Qasımova 1958-ci ildən komsomol və Azərbaycan Kommunist Partiyası təşkilatlarında aktiv fəaliyyət göstərməyə başlamışdır.

Svetlana Qasımova 1958–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində komsomol komitəsi katibinin müavini, 1960–1963-cü illərdə isə Bakı Şəhər Komsomol Komitəsinin katibi, 1963–1969-cu illərdə Bakı Şəhər Partiya Komitəsində təlimatçı, 1969–1971-ci illərdə şöbə müdiri, 1971–1975-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, 1975–1979-cu illərdə Azərbaycan SSR ticarət nazirinin müavini, 1979–1983-cü illərdə Azərbaycan SSR ticarət naziri, 1983–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1988–1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi vəzifələrində çalışmışdır.[2]

Keçid dövründə

[redaktə | vikimətni redaktə et]

Svetlana Qasımova 1990-cı ildən Azərbaycan Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədrinin birinci müavini vəzifəsində çalışmışdır. O, 23 may 1991-ci ildə komitə sədri vəzifəsinə təyin olunmuş,[4] 17 dekabr 1992-ci ildə isə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 365 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması səbəbi ilə vəzifəsindən azad edilmişdir.[5]

O, bir müddət "İşgüzar qadın" Assosiasiyasına rəhbərlik etmişdir. Bu dövrdə Svetlana Qasımova 4-cü Ümumdünya qadınlar konfransına hazırlıqla əlaqədar yaradılmış Azərbaycan qadınlarının Milli Komitəsinin üzvü təyin edilmişdir.[6]

Mərkəzi Seçki Komissiyasında

[redaktə | vikimətni redaktə et]

Svetlana Qasımova 18 avqust 1995-ci ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[7]

Svetlana Qasımova 18 iyul 2000-ci ildə hakim Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd göstərilmişdir. Onun namizədliyi digər namizədlərlə birgə səsverməyə qoyulmuş və nəticədə o, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[8] O, həmin il Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini seçilmişdir.[3]

Svetlana Qasımova 13 iyun 2003-cü ildə yenidən hakim Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd göstərilmişdir. Onun namizədliyi digər namizədlərlə birgə səsverməyə qoyulmuş və nəticədə o, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[9]

Svetlana Qasımova 9 yanvar 2006-cı ildə keçirilmiş Yeni Azərbaycan Partiyası İdarə Heyəti iclasının qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd göstərilmişdir. Onun namizədliyi 7 fevral 2006-cı ildə digər namizədlərlə birgə səsverməyə çıxarılmış və iştirak edən 91 deputatdan 87-sinin lehinə, 3-ünün əleyhinə, 1-nin isə bitərəf səs verməsi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[10][11] O, Mərkəzi Seçki Komissiyasının 7 fevral 2006-cı il tarixli ilk iclasında Svetlana Qasımova komissiyanın sədr müavini seçilmişdir.[12]

  1. С. Ч. Гасымова јолдашын Азәрбајҹан ССР тиҹарәт назири тә'јин едилмәси һаггында Азәрбайҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. 21 ијун 1979-ҹу ил. С. 1.
  2. 1 2 3 4 Гасымова Светлана Чинҝиз гызы // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 103. ISBN 5-89600-253-x.
  3. 1 2 "Arxivlənmiş surət". 2016-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  4. "Arxivlənmiş surət". 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  5. "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  6. "Arxivlənmiş surət". 2018-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  7. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  8. "Arxivlənmiş surət". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  9. "Arxivlənmiş surət". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  10. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  11. "Arxivlənmiş surət". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  12. "Fevralın 7-də Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilmişdir". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-10.
  13. "Arxivlənmiş surət". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.