Mitrofan Dovnar-Zapolski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mitrofan Dovnar-Zapolski
belar. Мітрафан Доўнар-Запольскі
Mitrofan Dovnar-Zapolski, təxminən 1890-1900-cü illərdə.
Mitrofan Dovnar-Zapolski, təxminən 1890-1900-cü illərdə.
Doğum tarixi 2 (14) iyun 1867
Vəfat tarixi 30 sentyabr 1934(1934-09-30) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Elm sahələri etnoqrafiya, folklor, ədəbiyyatşünaslıq, iqtisadi tarix
Elmi dərəcəsi
İş yerləri
Mükafatları 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni Medal In memory of coronation of Nikolay II Medal "In memory of the 300th anniversary of Romanov dynasty"
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mitrofan Dovnar-Zapolski (belar. Мітрафан Доўнар-Запольскі; 2 (14) iyun 186730 sentyabr 1934, Moskva) — Rusiya, SSRİBelarus tarixçisi, etnoqrafı, folklorşünası, iqtisadçısı və Belarus milli tarixşünaslığının banisi.[1][2] Tarix elmləri doktoru (1905), professor (1902). Mitrofan Dovnar-Zapolski 1921-1924-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru olmuşdur.

Mitrofan Viktoroviç Dovnar-Zapolski yerli şlyaxtaçı Poboq nəslindən olan sənətkar ailəsində anadan olub. İlk və orta təhsilini Baranoviçi stanitsasındakı Xalq İncəsənət Məktəbində almışdır. Ardınca Plovdivdəki məktəbdə (Bolqarıstan), Reçitsadakı dövlət məktəbində, Mozırdakı gimnaziyada və ardınca qovulduğu Kiyevdəki 1-ci şəhər gimnaziyasında oxumuşdur. Qovulma səbəbi 1888-ci ilin yazında, Kiyev təhsil dairəsinin qəyyumunun gizli əmrində göstərildiyi kimi, "əlində olan cinayət məzmunlu kitabları oxumaqla ifadə olunan pis və zərərli davranışına görə" göstərilmişdi. Onun oxuduğu zərərli kitablar isə Taras Şevçenkonun "Mariya" poeması və Aleksandr Herzenə məktublar və Ukrayna milli azadlıq hərəkatının lideri Mixail Draqomanovun Cenevrədə (İsveçrə) nəşr olunan "Qromada" mühacir kolleksiyası idi.[3] O, 1889-cu ildə Kiyev Universitetinin Tarix və Filologiya fakültəsinə daxil oldu və 1894-cü ildə oranı uğurla bitirdi. Universitetdə o, məşhur ukrayna alimi V.B.Antonoviçin tələbəsi olmuşdu.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
M.V.Dovnar-Zapolski (ikinci sırada oturur, sağdan ikinci) Bakıdakı Diyarşünaslıq və Əkinçilik Muzeyinin bir qrup əməkdaşı ilə. 1924-1925-ci illər
Mitrofan Dovnar-Zapolski (ikinci cərgədə, soldan üçüncüsü, şapka və çətir və ya qamış tutan) bir qrup yerli sakinlə Nuxadakı (indiki Şəki) köhnə məscidin pillələrində. Üst sırada Vsevolod Mixayloviç Zummer (saqqallı) oturur. 1928-ci iyun ayı

1896-1898-ci illərdə Ədliyyə Nazirliyinin Moskva Arxivində xidmət etmişdir. 1898-1901-ci illərdə Moskva Universitetində, 1901-1919-cu illərdə Kiyev Universitetində çalışmışdır. Kiyevdə elmi məktəb yaratmışdır. M.V.Dovnar-Zapolskinin tələbələri D.İ.Doroşenko, A.P.Oqloblin, N.D.Polonskaya-Vasilenko və başqaları olmuşdular. 1905-ci ildə Kiyevdə qadınlar üçün ali axşam kursları təşkil etdi. 1906-cı ildə ali ticarət kursları açdı, daha sonra bu məktəb Kiyev Ticarət İnstitutuna çevrildi[4] və Zapolski onun ilk rektoru oldu.[5] "Belarus sözü", "Belarus exosu", "Azad Belarus" qəzetləri ilə əməkdaşlıq edərək, Belarus Universitetinin təşkili üzrə BNR komissiyasının üzvü idi.

Sovet hökuməti qurulduqdan sonra Dovnar-Zapolski əvvəlcə Xarkovda, daha sonra Bakı universitetlərində dərs demişdir. O, 1921-1924-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru olmuşdur. 1 oktyabr 1925-ci ildən 1 sentyabr 1926-cı ilə qədər Belarus Dövlət Universitetində Belarusiya tarixi kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1926-cı ilin yanvarında Belarus Arxeologiyası Tədqiqatçılarının Birinci Konqresinin sədri seçilmişdir. 1926-cı ilin payızından Dovnar-Zapolski Moskvada çalışmağa başlayır.

Mitrofan Dovnar-Zapolski 1934-cü ildə Moskvada vəfat etmişdir. Yeni Donskoy qəbiristanlığında, Donskoy krematoriyasının (kolumbarium) keçmiş əsas binasının mərkəzi zalında dəfn edilmışdır.[6]

Dovnar-Zapolski gizli və müxtəlif formalarda repressiyalara məruz qalırdı. Blə ki, çalışdığı vəzifələrdə ayrı seçkiliyə məruz qalır, əmrləri sabotaj edilirdi. 1925-ci ildə isə onun tərəfindən yazılan "Belarus tarixi" əsəri ideoloji cəhətdən zərərli kimi qəbul edilmişdir.

  • Böyük oğlu - Vsevolod Mitrofanoviç Dovnar -Zapolski (1898-1919) - bolşevik fəalı, Kiyevdə Sovet hakimiyyətinin qurulmasında iştirak etmiş, Şulyavkada Qırmızı Qvardiya dəstələrinin təşkilatçısı olmuşdur.
  • İkinci oğlu - Vyaçeslav Mitrofanoviç Dovnar - Zapolski- Qırmızı Ordu sıralarında vətəndaş müharibəsində vuruşaraq həlak olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Belarus dövlətçiliyinin mənşəyi və formalaşması, Belarus xalqının milli və mədəni kimliyi, Belarus etnoqrafiyası araşdırmaları ilə məşğul idi.[7] "Belarusun keçmişi" (1888) adlı silsilə məqalələrində o, belarusların müstəqil xalq olduğunu və Avropa xalqlarının ailəsində bərabər yer tutmalı olduğu fikrini sübut edirdi. Özünün "Belarus Dövlətçiliyinin əsasları" (1919) elmi-publisistik əsərində əvvəl Polotsk və Turov knyazlıqlarının sonra isə Böyük Litva knyazlığının timsalında qədim Belarus dövlətçiliyi (belarus millətinin meydana gəlməsi haqda Kriviçi-Dreqoviçi-Radimiç nəzəriyyəsi) adlanan nəzəriyyə irəli sürdü.

Belarus, Litva, Rusiya, Ukrayna, Polşanın etnoqrafiyası, sosial-iqtisadi və siyasi tarixi ilə bağlı 200-dən çox elmi əsər müəllifidir. 1906-cı ildə XVI-XVII əsrlərə aid tarixi və ədəbi abidə olan Barkulab Salnaməsini nəşr etdirmişdir. Rusiyanın iqtisadi tarixinin ilk kursunun müəllifi ("Rus milli iqtisadiyyatının tarixi") olmuşdur.[8] "İqtisadi materializmin" fəal tərəfdarı idi, iqtisadi proseslərin tarixin hərəkətverici qüvvəsi olduğuna inanırdı, əmtəə mübadiləsinin roluna üstünlük verirdi.[9]

  • 1997-ci ildə Reçitsada alimin abidəsi açıldı. 1997-ci ildən 2010-cu ilə qədər burada iki ildə bir dəfə Dovnar günləri keçirilirdi.[1]
  • M.V.Dovnar-Zapolskinin adı ilə Kiyevdə küçə adlandırılmışdır.
  • Müqqədəs Vladimir ordeni
  • "İmperator II Nikolayın tacını anma günü" medalı
  • "Romanovlar sülaləsinin hökmranlığının 300 illiyi münasibətilə" medalı
  1. 1 2 Довнар-Запольский Митрофан Викторович. Arxivləşdirilib 2019-04-02 at the Wayback Machine Большая российская энциклопедия — электронная версия.
  2. "Довнар-Запольский Митрофан. История Беларуси. Словарь-справочник". 2008-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  3. Митрофан Викторович Довнар-Запольский. Arxivləşdirilib 2012-03-20 at the Wayback Machine // «Персоналии белорусской социологии». Электронный справочник.
  4. Довнар-Запольский, Митрофан Викторович Arxivləşdirilib 2007-05-19 at the Wayback Machine // ru:Энциклопедический Словарь Брокгауза и Ефрона
  5. Людмила Рінгіс. "Довнар-Запольський. Засновник ALMA MATER" (ukrayna). Оф. сайт КНЭУ. 10.10.2015. 2017-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-04.
  6. "ДОВНАР-ЗАПОЛЬСКИЙ Митрофан Викторович (1867—1934) // Москва. Новое Донское кладбище". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-22.
  7. Біяграфія Мітрафана Доўнар-Запольскага Arxivləşdirilib 2008-06-05 at the Wayback Machine, «Чалавек і грамадства».
  8. [https://web.archive.org/web/20220615155316/https://bigenc.ru/economics/text/3154394 Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine Политическая экономия / Г. Д. Гловели // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.]
  9. Довнар-Запольский Митрофан Викторович. Arxivləşdirilib 2012-11-15 at the Wayback Machine Хронос
  10. По материалам: «Персоналии белорусской социологии». Электронный справочник. Arxivləşdirilib 2012-03-20 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]