1933

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İllər
192919301931193219331934193519361937
Onilliklər
1910-cu illər1920-ci illər1930-cu illər1940-cı illər1950-ci illər
Əsrlər
XIX əsrXX əsrXXI əsr
1933 digər təqvimlərdə
Qriqori təqvimi 1933
MCMXXXIII
Yuli təqvimi 1933
Yuli təqvimi
bizans erasında
7441-7442 (1 sentyabr)
Romanın yarandığı gündən 2685-2686 (21 aprel)
Avropa təqvimi
5693-5694

ה'תרצ"ג  - ה'תרצ"ד

Hicri təqvim 1351-1353
Erməni təqvimi 4425-4426 (11 avqust)

ՌՋԼԳ

Çin təqvimi 4629-4630
壬申 - 癸酉
qara meymun  - qara xoruz
Efiopiya təqvimi 1925 - 1926
Hind təqvimi
- Vikram-samvat 1989-1990
- Şaka sambat 1855—1856
- Kali-yuqa 5034-5035
İran təqvimi 1311-1312
Buddist təqvimi 2476
Holosen təqvimi 11933
Yapon xronologiyası 8 Syova erası
Fransız inqilabı təqvimi 141—142
Çuçxe təqvimi 22-ci çuçxe ili
Minqo təqvimi 22-ci Tayvan ili
  • 1 yanvar:
    • SSRİ-də 7 saatlıq iş rejiminə keçilməsinin başa çatması.
    • Nikaraqua prezidenti vəzifəsinə Liberallar partiyasından seçilən Xuan Batista Sakasanın təyin edilməsi.
  • 2 yanvar — ABŞ ordusunun sonuncu əsgərinin Nikaraqua ərazisini tərk etməsi.
  • 15 fevral — terrorçu Cüzeppe Zinqara tərəfindən ABŞ-nin yenicə seçilmiş prezidenti Franklin Ruzveltə sui-qəsd cəhdi edilməsi.
  • 16 fevralAlmaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, RumıniyaYuqoslaviya tərəfindən "Kiçik Antanta" ittifaqının yaradılması.
  • 28 fevralAlmaniyada şəxsiyyət, söz, mətbuat, yığıncaq və ittifaq azadlığını ləğv edən fövqəladə qanunların qəbul edilməsi.
  • 4 martFranklin Ruzveltin ABŞ prezidenti vəzifəsində Herbert Huveri əvəz etməsi.
  • 8 martAvstriyada söz və yığıncaq azadlıqlarının ləğv edilməsi.
  • 15 mart — E.Dolfus hökuməti tərəfindən Avstriya parlamentinin buraxılması, avtoritar idarəetmə sisteminin elan edilməsi.
  • 19 martPortuqaliyada ölkədə unitar korporativ respublikanın yaradılmasını elan edən yeni konstitusiyanın qəbul edilməsi.
  • 26 aprelAlmaniyada Gestaponun yaradılması.
  • 15 maySSRİ-də Çelyabinsk Traktor Zavodunun istifadəyə verilməsi.
  • 20 iyunSSRİ Prokurorluğunun təsis edilməsi.
  • 22 iyunAlmaniyada Almaniya Sosial-Demokrat Partiyasının buraxılması.
  • 4 iyulAlmaniyada Bavariya Katolik Partiyasının, "Mərkəz" Partiyasının və Xalq Partiyasının buraxılması.
  • 8 iyul — Maqnitoqorsk Metallurgiya Zavodunda ilk marten peçinin istifadəyə verilməsi.
  • 15 iyul — Ural Ağır Maşınqayırma Zavodunun (Uralmaş) istifadəyə verilməsi.
  • 4 avqustKubada ümumi tətilin başlanması.
  • 14 avqust — Kubada ümumi tətilin başa çatması.
  • 21 sentyabr — Almaniyada reyxstaqın yandırılması işi üzrə Leypsiq prosesinin başlanması.
  • 16 noyabrSSRİ ilə ABŞ arasında diplomatik münasibətlərin yaradılması.
  • 5 dekabrABŞ-də "quru qanun"un ləğv edilməsi, spirtli içkilərin leqallaşdırılması.
  • 10 dekabr — M.C.Bağırovun AK(b)P MK-nin birinci katibi seçilməsi.