İbislər
Naviqasiyaya keç
Axtarışa keç
İbislər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: İbislər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
İbislər (lat. Threskiornithidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi.
İri və orta böyüklükdə quşlardır. Dimdiyi uzun, aşağı əyilmiş (əsl ibis) və ya düz, uc hissəsindən enlidir (ərsindimdik). Ayaqları uzun, barmaqlarının əsası qısa pərdələrlə birləşmişdir. 20 cinsi (32 növü) vardır. Azərbaycanda iki növü qaranaz (qaravay) və ərsindimdik yuvalayır. Bataqlıq və göllərdə yayılmışdır. Koloniyalarla ağacda, qamışlıqda, qayalarda və yerdə yuvalayır; 2-3 və bəzən 4 yumurta qoyur, 3-4 həftə kürt yatır. Cücü, qurd, molyusk, xərçəngkimilər, xırda balıq, qurbağa və s. ilə qidalanır.
Təsnifatı
[redaktə | vikimətni redaktə et]Ərsindimdiklər (Plataleinae) yarımfəsiləsi
- Ərsindimdik (Platalea)
İbislər (Threskionithinae) yarımfəsiləsi
- Threskiornis
- Pseudibis
- Thaumatibis
- Geronticus
- Nipponia
- Bostrychia
- Theristicus
- Cercibis
- Mesembrinibis
- Phimosus
- Eudocimus
- Plegadis
- Lophotibis
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2011.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Sovet EnsiklopediyasıIV cild, səh. 353, Bakı, 1980