38°09′ c. e. 144°21′ ş. u.HGYO

Celonq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Celonq
ing. Geelong
38°09′ c. e. 144°21′ ş. u.HGYO
Ölkə  Avstraliya
Region Viktoriya ştatı
Tarixi və coğrafiyası
Əsası qoyulub 1838
Sahəsi 918.79 km²
Mərkəzin hündürlüyü 14 m
Saat qurşağı
Əhalisi
Əhalisi 191,44 nəfər (2016)
Sıxlığı 200.46 nəf./km²
Rəqəmsal identifikatorlar
Poçt indeksi 3220
Digər
geelongaustralia.com.au
Xəritəni göstər/gizlə
Celonq xəritədə
Celonq
Celonq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Celonq (ing. Geelong) — Avstraliyanın cənubunda, Viktoriya ştatında şəhər.[1]

Əhalisi 143,9 min (2011) nəfərdir.[1]

Bass boğazının Port-Fillip körfəzindəki Korio buxtasında yerləşir. Dəniz portu (yük dövriyyəsi 12 mln. t-dan çoxdur, 2006; əsasən, neft və neft məhsulları, buğda, mineral gübrə).

Nəqliyyat qovşağıdır. Avalon aeroportu burada yerləşir.[1]

Əsası 1837-ci ildə qoyulmuşdur. 1841-ci ildə Celonq portundan Böyük Britaniyaya qoyun yununun (19-cu əsrdə Avstraliyanın əsas ixrac əmtəəsi) ilk partiyası göndərilmişdi. 1857-ci ildə dəmiryol xətti Celonqu Melburn ilə birləşdirdi. 1910-cu ildə şəhər statusu almışdır. 1920–30-cu illərdə Celonqun sənaye mərkəzi (yun emalı üzrə 3 fabrik, viski zavodu, “İnternational HarvesterAmerika firmasının kənd təsərrüfatı texnikasını istehsal edən fabriki) və iri port kimi (əsasən, buğda ixracı) əhəmiyyəti artmışdı.[1]

Tarixi tikililər müasir turizm infrastrukturu ilə birləşir. Dikin Universiteti (1974), Celonq-kollec (1861), Qordon texnologiya kolleci (1887), Kardiniya beynəlxalq kolleci (1995); Rəssamlıq qalereyası (1896), yun milli muzeyi (1988), dəniz muzeyi (1968), avtomobil muzeyi (1999); İncəsənət mərkəzi (1981; tərkibində Ford və Blakiston teatrları), Skilld stadionu (2005-ci ilədək Kardiniya-park adlanmışdır) var.[1]

İşləyən əhalinin 76%-i xidmət sferasında, təqribən 20%-i sənaye sahəsində çalışır. “Shell” şirkətinin neft emalı zavodu (1954-cü ildən; Avstraliyada ən iri zavodlardan biridir: 2004-cü ildə 6,1 mlrd. l-dən çox neft məhsulları – benzin, dizel yanacağı və s.), “Ford Motors” şirkətinin avtomobil zavodu (1926-cı ildən), alüminium istehsalı zavodu (1963-cü ildən; ildə təqribən 185 min t alüminium) fəaliyyət göstərir. Xalça (“Godfrey Hirst” şirkəti), geyim və sörfinq aksessuarları (“Rip Curl” firması) və s. istehsal olunur.[1]

Həmçinin bax

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 Celonq// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 215. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]