Zeyd ibn Harisə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zeyd ibn Harisə
Doğum tarixi 581
Doğum yeri
Vəfat tarixi 629[1][2]
Vəfat yeri
Həyat yoldaşları
Uşağı
Fəaliyyəti hərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zeyd ibn Harisə (581, Ərəbistan yarımadası629[1][2], Muta[d], ərəb. زيد بن حارثة الكلبي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğlu. Quranda adı Zeyd olaraq keçir.

Tam adı Zeyd ibn Harisə ibn Şuraxil ibn Əbdül-Uzzadır. Erkən uşaqlıqda əsir düşən Zeyd ibn Harisə Hakim ibn Xəzəm tərəfindən fidyə alınaraq Xədicə binti Xuveylidə təqdim edilir. Məhəmməd peyğəmbərlə evləndikdən sonra Xədicə Zeydi ərinə verir. İslamı qəbul edən ikinci şəxs Zeyd, ondan sonra həyat yoldaşı Ümmü Eymun olur[5]. Zeyd ibn Harisə Məhəmməd peyğəmbərin ən sevimli səhabələrindən biri idi. [6]

Övladlığa götürmə

[redaktə | mənbəni redaktə et]

Peyğəmbərlik missiyasına başlamazdan əvvəl Məhəmməd peyğəmbər Zeydi oğlu və varisi elan edir. Övladlığa götürüldükdən sonra onun adı Zeyd ibn Muhəmməd idi. Lakin övladlığa götürülmüş uşaqlara qəyyumlarının adlarını verməyi qadağan edən Quran ayəsi nazil olana qədər bu cür davam edir.

" Onları (övladlığa götürülmüş uşaqları) atalarının adları ilə çağırın. Bu, Allah qarşısında daha ədalətlidir. Əgər onların atalarını tanımırsınızsa, deməli, onlar sizin din qardaşlarınız və sevdiklərinizdir. Səhv etsəniz, ürəyinizdə niyyət etmədikcə, sizə heç bir günah olmaz. Allah Bağışlayandır, Rəhmlidir. "

Məhəmməd peyğəmbər Əli ibn Əbu Taliblə Taifə gedəndə Zeyd ibn Harisə də onların yanında idi. Taif sakinləri onları qəbul etmirlər, onlara zülm etməyə, daş atmağa başlayırlar. Zeyd Məhəmməd peyğəmbəri bədəni ilə qoruyur hətta bu zaman başı belə yaralanır.

Zeynəb binti Cahş ilə evliliyi

[redaktə | mənbəni redaktə et]

Övladlığa götürülmə Məhəmməd peyğəmbərin əvvəllər Zeydin arvadı olmuş Zeynəb binti Cəhş ilə evlənməsi hekayəsi ilə bağlıdır. Övladlığa götürülmüş oğlunun arvadı ilə evlənmək faktı Məkkə bütpərəstlərinin xoşuna gəlməsə də, şəriətə zidd deyildi. Məhəmməd peyğəmbər bu evliliyi ilə bütpərəstlik qanunlarına öz nifrətini və İslam qanunlarının aliliyi göstərdi. Müşriklərin hücumlarının digər səbəbi isə Zeydin keçmiş də qul olması və Zeynəbin zadəgan ailəsindən olması idi. Məkkə qanunlarına görə, müxtəlif təbəqələrdən olan insanlar arasında belə bir evlilik mümkün deyildi, lakin bu Zeydlə Zeynəbin evliliyinə mane olmur. Onu da qeyd etmək lazımdır ki, heç vaxt belə bir evliliyə uyğunlaşa bilməyən Zeydin boşanmasına səbəb mənşə fərqi olur.

Quranda Zeydin Zeynəb binti Cəhşlə evlənməsi əhvalatı qeyd olunur.

" (Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” -deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmağına daha çox layiq olan kimsə Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər! "

Hərbi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Zeyd ibn Harisə yaxşı oxçu idi. Bədr, Uhud, Xəndəq, Hudeybiyyə, Xeybər, Mutə və digər döyüşlərdə iştirak etmişdir. O, həm də “Fərdət”, “Camum”, “Aiys”, “Tərəf”, “Haşimi”, “Fəzafiz” və s. yürüşlərində müsəlman qoşunlarının başçısı olmuşdur.

629-cu ildə (8-ci hicri) Məhəmməd peyğəmbər Zeyd ibn Harisəni Mütə döyüşündə Bizansla qarşılaşmalı olan 3000 nəfərlik ordunun başçısı təyin edir. Zeyd bu döyüşdə müsəlmanların bayrağını daşıyarkən həlak olur. Zeyd ibn Harisənin ölümü onu çox sevən Məhəmməd peyğəmbər üçün ağır itki olur.

Zeyd haqqında hədis

[redaktə | mənbəni redaktə et]
  • “Cənnətə girdim və gənc bir huri ilə tanış oldum, soruşdum ki, sən kiminsən? Qadın cavab verdi: Zeyd ibn Harisənin.
  • “Zeydi sevdiyim üçün məni qınamayın”.
  • “Allaha and olsun ki, Zeyd ibn Harisə ona tapşırılan işə layiq idi və insanlar arasında mənim sevimlim idi.”[7]