Siril Norman Hinşelvud
Siril Norman Hinşelvud | |
---|---|
Cyril Norman Hinshelwood | |
| |
Doğum tarixi | |
Doğum yeri | London, İngiltərə, Birləşmiş Krallıq |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | London, İngiltərə, Birləşmiş Krallıq |
Dəfn yeri | |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Milliyyəti | ingilis |
Elm sahələri | Kimya, fiziki kimya. |
İş yerləri | Oksford Universiteti, İmperial Kolleci. |
Təhsili | Oksford Universiteti, Vestminster məktəbi |
Üzvlüyü | |
Mükafatları |
Deyvi medalı - 1942 Royal medalı - 1947 Kimya üzrə Nobel mükafatı - 1956 [2] |
Vikianbarda əlaqəli mediafayllar |
Siril Norman Hinşelvud (19 iyun 1897[3], London - 9 oktyabr 1967, London) — 1956-cı ildə Nikolay Semyonovla birlikdə Kimya üzrə Nobel mükafatı alan ingilis alimi. Xüsusilə kimyəvi reaksiya mexanizmləri üzərindəki tədqiqatları ilə tanınır. Hidrogenin yanması, oksigenin su əmələ gətirməsi kimi zəncirvari reaksiyaların mexanizmini və sürətini öyrənmişdir. Son illərindəki tədqiqatlar antibiotik sahəsində istifadə olunacaq bakterial hüceyrə divarlarında gedən reaksiyalar üzərində olmuşdur.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]İlk illər
[redaktə | mənbəni redaktə et]19 iyun 1897-ci ildə Londonda anadan olmuşdur. Vestminster şəhər məktəbində və Oksford universitetində təhsil almış və Oksforddan lizensiyalı dərəcə almışdır. Sırası ilə Balliol, Triniti və Ekseter kolleclərində işləmişdir. 1921-1937 illərində Triniti kollecində dərslər vermişdir. 1937-ci ildən Oksford Universitetində professor kimi işləməyə başlamışdır. Həmin dövrdə İngiltərə hökumətinə elm sahəsində köməklik göstərmişdir. 1929-cu ildə London Kral Cəmiyyətinə seçilmişdir.[4] 1955-1960 illərdə bu quruma başçılıq etmişdir. 1948-ci ildə Ser titulu qazanmışdır. 1960-cı ildə Ləyaqət nişanına layiq görülmüşdür.
Tədqiqatları
[redaktə | mənbəni redaktə et]İlk illərdə kimya kinetikası üzərində olmuşdur. Bu mövzuda 1926-cı ildə "Tələbələr üçün Kimyəvi reaksiya və Kimya Termodinamikası" adlı kitabı yazmışdır. Bu kitabın dördüncü nəşri 1940-cı ildə baş vermişdir. 1940-cı ildən sonra bakterial hüceyrə divarlarında gedən reaksiyalara və bakteriyaların mühitin dəyişməsinə verdikləri reaksiyalara fizika kimya əsasında açıqlama gətirməyə çalışmışdır. Antibiotik sahəsindəki işləri də vacibdir. 1946 ildə "Bakteriya Hüceyrəsinin Kimyəvi Kinetikası" adlı kitabı nəşr olunmuşdur. Ən son kitabı 1951-ci ildə nəşr olunmuş "Fiziki Kimyanın Strukturu"dur.
1946-1948-ci illərdə Kimya Cəmiyyətinin, 1961-1962 illərdə Faradey Cəmiyyətinin başçısı olmuşdur.
Oksford Universitetindən fəxri hüquq doktoru, Bristol, Kembric, Dublin, Hall, Lids, Şeffild, Uels və Ottava Universitetlərindən fəxri dərəcə almışdır. Heç vaxt evlənməmişdir. 1967-ci ildə Londonda vəfat etmişdir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Bir çox mükafat qazanmışdır:
Mükafat | İl | Təqdim edən |
---|---|---|
Lavosye medalı | 1936 | Fransa Kimya Cəmiyyəti |
Deyvi medalı | 1942 | London Kral Cəmiyyəti |
Royal medalı | 1947 | London Kral Cəmiyyəti |
Lonqstaf medalı | 1948 | — |
Quldberq medalı | 1952 | Oslo Universiteti |
Kimya üzrə Nobel mükafatı | 1956 | Nobel Komitəsi |
Leverhulm medalı | 1960 | — |
Kopli medalı | 1962 | London Kral Cəmiyyəti |
Kitabları
[redaktə | mənbəni redaktə et]Həyatı boyunca fiziki kimya və kimya sahəsində, həmçinin bioloji kimyada işlər aparmış, bir neçə kitabı nəşr olunmuşdur:
- "Kimya Tələbələri üçün Termodinamika" (1926)
- "Qaz Sistemlərində Kimya Kinetikası Dəyişməsi" (1933)
- "Kimyəvi Dəyişmənin Kinetikası" (1940)
- "Bakterial Hüceyrənin Kimyəvi Kinetikası" (1946)
- "Biologiya və Kimya arasında bəzi əlaqələr" (1949)
- "Fiziki Kimyanın Strukturu" (1951)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 www.pas.va (ing.).
- ↑ "1956". nobelprize.org. 2015-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2013.
- ↑ 1 2 "cyrilnormanhinshelwoodbio". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2013.
- ↑ "hinshelwood". nobelprize.org. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2013.
- 19 iyunda doğulanlar
- 1897-ci ildə doğulanlar
- 70 yaşında vəfat edənlər
- 9 oktyabrda vəfat edənlər
- 1967-ci ildə vəfat edənlər
- Londonda dəfn olunanlar
- London Kral Cəmiyyətinin üzvləri
- Leopoldin Alman Milli Elmlər Akademiyasının üzvləri
- SSRİ Elmlər Akademiyasının üzvləri
- Papa Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Dei Linçei Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Londonda doğulanlar
- Londonda vəfat edənlər
- İngilis kimyaçılar
- İngiltərə kimyaçıları
- Kimya üzrə Nobel mükafatı laureatları