İtalo Qariboldi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İtalo Qariboldi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lodi, Lombardiya, İtaliya Krallığı
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Roma, İtaliya
Vətəndaşlığı İtaliya Krallığı
İtaliya İtaliya
Hərbi fəaliyyəti
Qoşun növü İtaliya Kral Ordusu
Xidmət illəri 1899–1943
Rütbəsi General
Döyüşlər
Təltifləri Knight Commander of the Military Order of Savoy Officer of the Military Order of Savoy Knight of the Military Order of Savoy Silver Medal of Military Valour Grand Officer of the Colonial Order of the Star of Italy Knight grand cross of the order of the crown of Italy Dəmir xaçın Cəngavər xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtalo Qariboldi (20 aprel 1879 – 3 fevral 1970) İkinci dünya müharibəsindən əvvəl və müharibə ərzində İtaliya Kral Ordusunda xidmət etmiş ordu generalıdır. Stalinqrad döyüşü zamanı İtaliya qoşunlarına rəhbərlik etdiyi üçün Adolf Hitler tərəfindən Dəmir xaç ordeninin Cəngavər xaçı mükafatına layiq görülmüşdür.[1]

Qariboldi İtaliyanın Lombardiya vilayətinin Lodi şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsi başa çatdıqdan sonra o, ard-arda daha yüksək rütbələrə sahib olmuşdur.

Qariboldi 1935-ci ildə İkinci İtaliya-Həbəşistan müharibəsinin şimal cəbhəsində mübarizə aparan 30-cu piyada diviziyasına rəhbərlik etməyə başlamışdır. Onun rəhbərlik etdiyi bu diviziya Eritreyada yerləşən I Ordu Korpusunun tərkibinə daxil idi. 1936-cı ilin may ayında İtaliya Efiopiyanı məğlub etdikdən sonra Eritreya, Həbəşistanİtaliya Somalisi 1 iyun 1936-cı ildə İtalyan Şərqi Afrikası adı altında krallığın müstəmləkəsinə çevrildi.

Qariboldi 1939-cu ildən 1941-ci ilə qədər Marşal İtalo Balbonun rəhbərliyi altında olan hərbi birləşmədə ordu komandiri vəzifəsində xidmət etmişdir. 1940-cı ilin iyun ayında İtaliya müharibəyə qoşulduqda Qariboldi Fransanın nəzarəti altında olan Tunislə sərhəddə yerləşən 5-ci Ordunun komandiri idi. O, bununla eyni vaxtda Liviyada dislokasiya olunmuş orduya da rəhbərlik edirdi. Fransa döyüşü başa çatdıqdan sonra 5-ci Ordu Misirlə sərhəddə yerləşən 10-cu Ordu üçün əsas təchizat işlərinə cavabdeh birlik olmuşdu.

1940-cı ilin dekabrında Britaniya hərbi birləşmələri Kompas əməliyyatına başladıqda Qariboldi müvəqqəti olaraq 10-cu Ordunun komandiri təyin olunmuşdu. Həmin əməliyyat nəticəsində ingilislər qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək bəzi əraziləri yenidən ələ keçirə bilmişdi.

Qariboldi 25 mart 1941-ci ildə Liviyanın general-qubernatoru təyin olundu, lakin 19 iyul tarixində alman generalı Ervin Rommellə əlaqələrin yaxşı olmamasına görə özü bu vəzifədən istefa verdi.

1942-ci ildən 1943-cü ilə qədər o, Rusiyada mübarizə aparan İtaliya qoşunlarına rəhbərlik etmişdir. Stalinqrad döyüşü ərzində də həmin şəhər uğrunda döyüşən italyan qüvvələrinə məhz Qariboldi rəhbərlik edirdi.

1943-cü ildə Qariboldi İtaliyada olarkən Kral III Viktor Emanuel və Marşal Pyetro Badolyo tərəfindən faşist Benito Mussolini hakimiyyəti devrildi və Antihitler koalisiyası ilə atəşkəs müqaviləsi imzalandı. Bir çox digər italyan hərbçiləri kimi Qariboldi də almanlar tərəfindən əsir götürüldü. O, 1944-cü ildə ölüm cəzasına məhkum edildi, lakin elə həmin ildə müttəfiqlər tərəfindən həbsdən azad edildi.

İtalo Qariboldi 1970-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində vəfat etmişdir.

Onun oğlu Mario Qariboldi də atası kimi hərbçi olmuşdur.

  1. Adolf Hitler, Max Domarus (ed). Hitler: Speeches and proclamations, 1932-1945. Bolchazy-Carducci, 2004. P. 2777.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]