Qədir-Xum
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Qədiri-Xum(ərəb. غدير خم) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur.
Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur:
- Şimal istiqamətində bir yol Mədinəyə gedir;
- Şərq istiqamətində bir yol İraqa gedir;
- Qərb istiqamətində bir yol Misirə gedir;
- Cənub istiqamətində bir yol Yəmənə gedir.
Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir. Hal-hazırda bu diyar tərk olunmuş bir yerdir. Lakin bir zamanlar İslam tarixinin ən böyük hadisələrindən birinin şahidi olmuşdur. O hadisə Məhəmməd peyğəmbərin (s) Əli ibn Əbu Talibi canişin təyin etməsi idi.
Qədirin qısa bəyanı
[redaktə | mənbəni redaktə et]"Həccətul-vida"[1] 10-cu hicri ilinin axırıncı ayı sona çatdıqdan sonra Peyğəmbərin də olduğu karvan Məkkədən Mədinəyə geri qayıtmağa başladı. Karvan Rabiğ adlı məntəqəyə[2] çatanda (Cöhfədən 3 mil məsafədə yerləşir[3] Qədir-Xum adlı yerdə vəhy mələyi Cəbrayıl nazil olaraq Peyğəmbərə (s) aşağıdakı ayə ilə xitab etdi:
یَا أیُّها الرَّسُولُ بَلِّغْ ما اُنْزِلَ إِلَیْکَ مِنْ رَبِّکَ وَ إنْ لَمْ تَفْعَلْ فَمٰا بَلَّغْتَ رِسٰالَتَهُ وَ اللّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ
- Ey Rəsulum! Allah tərəfindən sənə nazil olanları insanlara çatdır! Əgər (bunu) çatdırmasan, Allahın risalətini təkmil etməmişsən. Allah səni camaatdan (onların ziyanından) qoruyacaqdır.[4]
Ayənin bəyan tərzi göstərir ki, Allah-taala peyğəmbərlik vəzifəsinə bərabər olan və islam düşmənlərinin məyus, naümid olmasına səbəb olan böyük bir vəzifəni peyğəmbərin öhdəsinə qoymuşdur. Bundan da əlamətdar bir hadisə ola bilərdimi ki, yüz minlərlə insanın gözü önündə Əli (əleyhis-salam)-ı ümmətə rəhbər, xəlifə, canişin təyin etmiş olsun?! Bu səbəbdən karvana dayanmaq göstərişi verildi. Öndəkilər ayaq saxladı, arxadakılar da gəlib onlara qoşuldu. Günorta zamanı hava həddindən artıq isti idi. Hətta camaatın bir qrupu əbalarının bir tərəfini başlarına, o biri tərəfini isə ayaqlarının altına salmışdılar. Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün ağaclardan birinin üzərinə çadır salıb kölgəlik düzəltdilər. O həzrət dəvələrin palanından düzəlmiş uca bir kürsüyə çıxaraq uca səslə xütbə oxudu.
Peyğəmbər-in Qədir-Xumdakı xütbəsi
[redaktə | mənbəni redaktə et]
Həmd-səna yalnız Allaha məxsusdur! Ondan kömək istəyirəm, Ona sitayiş edir və Ona təvəkkül edirəm! Pis və yaramaz əməllərdən Ona pənah aparıram! Elə bir Allah ki, Ondan başqa heç bir hidayət edən, yol göstərən yoxdur! Hər kəsi O hidayət etsə, Onu heç kəs zəlalətə sala bilməz. Şəhadət verirəm ki, Ondan başqa heç bir məbud yoxdur. Məhəmməd də Onun bəndəsi və peyğəmbəridir. Ey insanlar! Yaxın zamanlarda Rəbbimin dəvətinə "ləbbeyk" deyərək sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də məsuliyyət daşıyırsınız!
Sonra buyurdu: Mənim barəmdə necə fikirləşirsiniz? (Sizin qarşınızda vəzifəmi layiqincə yerinə yetirdimmi?) Bu zaman, o həzrətin xidmətlərini təsdiqləyən gur səslər ucalmağa başladı:
— Biz şəhadət veririk ki, sən özünün ilahi risalət vəzifəni layiqincə yerinə yetirib səy göstərdin. Allah sənə xeyir mükafat versin! Peyğəmbər buyurdu:
–Şəhadət verirsinizmi ki, aləmin pərvərdigarı yeganədir, Məhəmməd onun bəndəsi və peyğəmbəridir?! (Eləcə də şəhadət verirsinizmi ki,) başqa bir aləmdə behiştlə-cəhənnəmin əbədi həyat olduğunda şəkk-şübhə yoxdur?! Dedilər:
— Bəli, səhihdir, şəhadət veririk!
Sonra buyurdu: Ey insanlar! Mən sizin aranızda iki nəfis və dəyərli əmanət qoyuram, görüm, məndən sonra bu ikisi ilə necə rəftar edəcəksiniz?!
Bu zaman bir nəfər ayağa qalxıb uca səslə dedi:
— İki dəyərli əmanət dedikdə məqsədin nədir?
Həzrət buyurdu:
— Biri Allahın kitabıdır ki, onun bir tərəfi Allahın qüdrətli əlində, digər tərəfi isə sizin əlinizdədir. Digəri isə mənim əhli-beytim və itrətimdir. Allah mənə xəbər vermişdir ki, bu ikisi heç vaxt bir-birindən ayrılmayacaqdır. Ey insanlar! Quran və itrətimdən qabağa keçməyin və hər ikisinin fərmanlarına əməl etməkdə səhlənkarlıq etməyin, əks halda ziyana uğrayacaqsınız!
Bu zaman Əli (əleyhis-salam)-ın əlindən tutub o qədər yuxarı qaldırdır ki, hər ikisinin qoltuğunun altındakı ağlıq görünməyə başladı. Onu camaata təqdim edərək buyurdu: – Möminlərə, onların özlərindən daha layiqi kimdir?
Dedilər: Allah və Peyğəmbəri daha yaxşı bilir!
Peyğəmbər buyurdu:
– Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat:
{{{1}}} مَنْ کُنْتُ مَوْلاهُ فَهٰذا عَلِىٌّ مَوْلاهُ اَللّهُمَّ وٰالِ مَنْ وٰالاهُ وَ عٰادِ مَنْ عٰادٰاهُ وَاحِبَّ مَنْ أحِبَّهُ وَ أَبْغِضْ مَنْ أَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَهُ وَ أَدِرِ الْحَقَّ مَعَهُ حَیثُ ٰدارَ
"Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.[5] Pərvərdigara! Əlini sevənləri sev, onun düşmənləri ilə düşmən ol! Ona məhəbbət bəsləyənlərə məhəbbət bəslə! Ona kömək edənlərə kömək et, köməyini əsirgəyənlərdən köməyini əsirgə! O hər yerdə olsa, haqqı onunla birlikdə dövr etdir!"[6]
"Qədir" hadisəsinin əbədiliyi
[redaktə | mənbəni redaktə et]Allahın həkimanə iradəsi tələb etmişdir ki, tarixi "Qədir" hadisəsi bütün əsr və zamanlarda canlı bir tarix sürətində qalsın, insanların qəlb və ruhu ona doğru cəzb olsun. İslam yazıçıları bütün əsirlər boyu təfsir, tarix, hədis, kəlam kitablarında ondan söz açsın. Natiqlər öz nitq və nəsihətli moizələrində onun barəsində danışsın və onu imam Əli (əleyhis-salam)-ın inkar olunmaz fəzilətlərindən saysın. Təkcə vaizlər və natiqlər deyil, hətta şairlər də bu hadisədən ilham alaraq öz ədəbi zövqlərini işə salmış, bu hadisə ilə əlaqədar təfəkkürlərini vilayət sahibinə bəslədikləri xalis duyğulardan rövnəqləndirmiş, ən ali şerləri müxtəlif qaliblərdə və müxtəlif dillərdə yadigar qoymuşlar.[7] Başqa sözlə desək, dünyada çox az tarixi hadisə tapmaq olar ki, "Qədir" hadisəsi qədər müxtəlif təbəqələrin: mühəddislərin, müfəssirlərin, mütəkəllimlərin, filosofların, xətiblərin, şairlərin, tarixçilərin və sirə yazanların diqqət mərkəzində olmuş olsun. Bu hədisin ölməzlik səbəblərindən biri də onun barəsində iki ayənin[8] nazil olmasıdır. Nə qədər ki, Quran əbədidir, bu tarixi hadisə də heç vaxt insanların zehnindən xaric olmayacaqdır.
- Ən başlıcası, tarixə müraciət etməklə aydın olur ki, Zil-həccə ayının 18-ci günü müsəlmanlar arasında "Qədir-Xum" bayramı kimi məşhur olmuşdur. Hətta İbni Xəlkan, Əl-Mustəla ibn Müstənsər barəsində yazır: "487-ci ilin Qədir-Xum günündə yəni, Zil-həccənin 18-ci günündə camaat ona beyət etdi."[9] Əl-müstənsər-billah əl-Əbidi barəsində də yazır: "O, 487-ci ilin Zil-həccə ayının sonuna 12 gün qalmış vəfat etdi. O gecə Zil-həccə ayının 18-i yəni, Qədir-Xum bayramının gecəsidir."[10]
- Əbu Reyhan Biruni "Əl-Asarul-baqiyə" kitabında Qədir-Xum bayramını bütün müsəlmanlar tərəfindən keçirilən bayramlar sırasında qeyd etmişdir.[11]
- Təkcə İbn Xəlkan və Əbu Reyhan Biruni deyil, məşhur əhli-sünnət alimlərindən biri olan Səaləbi də "Qədir" gecəsini islam ümməti arasında məşhur gecələrdən biri kimi qeyd etmişdir.[12]
- Bu islami bayramın kökü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövrünə qayıdır. Çünki, həmin gün Peyğəmbər mühacir və ənsara, hətta öz həyat yoldaşlarına belə göstəriş vermişdi ki, Əlinin hüzuruna gedərək imamət və vilayətinə görə onu təbrik etsinlər.
Zeyd ibn Ərqəm nəql edir: "Mühacirlərdən Əbubəkr, Ömər, Osman, Təlhə və Zübeyr Əliyə beyət edən ilk şəxslər idilər. Beyət və təbrik mərasimi gün batana qədər davam etdi."[13]
Hədis ravilərindən 110 nəfər
[redaktə | mənbəni redaktə et]Bu tarixi hadisənin əhəmiyyəti ilə bağlı bunu qeyd etmək kifayətdir ki, onu peyğəmbər səhabələrindən 110 nəfər nəql etmişlər. Əlbəttə, bu o demək deyildir ki, o çoxsaylı insanlardan yalnız bunlar həmin hadisəni nəql etmişlər; əksinə məqsəd budur ki, təkcə əhli-sünnət alimlərinin kitablarında 110 səhabənin adı diqqət çəkir. Tabein dövrünə məxsus, islam tarixi ilə ikinci əsrdə o hədisi 89 nəfər nəql etmişdir. "Qədir" hədisinin nəqli sonrakı əsrlərdə də əhli-sünnət alimlərinin payına düşür. Onlardan 360 nəfəri bu hədisə öz kitablarında yer vermişdir. Bir çoxları hədisin sənədinin möhkəm və səhih olmasına etiraf etmişlər. Bəziləri də bu hədisi nəql etməklə kifayətlənməmiş, əlavə olaraq onun sənəd və məzmunu barəsində müstəqil kitablar yazmağa cəhd etmişlər. Qəribədir ki, böyük islam tarixçisi Təbəri "Əl-vilayətu fi turuqi hədisil-ğədir" adlı bir kitab yazmış və bu hədisi 75 yolla Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etmişdir. İbn Uqdə Kufi "Vilayət" adlı risaləsində bu hədisi 105 nəfərdən nəql etmişdir. Əbubəkr Məhəmməd ibn Ömər Bağdadi (Cəm’ani adı ilə məşhurdur) bu hədisi 25 yolla nəql etmişdir.
Məşhur əhli-sünnət alimlərindən
[redaktə | mənbəni redaktə et]Əhməd ibn Hənbəl Şeybani
İbn Həcər Əsqəlani
Cəzri Şafei
Əbu Səid Səcistani
Əmir Məhəmməd Yəməni
Nisai, Əbul-Əla Həmədani
Əbul-İrfan Həbban bu hədisi müxtəlif sənədlərlə[14] nəql etmişlər. Şiə alimləri də bu tarixi hadisə ilə əlaqədar çoxlu dəyərli kitablar yazaraq, əhli-sünnətin mühüm mənbələrinə işarə etmişlər. Onların da ən geniş və əhatəlisi böyük İslam alimi mərhum Əllamə Əmini tərəfindən qələmə alınan "Əl-Qədir"dir.
- Beləliklə, peyğəmbər Əlini öz canişini təyin etdikdən sonra buyurdu:
"Ey insanlar! İndi vəhy mələyi nazil olaraq bu ayəni gətirdi: {{{1}}}
- اَلْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دینَکُمْ وَ أَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتِى وَ رَضیتُ لَکُمُ الإِسْلامَ دیناً
- "Bu gün dininizi sizin üçün kamil etdim, nemətimi sizə tamamladım və İslamı bir din olaraq sizin üçün seçib bəyəndim."[15]
Bundan sonra, peyğəmbərin təkbir (Allahu əkbər) səsi ucaldı və o buyurdu: "Allaha şükür edirəm ki, öz ayinini ilə kamil etdi, öz nemətini kamala çatdırdı, məndən sonra Əlinin vilayət və canişinliyinə razı oldu."
- Sonra həmin uca yerdən endi və Əli-ə buyurdu:
Xeymədə (çadırda) otur, İslamın bariz şəxsiyyət və başçıları sənə beyət edərək (bu məqam münasibətilə səni) təbrik etsinlər. Hamıdan öncə Şeyxlər – Əbubəkr və Ömər Əlini təbrik edərək onu özlərinin mövlaları adlandırdılar. Həssan ibn Sabit fürsəti qənimət sayaraq Peyğəmbər-dən icazə aldı və həzrət Əli-nin hüzurunda şeir oxumağa başladı. Burada onun yalnız iki beytini qeyd etməklə kifayətlənirik:
{{{1}}}
- فَقٰالَ لَهُ: قُمْ یٰا عَلِىُّ فَاِنَّنِى — رَضِیْتُکَ مِنْ بَعْدِى إِمٰاماً وَ هٰادِیاً
- فَمَنْ کُنْتُ مَوْلاَهُ فَهٰذٰا وَلِیُّهُ — فَکُونُوا لَهُ اَتْبٰاعَ صِدْقٍ مَوٰالِیاً
- "Peyğəmbər Əliyə buyurdu: Qalx ayağa, mən səni öz canişinim və özümdən sonra camaatı hidayət edən qərar verdim.
- Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir. Siz səmimi qəlbdən onu sevə-sevə onun ardıcılları olun."[16]
Bu hədis İmam Əli-nin bütün səhabələrdən üstün və fəzilətli olmasına dair ən tutarlı dəlil və ən böyük şahiddir.
- Hətta Əmirəl-möminin Əli özü də ikinci xəlifənin vəfatından sonra təşkil olunan xilafət şurasında[17], habelə Osmanın xilafəti və öz xilafəti dövründə, ona istinad etmişdir.[18]
- Bundan əlavə, böyük İslam şəxsiyyətləri, o cümlədən Fatimeyi-Zəhra müxaliflərin və Əli-nin vilayət və yüksək məqamını inkar edənlərin qarşısında daim bu hədisə istinad edirdi.[19]
"Mövla" dedikdə məqsəd nədir?
[redaktə | mənbəni redaktə et]Burada mühüm məsələ "mövla" kəlməsinin təfsir və izahıdır. Bu söz tam aydın olsa da, ona qarşı lazımi diqqət göstərilməmişdir. Çünki, qeyd olunanlardan əlavə, hədisin sənədinin qəti olmasında heç bir şəkk-şübhəyə yer qalmır.
- Buna görə də bəhanə axtaranlar onun məzmun və məfhumunda şəkk-şübhə və münaqişə yaratmaq istəmiş, xüsusilə "mövla" kəlməsinə dair şübhələrdən çəkinməmişlər.
- Amma qətiyyətlə söyləmək lazımdır ki, "mövla" kəlməsi bu hədisdə, hətta əksər hallarda birdən artıq məna kəsb etmir, "daha artıq ixtiyar sahibi və daha layiqli" mənasında, başqa sözlə "başçı" və "qəyyum" mənasında işlənir. Quranda da bir çox ayələrdə "mövla" kəlməsi "qəyyum" və "daha artıq ixtiyar sahibi" mənasında işlənmişdir:
- Mövla sözü Quranın 18 ayəsində və onun 10 dəfəsi Allah barəsində işlənmişdir. Aydındır ki, Allah barəsində işlənərkən "mövla" sözü "qəyyum" və hər bir şeyə onun özündən artıq ixtiyar sahibi olması mənasına, çox cüzi hallarda isə dostluq mənasına işlənir.
Buna əsasən, "mövla" sözünün ilk növbədə "daha artıq ixtiyar sahibi və daha layiqli" mənasına işlənməsində şəkk-şübhə yoxdur. "Qədir" hədisində də "mövla" kəlməsi məhz həmin mənadadır. Bundan əlavə, çoxlu sübut və faktlar da mövcuddur ki, bu sözün "daha artıq ixtiyar sahibi", "başçı" və "qəyyum" mənasında işləndiyini göstərir.
Bu müddəanın doğruluğuna dair sübutlar
[redaktə | mənbəni redaktə et]Fərz edin ki, "mövla" sözü lüğətdə müxtəlif mənalarda işlənir. Lakin "Qədir" hədisində və bu böyük tarixi hadisədə mövcud olan çoxlu faktlar hər növ şəkk-şübhəni aradan qaldırıb məsələni hamıya sübut edir.
Birinci fakt
[redaktə | mənbəni redaktə et]Qeyd etdiyimiz kimi, tarixi "Qədir" hadisəsində Peyğəmbər-in şairi Həssan ibn Sabit icazə alaraq ayağa qalxdı və həzrətin kəlamının məzmununu nəzmə çəkib şer formasına saldı. Fəsahət və bəlağət bulağından su içmiş, ərəb dilinin incəlik və sirlərinə agah olan bu şəxs "mövla" kəlməsinin yerinə imam və hadi (hidayətçi) kəlmələrindən istifadə etmişdir: {{{1}}}
- فَقٰالَ لَهُ: قُمْ یٰا عَلِىُّ فَاِنَّنِى — رَضِیْتُکَ مِنْ بَعْدِى إِمٰاماً وَ هٰادِیاً
- "Peyğəmbər Əliyə buyurdu: Ey Əli! Ayağa qalx mən səni özümdən sonra ümmətimin imamı və hidayətçisi seçdim."
[20] Aydındır ki, o, Peyğəmbərin kəlamındakı "mövla" sözündən imamət, rəhbərlik və hidayətçi məqamından başqa bir şey başa düşməmişdi. Qeyd etmək lazımdır ki, Həssan ərəb dilçilərindən, fəsahət-bəlağət ustadlarından sayılırdı. "Mövla" kəlməsindən bu mənanı başa düşən Təkcə şöhrətli ərəb şairi Həssan deyildi; ondan sonra ədəbiyyatçı, məşhur şair, ərəbşünas sayılan böyük islam şairlərinin çoxu da bu sözdən Həssanın başa düşdüyü məhz həmin mənanı – imamət və rəhbərlik mənasını – başa düşmüşdülər!
İkinci fakt
[redaktə | mənbəni redaktə et]Əli Müaviyəyə yazdığı şerlərində "Qədir" hədisi barəsində belə buyurur: {{{1}}}
- وَ أَوْجَبَ لِى وِلایَتَهُ عَلَیْکُمْ رَسُولُ اللّهِ یَوْمَ غَدِیرِ خُمٍّ
- "Peyğəmbər "Qədir" günündə öz vilayətini mənim üçün sizə vacib etdi".[21]
İmamdan da yüksək bir şəxs hədisi bizim üçün təfsir edərək "Peyğəmbər "Qədir" günü vilayəti hansı mənaya buyurmuşdur?" – deyə buyura bilərmi?! Bu təfsir "Qədir" günündə iştirak edənlərin hamısının zehinlərindən İslam cəmiyyətinə rəhbərlik və imamətdən başqa heç bir şey keçmədiyini göstərmirmi?!
Üçüncü fakt
[redaktə | mənbəni redaktə et]Peyğəmbər (səlləllahu əleyhi və alih) "Mən kuntu movlahu…" cümləsindən əvvəl aşağıdakı sözləri irəli çəkib onlardan iqrar aldı: {{{1}}}
- اَلَسْتُ أَوْلَى بِکُمْ مِنْ أَنْفُسِکُمْ
- "Mən sizin özünüzə, özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?!"
Həzrət bu cümlədə "nəfs – can barədə daha üstün və ixtiyar sahibi olmaq" kəlməsindən istifadə etdi, bütün insanlardan, özünün onların "mövlası" olması barədə iqrar aldı və dərhal sonra buyurdu: {{{1}}}
- مَنْ کُنْتُ مَوْلاهُ فَهذا عَلِىٌّ مَولاهُ
- "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır."
Bu iki cümlənin ardıcıl qeyd edilməsində məqsəd nədir? Məgər Peyğəmbərin Qurana əsasən malik olduğu həmin məqamları Əli üçün də sübut etmirmi?! Bu fərqlə ki, o Peyğəmbərdir, Əli isə imamdır. Nəticədə, hədisin mənası belə olur: "Mən hər kəs üçün onun özündən artıq ixtiyar sahibiyəmsə, Əli də onun üçün ixtiyar sahibidir."[22] Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bundan başqa məqsədi olsaydı, özünün "mövla" olması barədə camaatdan iqrar almasına heç bir lüzum olmazdı. Peyğəmbərin bu bəyanını görməməzliyə vurmaq, bu qədər aşkar faktların yanından asanlıqla ötüb keçərək gözlərini yummaq ən azı insafsızlıqdır!
Dördüncü fakt
[redaktə | mənbəni redaktə et]Peyğəmbər əvvəlcə İslamın üç mühüm prinsipi barədə iqrar alaraq buyurdu: {{{1}}}
- أَلَسْتُمْ تَشْهَدُونَ أنْ لا إِلهَ إلاّ اللّهُ وَ أنَّ مُحَمَّداً عَبْدُهُ و رَسُولُهُ وَ أَنَّ الجنَّةَ حَقٌّ وَ النَّارَ حَقُّ
- "Siz şəhadət vermirsinizmi ki, Allahdan başqa heç bir məbud yoxdur?! Məhəmməd onun bəndəsi və rəsuludur, behişt və cəhənnəm haqdır?!"
Bu iqrarı almaqda o həzrətin məqsədi nə idi?! Məgər bununla camaatın zehninə hazırlıq yaratmaq istəmirdimi ki, sonralar Əli üçün sübuta yetən məqam və mövqeyin əvvəlki etiqad prinsipləri ilə eyni səviyyədə olmasını başa düşsünlər və bilsinlər ki, onun vilayət və xilafətinə etiqad bəsləmək hamısının əvvəllər etiraf etdiyi üç dini prinsipə iqrar etməklə eynidir?! Əgər "mövla" dedikdə məqsəd "köməkçi" və ya "sevmək" olsaydı, bu cümlələrin arasındakı əlaqə pozular və kəlam özünün möhkəmliyini itirərdi.
Beşinci fakt
[redaktə | mənbəni redaktə et]Peyğəmbər (səlləllahu əleyhi və alih) xütbənin əvvəlində özünün vəfatından xəbər verir və buyurur: {{{1}}}
- إِنِّی أُوْشِکُ أَنْ اُدْعٰى فَاُجِیبَ
- "Yaxın zamanlarda mən (Allah dərgahına) dəvət olunacaq və bu dəvəti qəbul edəcəyəm."[23]
Bu cümlə Peyğəmbər-in öz vəfatından sonra bir çarə fikirləşmək istədiyini, vəfatından sonra yaranacaq boşluğu doldurmaq fikrində olduğunu göstərir. Belə bir boşluğu yalnız hər cəhətdən layiqli və alim bir canişin təyin etməklə doldurmaq olardı ki, həzrətin vəfatından sonra ümmətin işlərini öhdəsinə götürsün. Bundan ayrı məqsəd ola bilməzdi. Vilayət (mövla olmaq) sözü xilafətdən başqa mənaya yozulsa, Peyğəmbər-in kəlamları arasındakı məntiqi bağlılıq tamamilə pozula bilər. Halbuki, o, ən fəsahətli və bəlağətli bir şəxsdir. Vilayət məsələsinə dair bundan da aşkar bir dəlil ola bilərmi?
Altıncı fakt
[redaktə | mənbəni redaktə et]Peyğəmbər "mən kuntu movlahu" cümləsindən sonra buyurur: {{{1}}}
- اَللّهُ أَکْبَرُ عَلىٰ إکْمٰالِ الدِّینِ وَ إتْمٰامِ النِّعْمَةِ وَ رِضَى الرَّبِّ بِرِسٰالَتِى وَ الْوِلایَةِ لِعَلىٍّ مِنْ بَعْدِى
- "Allah böyükdür! Bu dini kamil etməsinə, öz nemətini tamam və kamal həddinə çatdırmasına, Pərvərdigarın mənim risalətimə və Əlinin məndən sonrakı vilayətinə (ümmətə rəhbərliyinə) razı olmasına görə!"
Əgər məqsəd ümmətin həzrət Əlini sevib məhəbbət bəsləməsi, ona kömək etməsi olsaydı, onda Əliyə məhəbbət və dostluq icad etməklə, ona kömək etməklə Allahın dini necə kamil ola və onun neməti son həddinə necə çata bilərdi? Ən aydın bəyan budur: "Allah mənim risalətimə və Əlinin məndən sonrakı vilayətinə razı oldu.[24] Bunların hamısı mövla sözünün xilafət mənasında işlənməsinə dair aşkar sübut ola bilər.
Yeddinci fakt
[redaktə | mənbəni redaktə et]Şeyxeynin – Əbubəkrlə Ömər, Peyğəmbər-in saysız-hesabsız səhabələri Peyğəmbər minbərdən enəndən sonra gəlib hamılıqla Əlini təbrik etdilər. Bu təbrik mərasimi gün batan vaxta qədər davam etdi. Bundan da aydın dəlil ola bilərmi? Belə ki, Şeyxeyn imam Əlini təbrik edərək aşağıdakı sözləri deyən ilk şəxslər olmuşdur: {{{1}}}
- هَنِیئاً لَکَ یٰا عَلِىَّ بْنَ أَبِِی طَالِبٍ أََصْْبَحْتَ وَ أَمْسَیْتَ مَوْلاىَ وَ مَوْلىٰ کُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍس
- "Mübarək olsun, ey Əli! Mənim və hər bir imanlı kişi və qadının mövlası oldun!"[25]
O gün Əli hansı bir məqama nail olmuşdu ki, belə təbriklərə layiq görülürdü?! Görəsən, ümmətə rəhbərlikdən və xilafətdən başqa bir məqam idimi ki, o günə qədər rəsmi şəkildə elan edilməmişdi və belə bir təbrikə layiq görülürdü? Təbii ki, məhəbbət və dostluq təzə bir şey deyildi.
Səkkizinci fakt
[redaktə | mənbəni redaktə et]Əgər Peyğəmbər-in məqsədi Əli-ə qarşı dostluq və məhəbbət olsaydı, bu məsələnin belə qızmar bir havada irəli çəkilməsinin əsla lüzumu olmazdı. (Belə ki, həzrət yüz min nəfərdən ibarət olan karvanı hərəkətdən saxladı və camaatı belə bir qızmar havada, isti qumların və daşların üzərində oturtdu, müfəssəl bir xütbə oxudu.)
Digər tərəfdən, məgər Qurani-kərim bütün inanclı cəmiyyətin üzvlərini bir-birinə qarşı qardaşlığa dəvət etmirmi?! Belə ki, buyurur: {{{1}}}
- إنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ
- "Həqiqətən imanlı şəxslər bir-birinin qardaşıdırlar."[26]
Məgər Quran başqa ayələrdə inanclı insanları bir-birinin dostu, himayədarı hesab etmirmi?! Əli də həmin imanlı cəmiyyətin bir üzvü idi, artıq bu dostluğun (xüsusi şəkildə Əliyə qarşı) elan olunmasında – məsləhətin fərz edildiyi təqdirdə – bu qədər müqəddimələrə, xütbə oxumağa ehtiyac yox idi. Bunu Mədinədə də elan etmək olardı. Qəti şəkildə demək lazımdır: məsələ o qədər mühüm idi ki, bu qədər müstəsna müqəddimələrə ehtiyac duyulurdu. Elə müqəddimələr ki, Peyğəmbər-in həyatında misilsiz idi və onun oxşarı heç vaxt görünməmiş, təkrar olunmamışdı.
İnsaf
[redaktə | mənbəni redaktə et]Qeyd olunan aşkar faktlara əsasən, bir şəxs Peyğəmbər-in məqsədində yəni, müsəlmanların xilafət və rəhbərlik məsələsində şəkk etsə, bu qəribə deyildirmi?! Şəkk-şübhə edənlər öz vicdanlarını necə qane edə bilirlər?! Qiyamət günündə Pərvərdigarın cavabını necə verəcəklər?
- Qəti olaraq demək lazımdır ki, əgər bütün müsəlmanlar yersiz təəssübləri, ədalətsiz mühakimələri kənara qoyaraq "Qədir" hədisini yenidən araşdırsalar, gözəl nəticələr əldə edəcəklər ki, bu da müsəlmanların arasında daha artıq vəhdətə səbəb olacaq, İslam cəmiyyəti özünə yeni bir sima alacaqdır.[27]
Haqq kiminlədir?
[redaktə | mənbəni redaktə et]Peyğəmbər-in həyat yoldaşları Ümmi Sələmə və Aişə onun belə buyurduğunu nəql edirlər: {{{1}}}
- عَلِىٌّ مَعَ الْحَقِّ وَ الْحَقُّ مَعَ عَلِىٍّ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ
- "Haqq Əli ilə, Əli də haqq ilədir. Bunlar "Kövsər" hovuzunun kənarında mənim yanıma gəlincəyə qədər bir-birindən ayrılmazlar."
Bu hədis məşhur əhli-sünnət mənbələrinin çoxunda qeyd olunmuşdur. Əllamə Əmini bu mənbələri dəqiq şəkildə "Əl-Qədirin" 3-cü cildində bir yerə toplamışdır.[28] Məşhur əhli-sünnət müfəssiri Fəxr Razi özünün "Təfsiri kəbir" adlı kitabında – "Həmd" surəsinin izahında yazır: "Əli ibn Əbu Talibə gəldikdə isə, o, "Bismillah"ı ucadan oxuyurdu. Bu məsələ mütəvatir şəkildə sübuta yetmişdir. Hər kəs dinində Əlinin yolu ilə getsə, hidayət olunar. Bunun dəlili də Peyğəmbər-in buyurduğu kəlamdır: {{{1}}}
- اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَ عَلِىٍّ حَیْثُ دَارَ
- "Pərvərdigara! Haqqı Əlinin vücudu ətrafında dolandır; Əli necə hərəkət edirsə, onu da elə dövr etdir!"[29]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Peyğəmbərin (s) son həcc mərasimi
- ↑ Rabiğ – hal-hazırda Məkkə-Mədinə arasında yerləşən bir məntəqədir.
- ↑ Ehramın miqatlarından biridir və keçmişdə Mədinənin, Misirin və İraqın yolları oradan ayrılırdı.
- ↑ Maidə surəsi, 67
- ↑ Peyğəmbər (s.a.v.) əmin olmaq üçün bu cümləni üç dəfə təkrar etdi ki, sonralar səhvə yol verməsinlər.
- ↑ "Qədir" hədisinin bu hissəsi; eləcə də bəzən ikinci hissə olmadan birinci hissəsi, yaxud da əksinə, aşağıdakı ədəbiyyatda mövcuddur:
- "Müsnəd", Əhməd ibn Hənbəl, 1-ci cild, səh. 254;
- "Tarixi Dəməşq", 42-ci cild, səh. 207–208 və 448;
- "Xəsais", Nəsai, səh. 181;
- Əl-mocəmul-kəbir", 17-ci cils, səh.39;
- "Sunən" Tirmizi, 5-ci cild, səh.633;
- "Müstədək" Hakim, 13-cü cild, səh. 135;
- "Əl-mucəmul-ovsət", 6-cı cild, səh. 95;
- "Müsnəd", Əbu Yəla, 1-ci cild, səh. 280;
- "Əl-məhasin vəl-məsavi", səh. 41;
- "Mənaqib", Xarəzmi, səh. 104 və başqa kitablar.
- ↑ Mərhum Əllamə Əmini islam tarixi boyu Qədiriyyə şerlərinin mühüm hissəsini – şairlərinin həyat və yaradıcılığından geniş bəhs açmaqla – 11 cildlik "Əl-Qədir" kitabında qeyd etmişdir.
- ↑ "Maidə" surəsi, ayə: 67 və 3.
- ↑ "Vəfəyatul-əyan", 1-ci cild, səh. 60.
- ↑ "Vəfəyatul-əyan", 2-ci cild, səh. 223.
- ↑ "Əl-asarul-baqiyə"nin tərcüməsi, səh. 395; "Əl-Qədir", 1-ci cild, səh. 267
- ↑ "Simarul-qulub", səh. 511
- ↑ Ömər ibn Xəttabın Əli (əleyhis-salam)-a təbrik deməsi məsələsi əhli-sünnətin saysız-hesabsız mənbələrində qeyd olunmuşdur. O cümlədən:
- "Müsnədi Hənbəl", 6-cı cild, səh. 401;
- "Əl-bidayətu vən-nihayə", 5-ci cild, səh. 209;
- "Əl-fusulul-muhimmə", İbni Səbbağ, səh. 40;
- "Fəraidus-simteyn", 1-ci cild, səh. 71. Həmçinin Əbubəkrin, Ömərin, Osmanın, Təlhənin, Zübeyrin və başqalarının həzrəti təbrik etməsi çoxlu kitablarda qeyd olunmuşdur. O cümlədən:
- Əhməd ibn Məhəmməd Təbəri "Mənaqibu Əli ibn Əbi Talib" kitabında nəql etmişdir.("Əl-Qədir" 1-ci cild, səh. 270)
- ↑ Bu sənədlərin məcmusu dəyərli "Əl-Qədir" kitabının 1-ci cildində mövcuddur və ümumi şəkildə əhli-sünnət mənbələrini bir yerə yığmışdır.
- ↑ "Maidə"surəsi, ayə:3
- ↑ Həssanın şerləri çoxlu mənbələrdə qeyd olunmuşdur. O cümlədən:
- "Mənaqib", Xarəzmi, səh. 135
- "Məqtədul-Hüseyn", Xarəzmi, 1-ci cild, səh. 47;
- "Fəraidus-simten", 1-ci cild, səh. 73–74;
- Ən-nurul-muştəəl", səh. 56,
- "Əl-mənaqib", Kovsər, 1-ci cild, səh. 118 və 362
- ↑ Bu ehticac (elmi mübahisə) aşağıdakı kitablarda vardır:
- "Mənaqib", Əxtəb Xarəzmi Hənəfi, səh. 217;
- "Fəraidus-simteyn", Həmvini, 58-ci bab;
- "Əd-durrun-nəzim", İbn Hatəm Şami;
- "Əs-səvaiqul-muhriqə", İbn Həcər Əsqəlani, səh. 75;
- "Əmali", İbn Uqdə, səh. 7 və 212;
- "Nəhcül-Bəlağə"nin şərhi, İbn Əbil-Hədid, 2-ci cild, səh. 61;
- "İstiab", İbn Əbdul-Birr, 3-cü cild, səh. 35;
- "Təfsir" Təbəri, 3-cü cild, səh. 418,
- "Maidə" surəsinin 55-ci ayəsinin təfsirində.
- ↑
- "Fəraidus-simteyn", 1-ci simt, 58-ci bab;
- "Nəhcül-Bəlağə"nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh. 362;
- "Usdul-ğabə", 3-cü cild, səh. 307, 5-ci cild, səh. 205;
- "Əl-isabə", İbn Həcər Əsqəlani, 2-ci cild, səh. 408, 4-cü cild, səh. 80;
- "Müsnəd" Əhməd, 1-ci cild, səh. 84–88;
- "Əl-bidayətu vən-nihayə", İbn Kəsir Şami, 5-ci cild, səh. 210, 7-ci cild, səh. 348;
- "Məcməuz-zəvaid", Heytəmi, 9-cu cild, səh. 106;
- "Zəxairul-uqba", səh. 67 və s. ("Əl-Qədir", 1-ci cild, səh. 163–164)
- ↑
- "Əsnəl-mətalib", Şəmsuddin Şafei,
- Səxavinin "Əz-zovul-lami" kitabından nəqlən: 9-cu cild, səh. 256;
- "Əl-bədruttale", Şovkani, 2-ci cild, səh. 297;
- "Nəhcül-bəlağə"nin şərhi, İbn Əbil-Hədid, 2-ci cild, səh. 273;
- "Mənaqib", Əllamə Hənəfi, səh. 130;
- "Bəlağatun-nisa", səh. 72;
- "Əl-əqdul-fərid", 1-ci cild, səh. 162;
- "Subhul-Əşa", 1-ci cild, səh. 259;
- "Murucuz-zəhəb", İbn Məsud Şafei, 2-ci cild, səh. 49;
- "Yənabiul-məvəddət", səh. 486
- ↑ Həssan ibn Sabitin bu şerləri ilə əlaqədar mənbələr əvvəldə qeyd olundu.
- ↑ Mərhum Əllamə Əmini "Əl-Qədir"də 2-ci cild, səh. 25–30-da bu şeri digər beytləri əlavə etməklə şiə alimlərindən 11 və əhli-sünnət alimlərindən 26 nəfərdən nəql etmişdir.
- ↑ "Ələstu ovla bikum min ənfusikum" cümləsini Əllamə Əmini 64 islam mühəddisi və tarixçisindən nəql etmişdir: 1-ci cild, səh. 371
- ↑
- "Əl-Qədir", 1-ci cild, səh. 26, 27, 30, 32, 33, 34, 36, 47 və 176-ya müraciət edin. Bu mətləb əhli-sünnət mənbələrindəndir:
- "Səhih" Tirmizi, 2-ci cild, səh. 298;
- "Əl-fusulul-mühimmə", İbn Səbbağ, səh. 25;
- "Əl-mənaqibus-səlasə", Hafiz Əbul-Futuh, səh. 19;
- "Əl-bidayətu vən-nihayə", İbn Kəsir, 5-ci cild, səh. 209, 7-ci cild, səh. 348;
- "Əs-səvaiqul-muhriqə", səh. 25;
- "Məcməuz-zəvaid", Heytəmi, 9-cu cild, səh. 165 və s.
- ↑ Mərhum Əllamə Əmini hədisin bu hissəsinin mənbələrini 1-ci cild, səh. 43, 165, 231, 232, 233 və 235-də qeyd etmişdir. O cümlədən:
- "Əl-vilayə", İbn Cərir Təbəri, səh. 310;
- "Təfsir", İbn Kəsir", 2-ci cild, səh. 14;
- "Əd-durrul-mənsur", 2-ci cild, səh. 259;
- "Əl-itqan", 1-ci cild, səh. 31;
- "Miftahun-nəcah", Bədəxşi, səh. 220;
- "Ma nəzələ minəl-Quran fi Əliyyin", Əbu Nəim İsfahani;
- "Tarixi Bağdad", Xətib Bəğdadi, 4-cü cild, səh. 290;
- "Mənaqib" Xarəzmi, səh. 80;
- "Əl-xəsaisul-Ələviyyə", Əbul-Fəth Nətənzi, səh. 43;
- "Təzkirə", İbn Covzi, səh. 18;
- "Fəraidus-simteyn", 12-ci bab
- ↑ "Şeyxeynin" təbrik məsələsindən agah olmaq üçün "Əl-Qədir" 1-ci cild, səh. 270–283-ə baxa bilərsiniz ki, əvvəllər bu hədisin bir hissəsi qeyd olunub.
- ↑ "Hücurat" surəsi, ayə: 10
- ↑ Qum, İslamı maarif və tədqiqat qrupu-Ayatullah məkarimi şirazi saytı.
- ↑ Bu hədisi Məhəmməd ibn Əbubəkr, Əbuzər, Əbu Səid Xudri və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabələrindən bir çoxları nəql etmişdir. ("Əl-Qədir"in 3-cü cildinə bax.)
- ↑ "Təfsiri Kəbir", 1-ci cild, səh. 205
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Nuri ət-Təbərsini Qədir-Xum barədə sözlərinin təhrif edilməsi" (az.). az.313news.net. 2014-06-14. 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
- "Qədir-Xum hədisi və Əhli-beyt (ə) düşmənlərinin "Sünəni-Tirmizi" kitabını təhrif etmələri" (az.). az.313news.net. 2011-08-27. 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
- "Qədir-Xum hədisi sünni mənbələrində" (az.). saqaleyn.wordpress.com. 2013-09-30. İstifadə tarixi: 2014-10-09.
- [1] (türk.)