Ağciyər venaları
Ağciyər venaları | ||
---|---|---|
Alveolun qurluş vahidi: alveola, alveol kisəciyi, bronxiola, ağciyər arteriya və venası | ||
Latınca | Venae pulmonales | |
Qrey | subyekt 165 642 | |
Mənbəyi | Ağciyərlər | |
Açılır | Sol qulaqcığa | |
Arteriya | Ağciyər arteriyası | |
Embrional | Arterial kötük - lat. Truncus arteriosus | |
MeSH | Pulmonary+Veins | |
Ağciyər venaları lat. Venae pulmonales iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranına aid venalar olub ağciyərlərdən başlanğıcını götürərək, arteriyal qanı sol qulaqcığa daşıyır. Ağciyərlərin kütləsində olan kiçik venalar bir-birilə birləşərək ağciyərlərin qapılarında iki cüt ağciyər venalarını: sağ ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior dextra və sol ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior sinistra əmələ gətirirlər. Bunların qapaqları yoxdur.
Sağ ağciyər venaları
[redaktə | mənbəni redaktə et]Sağ ağciyər venaları sol tərəfdəkindən uzundurlar, ağciyər arteriyasının altı ilə və yuxarı boş venanın, sağ qulaqcığın və qalxan aortanın dalı ilə sağa doğru gedərək, ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılır.
Sol ağciyər venaları
[redaktə | mənbəni redaktə et]Sol ağciyər venaları ağciyər qapısından çıxaraq enən aortanın qabağı ilə sağa doğru gedirlər və ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılırlar. Ağciyər qapılarından çıxdıqdan sonra lat. vv. pulmonales bronx venalarının lat. vv. broncheales (vv. broncheales anteriores - BNA) bir qismini qəbul edirlər.
Tipləri
[redaktə | mənbəni redaktə et]- Sağ yuxarı — lat. superior dextra
- Sağ aşağı — lat. inferior dextra
- Sol yuxarı — lat. superior sinistra
- Sol aşağı — lat. inferior sinistra
Təsvirlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie [ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Illustration at infomat.net Arxivləşdirilib 2012-04-15 at the Wayback Machine