Tofiq Ağahüseynov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tofiq Ağahüseynov
bayraq
Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi
bayraq2
17 aprel 1997 – 2 aprel 2002
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1923(1923-02-01)[1]
Doğum yeri
Vəfat tarixi 12 may 2021(2021-05-12)[1] (98 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Hava hücumundan müdafiə
Döyüşlər
Rütbəsi general-polkovnik

Təltifləri "Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Azərbaycan Bayrağı" ordeni "Şöhrət" ordeni Order of the Red Star
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Tofiq Ağahüseynov — (tam adı: Tofiq Yaqub oğlu Ağahüseynov (1 fevral 1923[1], Nuxa12 may 2021[1], Bakı) — SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk və yeganə azərbaycanlı.

Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. 1930-cu ildə T.Ağahüseynov atası, anası, özündən böyük iki qardaşından ibarət olan ailəsi ilə birlikdə yeddi yaşında olarkən Bakıya köçüblər. Orta məktəbi Bakıda bitirib. 4-cü sinifi bitirərkən T.Ağahüsyenov bərk xəstələnir. Ayağa qalxmaq belə iqtidarında olmayan Ağahüseynov buna görə Mərdəkandakı uşaq sanatoriyasına göndərilir. Sonralar səhhəti yaxşılaşan Ağahüseynov 10-cu sinifi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitunun energetika fakültəsinə verir. 1941-ci ilin sentyabrında isə o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alır və bu rütbə ilə Bakıdan ayrılmalı olur.[2]

Müharibə illərində

[redaktə | mənbəni redaktə et]

1944-cü ilin yanvarında Sağsahil Ukraynada Sovet qoşunlarının hücumları başlandı. Korsun — Şevçenko rayonunda düşmənin 10 diviziyası və 1 briqadası mühasirəyə alınaraq məhv edildi. Sonra 4-cü Ukrayna cəbhəsinin qoşunları Pripyat çayından Dneprin mənbəsinə qədər böyük cəbhə boyu hücuma keçərək cənub qövsündə faşist ordusunun çox güclü qruplaşmasını darmadağın etdi və aprelin 17-də Sağsahil Ukrayna azad oldu. Sovet ordusu RumıniyaÇexoslovakiyanın sərhədlərinə çatdı. Ordumuz qara dəniz donanmasının da iştirakı ilə KrımıOdessanı azad etdi. Tofiq Ağahüseynov öz tərcüməyi-halında yazır:

" ... Qoşunlarımız müvəffəqiyyətlə sərhəd xəttinə yaxınlaşırdı. Hiss edirdik ki, həyatımızda nə isə dəyişiklik olacaq. Tezliklə divizionun yerinin dəyişdirilməsi barədə əmr alındı. Lakin nə komandir, nə də biz haraya göndəriləcəyimizi bilmirdik. Qoşunlarımız artıq Polşa ərazisinə girmişdi. Eşelona yüklənməyə hazırlıq işləri başlandı. Texnikanı cəmləyib yükləmə stansiyasına gəldik. İki gündən sonra eşelon verdilər. Topları və digər texnikanı platformaya yüklədik, şəxsi heyət isə yük vaqonlarında yerləşdirildi. Mayın 8-də hamının həsrətlə gözlədiyi qələbə qazanıldı. "

Hərbi xidmət yolu

[redaktə | mənbəni redaktə et]

1-ci Belarusiya cəbhəsində vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olmuş, Visla-Oder və Berlin əməliyyatlarında iştirak etmişdir. Müharibə bitdikdən sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalır.

Onun sağlamlığı, fiziki hazırlığı, ətrafındakılara münasibəti, cəsarəti, dönməzliyi, xüsusilə də daim biliyini artırması gələcəkdə böyük hərbçi olacağına yol açan faktorlardan idi. 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olur.

Tofiq Ağahüseynov 1960–64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edir, 1964-cü ilin sonlarında Volqoqrada göndərilir və diviziya komandiri kimi orada çalışır. 1968-ci ildə general-mayor rütbəsi alır. 1969-cu ildən Rostovda korpus komandiri təyin edilir.[3]

1972-ci ildə general-leytenant rütbəsi alır və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilir. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilir.[2] O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Tofiq Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvalə etdilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. Bu zaman onun 74 yaşı var idi.

O, 12 sentyabr 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri seçilmişdir.[4] O, 16 yanvar 2021-ci il tarixində istefa vermişdir.[5]

Tofiq Ağahüseynov 13 may 2021-ci ildə, 98 yaşında vəfat edib.[6] İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[7][8]

İllər Tutduğu vəzifə Yerləşdiyi yer Rütbəsi
1942 Tağım komandiri Arxangelsk vilayəti Leytenant
1943 Zenit artilleriyasının batareya komandiri Arxangelsk vilayəti Leytenant
1944 Əlahiddə zenit-artilleriya divizionu qərargah rəisinin köməkçisi Polşa, Almaniya Leytenant
1946 Zenit batareyası komandirinin müavini Bakı Baş leytenant
1947–1949 Zenit batareyası komandirinin müavini Bakı kapitan
1949–1953 Dzerjiniski adına hərbi akademiyanın dinləyicisi Moskva mayor
1953–1954 Hərbi komandirlik artilleriya akademiyasının dinləyicisi Leninqrad mayor
1954–1955 Zenit artilleriya divizionunun komandiri Bakı mayor
1955–1957 HHM Bakı dairəsi artilleriya qərargahının baş zabiti Bakı Podpolkovnik
1957–1960 Zenit-artilleriya alayı komandirinin müavini Bakı Podpolkovnik
1960–1964 Zenit-raket alayının komandiri Bakı Polkovnik
1964–1967 HHM 10-cu diviziyasının komandir müavini Volqoqrad Polkovnik
1967–1969 HHM 10-cu diviziyasının komandiri Volqoqrad General-mayor
1969–1975 HHM 12-ci korpusunun komandir müavini Rostov-Don General-mayor
1975–1980 HHM Bakı dairəsi qoşunları komandanının birinci müavini Bakı General-mayor
1980–1982 Zaqafqaziya hərbi Dairəsi HHM komandanı Tbilisi General-mayor
1982–1987 Varşava müqaviləsi dövlətləri Birləşmiş Silahlı Qüvvələri komandanının CSSR HHM komandanı yanında nümayəndəsi Praqa General-polkovnik

Hərbi xidmətindən sonrakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sovet Ordusu sıralarında azad edildikdən sonra T.Ağahüseynov daimi yaşamaq üçün Bakıya qayıdır. İşə düzəlmək barədə Azərbaycan KP MK-nın o zamankı I katibi K.Bağırova dəfələrlə edilən müraciətlər heç bir nəticə vermədi. 1988-ci ilin oktyabrda ona respublikada "Avtomobil həvəskarları" cəmiyyətinə rəhbərlik etməyi təklif etdilər. Bu könüllü cəmiyyət 1974-cü ildə yaradılmışdı. Avtomobil sahiblərini birləşdirirdi. Cəmiyyəti fəaliyyətində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaq idi. Cəmiyyət Respublika DAM ilə sıx əməkdaşlıq edirdi. Cəmiyyətin işinə avtomobil həvəskarlarının geniş dairəsini cəlb etmək məqsədilə həvəskar sürücülərin hazırlığı üzrə kurslar yaradıldı, habelə avtomobil və motosikletlərin iştirakı ilə idman tədbirləri keçirilməyə başladı. Cəmiyyətin tədris avtomaşınları üçün böyük parkı və yaxşı tədris bazası vardı. Bundan başqa respublikanın bütün böyük şəhər və rayonlarda onun filialları fəaliyyət göstərirdi. Yol-qəza hadisələrinin sayını azaltmaq üçün fəal iş aparılırdı. Lakin yenidən qurma ilə əlaqədar cəmiyyət təsərrüfat hesabına keçirildi ki, bu da onun maliyyə imkanlarına mənfi təsir göstərirdi. İdman dərnəkləri maliyyə çatışmazlığı üzündən öz fəaliyyətlərini dayandırmalı oldular, Xalq Cəbhəsinin hakimiyyəti illərində isə onlar bütünlüklə cəmiyyətin gəlirlərindən asılı vəziyyətə düşdülər. Yüksək vergilər ictimai tədbirlər həyata keçirməyə imkan vermirdi. Lakin bu çətinliklərə baxmayaraq T.Ağahüseynov cəmiyyətin fəaliyyətini müəyyən dərəcədə yaxşılaşdıra bildi. Azərbaycan SSR Nazirlər Sovetinin 5 iyun 1974-cü il tarixli qərarı ilə yaradılmış "Avtomobil həvəskarları" könüllü cəmiyyətinə T.Ağahüseynov sədr seçildikdən sonra bu təşkilatın işində böyük dəyişikliklər baş vermişdi. Yol hadisələrini araşdırarkən T.Ağahüseynov uşaqlarla bağlı hadisələri həmişə diqqət mərkəzində saxlamışdır. Gəncə şəhərində yaradılan və öz fəaliyyətini çoxdan dayandırmış uşaq şəhərciyi T.Ağahüseynovun təşəbbüsü ilə bərpa edilmiş, həyata ikinci vəsiqə qazanmışdır.

Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, ordenmedallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur.[9]

Haqqında deyilənlər

[redaktə | mənbəni redaktə et]

General Ağahüseynovu tanıyanlar, onunla birgə xidmət edənlər hərbi xidmətləri yanaşı onun insani keyfiyyətlərini də yüksək qiymətləndirmişlər. HHM Qırmızı Bayraqlı Bakı dairəsi hərbi Şurasının üzvləri və dairə komandanı, T.Ağahüseynov haqqında xüsusilə yüksək fikirdə olmuşlar.

General-polkovnik Fyodor Akimoviç Olifirov:

" ... Tofiq Yaqub oğlu inadlı əməyi, dərin biliyi, cəsarəti, böyük işgüzarlığı və tabeliyində olanlara sonsuz qayğısı ilə özünə qarşı tükənməz hörmət və məhəbbət qazanmışdı. "

General-polkovnik Stepan Karpoviç Çubarov:

" ... Mən general Ağahüseynovu ən müxtəlif vəzifələrdə görmüşəm və bir dəfə də eşitməmişəm ki, o kiməsə səsini qaldırsın. O sadə, qayğıkeş və diqqətcildir. Günahkarı elə formada tənbeh edir ki, ləyaqətinə və qüruruna toxunmur. Əsgərdən tutmuş generala qədər hamıya "Siz" deyə müraciət edir, təkcə elə bununla qarşılıqlı hörmət, işgüzarlıq ab-havası yaradırdı. Tofiq Yaqub oğlu əsgərlərlə ümumi dil tapmağı bacarırdı. Onlarla tez-tez ünsiyyətdə olur, necə yedizdirilmələri barədə sorğu-suala tutur, faydalı məsləhətlər verirdi. "

T.Ağahüseynovu yaxından tanıyan Sabir Ələkbərovun fikirləri də maraqlıdır. S.Ələkbərov öz xatirələrində yazır:

" ... 1971-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra məni Ordu sıralarına çağırdılar. Novorossiysk şəhərində - HHM Qoşunları Rostov korpusunda xidmətə başladım. Mənimlə birlikdə SSRİ-nin müxtəlif regionlarından olan millətlərin nümayəndələri, o cümlədən azərbaycanlılar da xidmət edirdilər. Vəzifələr bölüşdürüləndə mənə təsərrüfat hissəsi üzrə xidmət təklif olundu. Onda dedim ki, institutu mühəndis-radiotexnik ixtisası üzrə bitirmişəm. Cavabım polkovniki təəccübləndirdi və o soruşdu ki, mən haradanam, milliyətim nədir. Cavab verdim ki, Bakıdanam və milliyətcə azərbaycanlıyam. Polkovnik dedi ki, cənublular adətən mətbəxdə və təsərrrüfatda işləməyə üstünlük verirlər. Elə buradaca kimsə xəbərdarlıq etdi ki, ehtiyatlı olmaq lazımdır, bu sözlər Ağahüseynova çata bilər. Bu familiyanı ilk dəfə belə eşitdim. Lakin bilmirdim ki, onun bizim xidmətimizlə bağlılığı var. "Hələlik qərargahda işlə sonrasına baxarıq" - deyə polkovnik söhbətə nöqtə qoydu. Bir neçə həftədən sonra mən yüksək vəzifəli bir şəxsdən T.Ağahüseynov haqqında məlumat verməsini xahiş etdim. O təəccüblə soruşdu: "Necə yəni sən öz həmyerlin olan bu böyük şəxsiyyəti tanımırsan?". Hiss etdim ki, o mənə inanmır, zarafat etdiyimi düşünür. Ağahüseynovu tanımamağıma inanandan sonra dedi ki, Tofiq Ağahüseynov general-leytenantdırRostov korpusunun komandiridir. Mənə göstərilən xüsusi münasibətin səbəbini yalnız indi anladım. Həmin gündən fəxr etməyə başladım ki, həmyerlim belə yüksək rütbəyə və vəzifəyə çatıb. "
  1. Mən Bakıdanam. Tofiq Ağahüseynov (film, 2015)
  • Leytenantdan general-polkovnikədək. — Bakı: "hərbi nəşriyyat", 2001. −184 səhifə
  1. 1 2 3 4 https://report.az/herbi-xeberler/istefada-olan-general-polkovnik-vefat-edib/.
  2. 1 2 "Prezidentin təltif etdiyi Tofiq Ağahüseynov kimdir?". 2018-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.
  3. "Şərəfli general ömrü — 96 yaşlı general-polkovniklə MÜSAHİBƏ". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  4. "Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi qeyd edilib". Yeni Azərbaycan (ingilis). 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
  5. "Hikmət Hacıyev Veteranlar Təşkilatının iclasında iştirak edib". Qafqazinfo (az.). 2021-01-16. 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
  6. "Azərbaycanlı general-polkovnik dünyasını dəyişdi". 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  7. İstefada olan general Tofiq Ağahüseynov DƏFN EDİLDİ
  8. "İlham Əliyev generalın dəfninə əklil göndərdi". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  9. general-polkovnik Tofiq Ağahüseynov

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]