Kirpikli qurdlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kirpikli qurdlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Sinif:
Kirpikli qurdlar
Beynəlxalq elmi adı

Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi.

Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir. Adətən planarilər bədən əzələsini yığmaqla sürünərək hərəkət edirlər.

Xəzərdə 29 növü qeyd edilmişdir; Caspius, Anaperus sulcatus, Oliqochoerus bakuensis, Caspioplana pharynqosa və s. Bu qurdların əksəriyyəti Orta və Cənubi Xəzərdə yaşayır. Lənkəran və Ənzəli limanlarındakı dirəklər üzərində endemik növ olan Pentacoelum caspium qeyd edilmişdir.