Georgi Pırvanov
Georgi Pırvanov | |
---|---|
bolq. Георги Седефчов Първанов | |
22 yanvar 2002-ci il – 22 yanvar 2012-ci il | |
Vitse-prezident | Angel Marin |
Əvvəlki | Pyotr Stoyanov |
Sonrakı | Rosen Plevneliev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Siriştnik, Pernik vilayəti, Bolqarıstan Xalq Respublikası |
Partiya |
Bolqarıstan Kommunist Partiyası (1981—1991) Bolqarıstan Sosialist Partiyası (1991—2014) Bolqar Dirçəlişi Uğrunda Alternativ (с 2014) |
Təhsili | Sofiya Universiteti |
İxtisası | tarixçi |
Fəaliyyəti | siyasətçi, tarixçi |
Həyat yoldaşı | Zorka Pırvanova (1958) |
Uşaqları | oğulları Vladimir və İvaylo |
Dini | şərqi ortodoks xristianlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Georgi Sedefçov Pırvanov (bolq. Георги Седефчов Първанов; 28 iyun 1957[1][2][…]) — Bolqar siyasətçi, 2002–2012-ci illərdə Bolqarıstan prezidenti.
Həyatı
[redaktə | mənbəni redaktə et]Georgi Pırvanov 1981-ci ildə Sofiyada Klement Oxridski Universitetinin Tarix fakültəsini bitirib. 1981-ci ildən Bolqarıstan Kommunist Partiyasının (sonralar Bolqarıstan Sosialist Partiyasının) üzvü olub. Elə həmin il Bolqarıstan Kommunist Partiyası Tarixi İnstitutunda elmi işçi işləməyə başlayıb. 1988-ci ildə tarix sahəsi üzrə doktorluq dissertasiyası müdafiə edib. 1989-cu ildən BKP Tarixi İnstitutunda böyük elmi işçi işləyib. Açıqlanmış məlumatlara görə Bolqarıstan Dövlət Təhlükəsizlik Komitəsinin "Qotse" ləqəbli əməkdaşı olub[3]. 1994-cü ildə Bolqarıstan Xalq Məclisinin deputatı seçilib, radio və televiziya yayımı üzrə komissiyanın tərkibində fəaliyyət göstərib. 1994-cü ildə Bolqarıstan Sosialist Partiyasının Ali Şurası sədrinin müavini, 1996-cı ildə issə BSP-nin sədri olub. 1997-ci ildə yenidən deputat seçilib, "Demokratik Sol Qüvvələr" və "Bolqarıstan Uğrunda Koalisiya" fraksiyalarına başçılıq edib. 2001-ci ilin noyabrında prezident seçilib. 2006-cı ildə seçkilərdə millətçi Volen Siderova qalib gələrək yenidən ölkə prezidenti olub.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Heydər Əliyev" ordeni (Azərbaycan, 14 noyabr 2011-ci il)[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Georgi Parvanov // Encyclopædia Britannica (ing.).
- ↑ Georgi Parwanow // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "Личное дело секретного сътрудника Госбезопасности Георгия Пырванова" (PDF). 2011-05-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-05-24.
- ↑ Georgi Pırvanovun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az Arxivləşdirilib 2015-09-21 at the Wayback Machine (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Yaşayan insanlar
- 28 iyunda doğulanlar
- 1957-ci ildə doğulanlar
- Maltanın "Xidmətlərə görə" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyev" ordeni ilə təltif edilənlər
- "I Leopold" ordeni ilə təltif edilənlər
- Cənubi Xaç ordeni ilə təltif olunanlar
- "Mariya Torpağı Xaçı" ordeni ilə təltif edilənlər
- "Müqəddəs Olaf" ordeni ilə təltif edilənlər
- "Müqəddəs Olaf" ordeni kavalerləri
- "Üç Ulduz" ordeni ilə təltif edilənlər
- "Respublika" ordeninin kavalerləri (Moldova)
- "Stara Planina" ordeni ilə təltif edilənlər
- Serafimlər ordeninin kavalerləri
- Fil ordeninin kavalerləri
- "İtaliya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilənlər
- "Şahzadə Henri" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Bolqarıstan prezidentləri
- Sofiya Universitetinin məzunları
- Bakı Slavyan Universitetinin fəxri doktorları