Ermənistan Silahlı Qüvvələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ermənistan Silahlı Qüvvələri
Qurulub 1918

Ermənistan Silahlı Qüvvələri (ermənicə Հայաստանի Հանրապետության զինված ուժեր) — Ermənistanı qorumaq məsuliyyəti daşıyan ordu. 1992-ci ildə Ermənistan dövlət müstəqilliyini qazandıqdan həmən sonra yaradılmışdır. Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ümumi daxili məhsulun isə 3,6%-ni təşkil edir.

  • Əsgərlik yaşı: 18[1]
  • Xidmət müddəti: 24 ay[1]
  • Əsgərliyə alınması mümkün vətəndaş sayı:[mənbə göstərin]
    • 722.836 kişi, 15–49 yaş arası
    • 795.084 qadın, 15–49 yaş arası
  • Əsgərliyə yararlı vətəndaş sayı:[mənbə göstərin]
    • 551.938 kişi, 15–49 yaş arası
    • 656.493 qadın, 15–49 yaş arası

Ermənistanda hərbi çağırış 27 yaşa qədər aparılır.[1] 2015-ci ilədək bir çağırış müddətindən yayınmağa görə Ermənistan vətəndaşları minimum əmək haqqının 100 misli həcmində ödəniş edirdi. Daha sonra isə qüvvədə olan qanuna görə müddətli hərbi xidmətin 2 illik dövrünə görə onlar ümumi olaraq, 3 milyon 600 min dram həcmində vəsait ödəməlidirlər.[2]

Xaricdəki əsgər sayı:

  1. Kosovo – 70[mənbə göstərin]
  2. Əfqanıstan – 120[1]
  3. Livan – 65[3]
  4. Suriya – 83 hərbçi[4]

Zirehli texnika

[redaktə | mənbəni redaktə et]

Ermənistan Silahlı Qüvvələri Qarabağdakı hərbi birləşmələrsiz 3 ədəd T-54, 5 ədəd T-55 və 160 ədəd T-72 tankı, 10 ədəd BMD-1, 80 ədəd BRDM-2, 869 ədəd BMP-1, 98 ədəd BMP-2, 25 ədəd BTR-60, 228 ədəd BTR-70, 50 ədəd BTR-80, 145 ədəd zirehli rabitə maşınına, 50 ədəd BM-21 "Qrad" və Ural maşınlarının bazasında 9A51 "Prima" reaktiv yaylım atəş sisteminə, "Akatsiya" 2S3, "Qvozdika" 2S1, 90 ədəd D-30, habelə Çin istehsalı olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlərinə, 152 mm çaplı M1955 və 2A36, 29 ədəd T-12 tank əleyhinə topa malikdir.

Ermənistan Silahlı Qüvvələri şəxsi heyəti "Vahan" avtomatı, K-3 hücum tüfəngi (xüsusi təyinatlı qüvvələrin arsenalındadır), AK-47, AK-74, AKS-74U, PK pulemyotu, NSV (avtomat), SVD və "Zastava M93" snayperi, RPG-7 əl qumbaraatanı kimi yüngül silahlarla silahlanıb.

HHQ-nin inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İlyushin İL-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. AzərbaycanGürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyil.

Ermənistan hərbi aviasiyası 4 bölmədən ibarətdir: Gümrüdəki 121-ci əsas Hücum Aviasiyası Eskadronu, 15-ci Qarışıq Aviasiya alayı (Gümrü), mürəkkəb helikopter eskadronu (İrəvan) və 60-cı Aviasiya Təlim eskadronu (Arzni). Rusiyaya məxsus 18 ədəd MiQ-29 isə Erebuni Hava Limanındakı 3624 saylı aviabazada saxlanılır. Şəxsi heyəti 3 min nəfər təşkil edən Ermənistan HHQ-nin pilotları aviasiya üzrə ali məktəbi bitirmiş şəxslərdən 3–15 illik müqavilə əsasında komplektləşdirilir. Pilotlar və texniki personal İrəvanda Hərbi Aviasiya İnstitutunda kurslar keçirlər. Namizədlər Yak 52-də 80 saat təlim uçuşları, Aero L-39 Albatros-da isə 60 saat uçuş keçirdikdən sonra orduda onlara təyyarə həvalə olunur. Helikopter pilotları isə HHQ-nin inventarındakı 2 ədəd Mi-2 vasitəsi ilə öyrədilir.

Ermənistan HHMQ zenit reaktiv briqadasından və iki alaydan ibarətdir. Hansı ki bu alaylar müxtəlif modelli 100 zenit kompleksi ilə silahlanıb. Bunların sırasında Osa M79-u, Kruq, S-125 və 102-ci bazada yerləşdirilmiş səkkiz buraxılış qurğusunda olmaqla 24 ədəd S-300 zenit raketi daxildir. Hazırda HHMQ-də 3 min nəfər xidmət edir. Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları ən azı 3 divizion S-300PT-1 malikdir ki, onlarında hər biri 12 buraxma qurğusundan ibarətdir. Başqa bir məlumatda görə 1 divizion da S-300PТ-1 işğal olunmuş Dağlıq Qarabağda yerləşdirilib.[5]

Ermənistan HHQ-yə aşağıdakı zenit-raket kompleksləri daxildir: S-300 raketləri, "Scud B" ballastik raketləri, "Krug 2K11" yer-hava raketləri, Osa (SA 9K33) qısa məsafəli taktiki yer-hava raket sistemi, "Strela 9K35", "S-125 Neva/Pechora" yer-hava raketləri, "Strela 9K32" yer-hava raket sistemi, ZSU-23, ZU-23, ZU-23M özüyeriyən zenit sistemi, P-40, P-15 və P-12 radarları.[6]

Hərbi Hava Qüvvələri

[redaktə | mənbəni redaktə et]

1980-cı illərin sonlarından etibarən SSRİ- də tədricən dağılma prosesi güclənir, respublikalar daxilində ayrı-ayrı hərbi qruplaşmalar formalaşmağa başlayırdı. Sistem daxilində parçalanmadan istifadə edən ermənilər artıq, 1989-cu ildən etibarən hərbi qruplaşmalar yaratmağa çalışırdı. Ermənistan rəhbərliyi tərəfindən yaradılan bu qruplaşmalar, yerli azərbaycanlılara qarşı qırğınlarda və deportasiya proseslərində birbaşa iştirak edirdi. SSRİ-dən ayrılmaq istəyi ilə yanaşı Ermənistan rəhbərliyi daha da irəli gedərək ordu quruculuğu fonunda hərbi hava qüvvələrinin yaradılması prosesini (halbuki hələ SSRİ dağılmamışdı) tezləşdirmək istəyirdi.

SSRİ-nin dağıldığı zaman, Ermənistanda reaktiv döyüş aviasiyası olmayıb. Döyüş aviasiyasının olmaması Ermənistan hərbi hava qüvvələrinin formalaşmasını 1992-ci ilin avqustuna qədər təxirə saldı. 1990-ci il dekabrın 19-da "Avropada Adi Silahlar üzrə" müqaviləyə əsasən Ermənistana havadan müdafiə sistemi ilə yanaşı üç əməliyyat təyyarəsi (1992-ci ilin yayında Rusiya rəsmi olaraq Ermənistana ilk iki SU- 25 və SU- 25 UB döyüş təyyarələrini verib) və on üç silahlı helikopter qaldı. Döyüş helikopterləri qrupu 1991-ci ildə keçmiş 7- №-li Qvardiya helikopter alayının 382 saylı əlahiddə helikopter eskadrilyasının (İrəvan yaxınlığında keçmiş 32823 saylı hərbi hissə) əsasında formalaşdırıldı.

Bununla yanaşı, bölgüyə əsasən Ermənistan üçün Mİ-8 və Mİ-24 hərbi helikopterləri verilir. Ermənistan 1991-ci ildə altı An-2, bir An-24 və bir An-32B nəqliyyat təyyarələrini, həmçinin 10 Yak-52 təlim təyyarəsini qəbul edir. Noyabr ayında isə Rusiya Ermənistana daha 4 ədəd SU-25 təyyarələrini göndərir. Belə ki, SU-25-lərin göndərilməsi ermənilərə ilk həmlə eskadrilyasını təşkil etməyə imkan versə də, təyyarələr döyüş əməliyyatlarında istifadə edilməyib.

Rusiya Federasiyası ilə müqavilələr

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə "Daşkənd"də MDB daxilində KTMT yaradılması (2002-ci ildə əlaqələr daha da genişləndirildi), Rusiya-Ermənistan dostluq müqaviləsi, 21 avqust 1992-ci ildə Silahlı qüvvələrin qarşılıqlı texniki və maddi təminatı haqqında müqavilə və 29 avqust 1997-ci ildə əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə nəticəsində Ermənistan hava və havadan müdafiə sistemlərinin vəziyyətini qismən də olsa düzəldə bilib.

1997-ci il dostluq müqaviləsinə görə, tərəflərdən hər hansısa biri hərbi təhlükə qarşısında qalarsa qarşılıqlı yardım edilməlidir. KTMT daha da irəli gedərək Ermənistanın İran və Türkiyə ilə sərhəd xəttində rus sərhədçilərinin dayanmasını təmin edir. Ermənistan mütəmadi olaraq Rusiyanın Zaqafqaziyada ordu qrupları ilə ikitərəfli hərbi təlimlərdə və KTMT-nın illik hərbi hava qüvvələrinin təlimində iştirak edir. Hal-hazırda Rus Ordusunun Gürcüstanı tərk etməsi ilə Zaqafqaziya ordu komandanlığı nisbətən şimalda- Cənubi Osetiya və Abxaziya ərazilərində sülhməramlı qüvvə kimi qanunsuz olaraq yerləşdirilib.

1993-cü ilin yayından erməni hərbi hava qüvvələrinin heyəti 2000 nəfər, 2004-cü ildə isə 3000 nəfər olaraq göstərilir. Qarabağ müharibəsi zamanı ermənilərdə təcrübəli pilotların azlığı səbəbilə onlar daha çox xarici muzdlu pilotlardan istifadə edirdilər. 1993–1994-cü ildən etibarən İrəvan Aviasiya İnstitutu daxilində pilotlar yetişdirilməyə başlanıldı. Pilotlar aviasiya üzrə ali məktəbi bitirmiş şəxslərdən 3–15 illik müqavilə əsasında komplektləşdirilir. Pilotlar və texniki personal İrəvanda Hərbi Aviasiya İnstitutunda kurslar keçir və namizədlər Yak 52-də (2005-ci ildə paraşutçuların təlimi üçün bir Yak-18 fəaliyyət göstərir) 80 saat təlim uçuşları, L-39-da isə 60 saat uçuş keçirdikdən sonra orduda onlara təyyarə həvalə olunur. Vertolyot pilotları isə 2 ədəd Mi-2 vasitəsi ilə öyrədilir. Təlim İrəvandan 30km (19 mil) şimalda yerləşən Arzni bazasında keçirilir.

  1. 1 2 3 4 "Armenia". The World Factbook (ingilis). CIA.gov. 2019-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2020.
  2. Ermənistanda ordudan yayınmağa görə cəriməni 2 dəfə artırmaq istəyirlər — ƏTRAFLI[ölü keçid]
  3. "الدول المشاركة في اليونيفيل". UNIFILL (ərəb). 8 sentyabr 2020. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2020.
  4. Kucera, Joshua. "Armenia sends military deminers and medics to support Russian mission in Syria". Eurasianet (ingilis). 8 fevral 2019. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2020.
  5. Ermənistanın Hava Hücumundan Müdafiə Qoşunları ən azı üç divizion S-300ПТ-1 malikdir Arxivləşdirilib 2012-05-14 at the Wayback Machine Defence.az
  6. "Ohanyan nəyə güvənir? - ARAŞDIRMA". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.