Anakonda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anakonda
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Anakonda
Beynəlxalq elmi adı

Anakonda[3], və ya Nəhəng anakonda[4][5], Adi anakonda[5][6], Yaşıl anakonda[5] (lat. Eunectes murinus), — yatağanlar fəsiləsinə aid olan ilan növü. Köhnə ədəbiyyatda "su yatağanı" olaraq keçərlidir.

"Peru xronikası" kitabının birinci hissəsi, (1553).

Anakondalar haqqında ilk yazılı məlumat Pedro Sesa de Leonun 1553-cü ildə "Peru Xronikası" kitabında əks olunmuşdur.

Xarici görünüş

[redaktə | mənbəni redaktə et]

ASnakonda müasir dünya faunasının ən əzələli ilanı kimi anılır. Gövdəsinin rəngi gümüş-yaşıldır və düzbucaqlı, dairəvi formalı, iki qəhvəyi şaxmat quruluşlu ləkələrə sahib olurlar. Bu formalı rəngi sayəsində suyun altında, sıx yarpaqların və yosunların işində asanlıqla gizlənə bilirlər. Zəhərsiz canlılardır. İnsanları dişləməsi böyük təhlükə törətməsə də, dişləmələr kifayət qədər ağrılı ola bilir.

Bu canlıların uzunluğunun 6 metrdən böyük olması barədə çoxlu şaiyələr gəzir. Ancaq bunların heç biri öz rəsmi təsdiqini tapmamışdır. İsveç naturalisti Qeorq Dal özünün "Həhşi yollar" kitabında, Kolumbiyanın cəngəlliklərində, Quyabero çayı hövzəsində uzunluğu 8,43 m[7] olan anakondadan bəhs edir. Digər İsveç naturalisti Ralf Blomberq özünün "Nəhəng ilanlar və qorxulu kərtənkələlər" kitabında, Klifford Poupun istinadlarına əsaslanaraq uzunluğu 28 fut (8,54 m)[8] olan anakonda barədə məlumat verir. 1944-cü ildə Kolumbiyada uzunluğu 11 m 43 sm[9] uzunluğunda ilanın tutulması qeyd edilir. İndiyənə qədər ədəbiyyatda qeyd olunmuş ən uzun anakonların uzunluğu 62 fut (18,59 m) və 80 fut (24,38 m) olmuşdur. Bu bir daha bəyanatların uyğunsuzluğunu təsdiqləyir.

Rəsmi məlumata görə isə Venesuelada ovlanmış 780 fərd arasında ən böyüyü 5.21 m uzunluğa və 97,5 kq çəkiyə malik olmuşdur. Bununla belə qeydə alınmış yetkinlik yaşına çatan ən kiçik anakonda 2.1 m (quyruqsuz) uzunluğa malik olmuşdur[10]. Anakondaların uzunluğu bir çox hallarda mübahisə pridmetinə çevrilmişdir. Bu araşdırmalar nəticəsində o qərara gəlimnmişdir ki, onların maksimal uzunluğu 6,7 m təşkil edə bilər. Bu isə alimlər tərəfindfən ələ keçirilmiş ən böyük ilandan olduqca iri ölçülərdir[10][11].

Yetkin fərdlər adətən 5 metri keçmir. Dişilər bir qayda olaraq erkəklərdəın uzun və iri olur. Onların uzunluğu 4,6 m, erkəklərin uzunluğu isə 3 m təşkil edir[12][13][14]. Əslində anakondalar həcmcə iri olsalar da pitonların bir çoxu uzunluqda onları üstələyir. Əsasən torlu pitonlar uzunluq baxımından daha uzundurlar. Dişi anakondaların böyük əksəriyyətində uzunluq 4.5 m olaraq qeydə alınsa da, torlu pitonlarda uzunluq 7 metr təşkil edir[6]. Yetkin fərdlərin çəkisi 30–70 kq[15][16] arasında dəyişir. Bununlada anakonda ilanlar arasında ən ağır çəkili heyvandır. Pulcuqlular arasında isə yalnız Komodo varanından geri qalırlar][17].

Areal və qorunmasındakı problemlər

[redaktə | mənbəni redaktə et]

Anakondalar Cənubi Amerikanın tropik ərazilərində, And dağlarından şərqdəki ərazilərdə yayılmışlar: Venesuela, Braziliya, Kolumbiya, Ekvador, ŞərqiParaqvay, Şimali Boliviya, Şimal-şərqi Peru, Qayana, Fransa Qvianası, Trinidad adası.

Onların əlçatmaz ərazilərdə yayılması onların sayı barədə dəqiq məlumat verməyə imkan vermir. Bu səsbəbdən anakondalar Qırmızı kitaba "Haqqında məlumat olmayanlar" mühafizə statusu altında daxil edilmişlər. Ömür müddəti terrariumlarda 28, təbiətdə isə 5–6 ildir.

Anakondalar demək olar ki bütünlüklə su həyat tərzi keçirirlər. Əsasən çayların zəif axan qollarında, göllərdə yaşayırlar. Onlara AmazonkaOrinoko çaylarının qollarında rastlanılır Bu çür sakit sularda anakonda səssiz duraraq şikarını gözləyir. Bununla belə bəzi hallarda günəş vannası qəbul etmək məqsədi ilə quruya çıxa və ağacların budaqlarına dırmaşa bilir. Uzun zaman suda qala bilirlər. Buna onların burun dəliklərində olan klapanlar inkan verir.

Yaşadığı su tutarı quruduqda axar boyunca aşağı istiqamətdə gedə bilir. Quraqlıq mövsümündə isə lilin altında yağışlar mövsümünü gözləyə bilir.

Qabıq dəyişdirmə prosesi su altında baş verir. Qapoalı bir şəraitdə hovuzun dibinə enən ilanın köhnə qabığını necə çıxardığını müşahidə etmək mümkün olmuşdur.

İlin böyük qismi anakondalar tənha yaşayırlar. Ancaq cütləşmə dönəmində qruplar halında toplaşırlar. Bu əsasən yağışlar mövsümünün başlanğıcında baş verir. Amazonka çayı hövzəsində bu əsasən aprel-may aylarına təsadüf edir. Bəzi alimlər onların feromon buraxmaları barədə fərziyələr edirlər. Ancaq bunun isbatı üçün araşdırmalar aparılmalıdır. Bəzən müşahidələr zamanı bir dişinin ətrafına bir neçə erkəyin toplaşdığını müşahidə edirlər. Bir çox digər ilanlar kimi anakondalar da bir neçə fərdlə çütləşə bilir. Erkək quyruğunu dişiyə sarılmaq məqsəi ilə istifadə edir. Bu ritual zamanı xarakterik bir səslər gəlir.

Anakondalardiri bala doğurlar. Bu proses ümümilikdə 6–7 ay davam edir. Bu ərəfələrdə dişi iki dəfəmdən çox çəkisini itirir. Dişi 28–42 arası bala doğur (onların sayı 100-ə çata bilir). Uzunluqları 50–80 sm-dir. Nadir də olsa yumurta da qoya bilir.

Anakondalar müxtəlif növ məməlilər, quşlarsürünənlərlə qidalanıər. Daha iri fərdlər hətta pekarlar, kapibaralar və kaymanları belə övlaya bilirlər. Adətən isə onlar aqutilər, su quşları və iquanaları belə ovlayırlar. Nahara olar daha çox tısbağa, kərtənkələlər və hətta ilanları belə yeyə bilirlər. Zooparkda hətta bir 2,5 metrlik pitonu boğması və yeməsi qeydə alınmışdır. Selva zonasında onların əsas qidalarını balıqlar təşkil edir. Digər yatağanlarda olduğu kimi anakondalar bir yerdə duraraq qidanı udurlar. Digər yatağanlardan fərqli olaraq isə onlar şikarlarının sümüklərioni dındıraraq deyil onları boğaraq öldürürlər. Bu canlılar şikarını bütöv şəkildə udurlar. Braziliyanın San-Paului şəhərində 4,2 m uzunluğa və 94 kq çəkiyə malik anakonda 4–5 illik, 42 kq olan pumanı udmuşdur. Ancaq udma zamanı zəhərli otda udduğundan tələf olmuşdur[18]. Anakondalar arasında hannibalizm adi haldır.

Anakondanın başı

Yetkin fərdlərin təbiətdə demək olar ki, təbii düşməni yoxdur. Bununla belə onlar bəzən puma, yaquar[19], Braziliya susamuru[20], orinoko timsahıqara kaymanların şikarına çevrilə bilirlər. Ən çox onlar timsah kaymanlarının şikarlarına çevrilirlər. Kaymanlar adətən balalar, çütləşmədən sonra güçdən düşmüş erkəkləri ovlaya bilirlər[10].

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Əvvəllər anakondalar iki yarımnövə ayrılırdılar:

Bu iki yarımnöv müvafiq olaraq 1758 və 1801-ci illərdə qeydə alınmışdır. Bu yarımnövləri rənginə və ölçülərinə görə fərqləndirirdilər.

Hazırda isə nəhəng anakondalar yarımnövə ayrılmır[21].

Uruqvay ədəbiyyatının klassiki Horacio Silvestre Quiroqa "Anaconda" (Anaconda, 1921) adlı fəlsəfi nağılının əsas personajlarından biri.

Amerikada 1997-ci ildə "Anakonda" triller filmi çəkilmişdir. Onun davamı olaraq "Anakonda 2: Lənətlənmiş orxideya ovu" (2004), "Anakonda 3: Eksprementin bədəli" (2008) və "Anakonda 4: Qanlı ləpir" (2009), həmçinin "Qorxu gölü: Anakonda" (2015) filmləri çəkilmişdir.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. Зенкевич Л. А. Жизнь животных. Позвоночные. Т. 4, ч. 2: Земноводные, Пресмыкающиеся. — М.: Просвещение, 1969. — 487 c., с. 339.
  4. Кудрявцев С. В., Фролов В. Е., Королев А. В. Террариум и его обитатели (обзор видов и содержание в неволе). / Отв.ред. В. Е. Флинт. — М.: Лесная промышленность, 1991. — С. 317. — 349 с. — ISBN 5-7120-018-2
  5. 1 2 3 Систематический список позвоночных животных в зоологических коллекциях на 01.01.2011 // Информационный сборник Евроазиатской региональной ассоциации зоопарков и аквариумов. Вып. 30. Межвед. сбор. науч. и науч.-метод. тр. — М.: Московский зоопарк, 2011. — С. 304. — 570 с. — УДК [597.6/599:639.1.04]:59.006 — ISBN 978-5-904012-09-0
  6. 1 2 "Биологический энциклопедический словарь." Arxivləşdirilib 2019-12-31 at the Wayback Machine Гл. ред. М. С. Гиляров; Редкол.: А. А. Бабаев, Г. Г. Винберг, Г. А. Заварзин и др. — 2-е изд., исправл. — М.: Сов. Энциклопедия, 1986. — С.25.
  7. "Qeorq Dal. Çayı izlərkən". 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-15.
  8. "Ralf Blomberq. Nəhəng ilanlar və qorxulu kərtənkələlər". 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-15.
  9. "Бобров В. В. Гиганты змеиного царства // Биология. — № 46 (629). — 16-30.11.2001". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-15.
  10. 1 2 3 Rivas, Jesús Antonio (2000). The life history of the green anaconda, with emphasis on its reproductive Biology Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine (PDF) (Ph. D. thesis). University of Tennessee.
  11. Pritchard, P. C. (1994). "Letters to the editor". Bulletin of the Chicago Herpetological Society 29 (12).
  12. Rivas, J., G. Burghardt. 2001. Understanding Sexual Size Dimorphism in Snakes: wearing the snake’s shoes. Animal Behaviour, 62: F1-F6.
  13. Minton, Sherman A., and Madge Rutherford Minton. Giant Reptiles. New York: Scribners, 1973.
  14. Mark O’Shea, Boas and Pythons of the World.
  15. Duellman, W. 2005. Cusco Amazonico: The Lives of Amphibians and Reptiles in an Amazonian Rainforest. Ithaca, New York: Comstock Books in Herpetology.
  16. Pope, Clifford Millhouse. The Giant Snakes: The Natural History of the Boa Constrictor, the Anaconda, and the Largest Pythons, Including Comparative Facts about Other Snakes and Basic Information on Reptiles in General. New York: Knopf, 1961.
  17. Wood, Gerald (1983). The Guinness Book of Animal Facts and Feats. ISBN 978-0-85112-235-9.
  18. "Predation of an adult puma by an anaconda in south-eastern Brazil (PDF Download Available)" (ingilis). ResearchGate. 2017-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.
  19. "What Kills Anacondas?". 2015-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-15.
  20. "IOSF - International Otter Survival Fund". 2007-10-11. 2007-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-03.
  21. The Reptile Database: Eunectes murinus Arxivləşdirilib 2019-09-11 at the Wayback Machine
  • Dirksen L, Böhme W. 1998. Studien an Anakondas 2: Zum taxonomischen Status von Eunectes murinus gigas (Latreille, 1801) (Serpentes: Boidae), mit neuen Ergebnissen zur Gattung Eunectes Wagler, 1830.- Salamandra 34(4): 359–374.
  • Dirksen L. 2002. Anakondas. Monographische Revision der Gattung Eunectes (Wagler, 1830).- Natur und Tier-Verlag Münster. ISBN 3-931587-43-6. 187 pp.
  • Rivas, J. A., M. d. C. Muñoz, J. B. Thorbjarnarson, G. M. Burghardt, W. Holmstrom, and P. Calle. 2007. Natural History of the green anacondas in the Venezuelan llanos. Pages 128–138 in R. W. Henderson, and R. Powell, editors. Biology of Boas, Pythons, and Related Taxa. Eagle Mountain Publishing Company, Eagle Mountain.