Gec Təbaşir

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Gec Təbaşir və ya Üst Təbaşir[1] — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır[2].

Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt.

Sistem/

Dövr

Seriya/

Epoxa

Mərtəbə/

Yaş

Yaş

(milyon illə)

Pealeogen Paleosen Dan daha cavan
Təbaşir Üst/

Gec

Maastirxt 66.0 72.1
Kampan 72.1 83.6
Santon 83.6 86.3
Konyak 86.3 89.8
Turon 89.8 93.9
Senoman 93.9 100.5
Alt/

Erkən

Alb 100.5 ~113.0
Apt ~113.0 ~125.0
Barrem ~125.0 ~129.4
Hoteriv ~129.4 ~132.9
Valanjin ~132.9 ~139.8
Berrias ~139.8 ~145
Yura Üst/

Gec

Titon daha qədim
Təbaşir dövrünün bu bölgüləri BSK 2017-ci ildəki təsnifatına görə verilib[2]
Gec Təbaşir ərzində materiklərin forması. 90 milyon il əvvəl

Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı[3].

Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi. AvstraliyaAntarktida Cənub yarımkürəsində qaldı. AvrasiyaAfrika bir-birindən uzaqlaşmadı[3].

Onuğalı fauna

[redaktə | vikimətni redaktə et]

Gec Təbaşirdə hadrosavrlar, ankilosavrlar və seratopsianlar Asiyamerikada (Şimal-qərbi Amerika və Şərqi Asiya) geniş yayılmışdır. Tiranosavrlar Şimali Amerikada yırtıcı heyvanlar arasında dominantlıq təşkil edirdi. Onlar həmçinin indiki Asiyada var idi. Bu növlər Şimali Amerikadakı növlərə nisbətən daha ibtidai və kiçik idi. Paxisefalosavrlar indiki Asiya və Şimali Amerikada yaşayırdı. Dromaeosavrlar da eyni çoğrafi bölgəni paylaşmışdır və onlar Monqolustanda və Şimal-qərbi Amerikada qeyd olunub. Əksinə terizinosavrlar (seqnosavrlar kimi də tanınır) yalnız Asiyada yaşayırmış.

Quşlar, müxtəlif növ enantiornit və orniturin formalarında çeşidləndirərək getdikcə daha geniş yayılmış və müxəlifləşmişlər. Çox balaca ölçüdə olsa da, dəniz Hesperornithesi nisbətən böyüdü və açıq dənizdə yaşamğa uyğunlaşdı[4].

Əsasən azhdarxidlər tərəfindən təmsil olunmasına baxmayaraq, pteranodontid, tapejarilər (Caiuajara və Bakonydraco), niktosauridlər kimi digər formalar kimi mövcud olmuşdur.

Şimali Amerikada Kampan mərtəbəsində son Eutriconodontaların əmələ gəməsi ilə bir neçə qədim məməli qrupları yox olmağa başladı. Şimal yarımkürəsində klimondont, multituberculat, metaterian və eurerianlar dominant məməlilər idi. Son iki qrup Şimali Amerikada ən çox görülən məməlilər idi. Cənub yarımkürəsində dryolestoid, gondwanather və digər multituberculat və  basal eutherianların kompleks faunası var idi. Ehtilmal olunur ki, monotremlər haramiyidanların son növü kimi mövcud idi.

Dəniz canlıları

[redaktə | vikimətni redaktə et]

Dənizlərdə gözlənilmədən mozazavrlar peyda oldu və təkamül radiasiyasına məruz qaldı. Həmçinin müasir köpək balıqları peyda oldu və böyük pinqivinə bənzər polycotylid plesiosaurs (3 m uzunluğunda) və böyük uzunboylu elasmosavr (13 m uzunluğunda) müxtəlifləşdi.

Gec Təbaşir 65 milyon il əvvəl sona çatdı. Bütün dinozavr, mozazavr və pterosavrlar Yer üzündən yoxa çıxdı. Bundan əlavə görünür ki, bu yoxolma şimal və cənub yarımkürələrindəki bütün qitələrdə eyni vaxtda baş verdi. Dinozavrların hökmranlığı Mezozoy erasının bitməsi ilə başa çatdı[4].

Təbaşirin sonuna yaxın çiçəkli bitkilər çeşidləndi. İqlim zonalarında maqnoliya, itburnu, qırmızıağac, sassafras və söyüd kimi çiçəkli bitlikər çox geniş yayıldı.

Təbaşir-Paleogen kütləvi məhvolması

[redaktə | vikimətni redaktə et]

Təbaşir-Paleogen kütləvi məhvolma hadisəsi qısa geoloji vaxtda təxminən 66 milyon il əvvəl bitki və heyvan növlərinin böyük miqyaslı kütləvi şəkildə yox olmasıdır. Bu daha çox "K-T məhvolma hadisəsi" kimi tanınır və geoloji əlamətlərlə əlaqələndirilir. Adətən Təbaşir-Paleogen sərhədi ("K-T sərhəddi") kimi tanınan bu dövrə aid nazik lent qeyd olunub və dünyanın müxtəlif yerlərində tapılıb. "K" Təbaşir dövrünün alman dilindəki adından ("Kreidezeit") götürülən ənənəvi qısaldılmış formasıdır. "T" isə Üçüncü dövr (Beynəxalq geoxronoloji şkalada "Tertiary" kimi adlandırılır; Üçüncü dövr hazırda PaleogenNeogen dövrlərini əhatə edən tarixi dövrdür[5]) üçün istifadə olunan qısaldılmış formadır. Kütləvi məhvolma hadisəsi Mezozoyun sonu və Kaynozoyun başlanğıcıdır. Üçüncü dövr Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən artıq rəsmi vaxt bölgüsü kimi tanınmır, buna görə də "K-T hadisəsi" indi bir çox tədqiqatçılar tərəfindən "Təbaşir-Paleogen (və ya "K-Pg") yoxolma hadisəsi" kimi adlandırılır.

Qeyri-quş (non-avian) dinozavr fosilləri yalnız Təbaşir-Paleogen sərhəddindən aşağıda tapılıb, hadisədən əvvəl və ya hadisə ərzində nəsilləri tükəndi. Çox az sayda dinozavr fosili Təbaşir-Paleogen sərhəddindən yuxarıda tapılıb, ancaq onlar yenidən işlənmiş fosillər kimi izah olundu, belə ki, yerində aşınmış fosillər sonra sonrakı çökmə laylarda qorunmuşdur. mozazavr, plesiozavr, pterozavr və bir çox bitki növləri və onurğasızların da nəsli tükəndi. Məməli və quş kladları az yoxolma ilə sərhəddi keçdi və bu Maaastrixt kladlarından çıxan təkamül radiasiyası sərhəddin meydana gəldi. Məhvolma və radiasiyanın dərəcəsi müxtəlif orqanizmlərin kladları arasında fərqlənir.  

Alimlər belə bir hipotez irəli sürüb ki, Təbaşir-Paleogen məhvolmasına kütləvi asteroid zərbələri və ya artan vulkanik fəaliyyət kimi bir və ya bir neçə fəlakətli hadislər səbəb olub. Dekan tarplarında bir neçə zərbə krateri və kütləvi vulkan fəaliyyəti yoxolma hadisəsinə yaxın zamanda tarixlənib. Bu geoloji hadisələr ola bilsin ki, Günəş işığını azaldıb və fotosintez prosesinə mane olub. Bu da Yerin ekologiyasında kütləvi pozuntuya səbəb olub[6]. Digər tədqiqatçılar düşünür ki, məhvolma dəniz sularında və iqlimdə yavaş-yavaş baş verən  dəyişkənliyin səbəbilə tədricən baş verib.

  1. Абшерон нефтли-газлы саһәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 30–31.
  2. 1 2 "Arxivlənmiş surət" (PDF). 2022-06-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-28.
  3. 1 2 "Dinosaurs Ruled the World: Late Cretaceous Period." In: Dodson, Peter & Britt, Brooks & Carpenter, Kenneth & Forster, Catherine A. & Gillette, David D. & Norell, Mark A. & Olshevsky, George & Parrish, J. Michael & Weishampel, David B. The Age of Dinosaurs. Publications International, LTD. Pp. 103-104. ISBN 0-7853-0443-6.
  4. 1 2 "Arxivlənmiş surət". 2017-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.
  5. "Arxivlənmiş surət". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-29.
  6. "Arxivlənmiş surət". 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.