Kimyəvi silah
Kimyəvi silah | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Kimyəvi silah — zəhərləyici təsirə malik tseriksonik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır. Axırıncı dəfə kütəvi olaraq kimyəvi silahdan Birinci dünya müharibəsində istifadə olunub.
Kimyəvi silahın növləri
[redaktə | mənbəni redaktə et]Kimyəvi silahı aşağıdakı xüsusiyyətlərinə görə təsnif olunur:
- İnsan orqanizminə təsir xarakterinə görə;
- Taktiki təyinatına görə;
- Təsir tezliyinə görə;
- Dayanıqlığına görə;
- Tətbiq vasitələrinə görə.
Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür:
- Öldürücü (sinir-paralitik, dəri- deşici, ümumi zəhərləyici, boğucu təsirli);
- Ziyanverici (Psixotrop maddələr və İrritantlar).
Təsir sürətinə görə kimyəvi silahlar:
- Tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr);
- Gec(dəri- deşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) təsir edən maddələr ayrılır.
Təsir müddətinə görə kimyəvi silahlar:
- Uçucu ya dayanıqsız (təsiri dəqiqələrlə hesablanır);
- Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər).
Elə kimyəvi tərkiblər var ki, onların istifadəsi canlı qüvvəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində ABŞ ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan dioksin "Agent Orange" istifadə etmişdilər.
İnsanlara təsiri
[redaktə | mənbəni redaktə et]İnsan orqanizminə təsirinə görə aşağıdakı 6 növ zəhərləyici maddə var.
- Mərkəzi sinir sisteminə təsir edərək sinir-paralitik şok yaradan maddələr: zarin, zoman, tabun, V-qazlar
- Dəri-deşici təsirli zəhərli maddələr: iprit, lyuzit. Bu tip maddələr əsasən dəriyə təsir edir, amma onları aerozol ya buxar şəklində istifadə edəndə tənəffüs orqanlarını da zədələyir.
- Ümumi zəhərləyici maddələr: sinil turşusu, xlorsian. Bu tip maddələr orqanizmə düşəndə qandakı oksigenin hüceyrələrə verilişinin qarşısını alır.
- Boğucu təsirli zəhərli maddələr: fosgen və difosgen. Əsasən ağ ciyərləri zədələyir.
- Psixokimyəvi təsirli maddələr: İnuklidil-3-benzilat (BZ) və lizerqin turşusunun dietilamidi. Bu tip maddələr müəyyən müddətə düşmənin canlı qüvvəsini sıradan çıxarır. Təsiri müvəqqəti korluq, karlıq, qorxu hiss və hərəkət dəqiqliyinin itirilmasinə gətirir, amma ölümə səbəb olmur.
- İrritantlar, yaxud da qıcıqlandırıcı maddələr: Gözü sulandıran CS, CN, yaxud xlorasetonfenon və PS yaxud xlorpikrin; asqırdan DM (adamsit), DA (difenilxlorarsin) və DC (difenilsianarsin). Bu tip maddələrin təsiri 1–10 dəq. çəkir. Bir çox ölkələrdə polislər bu tip maddələrlə silahlanırlar.
Kimyəvi Silahlar Konvensiyası[1]
[redaktə | mənbəni redaktə et]1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında Konvensiyanı imzalamaq təklif edilmişdir. İmzalanma mərasimi Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə 13 yanvar 1993-cü ildə həyata keçirildi. Ötən dövr ərzində Azərbaycan (13 yanvar 1993-cü il) da daxil olmaqla 160 dövlət konvensiyanı imzalamışdır. 65-ci ölkə olan Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra, 29 aprel 1997-ci ildə konvensiya qüvvəyə mindi.
Bir çox Avropa dövlətləri, ABŞ, Rusiya, Ermənistan (27.01.95) və Gürcüstan da (27.11.95) daxil olmaqla bəzi MDB dövlətləri konvensiyanı ratifikasiya edən ölkələr arasındadırlar. Azərbaycan konvensiyaya 9 noyabr 1999-cu ildə qoşulmuş və o 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüvvəyə minmişdir.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. Haaqa yaxınlığında Reisvikdə KSQT laboratoriyası açılmışdır. 1997-ci ilin aprel ayında İştirakçı Dövlətlərin ilk Konfransı keçirildi. Konvensiya müddətsizdir.
Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürmüşlər. Konvensiya 2–10 il dövr ərzində kimyəvi silahların və onların məhsullarının tamamilə məhvi üçün nəzərdə tutulmuşdur. Konvensiya çərçivəsində qadağan olunmayan hallar, sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi konvensiyada nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kimyəvi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq, hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilər zəhərli kimyəvi maddələrə aiddir. Buna görə də, bu növ kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır.
Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və onların məhsullarını yoxlama üçün təqdim edir. Bu məqsədlə, nəzərdə tutulmuş yoxlamalar və "gözlənilməz" yoxlamalar həyata keçirilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Silahlar üzərində nəzarət və onların yayılmaması". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-25.